Tirmizi, İbni Macə və Əbu Nuaym Əbu Zerrdən belə rəvayət edərlər: Peyğəmbər (s.ə.v.) buyurdu ki:
"Həqiqətən mən sizin görmədiyinizi görər, eşitmədiyinizi eşidərəm! Mən, göylərin cırıldayıb inləməkdə olduğunu da eşitməkdəyəm... Göylərin cırıldaması isə, haqqdır və layiqdir! Göylər mələklərlə elə dopdoludur ki, dörd barmaq qədər bir yer də boş buraxılmış deyil. Hər tərəfində mələklər itaət və ibadətdədirlər."
Yenə Əbu Nuaym Hakim belə rəvayət edər. O demişdir ki: "Biz, Rəsulullahımızın ətrafında toplanmışdıq. O, səhabələrinə xitab olaraq buyurdu ki:
- "Mənim eşitdiyimi sizlər də eşidirsinizmi?"
Səhabələr:
- "Biz bir şey eşitmirik" dedilər. O buyurdu ki:
- "Mən göylərin iniltisini eşitməkdəyəm! Göylər, inlədiyi üçün qınana bilməz! Çünki göylərdə bir qarışıq boş yer yoxdur, hər tərəf mələklərlə doludur. Mələklərin kimisi səcdədə, kimisi qiyamdadır."

Peyğəmbərimizin səsinin çox uzaqlardan eşidilməsi
Beyhaki və Əbu Nuaym, Bera rəvayət edir. O belə deyir: "Bir gün Peyğəmbərimiz bizə xütbə dedi. Onun bu xütbəsi o qədər uzaqlara eşidildi ki, evindən çıxmayan və yeni çatmayan qızlar belə, bu xütbəni eşidib dinləmişlər."
Əbu Nuaymın Büreydənin rəvayəti isə belədir: "Peyğəmbərimiz (s.ə.v) bir gün namazı qıldıqdan sonra yüksək səslə səs etdi, otağından çıxmayan qızlar belə Onun səsini eşitdilər."
İmamı Beyhaki və Əbu Nuaym, Aişədən rəvayət edərlər: "Bir Cümə günündə Peyğəmbərimiz (s.ə.v) minbər üzərinə oturdu, sonra səhabələrinə xitab olaraq: "Oturun" buyurdu. Bu sırada Abdullah Ravaha Oğulları yurdunda idi. Əfəndimizin "oturun" səsini eşidib, xütbəni dinləmək üzrə oturmuşdur."
İbni Sad, Əbu Nuaym, Əbdürrəhman min Muaz Təymidən nəql edər. O demişdir ki: "Minada Peyğəmbərimiz (s.ə.v) bir xütbə dedi. Qulaqlarımız elə açıldı ki, bizlər yerimizdən ayrılmadığımız halda, Onun bu xütbəsini rahatlıqla eşidə bildik."
İbni Macə və Beyhaki, Ümmü Xanıdan rəvayət edər. O demişdir ki: "Biz, Peyğəmbərimizin (s.ə.v) Kəbədə gecə yarısı oxuduğu Quranı, rahatlıqla eşidərdik və mən o sırada, evin damının üstündə idim."

Peyğəmbərimizin əsnəməkdən qorunmuş olması
İmamı Buxari Tarixində, İbni Əbi Şeybə Musannəfinde, həmçinin İbni Sad, Yezid min Əsamdan rəvayət edərlər. O demişdir ki: "Peyğəmbərimiz (s.ə.v), heç bir vaxt əsnəməmişdir!"
İbni Əbi Şeybenin Əbdü'l-Melik min Mərvanın oğulu Məsləmədən rəvayətində isə, o belə demişdir: "Heç bir peyğəmbər, əsla əsnəməmişdir!"