ALLAHIM MƏRHƏMƏTİ HƏR YERİ ƏHATƏ ETMİŞDİR...

 
  • 22.10.2010, 16:29
  • Bölmə: İslam
  • Müəllif: Ulya
ALLAHIM MƏRHƏMƏTİ HƏR YERİ ƏHATƏ ETMİŞDİR...

Allahın Rəhman və Rəhm sifəti Quran ayələrində bir çox dəfə təkrarlandığı kimi Tövbə Surəsindən başqa bütün surələr Allahın "Rəhman və Rəhm olan Allahın adıyla" başlamaqdadır. Rəbbimizin Rəhman adının çox geniş bir mənası vardır. Əsirgəyən, acıyan, şəfqət duyan, mərhəmət edən sifətlərinin hamısı Allahın Rəhman adının təcəllilərindəndir.
Rəhman olan Allah sonsuz mərhəmətini görünən və görünməyən hər şeydə təcəlli etdirər. Allahın Rəhman sifətini kainatı əhatə edən yaradılış möcüzələrində, insanın yaradılışında, insan bədənindəki milyardlarla detalda, heyvanlarda, , suda, havada, qısacası kainatın hər zərrəsində görmək mümkündür. Allah hər gün torpağın içindən milyardlarla toxumu yetişdirən, meyvələr və tərəvəzlər var edən, göydən tonlarca su endirən, eyni anda dünyanın hər yerində milyardlarla canlıya ruzi verən, həyatımızı davam etdirməmizə imkan verən oksigeni var edəndir. Rəbbimiz saysız nemətləriylə bütün varlıqları geniş əhatə etmişdir. Dünyada ONun insanlar üzərindəki təqdirini, fəzl və lütfkarlığını maneə törədə biləcək heç bir varlıq yoxdur. Fatır Surəsində, Rəbbimizin insanlar üzərindəki sonsuz rəhməti bu şəkildə bildirilməkdədir:

Allahın insanlara əta etdiyi mərhəmətə (verdiyi nemətə, ruziyə) heç kəs mane ola bilməz. Onun vermədiyi bir şeyi də Özündən başqa heç kəs göndərə (verə) bilməz. O, yenilməz qüvvət sahibi, hikmət sahibidir. (Fatır Surəsi, 2)


Yer üzündəki bütün canlılar kimi insanın da həyatını davam etdirə bilməsi üçün hər an meydana gəlməsi lazım olan bir çox şərt vardır. Nəfəs ala bilməsi üçün oksigenə, bədəninin fəaliyyətlərini davam etdirə bilməsi üçün su və qidaya ehtiyac duyar. Ayrıca insan bədənində hər saniyə milyardlarla əməliyyat reallaşmaqda, hər bir hüceyrə həyatın davamı üçün Allahın əmriylə öz vəzifəsini yerinə yetirməkdədir. Yalnız tək bir insanın bütün fiziki ehtiyaclarını aradan qaldıraraq varlığını davam etdirə bilməsi belə saysız detala bağlıdır. Sonsuz mərhəmət sahibi olan Rəbbimiz hər canlının dünyadakı ehtiyaclarını əvvəldən təyin etmiş və onlara təqdim etmişdir. Bunun qarşılığında isə insanların etmələri lazım olan yalnız Allaha qulluq etməkdir. İnsanlara, elçiləri vasitəsilə hidayət tapacaqları İlahi kitablar göndərməsi və peyğəmbərlərin ayələri tək-tək şərhləri də Rəbbimizin Rəhman və Rəhm sifətlərinin bir təcəllisidir. Beləliklə Allah insanlara həm Özünü tanıtmış, həm də onları din əxlaqının gözəlliklərinə dəvət etmişdir. Şübhəsiz bunların hamısı, Rəbbimizin sonsuz mərhəmətinin açıq dəlillərindəndir.

İman etməyənlər, münafiqlər və müşriklər də dünya həyatında aldıqları hava, içdikləri su daxil olmaq üzrə gizli və açıq bütün nemətlərdən faydalanarlar. Bunlar Allahın sonsuz rəhmətinin təcəlliləridir. Ancaq inkar edənlərə verilən bütün bu nemətlər iman etmədikləri müddətcə əzablarının artmasına vəsilə olacaq. Üz çevirənlər, Allahın nemətlərindən ancaq dünyada olduqları müddət ərzində faydalana bilərlər. Axirətdə isə bütün nemətlər, sahib olduqlarını yalnız Allaha yaxınlaşmaq və ONun razılığını axtarmaq üçün istifadə edən möminlərə aiddir. Çünki Allah sonsuz ədalət sahibidir və bənzərsiz nemətlərlə bəzənmiş cənnət yurdunu yalnız mömin qullarına müjdələmişdir.


Geri dön

music_angel

  • 1 sentyabr 2011 13:45
  • Məqalə: 212
  • Şərh: 7767
  • Bal:
Allah razi olsun

--------------------

nilayka

  • 20 fevral 2011 17:52
  • Məqalə: 206
  • Şərh: 7698
  • Bal:
{awards}
tewekkurler allah razi olsun

--------------------

Yusif

  • 8 noyabr 2010 18:17
  • Məqalə: 444
  • Şərh: 3324
  • Bal:
{awards}
tesekkurler

sevgi yalandir

  • 22 oktyabr 2010 19:11
  • Məqalə: 538
  • Şərh: 7367
  • Bal:
{awards}
love love

--------------------
Bəzən gülərsən xoşbəxtmiş kimi .. Bəzən sevərsən ilk kezmiş kimi .. Hər səfərində gedənin arxasından ağlarsın sanki değermiş kimi .. Bəzən susayar son kezmiş kimi .. Bəzi şeylərə inanarsan doğruymuş kimi .. Sonra oyanar gerçəkmiş kimi .. Təsirində qalarsan oradan qovulmuş kimi .. Ən sonuna anlarsan yanılmış .. HƏR ZAMAN OLDUĞU KİMİ .. Və mən hələ bir ümidlə gözləyirəm sanki geri dönecekmiş kimi.........

Ulya

  • 22 oktyabr 2010 17:22
  • Məqalə: 1911
  • Şərh: 13813
  • Bal:
{awards}
Milawka,
Azeri_Gozeli,
sevgi yalandir,
Gecə Şehi,
love

Milawka

  • 22 oktyabr 2010 17:17
  • Məqalə: 75
  • Şərh: 582
  • Bal:
{awards}





ALLAHIM SENE MILYON WUKUR EDIREM HER WEYE GORE!!
SENI COOOOOOOOOOOOOOX SEVIREM ALLAHIM VERDIYIN? YETIRDIYIN HER 1 NEMET UCUN SONSUZ DERECEDE WUKUR EDIREM NEYI MENNEN ESKIK ETMISEN KI?
HEC NEYI! HER WEYIM VAR !!! MILYON WUKUR SENE EY YARADANIM!!

Azeri_Gozeli

  • 22 oktyabr 2010 17:07
  • Məqalə: 91
  • Şərh: 2393
  • Bal:
{awards}
Allah razi olsun

--------------------

sevgi yalandir

  • 22 oktyabr 2010 17:01
  • Məqalə: 538
  • Şərh: 7367
  • Bal:
{awards}
tewekkurler allah razi olsun love

--------------------
Bəzən gülərsən xoşbəxtmiş kimi .. Bəzən sevərsən ilk kezmiş kimi .. Hər səfərində gedənin arxasından ağlarsın sanki değermiş kimi .. Bəzən susayar son kezmiş kimi .. Bəzi şeylərə inanarsan doğruymuş kimi .. Sonra oyanar gerçəkmiş kimi .. Təsirində qalarsan oradan qovulmuş kimi .. Ən sonuna anlarsan yanılmış .. HƏR ZAMAN OLDUĞU KİMİ .. Və mən hələ bir ümidlə gözləyirəm sanki geri dönecekmiş kimi.........

Just For Legend

  • 22 oktyabr 2010 16:33
  • Məqalə: 408
  • Şərh: 3198
  • Bal:
{awards}
Minnettaram xebere gore

--------------------

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 0



Qonaqlar: 9
Cəmi: 23

 

Top 10 Müəllif

Nergiz__Sirinova
Xəbərləri: 2
Cəmi: 327
 
Pıtırcık
Xəbərləri: 2
Cəmi: 385
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1135
 
anar2012
Xəbərləri: 1
Cəmi: 26
 
Awk bir hayal
Xəbərləri: 1
Cəmi: 137
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
Demi Love
Xəbərləri: 1
Cəmi: 16
 
 
{slinks}