Mənə bir Sevgi ver!
Insan Sevgisi!
Dünyadan da,
kainatdan da böyük olsun.
Mənə bir sevgi ver!
Insan sevgisi!
Yeddi qatlı fələkdən də uca olsun!
Tərəzinin bir gözünə var-dövləti
O birinə sevgini qoyma.
Çoxdan eləmişəm seçim.
Mənə həmin sevgini ver!
Demə səninçün böyükdür...
Qorxma,
ona çatar gücüm.
Mənə həmin Sevgini ver!
Vaxtım yoxdur gözləməyə.
Axı dünya əldən gedir!
Bəşəriyyət vəhşiləşib.
Qanı içir su yerinə,
bir-birinin ətin didir...
Bəşəriyyət əldən gedir!
Müharibələr bir tərəfdən...
Terrorlar bir tərəfdən...
Üsyanlar bir tərəfdən...
Avtomobil qəzaları bir tərəfdən...
Əzrayılın köməkçiləri çoxalıb.
Bu saat hamı asır, kəsir.
Gözlərə qan sağılıb...
Əllərdə qan ləkələri...
Yaddaşlarda qan izi...
Burunlarda qan qoxusu...
Ağızlarda qan tamı...
Hamı öldürməyə tələsir...
Qanı tökən kəs
Bilmir ki, tökdüyü qanlar
bihudədir?
Deyilmi bəs?
Qan tökən kəs
Bəs bilmir ki, vaxt gələcək,
bir gün özü də öləcək?!
Və açdığı hər yaradan,
Hesab soracaq Yaradan!!!
Bəs deyilmi axan qanlar, çıxan canlar?!
Bəs deyilmi anaların nalələri,
uşaqların göz yaşları,
qocaların qarğışları?!
Ax indi
leşdən qala,
başdan qüllə vaxtı deyil!
Mənə bir Sevgi ver!
Insan Segisi!
Bölüşdürüm,
paylaşdırım insanların arasında.
Hamı sevsin insanlığı,
Yada düşsün nədir insan,
yada düşsün nədir vicdan.
Daha heç kim
heç kimsəni öldürməsin.
Hamı sevsin bu dünyanı,
hamı sevsin yaşamağı,
hamı sevsin yaşatmağı!!!
Həmid
Insan Sevgisi!
Dünyadan da,
kainatdan da böyük olsun.
Mənə bir sevgi ver!
Insan sevgisi!
Yeddi qatlı fələkdən də uca olsun!
Tərəzinin bir gözünə var-dövləti
O birinə sevgini qoyma.
Çoxdan eləmişəm seçim.
Mənə həmin sevgini ver!
Demə səninçün böyükdür...
Qorxma,
ona çatar gücüm.
Mənə həmin Sevgini ver!
Vaxtım yoxdur gözləməyə.
Axı dünya əldən gedir!
Bəşəriyyət vəhşiləşib.
Qanı içir su yerinə,
bir-birinin ətin didir...
Bəşəriyyət əldən gedir!
Müharibələr bir tərəfdən...
Terrorlar bir tərəfdən...
Üsyanlar bir tərəfdən...
Avtomobil qəzaları bir tərəfdən...
Əzrayılın köməkçiləri çoxalıb.
Bu saat hamı asır, kəsir.
Gözlərə qan sağılıb...
Əllərdə qan ləkələri...
Yaddaşlarda qan izi...
Burunlarda qan qoxusu...
Ağızlarda qan tamı...
Hamı öldürməyə tələsir...
Qanı tökən kəs
Bilmir ki, tökdüyü qanlar
bihudədir?
Deyilmi bəs?
Qan tökən kəs
Bəs bilmir ki, vaxt gələcək,
bir gün özü də öləcək?!
Və açdığı hər yaradan,
Hesab soracaq Yaradan!!!
Bəs deyilmi axan qanlar, çıxan canlar?!
Bəs deyilmi anaların nalələri,
uşaqların göz yaşları,
qocaların qarğışları?!
Ax indi
leşdən qala,
başdan qüllə vaxtı deyil!
Mənə bir Sevgi ver!
Insan Segisi!
Bölüşdürüm,
paylaşdırım insanların arasında.
Hamı sevsin insanlığı,
Yada düşsün nədir insan,
yada düşsün nədir vicdan.
Daha heç kim
heç kimsəni öldürməsin.
Hamı sevsin bu dünyanı,
hamı sevsin yaşamağı,
hamı sevsin yaşatmağı!!!
Həmid