Son məktub

 
Son məktub

Son məktub

Payızın axır günlərində ağacların budaqlarında tökülmək üzrə olan saralmış son bir-iki yarpaq qalıb ki mənim də sənə olan ümidlərim həmin yarpaqlara bənzədi. Sən qayıtmadın o sonuncu yarpaqlarla birlikdə mənim ümidlərim də yerə dəyib qara torpağa qarışdı. Fəsillər keçəcək gələn yaz həmin budaqlara yeni yarpaqlar gələcək, amma mənim ümidlərim bir daha çiçək açmayacaq, çünki sənə olan nifrətim onları kökündən qoparıb atdı. Yadındadırsa biz yağışı çox sevərdik xoş təsadüf idi. Yağışlı bir gündə tanış olmuşduq. Mən sənə yağışdan qorunmaq üçün öz çətirimi təklif etdim sən isə gülümsəyib çətirin altına sığındın. Bir kəlmə söyləmədin yağış öz damcılarına ara vermir sükutluğu pozur öz şırıltısı ilə aləmə səs salırdı. Biz üz-üzə göz-gözə dayanıb bir-birimizə baxırdıq. Sanki gözlərimiz danışırdı. Bax elə bizim qəmli hekayəmiz də belə başladı. Sonralar hər yağışda çətirsiz əl-ələ verib yağışın altında gəzirdik. Sanki bu dünya bizim üçün yaranıb sanırdıq elə anlayırdıq ki, tale bizi bir-birimizə elə bir xoşbəxtlik nəsib edib ki , xoşbəxtlik özü belə bizi qısqanır. Bir gün səhər yağış damcılarının səsi məni yuxudan oyatdı çox sevindim amma bu yağış damcıları əvvəlki tək xoş təəssürat bağışlamadı mənə. Amma gör bir nə oldu. Sən demə pəncərəmi çırpan yağış damcıları səndə olan xoş günlərimin son notları son kəlməsi imiş. Sənin zəngin gəldi, düşündüm sənsən yenə yağışda gəzməyə çıxacağıq. Tez dəstəyi götürdüm və təəssüflər olsun ki, bu sənin mənə işlətdiyin son kəlməni dilim tutmur deməyə. İndi hər şeyə nifrət edirəm, yağışa da çünki yağışı sənlə birgə sevmişdim.
Sevgilim indi qaranlıq bir otaqda şamla üz-üzə oturub sənə məktub yazıram. Şama baxıram o da mənə bənzər, arada titrəyir sonra sakitləşir, yanıb-yanıb əriyib sonra da öz taleyi ilə barışır. Mən sənin üçün o isə zülmət üçün. Kaş mən də sənin otağında şam kimi yanıb qaranlığı qovub sənin məni tirən gözlərinə işıq saçaydım. Mən sənin üçün şam kimi deyil günəşdən də çox yandım. Sən isə məni heç şam tək belə sevmədin. Bu günlərdə son məndə olan şəklini cırıb atdım. Sonra çox peşman olub parça–parça olmuş şəkli toplayıb yapışdırdım. Sanma ki, bu sənə olan sevgimdəndir yox canım sənə olan sevgim öldü. Sadəcə bu parça-parça olan şəkil sənə olan sevgimin məzarının baş daşı oldu.
Niyə sən belə əlçatmaz oldun, xeyr elə də böyük deyilsən sadəcə mən yüksəklərdən yerə dəydim. Qarşılıqsız məhəbbət bir qanadı sınmış quşa bənzəyir. Mən isə iki qanadı sınmış halda özümü zirvələrdən yerə atdım, bildim paran parça olacam yəni sənin uğrunda, sənin yolunda, qəm qayalarına çırpındım çapaladım can verdim. Öz sevgimə heyran oldum. Sənə olan sevgimi sevdim. Mən səni bax belə sevdim belə deyirlər ki səni ölənəcən sevəcəm, bizi ancaq ölüm ayıra bilər, anla ki, məndən ölüm belə ayıra bilməz. Çünki, cismim – cismini deyil tək qəlbim-qəlbini yox ruhum – ruhunu sevdi. Bizi əməllərimizə görə yalnız Allah ayıra bilər. Oda ki, sən cəhənnəmlik olsan yerinə mən yanaram. Səni özümdən də çox sevdim. Yazdığım bu məktublar sənlə olan son təsəllimdir. Bir gün məndən sənə məktublar kəsilsə bil ki, ya mən ölmüşəm yada sənə olan sevgim. Hər halda mən ölmüş olaram. Çünki, sənə olan sevgim ölməzdir.


Geri dön

_RONALDO_

  • 2 aprel 2011 12:40
  • Məqalə: 303
  • Şərh: 10753
  • Bal:
THanKSssssss maraqli xebere gore.......

--------------------

nilayka

  • 19 fevral 2011 20:09
  • Məqalə: 206
  • Şərh: 7698
  • Bal:
{awards}
THanKSssssss maraqli xebere gore.......

--------------------

Irane

  • 7 yanvar 2011 03:18
  • Məqalə: 8
  • Şərh: 651
  • Bal:
{awards}
xebere gore twk

--------------------

Ulya

  • 24 oktyabr 2010 19:50
  • Məqalə: 1911
  • Şərh: 13813
  • Bal:
{awards}
xebere gore twk

sevgi yalandir

  • 23 oktyabr 2010 14:51
  • Məqalə: 538
  • Şərh: 7367
  • Bal:
{awards}
haminiza tewekkurler serh yazan ellerniz var olsunn

--------------------
Bəzən gülərsən xoşbəxtmiş kimi .. Bəzən sevərsən ilk kezmiş kimi .. Hər səfərində gedənin arxasından ağlarsın sanki değermiş kimi .. Bəzən susayar son kezmiş kimi .. Bəzi şeylərə inanarsan doğruymuş kimi .. Sonra oyanar gerçəkmiş kimi .. Təsirində qalarsan oradan qovulmuş kimi .. Ən sonuna anlarsan yanılmış .. HƏR ZAMAN OLDUĞU KİMİ .. Və mən hələ bir ümidlə gözləyirəm sanki geri dönecekmiş kimi.........

Milawka

  • 23 oktyabr 2010 12:11
  • Məqalə: 75
  • Şərh: 582
  • Bal:
{awards}

ooooooooo ela yazidi tewekkur coxx beyendim eslinde 1 wey mene qaranliq qaldi? bes qiz zeng eliyende oglana ne dimiwdiiiiii???? fellow



coox sagol duwunen beynin yazan elin hiss eden qelbin var olsun love

VIP007_BoY

  • 23 oktyabr 2010 11:14
  • Məqalə: 12
  • Şərh: 91
  • Bal:
{awards}
THanKSssssss maraqli xebere gore.......

--------------------
LeGenD.Az
bizim dostluğumuz.
bizim sevincimiz.
bizİm saytımız.

winner...

  • 22 oktyabr 2010 23:52
  • Məqalə: 5
  • Şərh: 268
  • Bal:
{awards}
tewekkurlerrrr

Azeri_Gozeli

  • 22 oktyabr 2010 23:49
  • Məqalə: 91
  • Şərh: 2393
  • Bal:
{awards}
tesekkurler

--------------------
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 3
Qonaqlar: 62
Cəmi: 81

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 7
Cəmi: 455
 
♔Hе важно∞
Xəbərləri: 3
Cəmi: 33
 
 
{slinks}