Əhli Beyt (ə.s.) » İmam Əli (ə) (Ühüd döyüşündəki misilsiz şücaəti)

 
Əhli Beyt (ə.s.) » İmam Əli (ə) (Ühüd döyüşündəki misilsiz şücaəti)

Əli əleyhissəlamın Ühüd döyüşündəki misilsiz şücaəti

Qüreyş müşriklərinin ruhiyyəsi Bədr döyüşündəki məğlubiyyət nəticəsində çox zəiflədi. Buna görə də, onlar qərara aldılar ki, bu məğlubiyyətin əvəzini çıxmaq və ölənlərin intiqamını almaq üçün sayca çoxlu və qüvvətli bir ordu ilə Mədinəyə hücum etsinlər.

Peyğəmbərin (səlləllahu əleyhi və alih) kəşfiyyat dəstəsi Qüreyşin bu fikrini Peyğəmbərə (səlləllahu əleyhi və alih) çatdırdı. Peyğəmbər (səlləllahu əleyhi və alih) nizami bir şura təşkil etdi. Şuradakıların bir çoxu belə bir təklif irəli sürdülər ki, müsəlmanlar müşriklərlə vuruşmaq üçün Mədinədən kənara çıxmalıdırlar.
Peyğəmbər (səlləllahu əleyhi və alih) min nəfərlik ordu ilə Mədinənin şimalında yerləşən Ühüd dağına tərəf hərəkət etdi. Yolun yarısında İslam ordusundan məşhur münafiq Abdullah ibn Übeyyin üç yüz tərəfdarı onun sözü ilə Mədinəyə qayıtdı. Beləliklə, İslam ordusunda cəmi yeddi yüz nəfər döyüşçü qaldı. Hicrətin üçüncü ili şəvval ayının yeddisi səhər çağı iki qoşun Ühüd dağının ətəyində bir-biri ilə üz-üzə gəldi.

Əhli Beyt (ə.s.) » İmam Əli (ə) (Ühüd döyüşündəki misilsiz şücaəti)

Peyğəmbər (səlləllahu əleyhi və alih) döyüş başlamazdan qabaq bütün məntəqəni nəzərdən keçirtdi. Peyğəmbərin nəzərini dağın başında olan yol özünə cəlb etdi. Peyğəmbər (səlləllahu əleyhi və alih) fikirləşdi ki, kafirlər döyüşün qızğın vaxtında oradan keçib müsəlmanlara arxadan zərbə endirə bilərlər. Bu təhlükənin qarşısını almaq məqsədilə, Peyğəmbər (səlləllahu əleyhi və alih) Abdullah ibn Cübeyr adlı şəxsi əlli nəfər oxatanla həmin yolu nəzarət altına almağa göndərdi. Peyğəmbər (səlləllahu əleyhi və alih) ona dönə-dönə tapşırdı ki, əsla oranı boş qoymamalı, hətta müsəlmanlar qalib gəldiyi halda da, oradan uzaqlaşmasınlar.
Digər tərəfdən o vaxtın döyüşlərində bayraqdar (bayrağı əlində tutan) çox böyük əhəmiyyət daşıyırdı. Buna görə də, bayraq həmişə şücaətli və qüvvətli şəxsə verilirdi. Bayraqdarın ayaq üstə olması və bayrağın daima uca qalması döyüşçülərin ruhiyyəsini artırırdı. Eləcə də əksinə, bayraqdarın ölməsi və bayrağın yerə düşməsi döyüşçülərin ruhiyyəsini zəiflədirdi. Buna görə də, döyüşçülərin ruhiyyəsini artırmaq üçün döyüşdən qabaq neçə nəfər bayraqdar tə’yin olunurdu. (Əgər biri öldü o biri bayrağı tutardı. Əgər o da ölsə, üçüncü, dördüncü... şəxs bayrağı tutardı.)
Ühüd döyüşündə Qüreyş bu qaydaya əməl edib ən şücaətli tayfa olan «Bəni–Əbdüddar» qəbiləsindən bir neçə bayraqdar tə’yin etdi. Ancaq döyüş başlanan kimi onların bayraqdarları bir-birinin ardınca Əli əleyhissəlamın qılıncı ilə həlak olurdu. Beləliklə də, müşriklərin bayrağı yerə düşür və qoşun qaçmağa üz tuturdu.
İmam Sadiq (əleyhissəlam) bu barədə buyurmuşdur: «Ühüd döyüşündə müşriklərin doqquz bayraqdarı olmuş və onların doqquzu da Əli əleyhissəlamın qılıncı ilə qətlə yetirilmişdir.»
(Əl-İrşad, səh.47)

Əhli Beyt (ə.s.) » İmam Əli (ə) (Ühüd döyüşündəki misilsiz şücaəti)

Həmçinin ibn Əsir yazır:«Qüreyşin bayraqdarlarını həlak edən Əli (əleyhissəlam) idi.»
(Əl-Kamilu fit-tarix (İbn Əsir), c.2, səh.154)

Mərhum Şeyx Səduq rəvayət edir ki, Əli (əleyhissəlam) Ömərin ölümündən sonra xəlifə tə’yin etmək üçün təşkil olunmuş altı nəfərlik şurada öz rəqiblərinə meydan oxuyaraq bu məsələyə toxunub buyurmuşdur: «Sizi and verirəm Allaha, deyin görüm, burada (bu altı nəfərin arasında) Ühüd döyüşündə Bəni–Əbdüddar qəbiləsinin doqquz nəfər bayraqdarını məndən başqa öldürən varmı?» Daha sonra İmam (əleyhissəlam) əlavə edib buyurdu: «Bu doqquz nəfər bayraqdarın ölümündən sonra Bəni–Əbdüddar qəbiləsinin iri bədənli Sə’vəb adlı nökəri meydana çıxdı, ağzı köpüklənmiş, gözləri qanla dolmuş halda deyirdi ki, ağalarımın qisasını almaq üçün Məhəmməddən (səlləllahu əleyhi və alih) başqa heç kimi öldürməyəcəyəm. Siz onu görcək qorxub hərəniz bir kənara çəkildiniz. Ancaq mən onun döyüşünə getdim. Bizim aramızda iki tərəfli vuruş oldu. Mən ona, o da mənə zərbələr endirirdi. Nəhayət, mən ona elə bir zərbə endirdim ki, o, kəmərdən aşağı iki hissəyə bölündü.»

Şura üzvləri hamı yekdilliklə Əli əleyhissəlamın dediklərini təsdiqlədilər.
(Əl–Xisal, səh.560)

Əhli Beyt (ə.s.) » İmam Əli (ə) (Ühüd döyüşündəki misilsiz şücaəti)

Qüreyş ordusu zəiflədi, bayraqdarları bir-birinin ardınca yerə sərildilər. Dağın başındakı yolu qoruyan oxatanlar bunu görüb qənimət ələ keçirtmək üçün yerlərini boşaldıb aşağı enmək istədilər. Onların başçısı Abdullah Peyğəmbərin (səlləllahu əleyhi və alih) tapşırığını bir daha onlara xatırlatdı. Ancaq onlar Abdullahın sözünə heç bir məhəl qoymayıb qırx nəfərdən çox oxatan qənimət ələ keçirtmək üçün dağdan aşağı endi. Abdullah isə on nəfərdən az oxatanla dağın başında qaldı.
Bu hadisəni müşahidə edən Xalid ibn Vəlid müsəlmanların dağın başındakı yolu gözdən buraxdıqlarını dərhal görüb bir dəstə ilə ora hücum edərək orada qalan beş-on nəfər oxatanı öldürdü və arxadan müsəlmanlara hücum etdi. Bunu görən Əmrə binti Əlqəmə adlı Qüreyşin müşrik qadınlarından biri Qüreyşin ayaq altına düşmüş bayrağını qaldıraraq döyüşçülərin ruhiyyəsini artırdı. Bundan sonra döyüşün gedişatı tamamilə dəyişdi. Müsəlmanların nizami sıraları bir-birinə dəydi. Səflər bir-birindən ayrıldı. Döyşçülərin baş komandanla əlaqəsi kəsildi. Beləliklə, müsəlmanlar məğlubiyyətə uğradılar. İslam mücahidlərinin təxminən yetmiş nəfəri, o cümlədən Həmzə ibn Əbdül Müttəlib (Peyğəmbərin (səlləllahu əleyhi və alih) əziz əmisi) və İslam ordusunun bayraqdarlarından biri Müs’əb ibn Ümeyr şəhid oldular.

Digər tərəfdən döyüş meydanında müşriklər Peyğəmbərin (səlləllahu əleyhi və alih) öldürülməsi şayiəsini yaymaqla müsəlmanların bir çoxunun ruhiyyəsini zəiflətdilər. Bir tərəfdən Peyğəmbərin (səlləllahu əleyhi və alih) ölüm şayiəsi, digər tərəfdən isə müşriklərin yenidən hücuma keçməsi müsəlmanların əksəriyyətinin döyüş meydanından qaçmasına səbəb oldu. Döyüş meydanında Peyğəmbərin (səlləllahu əleyhi və alih) kənarında tək-tük adam qalmışdı. İslamın həssas və böhranlı anları gəlib çatmışdı.

Burada Həzrət Əli əleyhissəlamın rolu mə’lum oldu. Çünki Əli (əleyhissəlam) misilsiz şücaət və rəşadətlə Peyğəmbərin (səlləllahu əleyhi və alih) kənarında vuruşur və İslamın müqəddəs və ulu rəhbəri Həzrət Məhəmmədi (səlləllahu əleyhi və alih) müşriklərin amansız və ardıcıl hücumlarından qoruyurdu.

Əhli Beyt (ə.s.) » İmam Əli (ə) (Ühüd döyüşündəki misilsiz şücaəti)

İbn Əsir öz kitabında yazır: «Peyğəmbər (səlləllahu əleyhi və alih) hücum etmək məqsədində olan bir dəstə müşriki görüb Əli əleyhissəlama əmr etdi ki, onlara hücum etsin. Əli (əleyhissəlam) Peyğəmbərin (səlləllahu əleyhi və alih) əmrilə onlara hücum edərək bir neçəsini öldürməklə onları bir-birindən ayırdı. Sonra Peyğəmbər (səlləllahu əleyhi və alih) başqa bir dəstə görüb yenə Əli əleyhissəlama onlara hücum etməyi əmr etdi. Əli (əleyhissəlam) da onların bir neçəsini öldürərək onları bir-birinin ətrafından dağıtdı. Bu zaman vəhy mələyi Peyğəmbərə (səlləllahu əleyhi və alih) nazil olub dedi: “Əli (əleyhissəlam) son dərəcə şücaət göstərir.” Peyğəmbər (səlləllahu əleyhi və alih) ona buyurdu: “O məndən, mən də ondanam.” Bu vaxt göydən belə bir səs eşidildi: «La seyfə illa Zulfiqar və la fəta illa Əli.» (Zülfiqardan başqa heç bir qılınc və Əlidən başqa heç bir cavan yoxdur.)
(Əl-Kamilu fit-tarix, c.2, səh.154)»

İbn Əbil Hədid yazır: «Elə ki, Peyğəmbərin (səlləllahu əleyhi və alih) səhabələrinin çoxu qaçmağa başladı, müşriklər peyğəmbərə hücumlarını artırdılar. Bəni–Kənanə qəbiləsindən bir dəstə, Bəni–Əbd Mənat dəstəsindən də digər bir dəstə Peyğəmbərə (səlləllahu əleyhi və alih) tərəf hücum etdilər. Onların arasında dörd adlı-sanlı pəhləvan gözə dəyirdi. Peyğəmbər (səlləllahu əleyhi və alih) Əli əleyhissəlama əmr etdi ki, bunların hücumunun qarşısını alsın. Əli (əleyhissəlam) piyada vuruşurdu. Əlli nəfərdən ibarət olan bu dəstəyə hücum edib onları bir-birindən ayırdı. Onlar bir neçə dəfə birləşib Peyğəmbərə (səlləllahu əleyhi və alih) hücum etmək istəsələr də, ancaq Əli əleyhissəlamın müqavimətini qıra bilmədilər. Bu hücumlarda yuxarıda qeyd etdiyimiz dörd pəhləvan və tarixdə adları mə’lum olmayan digər on nəfər Əli əleyhissəlamın qılıncı ilə yerə sərildilər.

Əhli Beyt (ə.s.) » İmam Əli (ə) (Ühüd döyüşündəki misilsiz şücaəti)

Cəbrail Peyğəmbərə dedi: “Əli (əleyhissəlam) doğrudan da sənə çox kömək edir. Mələklər bu cavanın sənə etdiyi köməkdən (göstərdiyi şücaətdən) heyran qalmışlar.” Peyğəmbər (səlləllahu əleyhi və alih) Cəbrailə buyurdu: “Nəyə görə də belə olmasın? O məndən, mən də ondanam.” Cəbrail dedi: “Mən də sizdənəm.” Həmin gün asimandan belə bir səs eşidilirdi: «La seyfə illa Zulfiqar və la fəta illa Əli.» (Zülfiqardan başqa heç bir qılınc və Əli əleyhissəlamdan başqa heç bir cavan yoxdur.) Bu cümlə dəfələrlə təkrar edilirdi. Səs eşidilir, ancaq deyən görünmürdü. Peyğəmbərdən (səlləllahu əleyhi və alih) soruşdular ki, bunu deyən kimdir? Cavab verdi ki, Cəbrail.
(Şərhi-Nəhcül-bəlağə, c.14, səh. 250-251; Mənaqibi Xarəzmi, səh. 223)


Geri dön

yaver_43

  • 22 yanvar 2012 19:40
  • Məqalə: 1
  • Şərh: 36
  • Bal:
maraqli idi

Repery

  • 22 yanvar 2012 19:02
  • Məqalə: 196
  • Şərh: 1506
  • Bal:
{awards}
ALLAH razi olsun

--------------------

tontonun anasi

  • 22 yanvar 2012 14:56
  • Məqalə: 214
  • Şərh: 2318
  • Bal:
{awards}
Allah razı olsun təşəkkür edirəm.

--------------------

... Deryam ...

  • 22 yanvar 2012 14:29
  • Məqalə: 272
  • Şərh: 4617
  • Bal:
{awards}
Əziyyətə görə çox sağ ol .Allah razı olsun

--------------------

Dindar_Angel

  • 22 yanvar 2012 12:44
  • Məqalə: 295
  • Şərh: 246
  • Bal:
{awards}
Allah razı olsun təşəkkür edirəm.

--------------------
The End:)

ЛаЛыЧкА

  • 22 yanvar 2012 12:40
  • Məqalə: 9
  • Şərh: 740
  • Bal:
{awards}
ALLAH razi olsun

--------------------
http://s02.radikal.ru/i175/1201/91/6e59860f1ae0.jpg

sabir43

  • 22 yanvar 2012 12:29
  • Məqalə: 10
  • Şərh: 529
  • Bal:
{awards}
maraqli idi

--------------------
(¯`v´¯)
`•.¸.•´
HeCkImI SeVmIrEm ! SeVgI YaLaNdI !

generation

  • 22 yanvar 2012 12:19
  • Məqalə: 77
  • Şərh: 5363
  • Bal:
{awards}
Allah razi olsun

--------------------
http://s53.radikal.ru/i139/1208/45/d3b34690d2c5.gif[center]
[center]♪♪ ((((|̲̅̅●̲̅̅|̲̅̅=̲̅̅|̲̅̅●̲̅̅|)))) Music is my life ♫ ► ▌▌ ♡

B_A_H_A_R

  • 22 yanvar 2012 11:56
  • Məqalə: 12
  • Şərh: 2880
  • Bal:
{awards}
ALLAH RAZI OLSUN TESEKKUR

--------------------
xosbextem cunki almagim gereken qisaslarini aldim)))) seni yandirdim yaaaa gerisi bosss

enigmatic_girl

  • 22 yanvar 2012 11:50
  • Məqalə: 2097
  • Şərh: 12715
  • Bal:
{awards}
Allah razı olsun.....
Tesekkurler....

--------------------

ceko_1990

  • 22 yanvar 2012 11:45
  • Məqalə: 0
  • Şərh: 220
  • Bal:
{awards}
allah razi olsunnnn

--------------------
♥●•٠·˙˙♔♥♥Dost uğrunda ölmək asandır, lakin uğrunda ölünəcək dostu tapmaq çətindir.♥●•٠·˙♔♥♥˙۩۞۩ ۩۞۩ ۩۞۩ ۩۞۩

ELIS99

  • 22 yanvar 2012 11:44
  • Məqalə: 0
  • Şərh: 13
  • Bal:
{awards}
Allah razi olsun

Okush

  • 22 yanvar 2012 11:43
  • Məqalə: 0
  • Şərh: 0
  • Bal:
{awards}
ilk serh menden Allah razi olsun

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 0



Qonaqlar: 27
Cəmi: 35

 

Top 10 Müəllif

NIGAR
Xəbərləri: 58
Cəmi: 724
 
The Shield
Xəbərləri: 55
Cəmi: 77
 
MiSS HaPPy)
Xəbərləri: 48
Cəmi: 143
 
Nergiz__Sirinova
Xəbərləri: 41
Cəmi: 470
 
Arzu_zadeh
Xəbərləri: 34
Cəmi: 232
 
♔Hе важно∞
Xəbərləri: 30
Cəmi: 201
 
AyliN BunyaminovA
Xəbərləri: 18
Cəmi: 441
 
No-Girls-No-ProBlemS
Xəbərləri: 12
Cəmi: 221
 
Sol Meleyim
Xəbərləri: 11
Cəmi: 52
 
S)
Xəbərləri: 8
Cəmi: 20
 
 
{slinks}