Sevgidə ən çox rast gəlinən yalanlar

 
Sevgidə ən çox rast gəlinən yalanlar


Sevgidə ən çox rast gəldiyimiz yalanlar hansılardır?

-Mənə sənin daxili gözəlliyin maraqlıdır.

-Səndən başqa heç kimi sevməmişəm.

-Elə məndə indi əlimdə sənə zəng vururdum.

-Balansımda kontur qalmayıb yoxsa zəng vuracaqdım.

-Səndən başqa gözüm heç kimi görmür.

-Dayan, "adboy" ver mən sənə zəng vurum.

-Elə indi mən də səni fikirləşirdim.

-Yollar bütün tıxacdır, ona görə gecikdim.

-İnan heç nə istəmirəm, sən özün mənə böyük hədiyyəsən.

-O qız ölür mənim üçün.

-Bax, o oğlan məni sevir, mənə elçi göndərdi getmədim.


Biz münasibətlərmizi nə qədər ideal qurmaq istəsək də yalanlardan sığortalanmaq

mümkün deyil. Bəzən onu itirməmək üçün həqiqəti danmalı olursan. Lakin bütün

məsələlərdə olduğu kimi burada da yalanın səddi və çərçivəsi olmalıdır. Bəs görəsən

ən çox yalanı kişilər, yoxsa qadınlar danışır və müqəddəs yalan varmı?

Adətən kişilər daha çox yalan danışır. Xüsusən də onlar harada, nə ilə məşğul

olduqlarını, nə iş gördüklərini bildirmək istəməyəndə, sevgilisi qarşısında hesabat
verməmək üçün min cür bəhanələr uydururlar. O, sadəcə deyə bilər ki, "məşğulam". Amma

bilin ki, bu konkret cavab müəmmalı mətləblərdən xəbər verir.



Qadınlar da yalan danışır. Onlar əsasən də xərc məsələsində kişilərə düzgün məlumat

vermirlər. Zərif cinsin nümayəndələri adətən hesabat verərkən xərclədikləri pulun

məbləğini azaltmağı sevirlər. Lakin belə hallarda yalan xeyirxah məqsədə xidmət ed
ir.

O, yalnız tərəf müqabilinin sakitliyini qorumağa çalışır və onu əsəbləşdirmək
istəmir. Unutmayın ki, qadın hər zaman fədakardır.

Psixoloq Dəyanət Rzayev də kişilərin daha çox yalan danışdığını təsdiqləyir.
“Qadınlar bir az rassional olurlar. Kişi qadına həmişə pul verir, qadın da qara gün
üçün 5-10 manat kənara atır, ailə üçün nə isə edir. Bu, yaxşı əlamətdir. Amma
səmimiyyət olsaydı, daha yaxşı olardı”.
Lakin diqqətli olun, yalan adət halını almamalıdır. Əgər sizin ümumiyyətlə

danışdığınızın üçdə biri yalandırsa, bu ailənin ömrü uzun çəkməyəcək. Əhəmiyyətsiz

məsələlərə görə tez-tez mübahisələr, dava-dalaşlar başlayacaq və şübhələr peyda

olacaq. Lakin yumşaq yalanlar da var. Məsələn, əgər o sizin üçün xoşunuza gəlməyən

çay dəmləyib və ya kofe hazırlayıbsa, yalandan deyin ki, çox dadlıdır, gözəldir.

Getdikcə bu yalan sizin necə də anlayışlı bir insan olduğunuzu ona dərk etdirəcək. Və

nəticədə öz bacarığı ilə fəxr edən qadının bir gün sizin üçün ideal bir çay süfrəsi

və kofe hazırladığının şahidi olacaqsınız. Bu, kişilərə də aiddir. Əgər sevgiliniz

sizə kömək məqsədi ilə mətbəxə baş çəkibsə onun səliqəsizliyindən şikayət etməyin və

sizə çox gözəl sürpriz etdiyini deyin. Evdə tez-tez işdəki uğurlarınızdan danışın,

tezliklə karyeranızda yüksəliş olcağını, maaşınızın artırılacağını deyin və onunla

qarşıda keçirəcəyiniz gözəl istirahətdən söz salın. Bu sizin ən qiymətli

arzularınızın tezliklə reallaşmasına kömək etməklə ailədə də müsbət əhval-ruhiyyə

yaradacaq. Xoşbəxtlik üçün yalan danışmaq olar. Bu bir daha sübut olundu. Əsas odur

ki, sizin münasibətlərinizdə səmimiyyət daha çox olsun.



Aparılan son araşdırmalar qadınların kişilərdə görmək istədikləri 10 əsas istəyi də üzə çıxarıb.

1. Dürüstlük: Bir kişinin qadına dürüst olduğunu göstərməsinin ən sadə yolu ona öz

cib telefonunun PİN kodunu, e-mail ünvanının, Facebook-dakı hesablarının şifrlərini
və MSN adresinin kodunu verməsidir.

2. Bilik: Ağıllı kişi obrazı yaratmaq üçün sual verən qadına kişinin ciddi və
inandırıcı səs tonuyla uydurma bir cavab verməsi də yetərlidir.

3. Gözəl gülümsəmə: Ağızın təmizliyinə diqqət yetirmək kişinin gözəl gülümsəməsinə
yardım edir.

4. Yumor hissi.

5. Davranış: Əgər kişi tez-tez qadına “lütfən”, “təşəkkür edirəm” sözlərini deyərsə,
belə davranış xanımları valeh edər.

6. Həssaslıq: Kişi həm də gərək bir qadınla yol gedərkən gördüyü dilənçiyə pul versin
və bununla da həssas olduğunu sübut etsin.

7. Səmimiyyət.

8. Zənginlik: Kişilərin qadınların rəğbətini qazanması üçün yaxşı pullu iş tapmaları
məsləhətdir.

9.Ev: Öz şəxsi mənzilində yaşayan kişi qadınlar üçün bir idealdır.


10. Avtomobil.


Geri dön

.♣.Chrysalis.♣.

  • 9 yanvar 2012 00:44
  • Məqalə: 784
  • Şərh: 6329
  • Bal:
.Ev: Öz şəxsi mənzilində yaşayan kişi qadınlar üçün bir idealdır.

--------------------
"Kimsəni yorğanın altında gözyaşlarınızı pijamanızın qoluyla siləcək qədər çox sevməyin"

sevgi yalandir

  • 22 oktyabr 2010 18:28
  • Məqalə: 538
  • Şərh: 7367
  • Bal:
{awards}
ESIII SEVGI OZU ELE BOYUK YALANDI

--------------------
Bəzən gülərsən xoşbəxtmiş kimi .. Bəzən sevərsən ilk kezmiş kimi .. Hər səfərində gedənin arxasından ağlarsın sanki değermiş kimi .. Bəzən susayar son kezmiş kimi .. Bəzi şeylərə inanarsan doğruymuş kimi .. Sonra oyanar gerçəkmiş kimi .. Təsirində qalarsan oradan qovulmuş kimi .. Ən sonuna anlarsan yanılmış .. HƏR ZAMAN OLDUĞU KİMİ .. Və mən hələ bir ümidlə gözləyirəm sanki geri dönecekmiş kimi.........

Ulya

  • 22 oktyabr 2010 13:01
  • Məqalə: 1911
  • Şərh: 13813
  • Bal:
{awards}
tesekkurler

Azeri_Gozeli

  • 21 oktyabr 2010 23:49
  • Məqalə: 91
  • Şərh: 2393
  • Bal:
{awards}
tesekkurler love

--------------------
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 1
Qonaqlar: 54
Cəmi: 77

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 7
Cəmi: 386
 
Nergiz__Sirinova
Xəbərləri: 6
Cəmi: 331
 
Awk bir hayal
Xəbərləri: 4
Cəmi: 137
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1135
 
anar2012
Xəbərləri: 1
Cəmi: 26
 
TacsizKRalica
Xəbərləri: 1
Cəmi: 2
 
^^KuKuLKa^^
Xəbərləri: 1
Cəmi: 766
 
Mövlud Ağamməd
Xəbərləri: 1
Cəmi: 20
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
Demi Love
Xəbərləri: 1
Cəmi: 16
 
 
{slinks}