Günün qoroskopu (23.01.2012)

 
Günün qoroskopu (23.01.2012)

Mürəkkəb, iri və xırda problemlərlə dolu bir gündür. Bunların hamısı diqqət və zəhmət tələb edir. Qarışıqlıq, diqqəti bir işə cəlb etmək imkanının olmaması emosional vəziyyətə ciddi təsir edir.

Adətən şən və həyatsevər olanların da əhvalı korlana bilər, pessimistlər isə daha da bədbinləşəcəklər.
Maliyyə cəhətdən də günü uğurlu adlandırmaq mümkün deyil: ciddi itkilər gözlənilir. Ola bilsin ki, çoxdan gözlədiyiniz pulları bu gün də ala bilməyəsiniz. Bu səbəbdən bir çoxları planlarını dəyişməli olacaqlar. Şəraiti yaxşılaşdırmaq olar, bunun üçün təşəbbüskar, enerjili, inadcıl və döyüşkən olmaq lazımdır. Əgər bütün bu xüsusiyyətlər sizdə varsa, bu gün, çətin ki, sizin qanınızı qaraltmaq iqtidarında olsun.

Qoç - Lazımi şəraitə vaxtında və cəld köklənə, enerjinizi lazımi məcraya yönəldə bilirsiniz. İş görüşləri çox məhsuldar olacaq, peşəkar ünsiyyətlərin hamısı faydalı olacaq. Tərəfdaş və ortaqlarınız dostlarınıza çevrilirlər. Bunda sizin də əməyiniz az deyil: sözləri yerində işlədir, başqalarının maraqlarını nəzərə aldığınızı göstərirsiniz.

Kişi Qoçları maraqlı romantik tanışlıqlar gözləyir, qadın Qoçların isə şəxsi münasibətlərdə bu gün bəxtləri gətirmir. Bunun əvəzində onlar hansısa bir ziyafətə getsələr, xeyli şənləncəklər.

Buğa - İşgüzar və enerjilisiniz. Müəyyən peşəkar layihələrin reallaşdırılmasında, kütləvi tədbirlərdə, ziyafətlərdə böyük məmnuniyyətlə iştirak edirsiniz. Qarşınızda duran məsələ nə qədər qəlizdirsə, siz də bir o qədər həvəslə onun həllinə girişirsiniz. Sizi nə qatı rəqabət, nə də nüfuzlu adamlarla mümkün konflikt qorxutmur.

Yaxınlarınızla münasibətləriniz ahəngdardır. Yalnız bir şey sizi narahat edir: pul. Bu gün siz büdcənizi düzgün idarə edə bilmirsiniz. Odur ki, hansısa müştərək alış-verişdən bu gün söhbət gedə bilməz, birtəhər yaxanızı qırağa çəkin.

Əkizlər - İş görüşləri, peşəkar məsələlərin müzakirəsi üçün pis gün deyil. Qadınlarla çox asan dil tapırsınız, onları nəyə desən, inandıra bilirsiniz. Özünə iş axtaran Əkizlər bu gün müsahibəyə rahat qəlblə yollana bilərlər: adamlarda yaxşı təəssürat yaratmaq bu gün sizin üçün çox asandır.

Evdə də vəziyyət yaxşıdır. Bir azca müxtəliflik, yeni təəssürat çatışmazlığı hiss edir, amma kefinizi pozmursunuz. Yüksək yaradıcı potensialınız ən adi məişət işlərində də qeyri-adi bir nüans tapmağa, onu qeyri-adi etməyə imkan verir.

Xərçəng - Sizin bu gün ən güclü cəhətiniz - kimisə inandıra bilmək bacarığınızdır. İstənilən mübahisədən, hətta opponentləriniz ən qatı skeptiklər olsalar belə, qalib çıxa bilərsiniz. Dövlət təşkilatlarına gedə, məmurlarla olan işlərinizi həll edə, sənədlərin tərtibi ilə məşğul ola bilərsiniz. Amma unutmayın: danışıqlar zamanı işgüzar etiketdən bir millimetr də kənara çıxmaq olmaz. Söhbəti qeyri-formal məcraya yönəltməyə çalışmayın.

Maksimum soyuqqanlılıqla yanaşsanız, müxtəlif cari işləri, o cümlədən maliyyə məsələlərini həll edə bilərsiniz. Emosiyalarınızı isə romantik görüş üçün saxlayın: o, çox uğurlu keçəcək.

Şir - Qonaq qəbulu üçün əla gündür: dostlarınızı, biznes ortaqlarınızı, həmkarlarınızı və himayədarlarınızı heç çəkinmədən müsafir edə bilərsiniz. Həm özünüzü qonaqpərvər ev sahibi göstərmək imkanınız olacaq, həm də ciddi məsələləri və vacib layihələri müzakirə edə biləcəksiniz.

Hədiyyələr, pullar ala bilərsiniz. İnsanların rəğbətini asanlıqla qazanır, xeyli tərif eşidirsiniz. Amma ehtiyatlı olun: sizin diqqətinizi cəlb etməyə çalışan bəziləri heç də sizin yaxşılığınızı istəmirlər.

Qız - Bu gün həddən artıq işgüzarsınız. Nikbinliyiniz və işləmək həvəsiniz sizi həmkarlarınızdan ciddi surətdə fərqləndirir. Başqalarının həvəssiz yanaşdıqları və uğursuzluğa düçar olduqları işlərdə siz böyük müvəffəqiyyət qazanırsınız. Çoxdankı problemlərin qeyri-adi və nəfis həllini, eyni zamanda peşəkar gələcəyinizlə bağlı bir çox mürəkkəb suallara cavab tapırsınız.

Şəxsi həyatınız isə ikinci plana keçir. Yaxınlarınızın sizi dəstəklədiklərinə əminsiniz. Əgər hansısa vədinizi yerinə yetirməsəniz, kimsə sizdən küsməyəcək, çünki bilirlər ki, çox məşğulsunuz.

Tərəzi - Güclü intuisiyanızın hesabına maliyyə məsələlərini uğurla həll edə bilərsiniz: axı siz hansı layihənin daha yaxşı olduğunu gözəl ayırd edirsiniz. İşdə göstərdiyiniz inad rəhbərliyin xoşuna gəlir. Vəzifənizin artırılmasına ümid edə bilərsiniz. Əcnəbilərlə işbirliyi mümkündür.

Təəssüf ki, günün emosional fonu sizin üçün yaxşı deyil. Həddən artıq həyəcanlanırsınız. Yaxşı bir hadisəylə qarşılaşanda doyunca sevinə bilmirsiniz: düşünürsünüz ki, sonra mütləq pis olacaq. Nahaq yerə, bu fikirləri başınızdan atın.

Əqrəb - Maliyyə vəziyyətiniz çətinləşir. Onu möhkəmləndirmək üçün şübhəli layihələrə əl atırsınız, bu isə onsuz da bərbad olan şəraiti daha da çətinləşdirir. Başqa bir çətinlik isə iş münasibətlərində ortaya çıxır. Ortaqlarınız gözləmədiyiniz sürprizlərlə sizi problemlərlə baş-başa qoyurlar.

Şəxsi həyatınızda isə əksinə, sakitlikdir. Dəyər verdiyiniz bir şəxslə yaxınlarda aranızda münaqişə olubsa, bu gün münasibətləri düzəltməyə tələsin, sizin ikiniz üçün də vacib olan məsələləri asanlıqla müzakirə edə bilərsiniz.

Oxatan - İstənilən neqativi pozitivə çevirmək bacarığınız bu günün sizin üçün hazırladığı bəd planları alt-üst edəcək. Bu gün Oxatanlar nəinki öz xoşbəxtliklərini, həmçinin digərlərinin uğurlu taleyini təmin edirlər. Həmçinin ən çox diqqət cəlb edən bürc nümayəndələri də onlardır. Xeyli dəvət alacaqsınız. İstənilən məclisin ən sevimlə qəhrəmanına çevrilmək şansınız var.

Bircə şey qanınızı qaraldır: diqqətinizi çox vacib bir işdə cəmləyə bilmirsiniz, daim xırda, amma maraqlı başqa məsələlər fikrinizi yayındırır.

Oğlaq - Ünsiyyət üçün əla gündür, həm kefiniz durulacaq, həm də bunlardan öz xeyrinizə istifadə edə biləcəksiniz. Həmfikirlərinizlə gücünüzü birləşdirsəniz, bir çox ciddi məsələlərin həllini tapa bilərsiniz. Emosional ünsiyyətlər isə çox dayazdır, bunların ciddiləşəcəyinə ümid etməyə dəyməz.

Ailə problemləri və çoxdan göz yumduğunuz məişət çətinlikləri isə xeyli vaxtınızı ala bilər. İstəməsəniz də, müəyyən qəti addımlar atmalısınız. Gözlənilmədən xərcə düşə bilərsiniz.

Dolça - Rəhbərlik və nüfuzlu adamlarla ünsiyyətdə həddən artıq ehtiyatlı olun. Yersiz bir sözünüz bütün işlərinizi dolaşdıra bilər. Məmurlarla, dövlət idarələrinin işçiləri ilə, xüsusilə də, sırf kişi işində çalışan qadınlarla ünsiyyətdən qaçın.

Şəxsi həyatınızda hər şey əladır. Maraqlı tanışlar tapa, yaxud mövcud olan münasibətlərinizi daha da möhkəmlədə bilərsiniz. Hər iki halda təşəbbüskar olmağınız məsləhətdir.

Balıqlar - Ciddi məsələlərin həlli üçün gün uyğun deyil. Diqqətinizi cəmləmək üçün sizə rahat şərait gərəkdir. Odur ki, həm işləmək, həm də lazımi şəxslərlə görüşmək üçün məhz sizə rahat olan yeri seçin. Bir çox Balıqlar bu gün qədərindən artıq qürur nümayiş etdirirlər, bu isə onlara rəqiblərini çox-çox geridə qoymağa imkan verir. Amma unutmayın: bununla özünüzə daha çox düşmən qazanırsınız.

Yaxınlarınızla ünsiyyətdə çox sərt və açıqsözlüsünüz. Bu isə mübahisə üçün bir bəhanədir.


Geri dön

✿Victoria✿

  • 25 yanvar 2012 10:03
  • Məqalə: 257
  • Şərh: 3406
  • Bal:
TESEKKURLER

--------------------

_TUNAR_MAMEDOV_

  • 25 yanvar 2012 02:09
  • Məqalə: 671
  • Şərh: 4820
  • Bal:
{awards}
Əqrəb - Maliyyə vəziyyətiniz çətinləşir. Onu möhkəmləndirmək üçün şübhəli layihələrə əl atırsınız, bu isə onsuz da bərbad olan şəraiti daha da çətinləşdirir. Başqa bir çətinlik isə iş münasibətlərində ortaya çıxır. Ortaqlarınız gözləmədiyiniz sürprizlərlə sizi problemlərlə baş-başa qoyurlar.

Şəxsi həyatınızda isə əksinə, sakitlikdir. Dəyər verdiyiniz bir şəxslə yaxınlarda aranızda münaqişə olubsa, bu gün münasibətləri düzəltməyə tələsin, sizin ikiniz üçün də vacib olan məsələləri asanlıqla müzakirə edə bilərsiniz.

twkler eziyyete gore...

--------------------

MaN_uNiTeD

  • 23 yanvar 2012 18:32
  • Məqalə: 36
  • Şərh: 648
  • Bal:
{awards}
Şir - Qonaq qəbulu üçün əla gündür: dostlarınızı, biznes ortaqlarınızı, həmkarlarınızı və himayədarlarınızı heç çəkinmədən müsafir edə bilərsiniz. Həm özünüzü qonaqpərvər ev sahibi göstərmək imkanınız olacaq, həm də ciddi məsələləri və vacib layihələri müzakirə edə biləcəksiniz

DEMET_AKALIN

  • 23 yanvar 2012 18:25
  • Məqalə: 0
  • Şərh: 630
  • Bal:
{awards}
BU GUNUME SUKUR_____________________________________________
__________________________________________________
_QOC

--------------------
Duygusal mahni dinlədiyinizdə aglınıza gələn insan;
Həyatinizi məhv edən insandir.!!!

Menasz_Heyat

  • 23 yanvar 2012 18:05
  • Məqalə: 0
  • Şərh: 3
  • Bal:
{awards}
twk edirem zehmet cekmisiz

--------------------
Derdli_Heyat

Ku-ku

  • 23 yanvar 2012 15:57
  • Məqalə: 267
  • Şərh: 5318
  • Bal:
{awards}
Balıqlar - Ciddi məsələlərin həlli üçün gün uyğun deyil. Diqqətinizi cəmləmək üçün sizə rahat şərait gərəkdir. Odur ki, həm işləmək, həm də lazımi şəxslərlə görüşmək üçün məhz sizə rahat olan yeri seçin. Bir çox Balıqlar bu gün qədərindən artıq qürur nümayiş etdirirlər, bu isə onlara rəqiblərini çox-çox geridə qoymağa imkan verir. Amma unutmayın: bununla özünüzə daha çox düşmən qazanırsınız.

Yaxınlarınızla ünsiyyətdə çox sərt və açıqsözlüsünüz. Bu isə mübahisə üçün bir bəhanədir.

--------------------

al yazmalim:))

  • 23 yanvar 2012 15:53
  • Məqalə: 37
  • Şərh: 1174
  • Bal:
{awards}
tesekkurler

--------------------
oglanlar eziyyet cekib vaxtinizi ayirib mene dostluq atmayin qebul etmeyecem!!!

http://imgs.su/tmp/2012-12-24/1356351484-375.jpg

tontonun anasi

  • 23 yanvar 2012 15:28
  • Məqalə: 214
  • Şərh: 2345
  • Bal:
{awards}
Oxatan - İstənilən neqativi pozitivə çevirmək bacarığınız bu günün sizin üçün hazırladığı bəd planları alt-üst edəcək. Bu gün Oxatanlar nəinki öz xoşbəxtliklərini, həmçinin digərlərinin uğurlu taleyini təmin edirlər. Həmçinin ən çox diqqət cəlb edən bürc nümayəndələri də onlardır. Xeyli dəvət alacaqsınız. İstənilən məclisin ən sevimlə qəhrəmanına çevrilmək şansınız var.

Bircə şey qanınızı qaraldır: diqqətinizi çox vacib bir işdə cəmləyə bilmirsiniz, daim xırda, amma maraqlı başqa məsələlər fikrinizi yayındırır.

--------------------

Dalga

  • 23 yanvar 2012 15:19
  • Məqalə: 201
  • Şərh: 5400
  • Bal:
{awards}
Xebere gore tewekkurler

--------------------

generation

  • 23 yanvar 2012 15:10
  • Məqalə: 77
  • Şərh: 5430
  • Bal:
{awards}
Qız - Bu gün həddən artıq işgüzarsınız. Nikbinliyiniz və işləmək həvəsiniz sizi həmkarlarınızdan ciddi surətdə fərqləndirir. Başqalarının həvəssiz yanaşdıqları və uğursuzluğa düçar olduqları işlərdə siz böyük müvəffəqiyyət qazanırsınız. Çoxdankı problemlərin qeyri-adi və nəfis həllini, eyni zamanda peşəkar gələcəyinizlə bağlı bir çox mürəkkəb suallara cavab tapırsınız.

Şəxsi həyatınız isə ikinci plana keçir. Yaxınlarınızın sizi dəstəklədiklərinə əminsiniz. Əgər hansısa vədinizi yerinə yetirməsəniz, kimsə sizdən küsməyəcək, çünki bilirlər ki, çox məşğulsunuz.

--------------------
http://s53.radikal.ru/i139/1208/45/d3b34690d2c5.gif[center]
[center]♪♪ ((((|̲̅̅●̲̅̅|̲̅̅=̲̅̅|̲̅̅●̲̅̅|)))) Music is my life ♫ ► ▌▌ ♡

_SeVgI_oPuWu_

  • 23 yanvar 2012 14:51
  • Məqalə: 0
  • Şərh: 127
  • Bal:
{awards}
xebere gore twkler

--------------------
_UnUt_OnU_kAlbiM_

enigmatic_girl

  • 23 yanvar 2012 14:41
  • Məqalə: 2097
  • Şərh: 12943
  • Bal:
{awards}
Əkizlər - İş görüşləri, peşəkar məsələlərin müzakirəsi üçün pis gün deyil. Qadınlarla çox asan dil tapırsınız, onları nəyə desən, inandıra bilirsiniz. Özünə iş axtaran Əkizlər bu gün müsahibəyə rahat qəlblə yollana bilərlər: adamlarda yaxşı təəssürat yaratmaq bu gün sizin üçün çox asandır.

Evdə də vəziyyət yaxşıdır. Bir azca müxtəliflik, yeni təəssürat çatışmazlığı hiss edir, amma kefinizi pozmursunuz. Yüksək yaradıcı potensialınız ən adi məişət işlərində də qeyri-adi bir nüans tapmağa, onu qeyri-adi etməyə imkan verir.

Tesekkurler... belay

--------------------

tek dileyim

  • 23 yanvar 2012 14:15
  • Məqalə: 36
  • Şərh: 516
  • Bal:
{awards}
Balıqlar - Ciddi məsələlərin həlli üçün gün uyğun deyil. Diqqətinizi cəmləmək üçün sizə rahat şərait gərəkdir. Odur ki, həm işləmək, həm də lazımi şəxslərlə görüşmək üçün məhz sizə rahat olan yeri seçin. Bir çox Balıqlar bu gün qədərindən artıq qürur nümayiş etdirirlər, bu isə onlara rəqiblərini çox-çox geridə qoymağa imkan verir. Amma unutmayın: bununla özünüzə daha çox düşmən qazanırsınız.

Yaxınlarınızla ünsiyyətdə çox sərt və açıqsözlüsünüz. Bu isə mübahisə üçün bir bəhanədir.

--------------------
.♥De: O Allah birdir
Allah möhtac deyildir!
O, nə doğmuş, nə də doğulmuşdur!
Onun heç bir tayı-bərabəri də yoxdur...♥

Мой Мир

  • 23 yanvar 2012 13:52
  • Məqalə: 722
  • Şərh: 5996
  • Bal:
{awards}
Qoç - Lazımi şəraitə vaxtında və cəld köklənə, enerjinizi lazımi məcraya yönəldə bilirsiniz. İş görüşləri çox məhsuldar olacaq, peşəkar ünsiyyətlərin hamısı faydalı olacaq. Tərəfdaş və ortaqlarınız dostlarınıza çevrilirlər. Bunda sizin də əməyiniz az deyil: sözləri yerində işlədir, başqalarının maraqlarını nəzərə aldığınızı göstərirsiniz.

Kişi Qoçları maraqlı romantik tanışlıqlar gözləyir, qadın Qoçların isə şəxsi münasibətlərdə bu gün bəxtləri gətirmir. Bunun əvəzində onlar hansısa bir ziyafətə getsələr, xeyli şənləncəklər.
Iki Qocun basi bir qazanda wink qaynamaz birde ne ziyafete dersim var dersim el ceke bilmirem bu zibil komdan he birde baliq burcu ile qoc tutur ♥ love

--------------------
∞♥

romantik_awk

  • 23 yanvar 2012 13:32
  • Məqalə: 35
  • Şərh: 3372
  • Bal:
{awards}
Əkizlər - İş görüşləri, peşəkar məsələlərin müzakirəsi üçün pis gün deyil. Qadınlarla çox asan dil tapırsınız, onları nəyə desən, inandıra bilirsiniz. Özünə iş axtaran Əkizlər bu gün müsahibəyə rahat qəlblə yollana bilərlər: adamlarda yaxşı təəssürat yaratmaq bu gün sizin üçün çox asandır.

--------------------
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 3
Qonaqlar: 64
Cəmi: 81

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 4
Cəmi: 387
 
Nergiz__Sirinova
Xəbərləri: 3
Cəmi: 329
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1135
 
Awk bir hayal
Xəbərləri: 2
Cəmi: 137
 
^^KuKuLKa^^
Xəbərləri: 1
Cəmi: 766
 
anar2012
Xəbərləri: 1
Cəmi: 26
 
TacsizKRalica
Xəbərləri: 1
Cəmi: 3
 
Mövlud Ağamməd
Xəbərləri: 1
Cəmi: 21
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
Demi Love
Xəbərləri: 1
Cəmi: 16
 
 
{slinks}