Əhli Beyt (ə.s.) » İmam Əli (ə) (Xeybər qalasının fatehi)

 
Əhli Beyt (ə.s.) » İmam Əli (ə) (Xeybər qalasının fatehi)

Əli (ə) - Xeybər qalasının fatehi

İslam Peyğəmbəri (səlləllahu əleyhi və alih) hicrətin yeddinci ili belə qərara gəlir ki,
Mədinənin kənarındakı Xeybər qalasının yəhudilərinə hücum etsin.
Peyğəmbərin (səlləllahu əleyhi və alih) bu işə əl atmasının iki səbəbi var idi:
1) Xeybər qalası yenicə çiçəklənməkdə olan İslam hökuməti üçün fitnə-fəsad mərkəzinə çevrilmişdi. Bu qalanın yəhudiləri dəfələrlə İslam düşmənlərilə əl-ələ verib Mədinəyə hücum etmişdilər. Xüsusilə onların xəndək döyüşündə böyük rolu olmuşdu.

2) O zamanlar dünyanın ən böyük imperiyaları olan İran və Roma imperiyalarının bir-biri ilə uzun-uzadı müharibə etmələrinə baxmayaraq İslamın üçüncü bir qüdrətli dövlət kimi meydana çıxması onlar üçün dözülməz idi. Buna görə də, Xeybər yəhudiləri bu iki imperiya ilə əl-ələ verib İslamın əleyhinə yürüşlər edə bilər, yaxud müşrikləri təzə müsəlmanların əleyhinə qızışdırıb döyüşdürdükləri kimi bu iki böyük imperiyanı da cavan İslama qarşı döyüşə qaldırardılar.

Əhli Beyt (ə.s.) » İmam Əli (ə) (Xeybər qalasının fatehi)

Bu iki məsələ Peyğəmbərin (səlləllahu əleyhi və alih) min altı yüz nəfərlik bir ordu ilə Xeybər qalasına hücum etməsinə səbəb oldu.
Xeybər qalaları böyük divarlara və çoxlu müdafiə qurğularına malik idi və yəhudilərin döyşçüləri onları möhkəm qoruyurdular. İslam ordusunun döyüşçülərinin şücaəti nəticəsində qalalar çətinliklə də olsa, bir-birinin ardınca süqut edirdi. Lakin ən böyük və ən güclü pəhləvanların yığıldığı Qəmus qalası hələ də müqavimət göstərirdi. İslam mücahidləri nə qədər cəhd göstərsələr də, o qalanın müqavimətini qıra bilmədilər. Peyğəmbər (səlləllahu əleyhi və alih) möhkəm başağrı nəticəsində özü bilavasitə döyüş səhnəsində iştirak edə bilmir və orduya birbaşa başçılıq etmirdi. Buna görə də, Peyğəmbər (səlləllahu əleyhi və alih) hər gün bayrağı bir nəfərin əlinə verib qalanı fəth etməyi ona tapşırırdı. Ancaq onlar heç bir nəticə almadan geri dönürdülər. Bir gün Peyğəmbər (səlləllahu əleyhi və alih) bayrağı Əbu Bəkrin əlinə, səhəri gün isə Ömərin əlinə verib onları qalaya tərəf göndərdi. Ancaq onlar heç bir qələbə qazanmadan geri döndülər.
Vəziyyətin bu cür gedişinə Peyğəmbər (səlləllahu əleyhi və alih) tab gətirə bilmirdi. İşin belə olduğunu görən Peyğəmbər (səlləllahu əleyhi və alih) buyurdu: «Sabah bu bayrağı elə bir şəxsə verəcəyəm ki, Allah-taala o qalanı həmin şəxsin əli ilə fəth edəcək. O elə bir şəxsdir ki, Allahı və peyğəmbəri sevir, Allah və Peyğəmbər də onu sevirlər.»
(Əl-İstiab fi mə’rifətil-əshab, c.3, səh.36)

Əhli Beyt (ə.s.) » İmam Əli (ə) (Xeybər qalasının fatehi)

O gecə Peyğəmbərin (səlləllahu əleyhi və alih) bütün səhabələri fikirləşirdilər ki, görəsən Peyğəmbər (səlləllahu əleyhi və alih) bayrağı sabah kimə verəcək? Səhər olcaq səhabələr Peyğəmbərin (səlləllahu əleyhi və alih) çadırının qarşısında durub hamı ümid edirdi ki, Peyğəmbər (səlləllahu əleyhi və alih) bayrağı ona verəcək. Bu zaman Peyğəmbər (səlləllahu əleyhi və alih) buyurdu: «Əli haradadır?» Səhabələr cavab verdilər ki, o, gözü ağradığı üçün istirahət edir. Peyğəmbər (səlləllahu əleyhi və alih) buyurdu: «Əlini bura gətirin!» Əli (əleyhissəlam) gəldikdə, Peyğəmbər (səlləllahu əleyhi və alih) onun gözünün sağalması üçün dua etdi. Peyğəmbərin (səlləllahu əleyhi və alih) duası nəticəsində Əli əleyhissəlamın gözü sağaldı. Sonra Peyğəmbər (səlləllahu əleyhi və alih) bayrağı ona verdi. Əli (əleyhissəlam) dedi: “Ya Rəsuləllah! Onlarla İslamı qəbul edənə qədər vuruşacağam.” Peyğəmbər (səlləllahu əleyhi və alih) buyurdu: “İndi ora get! Elə ki qalaya yetişdin əvvəl onları İslama də’vət et, onların Allah-taala qarşısında olan vəzifələrini (İslam dininə itaət etməyi) onlara xatırlat! And olsun Allaha ki, bir nəfərin sənin də’vətinlə müsəlman olmasının xeyri sənin qırmızı tüklü dəvələrə yiyələnməyindən üstündür. (Dəvə ərəblər üçün hər şey demək idi. Həm minik vasitəsi, həm yemək, həm də içmək idi. Bu ifadə bir nəfəri müsəlman etməyin nə qədər xeyirli olduğunu göstərir)” (Qırmızı tüklü dəvə ən qəşəng və ən baha dəvədir.)
(Səhihi-Müslim, c.7, səh121)

Əhli Beyt (ə.s.) » İmam Əli (ə) (Xeybər qalasının fatehi)

Əli (əleyhissəlam) bu vəzifəni yerinə yetirmək üçün qalaya tərəf yollandı və o möhkəm və qüdrətli qalanı misli görünməmiş bir şücaətlə fəth etdi.


Geri dön

Repery

  • 22 yanvar 2012 19:01
  • Məqalə: 196
  • Şərh: 1555
  • Bal:
ALLAH razi olsun

--------------------

generation

  • 22 yanvar 2012 17:06
  • Məqalə: 77
  • Şərh: 5430
  • Bal:
{awards}
Allah razi olsun

--------------------
http://s53.radikal.ru/i139/1208/45/d3b34690d2c5.gif[center]
[center]♪♪ ((((|̲̅̅●̲̅̅|̲̅̅=̲̅̅|̲̅̅●̲̅̅|)))) Music is my life ♫ ► ▌▌ ♡

cezZza

  • 22 yanvar 2012 17:03
  • Məqalə: 0
  • Şərh: 296
  • Bal:
{awards}
eleaaaaaaaaaaaaaaaaaaaaaaaaaaa

--------------------
Sen = Görmesende Ben = Yaşıyorum Sen = Bilmesende Ben = Özlüyorum Sen = Duymasanda Ben = Söylüyorum SENİ SEVİYORUM....♥♥

B_A_H_A_R

  • 22 yanvar 2012 15:09
  • Məqalə: 12
  • Şərh: 2919
  • Bal:
{awards}
ALLAH RAZI OLSUN EZIYYETE GORE TESEKKUR

--------------------
xosbextem cunki almagim gereken qisaslarini aldim)))) seni yandirdim yaaaa gerisi bosss

tontonun anasi

  • 22 yanvar 2012 14:45
  • Məqalə: 214
  • Şərh: 2345
  • Bal:
{awards}
Allah razi olsun!

--------------------

_ROCK_STAR_

  • 22 yanvar 2012 14:30
  • Məqalə: 19
  • Şərh: 776
  • Bal:
{awards}
Allah razi olsun!!!!!!!

enigmatic_girl

  • 22 yanvar 2012 14:14
  • Məqalə: 2097
  • Şərh: 12943
  • Bal:
{awards}
Tesekkurler.....
Eline saglik....

--------------------

APPLY

  • 22 yanvar 2012 13:56
  • Məqalə: 30
  • Şərh: 516
  • Bal:
{awards}
allah razi olsun

--------------------
♥ ♥ ♥ ♥ ♥

Ìtirdim deyə düşündüklərin bəlkə də xilas olduqlarindir...!♥ ♥ ♥♥
.

ЛаЛыЧкА

  • 22 yanvar 2012 13:47
  • Məqalə: 9
  • Şərh: 744
  • Bal:
{awards}
ALLAH razi olsun

--------------------
http://s02.radikal.ru/i175/1201/91/6e59860f1ae0.jpg
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 2
Qonaqlar: 16
Cəmi: 37

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 7
Cəmi: 388
 
Nergiz__Sirinova
Xəbərləri: 6
Cəmi: 333
 
Awk bir hayal
Xəbərləri: 4
Cəmi: 137
 
^^KuKuLKa^^
Xəbərləri: 2
Cəmi: 767
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1135
 
TacsizKRalica
Xəbərləri: 1
Cəmi: 1
 
evli.mutlu.cocuklu
Xəbərləri: 1
Cəmi: 1
 
anar2012
Xəbərləri: 1
Cəmi: 26
 
Mövlud Ağamməd
Xəbərləri: 1
Cəmi: 20
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
 
{slinks}