Qəmli eşq hekayəti: Yanaşı məzarlar

 
Qəmli eşq hekayəti: Yanaşı məzarlar

60 illik bəxtəvər nikahda yaşadığı xanımını itirən müharibə qəhrəmanı sevgilisinin yoxluğuna çox dözə bilmədi.
O, çox sevdiyi qadınının olmadığı dünyada vur-tut 24 saat qala bildi.

Sem və Kerri Handelaarların 85 yaşları vardı.


Onlar bu yaxınlarda nikahlarının 60 illiyini bayram etdilər.
Sem İkinci Dünya Müharibəsinin qəhrəmanlarından biri, müttəfiq qoşunlarının Normandiyaya desantı zamanı alman faşistləri ilə savaşlarda müstəsna şücaət göstərmiş adamdı.
İngiltərənin Esseks qraflığındakı Basildon şəhərində yaşayan Sem və Kerri özlərini dünyanın ən bəxtəvər insanı sayırdılar, çünki bir-birlərini həddən artıq sevirdilər.

"Atam həmişə deyirdi ki, anam olmasa, yaşaya bilməz. Biz elə bilirdik, zarafat edir. Amma indi anlayıram ki, onlar bir-birlərini həyatlarından artıq seviblər. Atam anamı pəri, kainatın ən zərif məxluqu sayırdı. Anamla danışanda onun gözlərinə elə baxırdı ki, biz uşaq olsaq da, atamın anam üçün dəli-divanə olduğunu hiss edirdik. Atam yaşına rəğmən, çox sağlamdı və heç bir xəstəliyi də yoxdu. O, anamın yoxluğuna dözə bilmədi", - Sem və Kerrinin böyük oğlu Con Handelaar deyir.

Kerri xərçəng şişi diaqnozu ilə xəstəxanaya düşəndən sonra Sem Basildondakı xəstəxanaya gündə üç dəfə baş çəkir, arvadının yanında saatlarla otururdu.

1958-ci ildə ailə həyatı qurmuş Sem və Kerrinin nikahında doğulmuş Conun 56, Kevanın 54, Mayklın 47 yaşı var.
Semlə Kerri toy günündən bəri Basildonda, Qodenhem Qrin səmtindəki evlərində yaşayıblar.

"Atamla anam idmanı çox sevirdilər. Anam tennis, reqbi, futbol, kriket və qolfla maraqlanırdı. O, hətta ən təcrübəli fanatlarla belə, "bilik"lər baxımından irəlidə idi", - Maykl deyir.
8 nəvənin nənəsi Kerri vaxtını nəvələri ilə keçirməkdən xüsusi həzz alırdı.

"Anam ölüm ayağında olanda atam onun çarpayısının yanında oturub ağlayırdı. Anam bunu gördü və xırıldayan səsi ilə pıçıldadı: "Sem, ağlama. Həyatım sənin olub və Tanrıya da yalvarıram ki, səni oraya, yanıma mümkün qədər gec yollasın".

Bunu deyəndən sonra anam gülümsədi, atamın əlini dodaqlarına aparıb öpdü və gözlərini yumdu. Atam gecə səhərədək anamın yanında oturdu. Səhər açılanda isə o, gülümsəyirdi. Mənə dedi ki, anamın ruhunu gördü. Bunu söyləyəndən sonra otağına yollandı, çarpayısına uzandı, yatdı. Gecə ayıldı və bizi yanında görəndə dedi: "Qüssələnməyin. Kerri məni gözləyir. Onu çox gözlədə bilmərəm". Səhər isə atam dünyasını dəyişdi. O, anamsız həyatda cəmi 24 saat qala bildi", - Maykl Handelaar söyləyir.

Sem və Kerri bu gün səhər saat 10-da basdırılıblar.
Onların məzarları yanaşıdır.

Qəmli eşq hekayəti: Yanaşı məzarlar


Geri dön

ZAC EFRON

  • 27 yanvar 2012 18:08
  • Məqalə: 81
  • Şərh: 1487
  • Bal:
R_A_P_U_N_Z_E_L
oxumadizsa twklere ehtiyac yoxdu=)

--------------------
FlY**

brunetka

  • 27 yanvar 2012 00:18
  • Məqalə: 0
  • Şərh: 339
  • Bal:
{awards}
bu an sevgiye inandim

nar_18

  • 26 yanvar 2012 22:22
  • Məqalə: 0
  • Şərh: 3125
  • Bal:
{awards}
heyatda bele sevgide var imish? belay ...

generation

  • 26 yanvar 2012 21:48
  • Məqalə: 77
  • Şərh: 5427
  • Bal:
{awards}
tewekkurlerrr

--------------------

♪♪ ((((|̲̅̅●̲̅̅|̲̅̅=̲̅̅|̲̅̅●̲̅̅|)))) Music is my life ♫ ► ▌▌ ♡

R_A_P_U_N_Z_E_L

  • 26 yanvar 2012 21:04
  • Məqalə: 36
  • Şərh: 2992
  • Bal:
{awards}
oxumadim ama yene de tesekkurler

--------------------
LoVe Me NeVeR LeAvE Me

_TUNAR_MAMEDOV_

  • 26 yanvar 2012 20:51
  • Məqalə: 591
  • Şərh: 4522
  • Bal:
{awards}
eziyyete gore twkler....

--------------------

Analia

  • 26 yanvar 2012 20:36
  • Məqalə: 0
  • Şərh: 483
  • Bal:
{awards}
uhu uhu uhu uhu uzuldum
tsk

NeMo19

  • 26 yanvar 2012 20:22
  • Məqalə: 0
  • Şərh: 385
  • Bal:
{awards}
birehmeteke xebere gore twk

--------------------
ona verdiyin deyeri seni vermiyenle dost olma MEHEMMED PEYGEMBER S.A.A.S.

enigmatic_girl

  • 26 yanvar 2012 20:21
  • Məqalə: 287
  • Şərh: 9128
  • Bal:
{awards}
Cooook uzuldum.... sad sad

--------------------


aaa qqq

  • 26 yanvar 2012 20:13
  • Məqalə: 0
  • Şərh: 63
  • Bal:
{awards}
men hec ne yaza bilmirem sag olun

angel gunay

  • 26 yanvar 2012 20:04
  • Məqalə: 23
  • Şərh: 726
  • Bal:
{awards}
tek cumleyle superrr

--------------------
๑۩۞۩๑Sevgi - Ağıllının Yeganə Dəliliyi...
Dəlinin İsə Yeganə Agıllı Hərəkətidir...๑۩۞۩๑
๑۩۞۩๑♡♡♡♡♡๑۩۞۩๑๑۩۞۩๑♡♡♡♡♡๑۩۞۩๑๑۩۞۩๑♡♡♡♡♡๑۩۞۩๑

Aysel_

  • 26 yanvar 2012 19:56
  • Məqalə: 9
  • Şərh: 334
  • Bal:
{awards}
Cox gozel sad

--------------------
Bil ki, 'xoşbəxt son' deyə bir şey yoxdur. Çünki, Bir şeydə 'son' varsa orada xoşbəxtlik yoxdur !

cezZza

  • 26 yanvar 2012 19:34
  • Məqalə: 0
  • Şərh: 296
  • Bal:
{awards}
elaaaaaaaaaaaaa

--------------------
Sen = Görmesende Ben = Yaşıyorum Sen = Bilmesende Ben = Özlüyorum Sen = Duymasanda Ben = Söylüyorum SENİ SEVİYORUM....♥♥

MEGAN FOX

  • 26 yanvar 2012 19:05
  • Məqalə: 233
  • Şərh: 3343
  • Bal:
{awards}
MARAQLIDI TESEKKURLER

--------------------

MaN_uNiTeD

  • 26 yanvar 2012 18:52
  • Məqalə: 36
  • Şərh: 642
  • Bal:
{awards}
teessuf no

Ku-ku

  • 26 yanvar 2012 18:08
  • Məqalə: 256
  • Şərh: 5240
  • Bal:
{awards}
Allah rehmet elesin

--------------------
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 



      Sorğu [?]

      LeGenD.Az Yeni Görünüşü ?

      Əla
      Yaxşı
      Normal
      Belədə
      Pis

      ToP 10 Şərhçi

      Online

      İstifadəçilər: 10
      Qonaqlar: 72
      Cəmi: 109

       

      Top 10 Müəllif

      enigmatic_girl
      Xəbərləri: 67
      Cəmi: 287
       
      _XADA_
      Xəbərləri: 65
      Cəmi: 426
       
      Love World
      Xəbərləri: 61
      Cəmi: 160
       
      MEGAN FOX
      Xəbərləri: 54
      Cəmi: 233
       
      Musique Sage
      Xəbərləri: 51
      Cəmi: 387
       
      dj_okush717
      Xəbərləri: 51
      Cəmi: 302
       
      green_15
      Xəbərləri: 49
      Cəmi: 206
       
      GüN_GüN
      Xəbərləri: 47
      Cəmi: 254
       
      _NICE_GIRL_
      Xəbərləri: 40
      Cəmi: 296
       
      Ay Prensesi
      Xəbərləri: 39
      Cəmi: 537