Soydaşlarımız ən çox hansı millətdən olan xanımlarla ailə qururlar?

 
Soydaşlarımız ən çox hansı millətdən olan xanımlarla ailə qururlar?

Bəs azərbaycanlı kişilər ən çox hansı ölkələrdən olan xanımlarla ailə qururlar? Ümumiyyətlə, ekspertlər belə evliliklərə necə yanaşırlar?

Əvvəla, ondan başlayaq ki, əcnəbilərlə ailə qurmuş kişi sənətçilərimiz də kifayət qədərdir. Bunlardan biri də gənc bəstəkar və rejissor İsa Məlikovdur. O, polşalı Paulina Volotkovskaya ilə ailə həyatı qurub. Cütlük artıq dörd ildir ki, xoşbəxt ailə həyatı yaşayır. İ.Məlikov bu evlilikdən məmnun qaldığını və əcnəbi xanımla ailə həyatı qurduğuna görə qətiyyən peşman olmadığını söyləyir. Onun sözlərinə görə, xanımı ilə bir-birilərini yaxşı anlayırlar: “Paulina şairədir. Mənim son illər yazdığım bütün mahnıların sözlərini məhz o yazıb. Bir-birimizi sevdiyimiz üçün yazdığımız mahnıların, demək olar, hamısı sevgi-məhəbbət mövzusundadır”.

Tanınmış balaban ustası, həmyerlimiz Əlixan Səmədov isə Türkiyə vətəndaşı ilə evlidir. Cütlüyün övladı olmasa da, Əlixan Səmədov ailəsinin xoşbəxt olduğunu söyləyir...

Əcnəbilərlə ailə quran azərbaycanlılardan söz düşəndə, heç şübhəsiz ki, ağlımıza ilk olaraq Rusiyada yaşayan soydaşlarımız gəlir. Əgər digər respublikaların qızları ilə soydaşlarımız daha çox ölkəmiz müstəqil olandan sonra evlənməyə başlayıblarsa, rusiyalı, ukraynalı xanımlarla ailə quranlarımız Sovetlər dövründə də olub. Bu gün Azərbaycanın ən ucqar kəndlərində belə bu cür ailələrə rast gəlmək olar. Çox maraqlıdır ki, soydaşlarımızla evlənən əksər əcnəbi xanım məhz İslam dinini qəbul edib. Onlar həmçinin bizim milli adətlərimizə uyğunlaşıblar, belə deyək, ənənələrimizin yaşadılmasında bizim xanımlardan geri qalmayıblar. Bu gün belə ailələrdə dünyaya gələn övladlar özlərini azərbaycanlı hesab etməklə yanaşı, adət-ənənələrimizə də əməl edirlər...

Postmodernist yazarların qəribə arqumentləri...


Lakin bu mövzunu gündəmə gətirib məşhurlaşmaq istəyənlər də var. Məsələn, qəribə də olsa, bir qrup postmodernist yerli yazar iddia edir ki, həyat yoldaşı azərbaycanlı olan yaradıcı adamların uğur qazanmaq ehtimalı çox azdır. Onlar fikirlərini belə əsaslandırırlar ki, azərbaycanlı qadınlar daha çox məişət qayğıları ilə yaşadıqları üçün onların ərləri ümumbəşəri ideyalar barədə düşünə bilmirlər. Postmodernist yazarların konkret misalları da var: Həsən bəy Zərdabi, Üzeyir Hacıbəyli, Məmməd Səid Ordubadi, Qara Qarayev kimi tanınmış şəxsiyyətlər məhz əcnəbi xanımlarla ailə qurublar. Gənc yazar Seymur Verdizadə isə belələrinə belə cavab verir:

“Qələm dostum İlqar Əlfi deyir ki, valideynləri birotaqlı, darısqal evdə yaşayırlarmış. Rəhmətlik atası Əlfi Qasımov öz əsərlərini evdə yazdığı üçün həyat yoldaşı və 3 övladı günün çox hissəsini mətbəxdə keçirirmişlər. İlqar müəllimin uşaqlıq illərindən yaddaşında ən çox ilişib qalan anasının tez-tez təkrarladığı bu sözlər olub: “Ata işləyir”. Rəhilə xanım və 3 övladı darısqal bir mənzildə mərhum Əlfi Qasımovun yazıb-yaratması üçün hər cür şərait yaradıblar. Yazıçı evdə qabların nə vaxt yuyulduğunu, paltarın necə ütüləndiyini, yeməyin haçan bişirildiyini heç vaxt hiss etməyib. Əksər Azərbaycan ailələrində olduğu kimi, Qasımovların mənzilində də məişət qayğılarını evin qadını öz üzərinə götürüb. Fədakar Azərbaycan qadını”...

"Əgər ailə xoşbəxtdirsə, niyə də olmasın?"

Qadın Krizis Mərkəzinin rəhbəri Mətanət Əzizova isə deyir ki, azərbaycanlı kişilərin əcnəbi xanımlarla ailə qurmalarında qeyri-adi heç nə yoxdur: “Əgər ailə xoşbəxtdirsə, niyə də olmasın”.

Lakin ekspert hesab edir ki, belə evliliklərdə bəzən tərəflərin dünyagörüşünün üst-üstə düşmədiyi vaxtlar da olur: “Bu da çox zaman ailədaxili münaqişələrə səbəb olur. Xüsusilə də, Türkiyə və İran vətəndaşları ilə bağlanan nikahlarda belə hallara daha çox rast gəlinir. Lakin, əksinə, xoşbəxt olanlar da çoxdur. Bu gün müxtəlif ölkələrdə xoşbəxt yaşayan yüzlərlə belə ailələrimiz var”.

Azərbaycanlıların ən çox rusiyalı xanımlarla ailə qurmalarına gəlincə, həmsöhbətimiz: “Yüz minlərlə soydaşımız iş dalınca Rusiyaya yollanıb. Birinci səbəb budur. Digər tərəfdən, rusiyalı xanımlar da görürlər ki, azərbaycanlılar ailə məsələsində çox həssasdırlar. Bu isə rus xanımların çox xoşuna gəlir. Onlar da istəyirlər ki, daimi ailələri olsun. Bu səbəbdən bir çox rus xanımlar bütün şərtləri qəbul edir və soydaşlarımızla evlənirlər”. Lakin ekspertin sözlərinə görə, hər soydaşımız rusiyalı xanımla ailə qurmağa normal münasibət bəsləmir, evlənənlər isə qarşı tərəfə tam əmin olduqdan sonra qərar verirlər.

"Ənənəvi ailələrdə qadın-kişi münasibətlərində dəqiq vəzifə bölgüsü var"

Sosial psixoloq Arzu Əhmədova isə soydaşlarımızın əcnəbi xanımlarla ailə qurmalarının əhalinin ənənəvi demoqrafik strukturunu pozduğu fikrindədir: “Qarışıq nikahlar bütün dünyada getdikcə daha geniş vüsət almaqdadır. Müxtəlif irqlərin, dinlərin, etnosların nümayəndələri arasında belə nikahlara getdikcə daha çox təsadüf edilir. Belə ailələrdə valideyn-övlad münasibətləri, tərəf-müqabilləri arasında münasibətlərin sosial-psixoloji xarakteri, qarşılıqlı uyğunlaşma və bu tipli ailənin sosiomədəni mühiti tədqiqat obyekti kimi böyük aktuallıq kəsb edir”.

A.Əhmədovanın sözlərinə görə, ənənəvi ailə tipi Azərbaycan ücün xarakterikdir: “Ənənəvi ailələrdə qadın-kişi və ya ər-arvad münasibətlərində ənənəyə söykənən daimi öhdəliklər və ya dəqiq vəzifə bölgüsü var. Burada kişi bilavasitə ailə başçısı kimi çıxış edir, ailənin mövcudluğu, təminatı və rifahı naminə əsas məsuliyyəti öz üzərinə götürür. Bu səbəbdən qadın çox zaman iqtisadi cəhətdən həyat yoldaşından asılı olur, lakin bunun əvəzində özünü ailə sahibəsi, evin xanımı kimi doğrultmağa çalışır. Onu da qeyd edim ki, ənənəyə söykənən müasir ailələrdə kişi nüfuzu müstəsna əhəmiyyət kəsb edir. Amma müşahidələr göstərir ki, əcnəbilərlə qurulan ailələrdə “bərabər münasibətlər” prinsipi ortaya çıxır. Bunu isə bir çox həmyerlilərimiz həzm edə bilmirlər”.

"Bu evliliklərə birbaşa "olmaz" damğası vurmaq doğru deyil"

“Ailəm” jurnalının redaktoru Aydın Ucal isə soydaşlarımızın əcnəbi xanımlarla ailə qurmalarına belə münasibət bildirdi: “Bu cür evliliklər bir az da qloballaşma dediyimiz bir prosesin nəticəsidir. Ona görə də bu evliliklərə birbaşa “qırmızı xətt” qoymaq və ya “olmaz” damğası vurmaq doğru deyil. Ancaq adi evliliklərin özünəməxsus şərtləri olduğu kimi, belə evliliklərin də özünəməxsus şərtləri olmalıdır. Və təbii ki, bu şərtlər tərəflər arasındakı potensial problemlərin həllinə xidmət etməlidir.

Məsələn, belə evliliklərdə ən çox ortaya çıxan problemlər əsasən mədəni fərqlərdən irəli gəlir. Buna görə də tərəflər, ilk növbədə, bu fərqlərdə uzlaşmalıdırlar. Digər tərəfdən, tərəflər mədəni fərqlər qədər mənəvi fərqləri də unutmamalıdırlar. Ən əsası isə tərəflər bu problemlərin uşaqlarının tərbiyəsində də ortaya çıxa biləcəyini yaddan çıxarmamalıdırlar. Və nə olursa-olsun bu evliliklərin, eyni zamanda bu evliliklərdən gələn nəsillərin insan fitrətindən uzaq dəyərlərlə (istər mədəni, istərsə də mənəvi) cırlaşmasına yol verməməlidirlər. İnanıram ki, bu baxımdan bizdə qarşı tərəfin də qəbul edə biləcəyi kifayət qədər mədəni və ya mənəvi dəyər var”...


Geri dön

MaN_uNiTeD

  • 23 yanvar 2012 08:32
  • Məqalə: 36
  • Şərh: 648
  • Bal:
SUSENBER olmasaydi rusla evlenerdim onlar gozeldi amma en gozeli AWKIMDI

YaKiWiKLi SeRSeRi

  • 22 yanvar 2012 18:10
  • Məqalə: 128
  • Şərh: 798
  • Bal:
{awards}
wink tesekkur

ZAC EFRON

  • 22 yanvar 2012 12:13
  • Məqalə: 129
  • Şərh: 2367
  • Bal:
{awards}
Love World,
SENDe sagol tatlim

ve butun hami deyerli werhleri u4un thanks...

RoMaNTiK SerSeRi

  • 22 yanvar 2012 10:48
  • Məqalə: 515
  • Şərh: 3366
  • Bal:
{awards}
ZORDUUUUUU BOMBA KIMI

--------------------
`-Mutlu Olmak Icin Hic Kimseye Gerek Yok!
`-aL Telefonu Tak Kulakligi `Sabaha Kadar ^^

_ROCK_STAR_

  • 22 yanvar 2012 10:23
  • Məqalə: 19
  • Şərh: 776
  • Bal:
{awards}
muellife tesekkurler maraqli meqale u4un

sensiz_seni

  • 22 yanvar 2012 09:57
  • Məqalə: 11
  • Şərh: 421
  • Bal:
{awards}
twk

--------------------
Menim 1 inndiqim var 1 sevdiyim. inndiqim ALLAH sevdiyim sensen.Meni 1 yaradan var 1 de yawadan yardan ALLAH yawadan sen

.♣.Chrysalis.♣.

  • 22 yanvar 2012 02:38
  • Məqalə: 784
  • Şərh: 6329
  • Bal:
{awards}
ne maraqli xeberdi twk

--------------------
"Kimsəni yorğanın altında gözyaşlarınızı pijamanızın qoluyla siləcək qədər çox sevməyin"

brunetka

  • 22 yanvar 2012 00:43
  • Məqalə: 0
  • Şərh: 352
  • Bal:
{awards}
esas sevgidi. TSKR

Analia

  • 21 yanvar 2012 23:57
  • Məqalə: 0
  • Şərh: 496
  • Bal:
{awards}
mence kimle evlenmeyinin bir onemi yoxdu yeterki insan olsun

_TUNAR_MAMEDOV_

  • 21 yanvar 2012 23:23
  • Məqalə: 673
  • Şərh: 4820
  • Bal:
{awards}
eziyyete gore twkler..

--------------------

Dalga

  • 21 yanvar 2012 23:17
  • Məqalə: 201
  • Şərh: 5400
  • Bal:
{awards}
Yaxwi movzuya toxundugunuz ucun tewekkur edirem Menim fikrimce esas sevgidir,mehebbetdir o olandan sonra kim ve hardan olur-olsun xosbextlik olsun

--------------------

sabir43

  • 21 yanvar 2012 23:13
  • Məqalə: 10
  • Şərh: 533
  • Bal:
{awards}
maraqli idi)

maraqli idi)

--------------------
(¯`v´¯)
`•.¸.•´
HeCkImI SeVmIrEm ! SeVgI YaLaNdI !

Dalga

  • 21 yanvar 2012 23:13
  • Məqalə: 201
  • Şərh: 5400
  • Bal:
{awards}
Yaxwi movzuya toxunmusuz tewekkurler Menim fikrimce sevgi ,mehebbet olandan sonra hansi milletden ve hardan olur -olsun love

--------------------

Mervecik

  • 21 yanvar 2012 22:54
  • Məqalə: 15
  • Şərh: 653
  • Bal:
{awards}
Eziyyete gore twk maraqli yazidi

_NaZaN_

  • 21 yanvar 2012 22:52
  • Məqalə: 0
  • Şərh: 227
  • Bal:
{awards}
tewekkurler....

enigmatic_girl

  • 21 yanvar 2012 22:07
  • Məqalə: 2097
  • Şərh: 12943
  • Bal:
{awards}
Tesekkurler....
eee milletin ne ferqi var eee esas sevgidir....

--------------------

B_A_H_A_R

  • 21 yanvar 2012 20:55
  • Məqalə: 12
  • Şərh: 2919
  • Bal:
{awards}
XEBERE GORE TESEKKUR.MEN BUNA HEC PIS BAXMIRAM I XRISTIANI MUSELMAN ETMEYIN SAVABINI BILSELER.................

--------------------
xosbextem cunki almagim gereken qisaslarini aldim)))) seni yandirdim yaaaa gerisi bosss

tontonun anasi

  • 21 yanvar 2012 20:27
  • Məqalə: 214
  • Şərh: 2345
  • Bal:
{awards}
OLA BILER KIMLE XOWBEXT OLURSANSA FERGI YOXDU MUSELMAN OLSUN VSE

--------------------

sharm

  • 21 yanvar 2012 20:26
  • Məqalə: 2
  • Şərh: 472
  • Bal:
{awards}
maraqlidi twk

--------------------
Gedənə yalvaracaq olsaydım, Hər gələnə EyvAllah deyərdim.
Mən seçərəm mən Tərk edərəm, Mən başlaram mən Bitirərəm. ! Susqunluğumla əzər gülüşümlə keçər Qürurumla Gedərəm!

generation

  • 21 yanvar 2012 20:20
  • Məqalə: 77
  • Şərh: 5430
  • Bal:
{awards}
maraq;dir tewekkurl;er

--------------------
http://s53.radikal.ru/i139/1208/45/d3b34690d2c5.gif[center]
[center]♪♪ ((((|̲̅̅●̲̅̅|̲̅̅=̲̅̅|̲̅̅●̲̅̅|)))) Music is my life ♫ ► ▌▌ ♡

Deniz

  • 21 yanvar 2012 20:19
  • Məqalə: 338
  • Şərh: 3908
  • Bal:
{awards}
Maraqli xeber idi cox sag ol tatlim....

Sweet Arzushka

  • 21 yanvar 2012 20:15
  • Məqalə: 0
  • Şərh: 14
  • Bal:
{awards}
cox sagol maraqli melumat idi

ЛаЛыЧкА

  • 21 yanvar 2012 20:15
  • Məqalə: 9
  • Şərh: 744
  • Bal:
{awards}
maraqli melumat idi

--------------------
http://s02.radikal.ru/i175/1201/91/6e59860f1ae0.jpg

i see you

  • 21 yanvar 2012 20:14
  • Məqalə: 8
  • Şərh: 798
  • Bal:
{awards}
twk.maraqli idi.mecislerden xosum gelir menim

--------------------

KaYfA_SuRgUn

  • 21 yanvar 2012 20:13
  • Məqalə: 185
  • Şərh: 1597
  • Bal:
{awards}
maraqli xeberdir thanks

--------------------

..:MeleK kiz:..

  • 21 yanvar 2012 20:11
  • Məqalə: 150
  • Şərh: 8828
  • Bal:
{awards}
cox maraqli xeberdi maraqla oxudum

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 2
Qonaqlar: 56
Cəmi: 77

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 26
Cəmi: 481
 
♔Hе важно∞
Xəbərləri: 11
Cəmi: 44
 
Nergiz__Sirinova
Xəbərləri: 4
Cəmi: 376
 
.::şirin_qız::.
Xəbərləri: 3
Cəmi: 28
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1141
 
SweeTy_
Xəbərləri: 2
Cəmi: 579
 
^^KuKuLKa^^
Xəbərləri: 1
Cəmi: 773
 
 
{slinks}