Əhli Beyt (ə.s.) » İmam Əli (ə) (Həssas və böhranlı günlər)

 
Əhli Beyt (ə.s.) » İmam Əli (ə)  (Həssas və böhranlı günlər)

Həssas və böhranlı günlər

Qur’ani-Məcid müsəlmanların bu mühasirədəki çətin və böhranlı vəziyyətini «Əhzab» surəsində çox gözəl şəkildə bəyan etmişdir:
«Ey iman gətirənlər! [Xəndək, yaxud Əhzab vuruşunda Qüreyş, Qətfan və yəhudilərin Bəni-Nəzir qəbilələrindən təşkil olunmuş] ordular sizin üstünüzə gəldiyi zaman Allahın sizə olan ne’mətini yada salın. O vaxt Biz onların üstünə külək və sizin görmədiyiniz [mələklərdən ibarət] qoşun göndərmişdik. Allah o zaman sizin nə etdiyinizi görürdü. O zaman onlar üstünüzə həm yuxarı, həm də aşağı tərəfdən [vadinin üst və alt tərəfindən] hücum etmiş və [qorxudan] gözünüz hədəqəsindən çıxıb ürəyiniz ağzınıza gəlmişdi. Allah barəsində də müxtəlif fikirlərə düşmüşdünüz. [Mö’minlər Allahın Öz və’dinə doğru olduğuna inanır, münafiqlər və e’tiqadı zəif olanlar isə Məhəmmədin bu bəladan xilas ola bilməyəcəyini güman edirdilər]. Məhz onda [Xəndək vuruşunda] mö’minlər imtahana çəkilmiş [kimin həqiqi mö’min, kimin münafiq olduğu bəlli olmuş] və möhkəm sarsılmışdılar. O zaman münafiqlər və qəlblərində mərəz [şəkk] olanlar: «Allah və Onun peyğəmbəri bizə yalan və’d etmişdir. [Biz zəfər çala bilməyəcəyik]» –deyirdilər. O zaman onlardan biri: «Ey Yəsrib [Mədinə] əhli! [Burada] sizin üçün duracaq bir yer yoxdur, [evinizə] qayıdın!»-demişdi. Başqa bir dəstə isə: «Evlərimiz açıqdır [kimsəsizdir, oğru girməsindən qorxuruq]»-deyə [geri qayıtmaq üçün] Peyğəmbərdən izn istəyirdi. Həqiqətdə isə evləri açıq [kimsəsiz] deyildi. Onlar ancaq [döyüşdən] qaçmaq istəyirdilər. Əgər [Mədinənin] hər tərəfindən üstlərinə yüyürülüb [cumulub] onlardan fitnə törətmək [imandan dönmək, yenidən müşrikliyə qayıtmaq] istənilsəydi, sözsüz ki, dərhal onu edər və bunda [bu işdə] azacıq da olsa yubanmazdılar.»(“Əhzab” surəsi, ayə 9-14)
Ancaq müsəlmanların bu çətinliyinə baxmayaraq xəndək, kafirlərin hücumunun qarşısını alırdı və onlar (kafirlər) vəziyyətin bu cür davam etməsinə davam gətirə bilmirdilər. Çünki hava üzü soyuğa gedirdi və digər tərəfdən də kafirlərin özləri və heyvanları üçün gətirdikləri yemək qurtarmaq üzrə idi. Onlar Bədr, Ühüd kimi kiçik müddətli döyüş üçün tədarük hazırlamışdılar. Ancaq mühasirə uzun çəkdiyindən və müsəlmanların müqavimətini uzun müddət qıra bilmədiklərindən yeməkləri yavaş-yavaş qurtarır və az qalırdı ki, vuruşmaq fikrindən daşınıb geri qayıtsınlar. Ruhiyyələri get-gedə zəifləyirdi. Nəhayət ordu başçıları belə qərara gəlirlər ki, cəsur və şücaətli pəhləvanlar nəyin bahasına olursa–olsun birtəhər xəndəyi aşıb o tərəfə keçsinlər. Bəlkə bununla müsəlmanların müqavimətini qıra bilələr. Beləliklə, kafirlərin qəhrəmanlarından beşi atlarını xəndəyin kənarında oynadaraq xəndəyin ensiz hissəsindən o biri tərəfə atılırlar. Xəndəyi aşdıqdan sonra təkbətək döyüşmək üçün rəqib istədilər.
Bu pəhləvanlardan biri ərəblərin ən qüdrətli, ən şücaətli cəngavəri olan Əmr ibn Əbdəvəd idi. Ərəblər onu min döyüşçüyə bərabər sanırdılar. O, Yəlyəl adlı bir yerdə bir orduya təkbaşına qalib gəldiyi üçün onu «Yəlyəl atlısı» (Yəlyəl qəhrəmanı) adlandırmışdılar. O, Bədr döyüşündə yaralandığı üçün Ühüd döyüşündə iştirak edə bilməmişdi. İndi Xəndək vuruşuna gəlmişdi ki, öz şücaətini göstərsin.
Əmr ibn Əbdəvəd xəndəyi aşdıqdan sonra vuruşmağa rəqib tələb etdi. Onunla vuruşmağa heç kimin çıxmadığını görüb bir az ürəkləndi və müsəlmanların əqidələrinə istehza (rişxənd) məqsədilə toxunub dedi: «Siz ki, deyirsiniz sizin ölülər Cənnətə, bizimkilər isə Cəhənnəmə gedir, onda sizdən biri gəlsin mən onu Cənnətə göndərim, ya da o məni Cəhənnəmə göndərsin.» Sonra bir az rəcəz (nizami şe’r) oxuyub dedi: «Sizin aranızdan bir rəqib tələb etmək üçün o qədər qışqırıb «mənimlə vuruşan varmı?» dedim ki, səsim tutuldu.»
Əmrin qışqırığı müsəlmanların ürəyinə elə qorxu salmışdı ki, yerlərində quruyub qalmışdılar və tərpənməyə belə cür’ət etmirdilər. Hər dəfə Əmr qışqırıb rəqib istədikdə, yalnız Əli (əleyhissəlam) ayağa qalxıb Peyğəmbərdən (səlləllahu əleyhi və alih) vuruşmaq üçün izn istəyirdi. Ancaq Peyğəmbər (səlləllahu əleyhi və alih) ona izn vermirdi. Əli (əleyhissəlam) üç dəfə ayağa qalxdı, lakin Peyğəmbər (səlləllahu əleyhi və alih) razılıq vermədi. Əli (əleyhissəlam) bir daha icazə istədikdə Peyğəmbər (səlləllahu əleyhi və alih) Əli əleyhissəlama buyurdu: «Əli! Bu Əmr ibn Əbdəvəddir!» Əli (əleyhissəlam) da dedi ki, ya Rəsuləllah, mən də Əliyəm! (Şərhi-Nəhcül-bəlağə (İbn Əbil Hədid), c.13, səh.284) Nəhayət Peyğəmbər (səlləllahu əleyhi və alih) Əli əleyhissəlama izn verdi. Peyğəmbər (səlləllahu əleyhi və alih) öz qılıncını Əli əleyhissəlama verib öz əmmaməsini onun başına bağlayaraq onun üçün dua etdi.
Əli (əleyhissəlam) meydana gedərkən Peyğəmbər (səlləllahu əleyhi və alih) buyurdu: «İndi bütün İslam bütün şirklə (müşrikliklə) üz-üzə gəlir.» (Biharul-ənvar, c.20, səh.215)
Bu hədisdən asanlıqla mə’lum olur ki, bu iki nəfərdən birinin digərinə qalib gəlməsi imanın şirkə, yaxud da şirkin imana qalib gəlməsidir. Başqa sözlə desək, bu döyüş çox həlledici rol oynayırdı. Belə ki, İslamın, yaxud şirkin gələcək taleyi bu döyüşdən asılı idi.
Əli (əleyhissəlam) piyada meydana yollandı. Əmrlə üz-üzə gəldikdə ona dedi: “Sən söz vermişdin ki, Qüreyş tayfasından bir kişi səndən üç şey istəsə, onun birini yerinə yetirəcəksən.” (Əli (əleyhissəlam) özü də Qüreyş tayfasından idi.)
Əmr dedi: “Düzdür.”
Əli: “Mənim birinci istəyim budur ki, İslam dinini qəbul edib müsəlman olasan.”
Əmr: “Bundan keç.”
Əli: “Gəl Məhəmmədlə (səlləllahu əleyhi və alih) döyüşmək fikrini başından at, çıx get. Əgər Məhəmmədin (səlləllahu əleyhi və alih) dedikləri düz olarsa, onda sən onun vasitəsilə dünyanın ən səadətli insanı olacaqsan, yox əgər onun dedikləri yalan olarsa, onda sən dava etmədən də öz istəyinə nail olmuş olarsan.”
Əmr: “Xeyr, Qüreyş qadınları belə fikirləşməyəcəklər. (Onlar mənim səndən qorxub meydandan qaçdığımı zənn edəcəklər.) Mən nəzir etmişəm ki, Məhəmməddən (səlləllahu əleyhi və alih) intiqamımı almayınca başıma yağ çəkməyəcəyəm.” (O vaxt ərəblərdə başlarına yağ çəkmək adət idi)
Əli: “Elə isə onda atdan düş mənimlə vuruşaq.”
Əmr: “Heç güman etməzdim ki, bir ərəb məndən belə istək diləsin. Mən istəmirəm sən mənim əlimlə qətlə yetiriləsən. Çünki atanla dostluq etmişəm. Qayıt get, sən hələ cavansan.”
Əli: “Ancaq mən səni öldürmək istəyirəm.”
Əmr Həzrət Əli əleyhissəlamın bu sözündən qəzəblənib atdan yerə endi və qəzəbindən dərhal atın qıçlarını kəsdi. Əli əleyhissəlamın üstünə hücum etdi. Gərgin döyüş başladı. Hər iki cəngavər bir-birinə zərbələr endirirdilər. Əmr fürsət tapıb Əli əleyhissəlamın başına güclü bir zərbə endirdi. Həzrət Əli (əleyhissəlam) özünü müdafiə etmək üçün qalxanı başına tutdu. Lakin qalxan iki yerə bölündü və Əli əleyhissəlamın başı yaralandı. Həzrət Əli (əleyhissəlam) da fürsətdən istifadə edib Əmrə güclü zərbə endirdi. Həmin zərbə nəticəsində Əmr yerə sərildi. Döyüş meydanında qalxmış toz-torpaq hər iki qoşuna öz döyüşçülərinin vuruşunu öz gözlərilə izləməyə mane olurdu. Birdən Əli əleyhissəlamın təkbir (Allahu əkbər) səsi göyə ucaldı.
İslam ordusu sevincindən fəryad edirdi. Hamı bildi ki, Əli (əleyhissəlam) ərəblərin ən məşhur pəhləvanını öldürmüşdür. (Əl-Məğazi, c.2, səh.471)
Əmrlə birgə xəndəkdən aşmış digər dörd pəhləvan meydanda durub Əli əleyhissəlamla Əmrin mübarizəsinin nəticəsini gözləyirdilər. Elə ki, onlar Əmrin öldürüldüyünü gördülər, qaçmağa üz tutdular. Onlardan üçü xəndəyi aşıb öz ordularına qoşula bildi. Lakin onlardan biri – Nofəl adlı pəhləvan xəndəyi keçərkən yıxılıb xəndəyə düşdü. Əli (əleyhissəlam) xəndəyə qayıdıb onu da öldürdü.
Əmrin ölməsi düşmənin ruhiyyəsinin zəifləməsinə səbəb oldu. Onlar artıq Mədinəyə hücum etmək fikrindən daşınıb naümid olaraq hər qəbilə öz yurduna dönmək fikrinə düşdü.
Düşmənə sonuncu zərbəni Allah-taala güclü külək və tufanla endirdi. Düşmən naçar qalıb öz vətəninə dönməli oldu. (Bu hadisə müxtəlif mənbələrdə qeydə alınmışdır:
Biharül ənvar, c. 20, səh. 203-206; Xisal (təshih) səh. 560; Sirətün-nübüvvə (təhqiq), c. 3, səh. 236; Əl-kamil fit-tarix, c. 2, səh. 181; İrşad, səh. 54; Şərhi Nəhcül-Bəlağə, c. 19, səh. 62-64)

İslam peyğəmbəri Əli əleyhissəlamın o gün göstərdiyi şücaət münasibətilə ona buyurdu: «Əgər sənin bu gün gördüyün işi ümmətimin bütün əməlləri ilə müqayisə etsələr, sənin gördüyün bu iş onlardan üstün olacaq. Çünki Əmrin ölümü ilə müşriklərin bütün evləri zillətlə, müsəlmanların bütün evləri isə izzətlə doldu. (Biharul ənvar, c.20, səh.216)
Sünni məzhəbinin görkəmli hədis söyləyəni Hakim Nişaburi Peyğəmbərin (səlləllahu əleyhi və alih) bu ifadəsini aşağıdakı şəkildə qeyd etmişdir:
«Ləmubarəzətu Əliyy ibn Əbitalib li Əmr ibn Əbdəvəd yəvməl xəndəqi əfzəlu min ə’mali ümməti ila yəvmil qiyaməh.» «Xəndək döyüşündə Əli ibn Əbutalibin Əmr ibn Əbdəvədlə mübarizəsi mənim ümmətimin Qiyamətədək edəcəkləri əməllərin hamısından üstündür.» (Əl-Mustədrəku ələs-səhiheyn, c.3, səh.32)
Bu sözün fəlsəfəsi mə’lumdur. O gün İslam və Qur’an nizami səhnədə məhv olmaq həddinə yetişmiş və özünün ən böhranlı anlarını yaşayırdı. Həmin gün öz misilsiz şücaətilə İslama nicat verib onun Qiyamətədək yaşamasını tə’min edən və İslamı öz şücaətilə rişələndirən şəxs Əli ibn Əbutalib olmuşdur. Deməli, bütün ümmətin ibadəti onun sayəsində həyata keçir və bu yolda hamı Əli əleyhissəlama borcludur.


Geri dön

.♣.Chrysalis.♣.

  • 22 yanvar 2012 03:32
  • Məqalə: 784
  • Şərh: 6329
  • Bal:
twk deyerli xeber ucun

--------------------
"Kimsəni yorğanın altında gözyaşlarınızı pijamanızın qoluyla siləcək qədər çox sevməyin"

ЛаЛыЧкА

  • 21 yanvar 2012 20:29
  • Məqalə: 9
  • Şərh: 744
  • Bal:
{awards}
ALLAH razi olsun

--------------------
http://s02.radikal.ru/i175/1201/91/6e59860f1ae0.jpg

winxclub_bloom

  • 21 yanvar 2012 19:29
  • Məqalə: 155
  • Şərh: 6793
  • Bal:
{awards}
ALLAH RAZI OLSUN..

--------------------

Repery

  • 21 yanvar 2012 17:01
  • Məqalə: 196
  • Şərh: 1555
  • Bal:
{awards}
ALLAH RAZI OLSUN XEBERI BIZLE bolusduyun ucun

--------------------

Mervecik

  • 21 yanvar 2012 16:52
  • Məqalə: 15
  • Şərh: 653
  • Bal:
{awards}
Eziyyete gore twk.

FLY TIME

  • 21 yanvar 2012 16:14
  • Məqalə: 51
  • Şərh: 2122
  • Bal:
{awards}
ALLAH razi olsun!

sabir43

  • 21 yanvar 2012 15:52
  • Məqalə: 10
  • Şərh: 533
  • Bal:
{awards}
maraqli idi

--------------------
(¯`v´¯)
`•.¸.•´
HeCkImI SeVmIrEm ! SeVgI YaLaNdI !

sensiz_seni

  • 21 yanvar 2012 15:35
  • Məqalə: 11
  • Şərh: 421
  • Bal:
{awards}
twk

--------------------
Menim 1 inndiqim var 1 sevdiyim. inndiqim ALLAH sevdiyim sensen.Meni 1 yaradan var 1 de yawadan yardan ALLAH yawadan sen

APPLY

  • 21 yanvar 2012 15:29
  • Məqalə: 30
  • Şərh: 516
  • Bal:
{awards}
Allah razi olsun

--------------------
♥ ♥ ♥ ♥ ♥

Ìtirdim deyə düşündüklərin bəlkə də xilas olduqlarindir...!♥ ♥ ♥♥
.

adnan ziyagil

  • 21 yanvar 2012 15:16
  • Məqalə: 0
  • Şərh: 15
  • Bal:
{awards}
Butun dunyada islamin nicati Imam Eli eleyhiselam olmuwdu.onun terefdarlari meqsede yetecek,duwmenleri ise xar olacaq.

generation

  • 21 yanvar 2012 15:07
  • Məqalə: 77
  • Şərh: 5430
  • Bal:
{awards}
Alalh razi olsun

--------------------
http://s53.radikal.ru/i139/1208/45/d3b34690d2c5.gif[center]
[center]♪♪ ((((|̲̅̅●̲̅̅|̲̅̅=̲̅̅|̲̅̅●̲̅̅|)))) Music is my life ♫ ► ▌▌ ♡

_ROCK_STAR_

  • 21 yanvar 2012 14:56
  • Məqalə: 19
  • Şərh: 776
  • Bal:
{awards}
Allah razi olsun eziyyet gore tesekkur edirem

_favorit_arkadas

  • 21 yanvar 2012 14:40
  • Məqalə: 556
  • Şərh: 8232
  • Bal:
{awards}
allah razi olsun...

--------------------

Ku-ku

  • 21 yanvar 2012 14:26
  • Məqalə: 267
  • Şərh: 5318
  • Bal:
{awards}
Bu sözün fəlsəfəsi mə’lumdur. O gün İslam və Qur’an nizami səhnədə məhv olmaq həddinə yetişmiş və özünün ən böhranlı anlarını yaşayırdı. Həmin gün öz misilsiz şücaətilə İslama nicat verib onun Qiyamətədək yaşamasını tə’min edən və İslamı öz şücaətilə rişələndirən şəxs Əli ibn Əbutalib olmuşdur. Deməli, bütün ümmətin ibadəti onun sayəsində həyata keçir və bu yolda hamı Əli əleyhissəlama borcludur.


Allah razi olsun

--------------------

faithful

  • 21 yanvar 2012 14:25
  • Məqalə: 56
  • Şərh: 1046
  • Bal:
{awards}
teshekkur,Allah razi olsun

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 2
Qonaqlar: 29
Cəmi: 55

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 7
Cəmi: 386
 
Nergiz__Sirinova
Xəbərləri: 6
Cəmi: 332
 
Awk bir hayal
Xəbərləri: 4
Cəmi: 137
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1135
 
anar2012
Xəbərləri: 1
Cəmi: 26
 
TacsizKRalica
Xəbərləri: 1
Cəmi: 2
 
^^KuKuLKa^^
Xəbərləri: 1
Cəmi: 766
 
Mövlud Ağamməd
Xəbərləri: 1
Cəmi: 20
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
Demi Love
Xəbərləri: 1
Cəmi: 16
 
 
{slinks}