Əhli Beyt (ə.s.) » İmam Əli (ə) (Parlaq məqam)

 
Əhli Beyt (ə.s.) » İmam Əli (ə) (Parlaq məqam)

Əli əleyhissəlamın parlaq məqamı

Qiyamçıların yeganə məqsədi Osmanı hökumətdən kənarlaşdırmaq idi. Düzdür, Əli əleyhissəlamın adı Osmanın evi mühasirədə olan müddətdə dillərdə gəzirdi, lakin qiyamçılar gələcək üçün (yeni xəlifə tə’yin etmək üçün) qəti bir qərara gəlməmişdilər. Elə buna görə də, Osmanı öldürdükdən sonra yeni bir çətinliklə-xəlifə seçmək çətinliyi ilə üzləşməli oldular.

Digər tərəfdən Əli (əleyhissəlam), Əbdürrəhman ibn Ovf, Osman, Təlhə, Zübeyr və Sə’d ibn Əbil Vəqqasdan ibarət altı nəfərlik şura üzvlərindən ikisi, yə’ni, Əbdürrəhman ibn Ovf və Osman artıq dünyadan getmişdilər. Qalan dörd nəfər arasında Əli (əleyhissəlam) camaatın daha sevimlisi idi. Belə ki, fəzilət və İslamdakı parlaq keçmişinə görə digər şura üzvlərinin heç biri ona çatmırdı. Bu da camaatın Əli əleyhissəlama tərəf gəlməsinə səbəb oldu.
Əli (əleyhissəlam) vəziyyəti nəzərə alıb Osmanın dövründəki dəyişiklikləri mülahizə etməklə, həmçinin müsəlmanların ilkin həqiqi İslamdan uzaq düşmələrini nəzərə alaraq yaxşı bilirdi ki, Osmanın fəsadla dolu olan hökumətindən sonra xəlifə olmaq çox çətin bir işdir. Camaat, xüsusilə tayfa başçıları onun nəzərdə tutduğu islahatlarla razılaşmayacaq və onun ədalətinə dözə bilməyəcəklər. Buna görə də, qiyamçılar Əli əleyhissəlama xəlifə olmasını təklif edəndə, Əli (əleyhissəlam) qəbul etmədi.

Əhli Beyt (ə.s.) » İmam Əli (ə) (Parlaq məqam)

Tarixçilər yekdil nəzərlə Osmanın hicrətin otuz beşinci ili zil-həccə ayında öldürüldüyünü qeyd edir, ancaq hadisənin hansı gündə baş verməsi haqqında müxtəlif fikirlər söyləmişlər. (Yə’qubi Osmanın ölümünü zil-həccənin on səkkizi, c.2,səh.165, Məs’udi isə zil-həccənin qurtarmasına üç gün qalmış bildirir.(Mürucuz-zəhəb) c.2, səh.346)

Bir məsələ mə’lumdur ki, Osmanın ölümü ilə Əli əleyhissəlamın xəlifə olması arasında azı dörd-beş gün fasilə olub.
(Yə’qubi Əli əleyhissəlamın xilafət başına gəlməsini zil-həccənin qurtarmasına bir həftə qalmış, Məs’udi isə deyir ki, Osman ölən kimi camaat Əli əleyhissəlama bey’ət etdi. Başqa bir yerdə isə deyir ki, deyilənə görə Əli əleyhissəlamla bey’ət dörd gün sonra baş vermişdir) Bu bir neçə gün ərzində müsəlmanlar heyrət və hökumətsizlik mühitində yaşadılar.

Qiyam başçıları Əli əleyhissəlama müraciət edirdilər. Amma Həzrət o qədər də zahir olmurdu. Çünki qiyamçıların onunla bey’ət etmək istədiklərini gördüyündən və xilafət başına keçmək üçün vəziyyətin yaxşı olmadığını bildiyi üçün qiyamçıların bu təklifini özünə hüccət bilməyib buyurardı: «Məndən əl çəkin, gedin başqa adam tapın. Çünki indi vəziyyətin siması müxtəlif olub cəhətləri ayrı-ayrıdır. (Vəziyyət çox qarışıqdır.) Ürəklər bu vəziyyətə dözməz, ağıl bunu qəbul edə bilməz. Fəsad buludları İslam səmasının üstünü örtmüş və doğru yol tanınmaz qalmışdır. Bilin ki, əgər sizin təklifinizi qəbul etsəm, sizinlə öz elmimlə rəftar edəcək və onun-bunun sözlərinə qulaq asmayıb dedi-qoduçuların sözlərinə e’tina etməyəcəyəm. Ancaq məndən əl çəksəz, mən də sizin kimilərdən biri olacağam. Bəlkə də mən yeni xəlifənin sözlərinə sizdən yaxşı qulaq asacaq və əmrlərini sizdən yaxşı yerinə yetirəcəyəm. Mənim sizin rəhbər və xəlifəniz olmağımdansa, sizin vəzir və məsləhətçiniz olmağım yaxşıdır.»
(Nəhcül-bəlağə (Sübhi Saleh), Xütbə 92)

Ancaq get-gəllər, müsəlmanların tə’kidli istəkləri, keçmiş zülmlərdən cana gəlmiş və ədalət aşiqi olan camaatın axınları Həzrət Əli əleyhissəlamın evinə çoxaldığından Əli (əleyhissəlam) özünə vəzifə bilib camaatın bey’ətini qəbul etdi.

Əhli Beyt (ə.s.) » İmam Əli (ə) (Parlaq məqam)

Əli (əleyhissəlam) Nəhcül-bəlağənin bir neçə yerində camaatın onun xilafət başına gəlməsi üçün evinə axınları və camaatın bey’ət etmək üçün tə’kidləri barədə söhbətlər etmişdir. Bir yerdə belə buyurur: «Camaat susamış dəvənin su görərkən sarbanın əlindən azad olub suya hücum etdikləri kimi mənim üstümə hücum etdi. Bir-birini sıxışdırıb çiyin-çiyinə dəyirdilər. Vəziyyət o hala çatmışdı ki, mən deyərdim məni öldürmək istəyirlər, ya da bir dəstə başqa bir dəstəni öldürmək istəyir. Sonra bu işi (xilafətin qəbul etməsini) araşdırdım. Bütün cəhətlərini ölçüb biçdim. Belə ki, yuxunu gözümdən çəkmişdi.» (Nəhcül-bəlağə
(Sübhi Saleh), Xütbə 54)

Başqa bir yerdə İmam (əleyhissəlam) camaatın onun ətrafına toplaşmasını canlandırıb camaatın onun xilafəti qəbul etməsini eşidib sevindiklərini, həyəcanlanmalarını bəyan edərək buyurur: «Siz mənim əlimi (bey’ət etmək məqsədilə) açdınız, mən isə bağladım. Siz onu özünüzə tərəf çəkirdiniz, mən isə onu geri dartırdım. Ondan sonra susamış dəvələrin su içmək üçün suya yaxınlaşarkən bir-biri ilə çiyin-çiyinə dəydiyi kimi mənim ətrafıma toplaşdınız. Belə ki, ayaqqabımın bağı qırıldı, əba çiynimdən düşdü və zəif insanlar ayaq altında qaldılar.

O gün camaatın mənimlə bey’ət etmək üçün yaranmış sevinci o həddə çatmışdı ki, hətta uşaqlar belə sevinirdilər. Evdə oturmuş qocalar ayaqları titrəyən halda bey’ət mənzərəsini müşahidə etmək üçün yola düşmüşdülər. Xəstələr də bu mənzərəni müşahidə etmək üçün yataqlarından qalxmışdılar.»
(Nəhcül-bəlağə (Sübhi Saleh), Xütbə 229)

Əli (əleyhissəlam) məşhur «Şiqşiqiyyə» xütbəsində də camaatın şüurlu pişvazı barədə və eləcə də xilafəti qəbul etməsi barədə söhbət etmişdir: «Məni qorxudan o idi ki, camaat kaftar kimi sıx şəkildə hər tərəfdən mənim üstümə hücum çəkib məni əhatə etmişdi. Belə ki, Həsən (əleyhissəlam) və Hüseyn (əleyhissəlam) ayaq altda qaldılar, paltarım iki tərəfdən cırıldı, camaat qoyun sürüsü kimi mənim ətrafıma toplaşdı. And olsun toxumu bölən və insanı yaradan Allaha! Əgər o camaat bey’ət üçün ətrafıma toplaşaraq mənə arxa olmaları ilə hüccət mənə tamamlanmasaydı və həmçinin, Allahın alimlərdən zülmkarların zülmü və məzlumların aclığı qarşısında sükut etməmələri barədə peymanı olmasaydı, mən xilafət məqamından əl götürüb ondan üz döndərər, onun sonunu başlanğıcındakı piyalə ilə doyuzdurardım. (Yə’ni, necə ki, ilk üç xəlifənin dövründə kənarda qalmışdım indi də kənarda qalardım.) Onda yaxşı bilərdiniz ki, sizin dünyanız mənim nəzərimdə keçi burnunun suyundan da dəyərsizdir.»
(Nəhcül-bəlağə, Xütbə 3 (Şiqşiqiyyə xütbəsi), (Sübhi Saleh))

Əhli Beyt (ə.s.) » İmam Əli (ə) (Parlaq məqam)


Geri dön

Repery

  • 4 fevral 2012 22:23
  • Məqalə: 196
  • Şərh: 1555
  • Bal:
Allah razi olsun

--------------------

kuku1999

  • 29 yanvar 2012 12:51
  • Məqalə: 19
  • Şərh: 417
  • Bal:
{awards}

--------------------
http://imgs.su/tmp/2012-02-05/1328436632-319.jpg

APPLY

  • 27 yanvar 2012 01:01
  • Məqalə: 30
  • Şərh: 516
  • Bal:
{awards}
Allah razi olsun

--------------------
♥ ♥ ♥ ♥ ♥

Ìtirdim deyə düşündüklərin bəlkə də xilas olduqlarindir...!♥ ♥ ♥♥
.

... Deryam ...

  • 26 yanvar 2012 22:11
  • Məqalə: 273
  • Şərh: 4680
  • Bal:
{awards}
Çox sağ ol dəyərli məlumatlarçün

--------------------

generation

  • 26 yanvar 2012 21:45
  • Məqalə: 77
  • Şərh: 5430
  • Bal:
{awards}
Allah razi olsun

--------------------
http://s53.radikal.ru/i139/1208/45/d3b34690d2c5.gif[center]
[center]♪♪ ((((|̲̅̅●̲̅̅|̲̅̅=̲̅̅|̲̅̅●̲̅̅|)))) Music is my life ♫ ► ▌▌ ♡

MaN_uNiTeD

  • 26 yanvar 2012 18:57
  • Məqalə: 36
  • Şərh: 648
  • Bal:
{awards}
allah razi olsun

sabir43

  • 26 yanvar 2012 17:46
  • Məqalə: 10
  • Şərh: 533
  • Bal:
{awards}
maraqli idi

--------------------
(¯`v´¯)
`•.¸.•´
HeCkImI SeVmIrEm ! SeVgI YaLaNdI !

faithful

  • 26 yanvar 2012 17:20
  • Məqalə: 56
  • Şərh: 1046
  • Bal:
{awards}
Allah razi olsun

tek dileyim

  • 26 yanvar 2012 16:38
  • Məqalə: 36
  • Şərh: 516
  • Bal:
{awards}
Allah razi olsun mence her muselmanlarin bunlari bunlari bilmesi yaxwidi ve en esasi vacibdi



--------------------
.♥De: O Allah birdir
Allah möhtac deyildir!
O, nə doğmuş, nə də doğulmuşdur!
Onun heç bir tayı-bərabəri də yoxdur...♥

✿Victoria✿

  • 26 yanvar 2012 16:29
  • Məqalə: 257
  • Şərh: 3406
  • Bal:
{awards}
TESEKKURLER

--------------------

Ku-ku

  • 26 yanvar 2012 16:28
  • Məqalə: 267
  • Şərh: 5318
  • Bal:
{awards}
Allah razi olsun mence her muselmanlarin bunlari bunlari bilmesi yaxwidi ve en esasi vacibdi

--------------------

enigmatic_girl

  • 26 yanvar 2012 15:23
  • Məqalə: 2097
  • Şərh: 12943
  • Bal:
{awards}
Tesekkurler axira kimi oxumadim ama maraqli idi... winked

--------------------
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 3
Qonaqlar: 59
Cəmi: 72

 

Top 10 Müəllif

Nergiz__Sirinova
Xəbərləri: 2
Cəmi: 327
 
Pıtırcık
Xəbərləri: 2
Cəmi: 386
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1135
 
^^KuKuLKa^^
Xəbərləri: 1
Cəmi: 766
 
anar2012
Xəbərləri: 1
Cəmi: 26
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
Demi Love
Xəbərləri: 1
Cəmi: 16
 
Awk bir hayal
Xəbərləri: 1
Cəmi: 137
 
 
{slinks}