Salamlaşma ilə əlaqədar hədisi Şəriflər

 
  • 21.10.2010, 22:22
  • Bölmə: İslam
  • Müəllif: Ulya
Salamlaşma ilə əlaqədar hədisi Şəriflər

Salamlaşma ilə əlaqədar hədisi Şəriflər

Əbu Hüreyrə (rə)dan rəvayətə görə, Rəsulullah (səv) belə buyurdu: "Canım qüdrət əlində olan Allaha and içərəm ki; İman etmədən Cənnətə girə bilməzsiniz, bir-birinizi sevmədən də iman etmiş olmazsınız. Sizə etdiyiniz təqdirdə bir-birinizi sevəcəyiniz bir işi göstərimmi? Salamı aranızda yayın." (Müslim, İman: 17; Əbu Davud, Ədəb: 27)

İmran b. Husayn (rə)dan rəvayətə görə, bir adam Rəsulullah (səv)a gəldi və "Esselamü Əleykum" (Allahın salamı üzərinə olsun) , dedi. Peyğəmbər (səv) də "On" buyurdu. Bir başqa adam daha gəldi "Esselamü əleykum və rahmetüllahi." (Allahın salam və rəhməti üzərinizə olsun) dedi. Bunun üzərinə Rəsulullah (s.ə.v.) "İyirmi" dedi. Bir başqa adam daha gəldi və "Esselamü əleykum və rahmətullahi və bərəkatuh" (Allahın salamı rəhməti və bərəkəti üzərinizə olsun) dedi. Rəsulullah (səv) də "Otuz" buyurdu. Yəni dəyişik şəkillərdə salam verənlər, dəyişik miqdarlarda savab qazandılar. (Darımı, İstizan, 27)

Əbu Umamə (rə)dan rəvayətə görə, belə demişdir: "Ey Allahın Rəsulu! ‘Deyildi iki adam qarşılaşırlar bunlardan hansı əvvəl salam verəcək?' Rəsulullah (səv) belə buyurdu: "O iki adamdan Allaha ən yaxın olanı." (Əbu Davud, Ədəb: 122)

Cabir b. Abdullah (rə)dan rəvayətə görə, Rəsulullah belə demişdir: "Salam danışmadan əvvəldir."

"Bir kimsəni salam vermədən əvvəl yeməyə dəvət etməyin." (Tirmizi)

Hz. Peyğəmbər (səv) belə buyurdu: "Binitli gedənə, gedən oturana, az olan qrupa salam verər." İbn'ül Müsenna öz rəvayətində bunu da əlavə etməkdədir: "Kiçiklər böyüklərə salam verər." (Buxari, İstizan: 17; Müslim, Salam: 27)

"Müsəlmanın Müsəlman üzərindəki altı haqqdan biri də salam verməkdir." (Müslim)

"Bir yerə girərkən oradakılara salam vermək borc olduğu kimi, çıxarkən də salam vermək borcdur." (Beyhaki)

"Bir kimsə ayrılarkən, salam versə, onların xeyirli işlərinə ortaq olar." (Rüzeyn)

"İnsanların ən acizi dua etməyən, ən xəsisi də salam verməyəndir." (Taberani)

"Salamı yayar, acları doyurar, gecə hər kəs yatarkən namaz qılsanız, salamatlıqla Cənnətə girərsiniz." (Tirmizi)

"Ümumiyyətlə, iki adamdan, Allah qatında dərəcəsi yüksək olan əvvəl salam verər." (Tirmizi)

"And içərəm ki, imanı olmayan Cənnətə girməz. Bir-birinizi sevmədikcə, imana qovuşa bilməzsiniz. Bir-birinizi sevmək üçün çox salamlaşın!" (Tirmizi)

"Mömin qardaşına salam vermək, yanına gəlincə ona yer göstərmək və xoşlandığı adla xitab etmək, aradakı sevgini gücləndirər." (Taberani)

"Şirin dilli olmaq, salamlaşmaq və yemək yediyərmək, Cənnətə aparar." (Hakim)

"Tanışından başqasına salam verməmək Qiyamət əlamətidir." (Taberani)


Geri dön

music_angel

  • 1 sentyabr 2011 13:44
  • Məqalə: 212
  • Şərh: 7767
  • Bal:
Allah razi olsun

--------------------

dursun

  • 29 mart 2011 23:05
  • Məqalə: 0
  • Şərh: 4
  • Bal:
{awards}
salam sozu taniwliqin ilk addimidi, nece deyerler salam allah salamidi desende sagol demesende tongue

nilayka

  • 20 fevral 2011 17:55
  • Məqalə: 206
  • Şərh: 7698
  • Bal:
{awards}
Allah razi olsun

--------------------

Ulya

  • 22 oktyabr 2010 13:02
  • Məqalə: 1911
  • Şərh: 13813
  • Bal:
{awards}
winked love

Azeri_Gozeli

  • 21 oktyabr 2010 23:48
  • Məqalə: 91
  • Şərh: 2393
  • Bal:
{awards}
Allah razi olsun

--------------------
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 1
Qonaqlar: 24
Cəmi: 38

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 7
Cəmi: 388
 
Nergiz__Sirinova
Xəbərləri: 6
Cəmi: 333
 
Awk bir hayal
Xəbərləri: 4
Cəmi: 137
 
^^KuKuLKa^^
Xəbərləri: 2
Cəmi: 767
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1135
 
TacsizKRalica
Xəbərləri: 1
Cəmi: 1
 
evli.mutlu.cocuklu
Xəbərləri: 1
Cəmi: 1
 
anar2012
Xəbərləri: 1
Cəmi: 26
 
Mövlud Ağamməd
Xəbərləri: 1
Cəmi: 20
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
 
{slinks}