Günün qoroskopu (24.01.2012)

 
Günün qoroskopu (24.01.2012)

Bu gün ənənələrə hörmət etmək xüsusilə vacibdir. Düşünülmüş mühafizəkarlıq işgüzar ittifaqları möhkəmləndirməyə, nüfuzlu şəxslərlə, yaşlı qohumlarla münasibətləri yaxşılaşdırmağa imkan verir.

Gün xüsusilə biznes üçün əladır. Eyni zamanda şəxsi həyatında dəyişiklik istəyənlərə də uyğundur. Bu gün ümumi, siyasi və digər maraqlar üzərində qurulmuş münasibətlər asanlıqla romantik axara düşür.
Maliyyə vəziyyəti birmənalı deyil. Əlinizə pul gəlməsi mümkündür, ancaq vergi, kreditin ödənməsi və digər xərclər meydana çıxa bilər.

Qoç - Ağlınıza gələn fikirlərin reallaşdırılmasını təxirə salmaq olmaz. Tələsin, qətiyyətli olun: bu gün elə tərəfdaş tapa bilərsiniz ki, onlarla işbirliyi uzun müddət ərzində məhsuldar olar. Gün həm müzakirələr, həm də sövdələşmələr, müqavilələrin imzalanması üçün uğurludur.

Bu gün istənilən mürəkkəb texnika - məsələn, kompüter və ya smartfon, hətta zond mikroskopu da ala bilərsiniz - yəni pulunuz şədər getməyəcək. Dəqiq elmlərlə məşğul olmanın tam zamanıdır.

Buğa - Qarşınızda gözlənilmədən yeni perspektivlər açılır və bu sizi qanadlandırır. Uğursuzluqları unudub yeni zirvələr fəth etməyə başlayın. İlk qələbələriniz elə də uzaqda deyil: bunlar həm özünüzə inamı gücləndirəcək, həm də yeni tərəfdaş və həmfikir tapmanıza kömək edəcək. Kütləvi çıxışlar da yaxşı alınacaq, odur ki, belə tədbirlərə dəvətlərdən imtina etməyin.

Konkret nəticə əldə etməyə yönəldilmiş istənilən fəaliyyət səmərəli olacaq. Kənar məsələlərin həlli isə sərt müzakirələrə səbəb olacaq. Bunlar vaxtınızı almaqla yanaşı, əhvalınızı da korlayacaq.

Əkizlər - İşgüzar ünsiyyət, yeni ideyaların, əməkdaşlığın müxtəlif aspektlərinin müzakirəsi üçün uyğun gündür. Dövlət idarələrində görüləsi işləriniz varsa, başqa günə saxlamayın. İstənilən qaydada özünüreklam üçün uyğun gündür, amma unutmayın ki, PR-kampaniyanı əvvəlcədən yaxşıca planlaşdırmaq lazımdır.

Uzaqdan çoxlu maraqlı xəbərlər alacaqsınız. Bunların hamısını diqqətlə öyrənib götür-qoy etmək lazımdır. Amma diqqətinizi cəmləmək o qədər də asan deyil: xeyli xırda-para iş yığılıb qalıb, üstəlik, onların hamısını həll etmək lazımdır.

Xərçəng - Bu gün xərcləriniz getdikcə artır. Bunların əksəriyyəti tələbatların artması ilə deyil, əsasən sizin çoxsaylı arzu və kaprizlərinizlə bağlıdır. Sonra bu qədər bədxərclik etdiyinizə görə peşman olacaqsınız. İstənilən ciddi məsələnin həllində kişilərlə məsləhətləşin, onlar ağıllı təklif verəcəklər.

Çalışın, öz işlərinizə diqqətinizi cəmləyəsiniz, başqalarının işini isə onlar özləri görərlər, qədərindən artıq canfəşanlıq etməyin. Yaxın adamlarınızın qeydinə qalın.

Şir - Bu gün publika qarşısında çıxışlardan çəkinin. Həmçinin rəhbərliyin və nüfuzlu adamların gözünə görünməməyə çalışın. Sizə elə gəlir ki, işlərin irəliləməsi üçün təşəbbüs göstərmək lazımdır, amma heç də belə deyil - sizin çabalamalarınız sizə yalnız ziyan gətirəcək.

Əvəzində gününüzü düşüncələrə, müstəqil intellektual fəaliyyətə həsr edə bilərsiniz. Elmi tədqiqatlarla məşğul olanların ağlına maraqlı ideyalar gələcək. Bu sahədən ümumiyyətlə kənarsınızsa, şəxsi münasibətləriniz barədə düşünün!

Qız - Yeni məqsədlər təyin edib, yeni işlərə başlamaq vaxtıdır. Bu günün ideyaları ayın sonunadək həyata keçəcək və sizə böyük gəlir gətirəcək. Ən ağıllı məsləhətləri qadınlar verəcəklər, odur ki, zərif cinsin nümayəndələrinə qulaq verin. Onların köməyilə işlərinizi sahmana sala, peşəkar mövqeyinizi möhkəmləndirə bilərsiniz. Pula bağlı işlərə aid qərarları isə özünüz verin.

Öz qiymətinizi qaldırmaq baxımından da yaxşı gündür. Ürəyinizə yatan üsulu seçin: ya psixoloqun qəbuluna gedin, ya gözəllik salonuna, imicinizi dəyişin, dostlarınıza ürəyinizi boşaldın, virtual «əjdahalara» qalib gəlin.

Tərəzi - Ünsiyyət, görüşlər, yeni insanlarla təmaslar üçün xoş gündür. Asanlıqla tanış olur, kiməsə bağlanır, rəğbət qazanır və ehtirasa qapılırsınız. Düzdür, ciddi münasibətlərdən söz gedə bilməz, amma əvəzində vaxtınızı əla keçirəcəksiniz.

Çoxlı xırda işləriniz çıxacaq, bunları bitirənədək əldən düşəcəksiniz. Üstəlik, istənməyən «məsləhətçilər» də zəhlənizi tökəcəklər. Onların ucbatından diqqətinizi cəmləmək çətin olacaq. Səfərlər və ekskursiyalar üçün uyğun gündür. Fiziki iş məsləhət deyil. Ən ağır işi, yaxşı olar ki, başqalarına tapşırasınız.

Əqrəb - Özünüzə diqqət cəlb etməyi çox arzulayırsınız. Qələbə və uğurlarınızı heç kimin görməməsi, əvəzində başqalarının boş şeylər üstündə təriflənib göylərə qaldırılması xətrinizə dəyir. Yaxşı olar ki, hələlik kölgədə qalasınız, işığa çıxmaq vaxtı hələ yetişməyib.

Ailə üzvləri ilə münasibətlər gərginləşir: deyəsən, onlar sizə təzyiq göstərməyə, əvəzinizə hansısa vacib məsələləri həll etməyə çalışırlar. Qıcığınız axşama doğru tədricən artır və mümkündür ki, axşam əsl tufan qoparasınız. Başlarını maraqlı bir işlə qatan Əqrəblər problemlərdən qaça biləcəklər. Yadınıza salın, hansı hobbiniz var?

Oxatan - Çox həssassınız, bu, işləməyinizə mane olur. Həmkarlarınız və rəhbərliklə problemləriniz yaranır. Ən xırda tənqidə belə kəskin reaksiya verirsiniz, kimsə işinizi qiymətləndirməyəndə çox inciyirsiniz. İşlə bağlı danışıqlar yaxşı keçmir: ortaqlarınız öz vəzifələrini yerinə yetirməkdən imtina edə, hətta əlaqələri kəsmək arzusunda ola bilərlər.

Buna rəğmən, enerjiniz çoxdur. Fiziki və intellektual iş sizi yormayacaq. Yaradıcı münasibət tələb edən istənilən sahədə uğur qazana bilərsiniz.

Oğlaq - Tikinti, daşınmaz əmlak məsələlərini həll edə, məişət texnikası, mebel, inşaat materiallarını ala bilərsiniz - uğurlu olacaq. Enerjiniz çoxdur və onu lazımi sahəyə yönəltsəniz, heç yorulmayacaq, həmçinin bir çox problemlərinizi həll edə biləcəksiniz.

Həm ailədə, həm dostlar arasında şəksiz lidersiniz. Kimsə sizin qərarlarınıza, təkliflərinizə qarşı çıxmayacaq. Romantik görüşlər yaxşı keçəcək. Sevdiyiniz şəxslə səyahətə getmək istyirdiniz? Bu gün oturub planlaşdırın.

Dolça - Gözlənilməz hadisələrlə dolu gündür. Bunlar həm peşəkar, həm də ailə həyatınıza xoş təsir bağışlayacaq. Hansısa cəsarət tələb edən bir layihənin gerçəkləşdirilməsinə başlaya bilərsiniz, amma dostlarınızı köməyə çağırmağı unutmayın. Şou-bizneslə bağlı işlər də çox uğurlu olacaq.

Maliyyə ilə bir qədər ehtiyatlı olmağınız məsləhətdir. Gəlirləriniz gecikir, üstəlik, pul itirə bilərsiniz. Bu, nəinki narahatlığa səbəb olacaq, həmçinin müəyyən planlarınızı təxirə salmağınıza səbəb olacaq. Ailə üzvləriniz əhvalınızı qaldırmağa çalışacaq, vaxtında sizə yardım əli uzadacaqlar.

Balıqlar - Vaxtında verilmiş düzgün qərar iş ortaqlarınızla münasibətlərdə çətinlikdən qaçmağa, nüfuzlu şəxslərlə əlaqələr qurmağa yardım edəcək. Ancaq hadisələrin yaxşı inkişafına yalnız bir şey mane ola bilər - o da sizin qərəzli düşüncələrinizdir. Bunları başınızdan atın.

Günün çox hissəsini başqalarının problemlərini həll etməyə sərf edəcəksiniz. Çox güman ki, hansısa qadın sizi köməyə çağıracaq. Üstəlik, zəhmətinizə görə heç təşəkkür də etməyəcək. Ev işlərinə əl vurmamağınız məsləhətdir. Uşaqlarla mübahisələr gözlənilir.


Geri dön

✿Victoria✿

  • 25 yanvar 2012 08:34
  • Məqalə: 257
  • Şərh: 3371
  • Bal:
TESEKKURLER

--------------------

_TUNAR_MAMEDOV_

  • 25 yanvar 2012 01:26
  • Məqalə: 673
  • Şərh: 4779
  • Bal:
{awards}
Əqrəb - Özünüzə diqqət cəlb etməyi çox arzulayırsınız. Qələbə və uğurlarınızı heç kimin görməməsi, əvəzində başqalarının boş şeylər üstündə təriflənib göylərə qaldırılması xətrinizə dəyir. Yaxşı olar ki, hələlik kölgədə qalasınız, işığa çıxmaq vaxtı hələ yetişməyib.

Ailə üzvləri ilə münasibətlər gərginləşir: deyəsən, onlar sizə təzyiq göstərməyə, əvəzinizə hansısa vacib məsələləri həll etməyə çalışırlar. Qıcığınız axşama doğru tədricən artır və mümkündür ki, axşam əsl tufan qoparasınız. Başlarını maraqlı bir işlə qatan Əqrəblər problemlərdən qaça biləcəklər. Yadınıza salın, hansı hobbiniz var?

maraqli idi.. twkler ...menim hobbim GULESHDI...

--------------------

generation

  • 24 yanvar 2012 19:13
  • Məqalə: 77
  • Şərh: 5363
  • Bal:
{awards}
Qız - Yeni məqsədlər təyin edib, yeni işlərə başlamaq vaxtıdır. Bu günün ideyaları ayın sonunadək həyata keçəcək və sizə böyük gəlir gətirəcək. Ən ağıllı məsləhətləri qadınlar verəcəklər, odur ki, zərif cinsin nümayəndələrinə qulaq verin. Onların köməyilə işlərinizi sahmana sala, peşəkar mövqeyinizi möhkəmləndirə bilərsiniz. Pula bağlı işlərə aid qərarları isə özünüz verin.

Öz qiymətinizi qaldırmaq baxımından da yaxşı gündür. Ürəyinizə yatan üsulu seçin: ya psixoloqun qəbuluna gedin, ya gözəllik salonuna, imicinizi dəyişin, dostlarınıza ürəyinizi boşaldın, virtual «əjdahalara» qalib gəlin.

--------------------
http://s53.radikal.ru/i139/1208/45/d3b34690d2c5.gif[center]
[center]♪♪ ((((|̲̅̅●̲̅̅|̲̅̅=̲̅̅|̲̅̅●̲̅̅|)))) Music is my life ♫ ► ▌▌ ♡

Pamuk Prenses

  • 24 yanvar 2012 17:02
  • Məqalə: 0
  • Şərh: 31
  • Bal:
{awards}
oxudum burcumu twk

DEMET_AKALIN

  • 24 yanvar 2012 16:08
  • Məqalə: 0
  • Şərh: 618
  • Bal:
{awards}
BU GUNUME SUKUR_____________________________________________
____________________________________________QOC

--------------------
Duygusal mahni dinlədiyinizdə aglınıza gələn insan;
Həyatinizi məhv edən insandir.!!!

enigmatic_girl

  • 24 yanvar 2012 16:04
  • Məqalə: 2097
  • Şərh: 12715
  • Bal:
{awards}
Əkizlər - İşgüzar ünsiyyət, yeni ideyaların, əməkdaşlığın müxtəlif aspektlərinin müzakirəsi üçün uyğun gündür. Dövlət idarələrində görüləsi işləriniz varsa, başqa günə saxlamayın. İstənilən qaydada özünüreklam üçün uyğun gündür, amma unutmayın ki, PR-kampaniyanı əvvəlcədən yaxşıca planlaşdırmaq lazımdır.

Uzaqdan çoxlu maraqlı xəbərlər alacaqsınız. Bunların hamısını diqqətlə öyrənib götür-qoy etmək lazımdır. Amma diqqətinizi cəmləmək o qədər də asan deyil: xeyli xırda-para iş yığılıb qalıb, üstəlik, onların hamısını həll etmək lazımdır.
Dogrudur
love

--------------------

tontonun anasi

  • 24 yanvar 2012 15:45
  • Məqalə: 214
  • Şərh: 2318
  • Bal:
{awards}
Oxatan - Çox həssassınız, bu, işləməyinizə mane olur. Həmkarlarınız və rəhbərliklə problemləriniz yaranır. Ən xırda tənqidə belə kəskin reaksiya verirsiniz, kimsə işinizi qiymətləndirməyəndə çox inciyirsiniz. İşlə bağlı danışıqlar yaxşı keçmir: ortaqlarınız öz vəzifələrini yerinə yetirməkdən imtina edə, hətta əlaqələri kəsmək arzusunda ola bilərlər.

Buna rəğmən, enerjiniz çoxdur. Fiziki və intellektual iş sizi yormayacaq. Yaradıcı münasibət tələb edən istənilən sahədə uğur qazana bilərsiniz.

--------------------

lamiye19

  • 24 yanvar 2012 15:27
  • Məqalə: 0
  • Şərh: 725
  • Bal:
{awards}
twk bugani oxudum allah axirimi xeyir elesin wink

--------------------
ozunden bawqa hec kese inanma
cunki inandigin insan gun gelecek
sene arxadan zerbe vuracaq.......................

Мой Мир

  • 24 yanvar 2012 15:17
  • Məqalə: 722
  • Şərh: 5845
  • Bal:
{awards}
Qoç - Ağlınıza gələn fikirlərin reallaşdırılmasını təxirə salmaq olmaz. Tələsin, qətiyyətli olun: bu gün elə tərəfdaş tapa bilərsiniz ki, onlarla işbirliyi uzun müddət ərzində məhsuldar olar. Gün həm müzakirələr, həm də sövdələşmələr, müqavilələrin imzalanması üçün uğurludur.

Bu gün istənilən mürəkkəb texnika - məsələn, kompüter və ya smartfon, hətta zond mikroskopu da ala bilərsiniz - yəni pulunuz şədər getməyəcək. Dəqiq elmlərlə məşğul olmanın tam zamanıdır. wink twk edirem oxudum burcumu ama bu burc hec uzumu guldurmurde menim )

--------------------
∞♥

aykammmm

  • 24 yanvar 2012 14:41
  • Məqalə: 0
  • Şərh: 50
  • Bal:
{awards}
ayda men bu gun tufan qoparacam allah axrin xeyir elesin

J ♥ S

  • 24 yanvar 2012 14:33
  • Məqalə: 445
  • Şərh: 3395
  • Bal:
{awards}
menim brcum yaxwi kimidi amma, ne bilim herden cayir lol smile

--------------------
J & S ∞♥....

sensiz_seni

  • 24 yanvar 2012 14:17
  • Məqalə: 11
  • Şərh: 417
  • Bal:
{awards}
twk

--------------------
Menim 1 inndiqim var 1 sevdiyim. inndiqim ALLAH sevdiyim sensen.Meni 1 yaradan var 1 de yawadan yardan ALLAH yawadan sen
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 2
Qonaqlar: 56
Cəmi: 67

 

Top 10 Müəllif

The Shield
Xəbərləri: 58
Cəmi: 77
 
NIGAR
Xəbərləri: 58
Cəmi: 724
 
MiSS HaPPy)
Xəbərləri: 48
Cəmi: 143
 
Nergiz__Sirinova
Xəbərləri: 41
Cəmi: 470
 
Arzu_zadeh
Xəbərləri: 34
Cəmi: 232
 
♔Hе важно∞
Xəbərləri: 30
Cəmi: 201
 
AyliN BunyaminovA
Xəbərləri: 18
Cəmi: 441
 
No-Girls-No-ProBlemS
Xəbərləri: 12
Cəmi: 221
 
Sol Meleyim
Xəbərləri: 11
Cəmi: 52
 
S)
Xəbərləri: 8
Cəmi: 20
 
 
{slinks}