"Qanlı Yanvar" gecəsində eşq hekayəsi

 
"Qanlı Yanvar" gecəsində eşq hekayəsi

Çoban dayı və Bağda xala digər uşaqları kimi Fərizənin də elçilik, nişan günlərini ildən-ilə böyüyən ailənin, nəvələrinin qayğı-qarğaşası içində bəlkə unudacaqdılar. Bəlkə də yox... Axı Bağda xala sözarası dedi ki, Fərizə balalarının ən şirini, ən istəklisi olub:
- Çox istiqanlıydı, olduqca mehriban, üzügülər. Elə bilirdim anamdı, bacımdı. Taleyinin belə olacağını ağlıma da gətirmirdim. Bir qızımı Ermənistan dağılmışda dəfn edib gəlmişdim. Bunun müsibəti bir ayrı oldu.
Adətən, insan dərdini danışmaqdan qaçır həmişə, qaysaq bağlamış yaralarına toxunmağa qorxur. Bağda xala isə artıq bu dərdlə həmdəm olub.
- Çox həssas uşaq idi. Texnikumda oxuyanda Neftçalaya pambıq yığmağa aparmışdılar, bir həftəydi getmişdi, qayınanam ilə getdik dallarınca. Yenicə də nişan taxılmışdı. Qayınanası plov dəmləyib aparmışdı. Maşını birbaşa pambıq sahəsinin kənarına sürdürdük. Baxırıq ki, qızların içərisində bu yoxdu. Nə qədər boylandıqsa görə bilmədik. Dayanıb durmuşuq ki, bu qız hara gedə bilər. Birdən bayaqdan yanımızda durmuş kombnizonlu, başına kiçik ləçək bağlamış qız astadan güldü. Gülüşündən tanıdıq.
Yoxsan... Mənim üçün daha çox varsan demək...
- Dəfn olunandan bu yana bircə dəfə gəlib yuxuma. Heç dilimə gətirməmişdim, amma ürəyimdə elə arzulayırdım ki, bircə dəfə gəlib qarşımdan keçsin, üzünü görüm. Bilirdim ki, bu mümkün olan deyil. Amma bu arzu içəridən məni didib-parçalayırdı. Bir gecə sübhə yaxın baxdım ki, darvaza açıldı. Gülə-gülə həyətə boylandı.
- Bax, ana, gəldim ki, üzümü görəsən. İndi doyunca bax, ürəyin sakit olsun.
Gülə-gülə çəkilib getdi. Gözlərimi açdım ki, gördüklərim yuxu imiş... O vaxtdan hər gün elə bilirəm ki, darvaza açılacaq, Fərizə içəri girəcək ki, gəlmişəm. İllər bir-birinin üstünə gəldikcə mənim üçün daha çox ölümsüzləşir...
...O gecə Fərizə də eynən belə demişdi: “İlham mənim üçün ölümsüzdü. İlham ölə bilməz”. Cənazəni həyətə gətirəndə yalvarmışdı ki, açın üzünü görüm heç olmasa. Yox demişdilər, şəriət günah hesab edir bunu. Daha deməmişdilər ki, bətnindəki körpəni itirməkdən qorxuruq. Bütün gecəni cənazəyə tərəf qoymamışdılar Fərizəni. Bir dəfə itirdiyi sevgilisini ikinci dəfə itirəcəyinin ağrısından qovrula-qovrula qalmışdı. Demək itki bu imiş-yanındadı əlin çatmır, ürəyindədi, arzularında, ümidlərindədi, gözün görməyəcək, hənirini hiss edəcəksən amma qarşı-qarşıya dura bilməyəcəksən...
- Qız elə bil havalanmışdı. İlhamı birinci dəfə Xırdalan qəbristanlığında dəfn etdik. Gecə ilə apardılar. Qardaşı xəstəxanadan birbaşa məscidə aparıb yudurtmuşdu, kəfənlədib evə gətirmişdi ki, nə halda olduğunu görməsinlər. Gecə ilə də dəfn elədilər. Cənazə həyətdən çıxandan sonra da Fərizəni sakitləşdirmək mümkün olmadı. Maşınların arxasınca bir xeyli ayaqyalın yüyürdü. İlhamın qardaşı Elxan evə qayıdanda toy şəkillərini gətirib ortaya tökdü. Elxanın qarşısında diz çökdü: “Sinə daşına ikimizin şəklini çəkdirin” - deyə yalvardı. Qoşa şəkillərini də ayırıb qoymuşdu. Evə qayıdandan sonra bir dəfə nişan yaylığı ilə özünü asmaq istəmişdi, bir dəfə neft töküb özünü yandırmaq istəyəndə İlhamın qardaşının həyat yoldaşı duyuq düşüb qoymamışdı. İlhamın böyük qardaşı Elxan Fərizəni bağrına basdı, özünü yox bizi düşün dedi, “qardaşımı itirdim, övladını da itirmək istəmirik” - deyə yalvardı. Olmadı...
Bağda xala göz yaşlarını saxlaya bilmir:
- Dəfnin ertəsi günü hərbi paltarlı adamlar gəldilər. Dedilər ki, Dağüstü parkda Şəhidlər Xiyabanı salınıb, bütün həlak olanlar orada dəfn olunacaq. Tapşırıq verdilər ki, İlhamı dəfn olunduğu yerdən evə gətirək. Cənazə həyətə gələndə Fərizə elə bil ki, sevinirdi. Gəlib böyrümə sığındı:
- Ana dedi yadındadı nişanlı olanda Dağüstü parka gəzməyə getmişdik. Mən İlhama dedim ki, kaş ki, bu ərazidən bizə ev verələr.
Evə gələndən sonra bütün günü Fərizənin sözünü deyib gülürdülər. O vaxt gəmi təmiri zavodunda çilingər işləyən İlham ev növbəsinə durmuşdu. 20 yanvardan bir həftə əvvəl 28 may metrosunun həndəvərində ev vermişdilər, uşaqlar elə olandan sonra anasıgil aparıb açarı təhvil verdilər. Heç biri ürək edib o evə köçmədi ki, özlərinə qismət olmadısa, bizə də gərək deyil...
Bağda xala Fərizənin anasıdır. Bu ailə haqqında ayrıca söhbət açmaq fikrim yoxdu. Çünki İlhamla Fərizənin adı təkcə Azərbaycanda deyil, ətraf ölkələrdə də insanlara tanışdı. Onların məhəbbət və qətl tarixçəsi. Qardaş Türkiyədə bu tarixçə haqqında müxtəlif əfsanələr dolaşır.
- O gecəsi birtəhər Fərizəni dilə tuta bildim. Qız havalı kimi olmuşdu. Qoluna girib evə gətirdim. Tez-tələshik yemək bişirdim, süfrə hazırladım. Qayıtdı ki, ay ana, iki gündür İlhamın sevdiyi yeməkləri bişirirsiz, elə bilirsiniz boğazımdan keçəcək?
Geri qayıtdıq. Sabah cənazələri meydana aparacaq, ordan da Şəhidlər Xiyabanına yol alacaqdılar. Səhər açılandan sonra İlham bir də bu həyəti tərk edəcəkdi və bu gedişin bir də gəlişi olmayacaqdı. Bu gəliş taleyin möcüzəsi, İlhama qovuşmaq üçün Fərizəyə verdiyi son şans idi. Dan üzü ağaranda evdəkilər hamısı iki günlük ağrı-acının əlindən, dərdin ağırlığından qaçıb yuxuya sığınmışdılar. Təkcə İlhamın qoca nənəsi yaşlıların əziyyət çəkdiyi yuxusuzluqla nəvəsinin itkisi arasında çırpınırdı. Fərizənin barmaqlarının ucunda yataq otağına keçdiyini də o gördü.
- Nə vaxt huşa getdiyimi bilməmişəm. Birdə gördüm kimsə qıyya çəkdi. Özümü içəri atanda baxdım ki, qız yerdə çapalayır. Masanın üstündə kiçik bir kağız parçası, bir də boş stəkan vardı. Stəkanın qoyulduğu yerdə masanın örtüyü yanıbmış kimi qırış-qırış olmuşdu. Fərizəni qonşunun maşınına qoyub xəstəxanaya apardıq. Yolda neçə dəfə saxladılar, rus əsgərləri üstümüzə avtomat çəkdilər, birtəhər xəstəxanaya çatdırdıq, həyətə girəndə baxdım ki, canını tapşırdı.
Həmin gün Şəhidlər Xiyabanına gedən karvanın önündə Fərizə ilə İlhamın toy günü çəkdirdikləri qoşa şəkil bələdçilik edirdi. Bu karvan Vətən və eşq uğrunda canlarından keçmiş şəhidlərimizin ölümsüzlüyünün uca zirvəsinə yol almışdı...


Geri dön

ZERiDE

  • 15 fevral 2012 16:06
  • Məqalə: 35
  • Şərh: 148
  • Bal:
Allah rehmet etsin..Amin!

winxclub_bloom

  • 20 yanvar 2012 22:31
  • Məqalə: 155
  • Şərh: 6793
  • Bal:
{awards}
ALLAH REHMET ELESIN!

--------------------

FLY TIME

  • 20 yanvar 2012 20:42
  • Məqalə: 51
  • Şərh: 2122
  • Bal:
{awards}
ALLAH rehmet elesin!

Dalga

  • 20 yanvar 2012 19:44
  • Məqalə: 201
  • Şərh: 5400
  • Bal:
{awards}
Allah rehmet elesin

--------------------

beyaz melek

  • 20 yanvar 2012 19:16
  • Məqalə: 58
  • Şərh: 1126
  • Bal:
{awards}
love me ( ) »
ILHAMI DILLERDE GEZDIREN FERIZE OLDU.EGER FERIZE OLMASAYDI ILHAMDA DIGER SEHIT QARDASLARIMIZIN ARASINDA OLARDI.ISLAMIYYETDE ELE BIR SEY YOXDUKU OLU ARASINDA ACIZ BENDE SECIM QOYSUN.BUTUN OLULERE REHMET DEYILIR,EGER BILMIRSENSE OYREN...QALDIKI CANINA QEST ETMEYI O ARTIQ NE SENIN NEDEKI BASQA BENDELERIN ISI DEYILKI ONU MUZAKIRE ETSIN..ONU YALNIZ ALLAH BILIR....

--------------------
Məhəbbəti qorusan onunla ucalarsan
Məhəbbətli qocalsan qoca deyil cavansan.
Hech bir zaman Qadinin eybini uzune vurma, Chunki Qadin ureyi derin bir okeandir ve O okeanda Senin minlerce qebul olunmush eyblerin var!

GEDEN GETMISDIR,GETDIYI GUN BITMISDI,MEN GEDENI DEYIL,GEDEN MENI ITIRMISDIR

Elvin007

  • 20 yanvar 2012 19:03
  • Məqalə: 217
  • Şərh: 3305
  • Bal:
{awards}
Ezyete gore sagol melumatim var!ALLAH REHMET EDSIN!

--------------------
▼►►Proqramming◄◄▼

.::BaBy_FaCe_WiSe::.

  • 20 yanvar 2012 19:03
  • Məqalə: 180
  • Şərh: 1226
  • Bal:
{awards}
allah rehmet elesin(
oxumuwam bu yazini....

--------------------

samir_erato

  • 20 yanvar 2012 18:51
  • Məqalə: 0
  • Şərh: 27
  • Bal:
{awards}
ALLAH SEVENLERI QOVUWDURSUN AMIN


✰Dгeaм✰

  • 20 yanvar 2012 18:46
  • Məqalə: 704
  • Şərh: 16043
  • Bal:
{awards}
Men de seadet isiginin dediyine qatiliram.Eslinde Ferizeye rehmet dusmur.Cunki ozune qesd edenlere hec vaxt rehmet dusmur.Amma Ilhama rehmet dusur.Cunki o,ozunu veten yolunda qurban verdi.Allah Ilhama rehmet elesin.Qebri nurla dolsun.Onun qani hec vaxt yerde qalmayacaq....Amin!

J ♥ S

  • 20 yanvar 2012 18:35
  • Məqalə: 445
  • Şərh: 3537
  • Bal:
{awards}
Allah rehmet etsin!

--------------------
J & S ∞♥....

_TUNAR_MAMEDOV_

  • 20 yanvar 2012 18:05
  • Məqalə: 671
  • Şərh: 4820
  • Bal:
{awards}
Allah rehmet etsin sehidlere

--------------------

B_A_H_A_R

  • 20 yanvar 2012 17:45
  • Məqalə: 12
  • Şərh: 2919
  • Bal:
{awards}
Allah rehmet etsin sehidlere

--------------------
xosbextem cunki almagim gereken qisaslarini aldim)))) seni yandirdim yaaaa gerisi bosss

beyaz melek

  • 20 yanvar 2012 17:29
  • Məqalə: 58
  • Şərh: 1126
  • Bal:
{awards}
SIZIE DERIN TESEKKURUMU BILDIRIREM KI BU SAYTDADA FERIZE ILHAM YAD ETDINIZ..

--------------------
Məhəbbəti qorusan onunla ucalarsan
Məhəbbətli qocalsan qoca deyil cavansan.
Hech bir zaman Qadinin eybini uzune vurma, Chunki Qadin ureyi derin bir okeandir ve O okeanda Senin minlerce qebul olunmush eyblerin var!

GEDEN GETMISDIR,GETDIYI GUN BITMISDI,MEN GEDENI DEYIL,GEDEN MENI ITIRMISDIR

generation

  • 20 yanvar 2012 17:27
  • Məqalə: 77
  • Şərh: 5430
  • Bal:
{awards}
Allah rehet elesin

Allah rehet elesin

--------------------
http://s53.radikal.ru/i139/1208/45/d3b34690d2c5.gif[center]
[center]♪♪ ((((|̲̅̅●̲̅̅|̲̅̅=̲̅̅|̲̅̅●̲̅̅|)))) Music is my life ♫ ► ▌▌ ♡

beyaz melek

  • 20 yanvar 2012 17:26
  • Məqalə: 58
  • Şərh: 1126
  • Bal:
{awards}
FERIZE MENIM XALAM QIZIDI...HEQIQETENDE COX MEHRIBAN QIZ OLUB..COX HEYFLER OLSUNKU MEN ONU GORE BILMEMISEM...HEMISE ONLARA GEDENDE OTAGINA GEDIB SEKILLERINE BAXIRAM....

--------------------
Məhəbbəti qorusan onunla ucalarsan
Məhəbbətli qocalsan qoca deyil cavansan.
Hech bir zaman Qadinin eybini uzune vurma, Chunki Qadin ureyi derin bir okeandir ve O okeanda Senin minlerce qebul olunmush eyblerin var!

GEDEN GETMISDIR,GETDIYI GUN BITMISDI,MEN GEDENI DEYIL,GEDEN MENI ITIRMISDIR

samir_erato

  • 20 yanvar 2012 17:22
  • Məqalə: 0
  • Şərh: 27
  • Bal:
{awards}
ALLAH REHMET ELESIN QEBIRLERI NURLA DOLSUN AMIN


enigmatic_girl

  • 20 yanvar 2012 17:21
  • Məqalə: 2097
  • Şərh: 12943
  • Bal:
{awards}
Allah rehmet elesin... Ama sebrim catmadi oxumaga....

--------------------

ZAC EFRON

  • 20 yanvar 2012 17:16
  • Məqalə: 129
  • Şərh: 2367
  • Bal:
{awards}
no comment!

seadet iwigi

  • 20 yanvar 2012 17:16
  • Məqalə: 4
  • Şərh: 636
  • Bal:
{awards}
men onu bawa duwurem,yeni Ferizeni,amma ALLAHAt.t qarwi cixdiqina gore hec cur haqq qazandira bilmirem..

--------------------
XANIM FATIMEYI ZEHRA selamullahi eleyha buyurur;,,PEYQEMBER s. ELIYE e. baxib buyurdu; Bu wexs ve onun wieleri cennet ehlidir''
,,Ihqaqul heqq''cild7,seh 307.

ЛаЛыЧкА

  • 20 yanvar 2012 17:16
  • Məqalə: 9
  • Şərh: 744
  • Bal:
{awards}
ALLAH rehmet elesin

--------------------
http://s02.radikal.ru/i175/1201/91/6e59860f1ae0.jpg

Musique Sage

  • 20 yanvar 2012 17:16
  • Məqalə: 442
  • Şərh: 2926
  • Bal:
{awards}
secilmislerime elave etdim cunki oxuya bilmedim recourse recourse recourse

sema

  • 20 yanvar 2012 17:15
  • Məqalə: 0
  • Şərh: 56
  • Bal:
{awards}
Allah onlara rehmet etsin.Qebirleri nurla dolsun.Allah hec bir sevene bele gun gostermesin sevdiyimizi bashimizin ustunden eksik etmesin.Amin

tontonun anasi

  • 20 yanvar 2012 17:14
  • Məqalə: 214
  • Şərh: 2345
  • Bal:
{awards}
men bunuda gondermiwdim tekrar oldu.ALLAH REHMET ETSIN WEHIDLERIMIZE,WEHIDLER OLMEZDIR

--------------------
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 4
Qonaqlar: 33
Cəmi: 55

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 7
Cəmi: 386
 
Nergiz__Sirinova
Xəbərləri: 6
Cəmi: 332
 
Awk bir hayal
Xəbərləri: 4
Cəmi: 137
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1135
 
anar2012
Xəbərləri: 1
Cəmi: 26
 
TacsizKRalica
Xəbərləri: 1
Cəmi: 2
 
^^KuKuLKa^^
Xəbərləri: 1
Cəmi: 766
 
Mövlud Ağamməd
Xəbərləri: 1
Cəmi: 20
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
Demi Love
Xəbərləri: 1
Cəmi: 16
 
 
{slinks}