12 il oxumağa hazırıq?

 
12 il oxumağa hazırıq?

Bu günlərdə Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri Məleykə Abbaszadə maraqlı bir yenilikdən xəbər verdi. ANS PRESS xəbər verir ki, yeniliyə görə, Milli Məclisdə təsdiqlənməsi gözlənilən 10 illik Milli Təhsil Strategiyasında orta təhsilin müddətinin 12 il olması təklif edilib.

Məsələyə, rəsmilərin, təhsil ekspertlərinin və müəllimlərin fikrini öyrənməyə çalışdıq.
Axı, belə bir dəyişikliyin səbəbi nədir?


12 illik təhsil sistemi nədir?

Təhsil Nazirliyinin elm şöbəsinin müdiri Gültəkin Hüseynova deyir ki, Avropa təhsil sisteminə inteqrasiya Azərbaycan təhsil sistemi üçün əhəmiyyətli addımlardan biridir: "Hesab edirəm ki, 12 illik təhsil sisteminə keçmək mümkündür. Bunun üçün ilk növbədə bu sistemin dünya praktikasında effektivliyini və üstünlüyünü öyrənmək lazımdır".

Nazirlik rəsmisinin sözlərinə görə, 12 illik sistemə keçmək üçün çox sayda islahatalar həyata keçirmək lazımdır: “Bu isə kifayət qədər uzun vaxt aparır, çünki, bütün təhsil proqramı 11 illik orta təhsilə istiqamətlənib”.

H. Hüseynovanın sözlərinə görə, 12 illik təhsil sisteminə keçiddə əsas məqsəd təhsil proqramının şagirdlər üçün daha da yüngülləşdirilməsidir. "İndi hamı 11 il oxusa da, dərslərin ağırlığı və vaxt azlığından şikayət edir. Elə məzunların qəbul imtahanlarında göstərdikləri nəticələrdən də görmək olur ki, son yekun nəticə heç də ürəkaçan deyil. Məzunların 40 faizibdən çoxu ali məktəbə imtahan verərkən özlərini doğrulda bilmir".

Ekspertlər nə düşünür?

"XI Əsr Təhsil Mərkəzi"nin sədri, filologiya elmləri doktoru Etibar Əliyev deyir ki, 12 illik təhsil ilk növbədə məktəblərdə təmayülləşəmə prosesinə təkan verə bilər, yəni şagirdlər 11-12-ci siniflərdə hansı peşə sahibi olacaqlarını, hansı ixtisasa yiyələnəcəklərini, hansı fənlərə üstünlük verməli olduqlarını müəyyən etmiş olacaqlar.

"Bundan başqa, 11 illik təhsil göstərir ki, şagirdlərin böyük bir hissəsi, hətta 40 faizdən çoxu imtahanlarda 0-200 bal arasında nəticə göstərir. Uşaqlar proqamı yerinə yetirə bilmirlər, proqram çox sıx, ağır və çətindir. Demək olar ki, orta məktəb proqramı Sovet dövrü ilə müqayisədə mürəkkəbləşdirilib. 12 illiyə keçməklə proqramlarda müəyyən qədər yüngülləşmə yarana bilər. Hazırda bu, şagirlərdin psixoloji durumuna çox mənfi təsir göstərir. İstər-istəməz sanki şagird iki məkanda təhsil alır: məktəbdə, daha sonra evlərə, tədris məktəblərinə, kurslara nəsə öyrənmək üçün gedir. Bu da onların təxminən 7-8 saat vaxtını aparır".

Ekspert deyir ki, ən önəmli və nəzərə alınmalı məqamlardan biri də Azərbaycanda ali təhsil müəssisələrinin 2005-ci ildən Boloniya sisteminə keçməsidir. Belə ki, Boloniya sisteminin əsas tələblərindən biri orta təhsilin 12 il olmasıdır. Boloniyaya üzv olan ölkələrin böyük əksəriyyətində orta təhlis 12 və ya 13 ildir.

E. Əliyevin sözlərinə görə, 12 illik təhsil sistemi demək olar ki, bütün inkişaf etmiş və inkişafda olan ölkələrdə tətbiq olunub. Məsələn, Avropada Hollandiya və Almaniyada orta icbari təhsil 13 ildir.

Ağır dərs proqram, vaxt azlığı

Məsələyə müəllimlərin fikrini öyrənməyə çalışdıq. Bakıda kimya-biologiya müəlliməsi Məlahət Ələkbərova deyir ki, 11 illik təhsil sistemi ilə şagirdlərin kimya məsələlərini, nəzəri materialları qavraması çox çətindir: “Məsələn, biz 1 dərsə bir neçə çətin mövzunu izah etməliyik. Bu, qeyri-mümkündür, bəzən elə olur ki, kimya fənni həftədə bir saat olur. Uşaqlar da bu fənnə az maraq göstərir, çünki vaxt azdır, uşaq verilən fənni qavraya bilmir. Ona görə də hesab edirəm ki, 12 illik sistem olsa, ağır fənn müəllimlərinin dərsləri nisbətən sadələşər, yəni materilalları uşaqlara çatdırmaq üçün vaxt qazanmış olarıq”.

Fizika müəllimi Sənayə Həmidova da həmkarının dedikləri ilə razılaşır. Onun sözlərinə görə, indiki tədris porqramı sovet dövrü ilə müqayisədə çox çətinləşdirilib. "Məsələn, vaxtilə ali məktəbdə öyrəndiyim nəzəriyyələr artıq orta məktəb dərsliklərinə salınıb. Bunun dünyada gedən inkişafla əlaqəli olduğu aydın məsələdir. Amma şagirdlərin qavraması üçün onlara normal vaxt verilməlidir. Belə olsa, şagirdlər bəlkə də əlavə repetitorlara ehtiyac duymazlar".

10 illik Sovet təhsili

Lakin Sovet dövründə olan 10 illik təhsil öz nəticəsini çox yaxşı göstərmişdi. O sistem necə qurulmuşdusa, onun dadı necə deyərlər hələ də damaqlardan getmir. Bəs nə üçün indi 11 il oxuya-oxuya geriləyirik?

Təhsil eksperti Etibar Əliyevin sözlərinə görə, əvvəllər xaricdə təhsil yox idi, əksinə hamı SSRİ-yə xaricdən təhsil almağa gəlirdi. İndi dünya dəyişib, o ölklərdə də çox şeylər dəyişib, hətta Gürcüstan, Moldova 12 illik təhsilə keçib. Artıq mütəxəssislər hesab edir ki, o dövrün 10 illik təhsili ilə indiki biliklərlə yiyələnmək mümkün deyil.

Kimya-biologiya müəlliməsi Məlahət Ələkbərova da 10 illik Sovet təhsil sisteminin effektiv olduğunu düşünür. Onun sözlərinə görə, indi uşaqlar həm kompüterlə, həm də internetlə məşğul olurlar, amma sovet dövründə belə bir şeylər yox idi. Ona görə o dövrdə uşaqlara kimya və digər fənnlər daha maraqlı idi. Uşaqların nəzəri məsələləri həll etməyə daha çox vaxtı qalırdı.


Geri dön

RIHANNA 1

  • 12 fevral 2012 12:33
  • Məqalə: 1
  • Şərh: 67
  • Bal:
tesekkurler

NeMo19

  • 31 yanvar 2012 16:33
  • Məqalə: 0
  • Şərh: 385
  • Bal:
{awards}
2007 DE MEKTEBI QUTARMISAM O VAXTAN GEZIR BU SOHBET

--------------------
ona verdiyin deyeri seni vermiyenle dost olma MEHEMMED PEYGEMBER S.A.A.S.

kuku1999

  • 31 yanvar 2012 16:30
  • Məqalə: 19
  • Şərh: 417
  • Bal:
{awards}
NO am am am am NO

--------------------
http://imgs.su/tmp/2012-02-05/1328436632-319.jpg

Taylor Swift

  • 30 yanvar 2012 11:48
  • Məqalə: 0
  • Şərh: 123
  • Bal:
{awards}
TESEKKURLER

Mary

  • 30 yanvar 2012 11:18
  • Məqalə: 4
  • Şərh: 268
  • Bal:
{awards}
TESEKKURLER

★Adriana★

  • 28 yanvar 2012 22:10
  • Məqalə: 238
  • Şərh: 2981
  • Bal:
{awards}
tesekkurler

--------------------

enigmatic_girl

  • 25 yanvar 2012 17:25
  • Məqalə: 2097
  • Şərh: 12943
  • Bal:
{awards}
Hmmm mene ferqi yoxdu... wink

--------------------

tontonun anasi

  • 25 yanvar 2012 11:26
  • Məqalə: 214
  • Şərh: 2345
  • Bal:
{awards}
BIZDEN KECIB ARTIQ NECE IL OLUR OLSUN.11 IL OXUYUB ALIM OLDUG 12 IL OXUYANLAR NEYNIYECEK GOREK

--------------------

angel gunay

  • 25 yanvar 2012 11:21
  • Məqalə: 31
  • Şərh: 843
  • Bal:
{awards}
11 il bes deyilmis kimi inide 12 illik...

--------------------
Mən heç vaxt mənə inanan insanı aldatmaram amma mənə inanmiyana da düzünü subut etdirmərəm

_ROCK_STAR_

  • 25 yanvar 2012 10:07
  • Məqalə: 19
  • Şərh: 776
  • Bal:
{awards}
melumata gore sagolun ama menlik deyil 4unki mektebli deyilem)

MaN_uNiTeD

  • 25 yanvar 2012 09:02
  • Məqalə: 36
  • Şərh: 648
  • Bal:
{awards}
hayirrrrrrrr olmaz

✿Victoria✿

  • 25 yanvar 2012 08:18
  • Məqalə: 257
  • Şərh: 3406
  • Bal:
{awards}
SERHLERINIZ UCUN TESEKKURLER

--------------------

_TUNAR_MAMEDOV_

  • 25 yanvar 2012 01:06
  • Məqalə: 671
  • Şərh: 4820
  • Bal:
{awards}
melumata gore twkler....

--------------------

.♣.Chrysalis.♣.

  • 25 yanvar 2012 00:43
  • Məqalə: 784
  • Şərh: 6329
  • Bal:
{awards}
twk maraqli xeber ucun

--------------------
"Kimsəni yorğanın altında gözyaşlarınızı pijamanızın qoluyla siləcək qədər çox sevməyin"

test1

  • 25 yanvar 2012 00:23
  • Məqalə: 0
  • Şərh: 0
  • Bal:
{awards}
ehhhhh ele bu 11 il oxuyanlar oldu alim qaldi 12 oxuyanlar

ashley greene

  • 24 yanvar 2012 23:49
  • Məqalə: 1
  • Şərh: 91
  • Bal:
{awards}
ooouu my Gad...

--------------------
küçümseme kimseyi nokta da küçükdür ama bitirir cümleyi.

s_a_b_r_i_n_a

  • 24 yanvar 2012 23:36
  • Məqalə: 25
  • Şərh: 1011
  • Bal:
{awards}
twk 12 il menim ucun ferqi yoxdu men istiyirem hec mekteb qurtarmasin.. wink

--------------------

ezen

  • 24 yanvar 2012 23:29
  • Məqalə: 0
  • Şərh: 38
  • Bal:
{awards}
yaxsi fikir deyil 10 illik olsa idi lap yaxsi olardi...

B_A_H_A_R

  • 24 yanvar 2012 23:12
  • Məqalə: 12
  • Şərh: 2919
  • Bal:
{awards}
11 OXUDUQ YARATDIQ QALDI 12 ILIMIZ YOX BIR...AMA NEYSE MENE AID DEYIL UCUZ KURTULDUM

--------------------
xosbextem cunki almagim gereken qisaslarini aldim)))) seni yandirdim yaaaa gerisi bosss

Рамин

  • 24 yanvar 2012 22:37
  • Məqalə: 56
  • Şərh: 302
  • Bal:
{awards}
Ewi Maa ferqi yoxdu))

--------------------
Чем больше узнаю людей, тем больше я люблю собак )

sevgi_tukenmez

  • 24 yanvar 2012 21:56
  • Məqalə: 0
  • Şərh: 22
  • Bal:
{awards}
twkler bu xebere gore smile

--------------------
xowbext olmaq istiyirsen?evvelce ezab cekmeyi oyren.............

FLY TIME

  • 24 yanvar 2012 21:51
  • Məqalə: 51
  • Şərh: 2122
  • Bal:
{awards}
urrrrraaaaa...mene dexli yoxdu..

J ♥ S

  • 24 yanvar 2012 21:48
  • Məqalə: 445
  • Şərh: 3537
  • Bal:
{awards}
mence daha yaxwidi 12 il olsa superdi mekteb mence hec qurtarmasin......

--------------------
J & S ∞♥....

sema

  • 24 yanvar 2012 21:28
  • Məqalə: 0
  • Şərh: 56
  • Bal:
{awards}
11 ci sinifem :))Isteyir 20 il elesinler vecime deyil:))

KaYfA_SuRgUn

  • 24 yanvar 2012 21:23
  • Məqalə: 185
  • Şərh: 1597
  • Bal:
{awards}
hec yeri yoxdu

--------------------

i see you

  • 24 yanvar 2012 21:21
  • Məqalə: 8
  • Şərh: 798
  • Bal:
{awards}
yox hazir deyilik

--------------------

Dalga

  • 24 yanvar 2012 21:18
  • Məqalə: 201
  • Şərh: 5400
  • Bal:
{awards}
Melumat ucun tewekkurler

--------------------

generation

  • 24 yanvar 2012 21:05
  • Məqalə: 77
  • Şərh: 5430
  • Bal:
{awards}
xeyr hazir deyilik 11 il oxuduq qaldi 12 il :))

--------------------
http://s53.radikal.ru/i139/1208/45/d3b34690d2c5.gif[center]
[center]♪♪ ((((|̲̅̅●̲̅̅|̲̅̅=̲̅̅|̲̅̅●̲̅̅|)))) Music is my life ♫ ► ▌▌ ♡

by vasal

  • 24 yanvar 2012 20:58
  • Məqalə: 1
  • Şərh: 54
  • Bal:
{awards}
bunu coxdan oxumusdum tsk men mektebi qurtalanda olduninsallah men hele 8 ci sinifdeyem

Deniz

  • 24 yanvar 2012 20:47
  • Məqalə: 338
  • Şərh: 3908
  • Bal:
{awards}
11e kimi gucle dozurem hele 12 de cixdi, kecmeye ders qalmayacaq ey ne kecekler? wink

<< ƏvvəlkiSonraki >>
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 2
Qonaqlar: 9
Cəmi: 24

 

Top 10 Müəllif

♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 1
Cəmi: 1135
 
 
{slinks}