Əhli Beyt (ə.s.) » İmam Əli (ə) (Sual)

 
Əhli Beyt (ə.s.) » İmam Əli (ə) (Sual)

Sual

Ömər ibni Xəttabdan soruşmaq lazımdır: Nə üçün Əbu Bəkr vəsiyyətnamə yazanda
huşdan getdiyi zaman ona “sayaqlayırsınız” demədin və onu “huşsuz haldadır” - deyə müttəhim etmədin?
Əbu Bəkr ömrünün axır vaxtlarında xəlvət bir yerdə Osmanı öz yanına çağırıb dedi:
“Yaz! Bismillahir-rəhmanir-rəhim. Bu, Əbu Quhafənin oğlu Əbu Bəkrin müsəlmanlara vəsiyyətidir. Amma bəd...
Elə bu sözü dedikdən sonra huşunu itirdi və sözünə davam edə bilmədi.
Əbu Bəkr bihuş olan zaman, Osmanın özü belə yazdı: “Mən öz qərarıma əsasən Ömər
ibni Xəttabı öz yerimə xəlifə təyin edərək sizə yaxşılıq etməkdə laqeyd olmadım.”
Osman bunu yazıb qurtardıqdan sonra Əbu Bəkr huşa gəlib, Osmandan yazdıq-larını
oxumasını istədi. Osman yazdığını oxuduqda Əbu Bəkr dedi:
“Allahu Əkbər! Qorxdun ki, mən elə huşsuz halda öləm və müsəlman-ların arasında çaxnaşma düşsün?”
Osman “Bəli” - deyə cavab verdi. Əbu Bəkr dedi: “Allah İslam və müsəlmanlar
tərəfindən sənə Öz xeyrini versin.” Sonra isə Osmanın yazdığını qəbul etdi.
(“Şərhi-Nəhcül-bəlağə”, 1-ci cild, səh.165)

Görəsən Ömər bu yazıya özündən necə əksül-əməl göstərdi? Təbəri belə yazır:
“Ömər əlində xurma ağacından olan bir çubuq tutub camaatın arasında dayanmışdı.
Elə bu zaman Əbu Bəkrin azad olmuş qulu Şədid onun camaata yazdığını məktubu oxudu.
Sonra Ömər camaata üz tutub dedi: “Ey camaat, Peyğəmbərin xəlifəsi Əbu Bəkrin
əmrinə qulaq asıb ona itaət edin! Xəlifə deyir ki, mən sizə yaxşılıq etməkdə heç nəyi əsirgəməmişəm.”
(“Tarixi əl-üməm vəl-müluk”, 3-cü cild, səh.429 (11 cildli çap))

Halbuki, Peyğəmbərin vəsiyyət yazmaq istədiyi vaxtda olduğu kimi, Ömər elə burada da:
“Bizim vəsiyyətə ehtiyacımız yoxdur. Allahın kitabı bizə bəsdir” - deməli idi!


Geri dön

Repery

  • 4 fevral 2012 22:24
  • Məqalə: 196
  • Şərh: 1555
  • Bal:
Allah razi olsun

--------------------

... Deryam ...

  • 26 yanvar 2012 22:14
  • Məqalə: 272
  • Şərh: 4680
  • Bal:
{awards}
ALLAH RAZI OLSUN

--------------------
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 1
Qonaqlar: 35
Cəmi: 50

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 7
Cəmi: 386
 
Nergiz__Sirinova
Xəbərləri: 6
Cəmi: 332
 
Awk bir hayal
Xəbərləri: 4
Cəmi: 137
 
^^KuKuLKa^^
Xəbərləri: 2
Cəmi: 767
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1135
 
TacsizKRalica
Xəbərləri: 1
Cəmi: 1
 
evli.mutlu.cocuklu
Xəbərləri: 1
Cəmi: 1
 
anar2012
Xəbərləri: 1
Cəmi: 26
 
Mövlud Ağamməd
Xəbərləri: 1
Cəmi: 20
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
 
{slinks}