Xəta

 
Xəta

Hər gün bayram idi ağıl sahiblərinə.
O zamanlarda nə çox sevdiyimi bilərdin sən.
Mən də nə çox sevildiyimi.
Sözlərə sığdıra bilmədiyimiz gözəl şeylərin kölgəsində tikansız
bir həyatı səssizcə qurtumlardıq eyni kasadan.
Bir də axşam olardı mən yorulunca.
Hər günəş batışında dənizdən, sahil yolundan cənub küləyi toplardım sənə,
ən təzəsini sevərsən deyə. Sonra balıqçılar bazarından keçər, bir az baxardım.
Varsa təzə çörək, bir də mövsümü gəlməmiş meyvələr.
Əllərim dolu gəlirdim yanına. Sən də ürəyi dolu gülücüklərlə qarşılayardın daha qapıda.
Yeməyə qatdığımız sevgimizi ortaq bölüşərdik. Bir də hər yemək sonrası gedərdik
kiçicik dünyamızda böyük addımlarla. İsti şəhərin sərin axşamlarında.
Sonra gecə qaranlıq olar, düşərdi otağımıza. Mən hər dəfə titrəyərdim baxışlarında,
əriyərdi kiçik ürəyim. Saatlar ömür olardı, itərdik içində.
Bilməzdik başqa dünyanı. Bilə bilməzdik…

Xəta

Sonra zaman dəyişdi bir gün. Mövsümlər buz tutdu.
Mən ağılımı itirdim mənasız bir yerlərdə. Özümə gəldiyimdə yox idin yaxınımda.
Məcnun günlərimdə səni qırdığımı heç bilmədim.
Həmişə soruşdum özümə amma cavabını verə bilmədim.
Kaş ki həyatı həmişə sənin buraxdığın boşluqda yaşasaydım.
Kifayətlənsəydim olanımla. Kaş ki ‘kaş ki' deyəcək səhvlər etməsəydim.

Əfsus, vaxt çox irəli artıq.
İndi xatirələrin ağrıtdığı ruhum və sənin sevdiyin mahnı dodağımda.
Xatırlayarsanmı o mahnını?
Ikili bir təklik çöküncə gecəmizə.
Sezən söyləyərdi, sən söyləyərdin.
Sezən söyləyərdi; mən qızardım mənə baxaraq söyləyərdin deyə.
Qorxudardı ‘səhv' sözü ilə bizi birlikdə düşünmək. Qorxudardı səhvə yol vermək.
İndi vaxt yenə gecə. Sezən söyləyir, mən söyləyirəm sənin yerinə.
Sezən söyləyir, mən düşünürəm tək şəxsiyyət çirkli dünyamda.
Və bu soyuq şəhərin isti qaranlığında daha yaxşı anlayıram bəzi şeyləri qalan ağılımla.
Anlayıram ki; sən həyatımdakı ən doğru şey idin. Sən bu həyatımın tək gözəl əvəzi idin. Bilirəm…


Geri dön

QARA_EQREB

  • 28 yanvar 2012 17:38
  • Məqalə: 2
  • Şərh: 94
  • Bal:
TTTTTTEEEEEWWWWWEEEGGGUUURRR

angel gunay

  • 26 yanvar 2012 20:09
  • Məqalə: 31
  • Şərh: 843
  • Bal:
{awards}
onu sevmeyim menim en boyuk xetamdi

--------------------
Mən heç vaxt mənə inanan insanı aldatmaram amma mənə inanmiyana da düzünü subut etdirmərəm

generation

  • 26 yanvar 2012 16:03
  • Məqalə: 77
  • Şərh: 5430
  • Bal:
{awards}
tewekkurlerr

--------------------
http://s53.radikal.ru/i139/1208/45/d3b34690d2c5.gif[center]
[center]♪♪ ((((|̲̅̅●̲̅̅|̲̅̅=̲̅̅|̲̅̅●̲̅̅|)))) Music is my life ♫ ► ▌▌ ♡

tontonun anasi

  • 26 yanvar 2012 11:56
  • Məqalə: 214
  • Şərh: 2345
  • Bal:
{awards}
Anlayıram ki; sən həyatımdakı ən doğru şey idin. Sən bu həyatımın tək gözəl əvəzi idin. Bilirəm…

--------------------

NeMo19

  • 25 yanvar 2012 22:04
  • Məqalə: 0
  • Şərh: 385
  • Bal:
{awards}
nar_18,

--------------------
ona verdiyin deyeri seni vermiyenle dost olma MEHEMMED PEYGEMBER S.A.A.S.

enigmatic_girl

  • 25 yanvar 2012 22:03
  • Məqalə: 2097
  • Şərh: 12943
  • Bal:
{awards}
Anlayıram ki; sən həyatımdakı ən doğru şey idin. Sən bu həyatımın tək gözəl əvəzi idin. Bilirəm... recourse

--------------------

Dalga

  • 25 yanvar 2012 20:43
  • Məqalə: 201
  • Şərh: 5400
  • Bal:
{awards}
Oxudum tewekkurler

--------------------

Prank girl

  • 25 yanvar 2012 20:35
  • Məqalə: 106
  • Şərh: 10213
  • Bal:
{awards}
Sitat: nar_18
teshekkur beyendim ...


--------------------
Oglanlar dostluq atmasin qebul etmeyecem!!

nar_18

  • 25 yanvar 2012 20:18
  • Məqalə: 0
  • Şərh: 3338
  • Bal:
{awards}
teshekkur beyendim ...

--------------------
Susmaq qorxmaq ve ya qebul etmek deyildir: Anlayana cavabdir...

✿Victoria✿

  • 25 yanvar 2012 19:51
  • Məqalə: 257
  • Şərh: 3406
  • Bal:
{awards}
ilk serh menden TESEKKURLER

--------------------

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 1
Qonaqlar: 21
Cəmi: 35

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 7
Cəmi: 388
 
Nergiz__Sirinova
Xəbərləri: 6
Cəmi: 333
 
Awk bir hayal
Xəbərləri: 4
Cəmi: 137
 
^^KuKuLKa^^
Xəbərləri: 2
Cəmi: 767
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1135
 
TacsizKRalica
Xəbərləri: 1
Cəmi: 1
 
evli.mutlu.cocuklu
Xəbərləri: 1
Cəmi: 1
 
anar2012
Xəbərləri: 1
Cəmi: 26
 
Mövlud Ağamməd
Xəbərləri: 1
Cəmi: 20
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
 
{slinks}