Əhli Beyt (ə.s.) » İmam Əli (ə) («Əhzab» (Xəndək) döyüşündə)

 
Əhli Beyt (ə.s.) » İmam Əli (ə) («Əhzab» (Xəndək) döyüşündə)

Əli (əleyhissəlam) «Əhzab» (Xəndək) döyüşündə

Əhzab (Əhzab hizb sözünün cəmi olub dəstələr,qruplar mə’nasını ifadə edir) döyüşü adından da mə’lum olduğu kimi İslamın müxtəlif düşmənlərinin əl-ələ verib təzəcə çiçəklənmiş İslamı aradan aparmaq istədikləri döyüşdür.

Bə’zi tarixçilər bu döyüşdə iştirak edən kafirlərin sayının on mindən çox olduğunu bildirmişlər. İslam ordusu isə cəmi üç min nəfər idi.
Bu döyüşün rəhbərliyini öhdələrinə götürmüş Qüreyş başçıları öz ordularının say çoxluğunu və əllərində olan çoxlu döyüş avadanlıqlarını nəzərə alaraq belə güman edirdilər ki, bu döyüşlə onlar müsəlmanları tamamilə məhv edəcək və Məhəmmədi (səlləllahu əleyhi və alih) aradan götürməklə onun və silahdaşlarının əlindən bir dəfəlik yaxa qurtaracaqlar.


Əhli Beyt (ə.s.) » İmam Əli (ə) («Əhzab» (Xəndək) döyüşündə)

Kafirlərin hərəkət xəbəri Peyğəmbərə (səlləllahu əleyhi və alih) çatdırıldıqda, Peyğəmbər (səlləllahu əleyhi və alih) nizami şura təşkil etdi. Bu şurada Salman Farsi belə təklif etdi ki, Mədinənin kənarında xəndək qazıb kafirlərin şəhərə girməsinə mane olsunlar. İrəli sürülən bu təklif hamı tərəfindən razılıqla qarşılandı. Bir neçə gün müddətində müsəlmanların göstərdiyi işgüzarlıq nəticəsində xəndək hazır oldu. Xəndəyin eni elə idi ki, düşmən atlıları onu keçə bilməzdilər. Dərinliyi də elə idi ki, onun içinə düşən asanlıqla qırağa çıxa bilməzdi.

Kafirlər yəhudilərin köməyi ilə gəlib şəhərin kənarına çıxdılar. Onlar güman edirdilər ki, əvvəlki (Bədr və Ühüd döyüşlərində olduğu) kimi yenə müsəlmanlarla Mədinə şəhərinin kənarında üzləşəcəklər. Ancaq onlar bu dəfə şəhərin kənarında müsəlmanlardan əsər-əlamət görməyib Mədinəyə tərəf irəliləməyə başladılar. Şəhərə çatanda, şəhər kənarında qazılmış enli və dərin xəndək onları təəccübləndirdi. Çünki onlar o vaxta qədər ərəb müharibələrində xəndəkdən istifadə etməyi görməmişdilər. Məcbur olub xəndəyin kənarından Mədinə şəhərini mühasirəyə aldılar.
Bə’zi rəvayətlərə görə Mədinə şəhəri bir ay mühasirədə qaldı.


Əhli Beyt (ə.s.) » İmam Əli (ə) («Əhzab» (Xəndək) döyüşündə)

Qüreyş əsgərləri nə vaxt xəndəyi keçmək fikrinə düşürdülərsə, müsəlmanların xəndəkdə qoyduqları yaxın fasiləli gözətçilərlə üzləşməli olurdular. Müsəlmanlar ox və daş atmaqla onların ehtimal olunan bütün hücumlarının qarşısını alırdılar. Hər iki tərəfin ox atması gecə-gündüz davam edirdi. Ancaq tərəflərin heç biri digərinə üstün gələ bilmirdi.

Digər tərəfdən Mədinənin belə bir ordunun mühasirəsində qalması müsəlmanların bir çoxunun ruhiyyəsini zəiflətmişdi. Üstəlik Mədinənin daxilində yaşayan yəhudilərin, Bəni–Qüreyzə tayfasının əhdinə vəfasız çıxması və kafirlər xəndəyi aşdıqdan sonra düşmən ordusuna birləşərək arxadan müsəlmanlara hücum edəcəyi planı mə’lum olduqdan sonra müsəlmanların ruhiyyəsi daha da zəiflədi.


Geri dön

✿Victoria✿

  • 24 yanvar 2012 19:36
  • Məqalə: 257
  • Şərh: 3406
  • Bal:
tesekkurler

--------------------

enigmatic_girl

  • 22 yanvar 2012 23:11
  • Məqalə: 2097
  • Şərh: 12943
  • Bal:
{awards}
Tesekkurler.... love

--------------------

tontonun anasi

  • 22 yanvar 2012 22:47
  • Məqalə: 214
  • Şərh: 2345
  • Bal:
{awards}
tewekkurler eziyyete gore

--------------------

MaN_uNiTeD

  • 22 yanvar 2012 19:36
  • Məqalə: 36
  • Şərh: 648
  • Bal:
{awards}
YA REBBIM SUSENBERI MENE BAGISLA

Delya_91

  • 22 yanvar 2012 19:10
  • Məqalə: 319
  • Şərh: 5295
  • Bal:
{awards}
Allah razi olsun

--------------------
"Camaat nə deyər" ifadəsi qədər divarları hündür bir hebsxana yoxdur...

B_A_H_A_R

  • 22 yanvar 2012 18:59
  • Məqalə: 12
  • Şərh: 2919
  • Bal:
{awards}
ALLAH RAZI OLSUN EZIYYETE GORE TESEKKUR ELE BU GUN OXUDUM BU DOYUS HAQQINDA

--------------------
xosbextem cunki almagim gereken qisaslarini aldim)))) seni yandirdim yaaaa gerisi bosss

Repery

  • 22 yanvar 2012 18:59
  • Məqalə: 196
  • Şərh: 1555
  • Bal:
{awards}
ALLAH RAZI OLSUN

--------------------

sabir43

  • 22 yanvar 2012 18:31
  • Məqalə: 10
  • Şərh: 533
  • Bal:
{awards}
maraqli idi

--------------------
(¯`v´¯)
`•.¸.•´
HeCkImI SeVmIrEm ! SeVgI YaLaNdI !

generation

  • 22 yanvar 2012 18:22
  • Məqalə: 77
  • Şərh: 5430
  • Bal:
{awards}
Allah razi olsun

--------------------
http://s53.radikal.ru/i139/1208/45/d3b34690d2c5.gif[center]
[center]♪♪ ((((|̲̅̅●̲̅̅|̲̅̅=̲̅̅|̲̅̅●̲̅̅|)))) Music is my life ♫ ► ▌▌ ♡

Mervecik

  • 22 yanvar 2012 17:44
  • Məqalə: 15
  • Şərh: 653
  • Bal:
{awards}
Allah razi olsun..Her zaman oldugu kimi bu defede gozel xeber yerlesdirmisiz....Ellerinize sagliq

Okush

  • 22 yanvar 2012 17:43
  • Məqalə: 0
  • Şərh: 0
  • Bal:
{awards}
Allah razi olsun

.♣.Chrysalis.♣.

  • 22 yanvar 2012 17:32
  • Məqalə: 784
  • Şərh: 6329
  • Bal:
{awards}
Allah razı olsun.deyerli xeberdi

--------------------
"Kimsəni yorğanın altında gözyaşlarınızı pijamanızın qoluyla siləcək qədər çox sevməyin"
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 1
Qonaqlar: 35
Cəmi: 57

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 6
Cəmi: 386
 
Nergiz__Sirinova
Xəbərləri: 6
Cəmi: 331
 
Awk bir hayal
Xəbərləri: 4
Cəmi: 137
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1135
 
anar2012
Xəbərləri: 1
Cəmi: 26
 
TacsizKRalica
Xəbərləri: 1
Cəmi: 2
 
^^KuKuLKa^^
Xəbərləri: 1
Cəmi: 766
 
Mövlud Ağamməd
Xəbərləri: 1
Cəmi: 20
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
Demi Love
Xəbərləri: 1
Cəmi: 16
 
 
{slinks}