Əhli Beyt (ə.s.) » İmam Əli (ə) (İbni Qüteybənin Dedikləri)

 
Əhli Beyt (ə.s.) » İmam Əli (ə) (İbni Qüteybənin Dedikləri)

İbni Qüteybənin Dedikləri

İbni Qüteybə Fatimeyi Zəhra (ə)-ın evinə hücum hadisəsini belə nəql edir: “Əbu Bəkr, onunla beyət etməyib Əli (ə)-ın evinə yığışanlar barəsində soruşdu. O, Öməri bir dəstə ilə birlikdə Fatimənin evinə göndərdi. Ömər qapıya yaxınlaşıb, uca səslə dedi: “Evdən çıxın!” Onlar Ömərin dediklərinə etina etmədilər. Ömər od gətizdirib dedi: “Ömərin canı əlində olan Allaha and olsun, əgər çölə çıxmasanız, sizi ev qarışıq yandıra-cağam.”
İçəridəkilər dedilər: “Ey Əba Həfs (Həfsin atası-Ömər), axı Fatimə də bu evdədir!
(Hansı cəsarətlə belə deyirsən, halbuki Allah bu ev və onun əhli haqda bu ayəni göndərib:

“(Ey Peyğəmbərimiz) Ümmətə de: Mən bu risalətim müqabilində sizdən,
ən yaxın adam-larıma (Əhli-beytimə) məhəbbət bəsləməkdən başqa heç bir əvəz istəmirəm.”
(“Şura” surəsi, 23-cü ayə)

Və Peyğəmbər (s) altı ay bu qapının arxa-sında gecə namazının nafiləsini qılıb, buyurub:
“Allahın iradəsi bu olmuşdur ki, yalnız siz Əhli-beytdən hər növ çirkinliyi aradan aparıb sizi pak-pakizə qərar versin.”
(“Əhzab” surəsi, 33-cü ayə)

Ömər dedi: Evdə Fatimə olsa da yandıraca-ğam!
Fatimə (ə) qapının arxasında durub dedi: “Bizim ən pis yerdə və məqamda olan bir tayfa ilə heç bir əhdimiz yoxdur. Siz Peyğəmbərin (s) cənazəsini yerdə qoyub hökuməti özünüz üçün möhkəmləndirməyə qaçdınız. Bizdən icazə belə istəməyib, bizim haqqımızı qəsb etdiniz.”
Ömər Əbu Bəkrin yanına qayıdıb dedi: Səninlə beyət etmək istəməyən bu şəxsi tutma-yaqmı?”
Əbu Bəkr öz nökəri Qonfuza dedi: “Get, Əlini bizim yanımıza çağır.”
Qonfuz Əbu Bəkrin dediklərini Əli (ə)-a çatdırdıqda, Əli (ə) “Onun bu sözdən məqsədi nədir?” - deyə soruşdu.
Qonfuz dedi: “Peyğəm-bərin xəlifəsi səni öz hüzuruna çağırır.”
Əli (ə) dedi: “Nə tez Peyğəmbərin adından yalan və iftira deyirsiniz?!”
Qonfuz qayıdıb, olanları Əbu Bəkrə xəbər verdikdə, o, uca səslə ağlamağa başladı.
Ömər yenidən Əbu Bəkrə dedi: “Bu müxalifəti yatırmayaqmı?!”
Əbu Bəkr Qonfuzu yanına çağırıb dedi: “Əlinin yanına qayıt və ona de ki, möminlərin əmiri səndən beyət almaq üçün səni öz yanına çağırır.”
Qonfuz gəlib Əbu Bəkrin dediklərini Əliyə çatdırdı. Əli (ə) təəccüblənib uca səslə dedi:
“Sübhan Allah! Özlərinə layiq olmayan şeyləri iddia edirlər!”
Qonfuz yenə Əbu Bəkrin yanına gəlib eşitdiklərini ona xəbər verdi. Əbu Bəkr yenə də uca səslə ağlamağa başladı.
Bu dəfə daha çox ağladı. Bundan sonra Ömər bir dəstə ilə Fatimə (ə)-ın evinə gəlib, qapını döydülər.
Fatimə (ə) onların səsini eşitdikdə ağlamağa başlayıb dedi: “Ey ata! Ey Rəsulallah!
Bax gör, səndən sonra Xəttabın oğlu (Ömər) və ibni Qühafə (Əbu Bəkr) ilə nə halda görüşürəm! (Yəni onların bizə rəva gördükləri bu zülmə bax!)
Camaat Fatimə (ə)-ın belə ağladığını gördükdə hamısı ağlar halda geri qayıtdılar.
Zəhra (ə) o qədər yanıqlı ağlayırdı ki, cama-atın qəlbini dağladı.
Ancaq Ömər öz adamları ilə qaldı və Əli (ə)-ı evindən çıxarıb beyət etmək üçün Əbu Bəkrin yanına gətirdilər. Əli (ə)-a “Əbu Bəkrlə “beyət et” - dedilər.
Əli (ə) dedi: “Əgər beyət etməsəm nə olacaq?”
Dedilər: “Misli və bərabəri olmayan Allaha and olsun, onda boynunu vurarıq.”
Əli (ə) dedi: “Onda siz Allahın bəndəsini və Peyğəmbərin qardaşını öldürmüş olarsı-nız.”
Ömər dedi: “Allahın bəndəsi olmağın düzdür, ancaq Peyğəmbərin qardaşı olduğun xeyr!.”
Əbu Bəkr sakit dayanmışdı və heç nə demirdi.
Ömər dedi: “Əlini səninlə beyət etməyə vadar etməyəkmi?”
Əbu Bəkr dedi: “Nə qədər ki, Fatimə onun yanındadır, onu heç bir şeyə məcbur etməyəcəyik.”
Sonra Əli (ə) Peyğəmbərin qəbrinin yanına gəlib ucadan ağlayaraq bu ayəni oxuyurdu:
“(Ey anam oğlu,) həqiqətən də bu tayfa məni zəif bilib, az qala öldürəcəkdilər.”
Başqa bir rəvayətdə oxuyuruq: “Ənsar və mühacirdən olan bir dəstə adamın Peyğəmbərin
qızı Fatimənin evində Əli (ə)-ın başına yığışması xəbəri Əbu Bəkr və Ömərə çatdı.
(“Tarixi-Yəqubi”, c səh.156)

Onların Əli (ə) ilə beyət edəcəkləri gözlə-nilirdi.”
(“Şərhi-Nəhcül-bəlağə”, 2-ci cild, səh.134)
Əbu Bəkr Ömərə göstəriş verdi ki, onları evdən çıxartsın və əgər müqavimət göstərsələr, onlarla döyüşsün. Ömər evi yandırmaq üçün əlinə bir məş”əl alıb yola düşdü. Fatimə (ə) onları belə görüb dedi: “Ey Xəttabın oğlu, mənim evimi yandırmaq üçünmü gəlmisən?”
Ömər dedi: “Camaata qoşulub beyət etməsəniz, bəli, yandıracağam!”
(“Əl-iqdül-fərid”, 3-cü cild, səh.64; (Əbül Fəda) 1-ci cild, səh.156)

Böyük sünnü şairi Hafiz İbrahim bu hadisəni belə qələmə alıb:
Şerin tərcüməsi:
“Ömər Əliyə bir söz dedi, onun deyəni necə də böyük bir şəxsdir: “Əgər beyət etməsən, evinə od vuracağam. Elə yandıracağam ki, heç kim oradan sağ qurtarmayacaq.” Halbuki, Peyğəmbərin qızı (Zəhra) da evdə idi. Bu söz müxalifətçilərin və Ədnan süvarilərinin başçısı və onları himayə edən şəxsin qarşısında yalnız Ömərin tərəfindən deyilə bilərdi. Ondan başqa heç kim cürət edib bu sözü deyə bilməzdi.”
(“Abdullah ibni Səba”, səh.128-129)

Yəqubi yazır: “Fatimə (ə) evdən çıxıb dedi: “Mənim evimdən çıxın, yoxsa, Allaha and olsun, başımı açıb, pərişan saçla Allah dərgahında nalə edərəm!” Sonra adamlar evdən çıxdılar. Evdəkilərin hamısı çıxıb getdikdən sonra tək-tək gəlib Əbu Bəkrlə beyət etdilər. Beyət etməyən şəxs isə yalnız Əli (ə) idi. O da altı aydan sonra (bəzi rəvayətlərə görə qırx gündən sonra) beyət etdi.”
(“Tarixi-Yəqubi”, 2-ci cild, səh.126 (2-cildli çap.))

Nizam yazır: “Beyət günü Ömər Fatimeyi Zəhranın qarnına və böyrünə elə güclü zərbələr vurdu ki, onun bətnində olan uşağı (Möhsün) siqt oldu. Ömər: “evi yandırın” - deyə qışqırdı. Halbuki, evdə Əli, Həsən və Hüseyndən başqa heç kim yox idi.”
(“Abdullah ibni Səba”, 1-ci cild, səh.26)


Geri dön

Repery

  • 4 fevral 2012 22:25
  • Məqalə: 196
  • Şərh: 1555
  • Bal:
Allah razi olsun

--------------------

✿Victoria✿

  • 25 yanvar 2012 08:33
  • Məqalə: 257
  • Şərh: 3406
  • Bal:
{awards}
TESEKKURLER

--------------------

generation

  • 24 yanvar 2012 19:13
  • Məqalə: 77
  • Şərh: 5430
  • Bal:
{awards}
Allah razi olsun

--------------------
http://s53.radikal.ru/i139/1208/45/d3b34690d2c5.gif[center]
[center]♪♪ ((((|̲̅̅●̲̅̅|̲̅̅=̲̅̅|̲̅̅●̲̅̅|)))) Music is my life ♫ ► ▌▌ ♡

B_A_H_A_R

  • 24 yanvar 2012 18:21
  • Məqalə: 12
  • Şərh: 2919
  • Bal:
{awards}
ALLAH RAZI OLSUN TESEKKUR

--------------------
xosbextem cunki almagim gereken qisaslarini aldim)))) seni yandirdim yaaaa gerisi bosss

tontonun anasi

  • 24 yanvar 2012 15:46
  • Məqalə: 214
  • Şərh: 2345
  • Bal:
{awards}
ALLAH RAZI OLSUN

--------------------

ashley greene

  • 24 yanvar 2012 15:38
  • Məqalə: 1
  • Şərh: 91
  • Bal:
{awards}
xebere gore twk.


--------------------
küçümseme kimseyi nokta da küçükdür ama bitirir cümleyi.

azad salehi

  • 24 yanvar 2012 14:22
  • Məqalə: 0
  • Şərh: 78
  • Bal:
{awards}
ALLAH SENDEN RAZI OLSUN QARDASIM

--------------------
MEN GOZEL VUCUDU OLAN MUHAMMED (S.A.V) PEYGEMBERIN UMMETINDENEM


MEN ALLAHIN ASLANI OLAN HEZRET ELI (e)-in ASHIQIYEM

MEN ZEHRA (s.e) BALASI OLAN HEZRET HUSEYIN EZADARIYAM

MEN AGAMIZ OLAN IMAM MEHDI SAHIBEZZAMANIN NOKERIYEM

sensiz_seni

  • 24 yanvar 2012 14:15
  • Məqalə: 11
  • Şərh: 421
  • Bal:
{awards}
twk ilk wehr menden

--------------------
Menim 1 inndiqim var 1 sevdiyim. inndiqim ALLAH sevdiyim sensen.Meni 1 yaradan var 1 de yawadan yardan ALLAH yawadan sen
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 0



Qonaqlar: 22
Cəmi: 39

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 6
Cəmi: 386
 
Nergiz__Sirinova
Xəbərləri: 6
Cəmi: 331
 
Awk bir hayal
Xəbərləri: 4
Cəmi: 137
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1135
 
anar2012
Xəbərləri: 1
Cəmi: 26
 
TacsizKRalica
Xəbərləri: 1
Cəmi: 2
 
^^KuKuLKa^^
Xəbərləri: 1
Cəmi: 766
 
Mövlud Ağamməd
Xəbərləri: 1
Cəmi: 20
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
Demi Love
Xəbərləri: 1
Cəmi: 16
 
 
{slinks}