Bakı "Eurovision 2012"-yə ev sahibliyini rəsmən qəbul etdi

 
Bakı "Eurovision 2012"-yə ev sahibliyini rəsmən qəbul etdi

Buta Palaceda keçirilən tədbirdə açar təqdim etmə mərasimində "Eurovision 2011"-ə ev sahibliyi etmiş Düsseldorf şəhərinin meri Dirk Elsbers "Eurovision" mahnı müsabiqəsinin rəmzi açarını Bakı şəhərinin meri Hacıbala Abutalıbova təqdim edib. Bununla da Bakı "Eurovision 2012"-yə ev sahibliyini rəsmən qəbul edib.

Tədbirdə "Eurovision" müsabiqəsinin icraçı rəhbəri Yan Ola Sand, tədbirlər və kommunikasiya rəhbəri Sietse Bakker, eləcə də müsabiqəylə bağlı digər rəsmilər iştirak ediblər.

"Eurovision" mahnı müsabiqəsinin rəmzi açarının təqdim edilməsi Azərbaycanda İctimai Televiziya və Radio, "Eurovision" müsabiqəsinin rəsmi saytı eurovision.tv, eləcə də Avropa Yayımları Birliyinə üzv olan bir neçə ölkənin televiziya kanalı ilə canlı yayımlanıb.

Bununla yanaşı, bu mərasimi işıqlandırmaq üçün bir çox ölkələrin -Gürcüstan, Finlandiya, Almaniya, Serbiya, Malta, Moldova, Estoniya, Belarusun ictimai yayımçıları və "Euronews" kanalının reportyorları Azərbaycana gəliblər.

Azərbaycan 2011-ci ilin mayında Düsseldorfda keçirilən "Eurovision" müsabiqəsində qələbə çalaraq Avropanın məşhur yarışmasına ev sahibliyi etmək hüququ qazanıb.

May ayının 22-si və 24-də "Eurovision 2012"-nin yarımfinal, 26-da isə final mərhələsi keçiriləcək. Müsabiqənin qaydalarına əsasən, 5 ölkə - Almaniya, Fransa, Böyük Britaniya, İtaliya və İspaniya, eləcə də ötən ilki müsabiqənin qalibi kimi Azərbaycan birbaşa final mərhələsində çıxış edəcək.

***

Püşk atmanın nəticələri isə bunlardır:

Birinci Yarımfinal:

İlk Hissə

Çernoqoriya
İslandiya
Romania
Albaniya
Belçika
Latvia
İsveçrə
Finlandiya
Yunanıstan

İkinci Hissə:

Moldova
Kipr
Avstriya
Danimarka
Rusiya
San Marino
İsrail
İrelandiya
Macarıstan

İkinci Yarımfinal:

İlk Hssə:

Serbiya
Hollandiya
Portuqaliya
Makedoniya
Belarusiya
Malta
Ukrayna
Ermənistan
Bolqarıstan

İkinci Hissə
İsveç
Gürcüstan
Sloveniya
Estoniya
Türkiyə
Slovakia
Xorvatiya
Norveç
Litva
Bosniya və Hersoqovina

Alman telekanalı NDR "Avropa Yayımlar Birliyi"ndən xahiş edərək özlərinin ikinci yarım finalda çıxış etməyini istəyib və xahiş qəbul olunub. Finala bir başa qatılacaq ölkələrin hansı yarım finalda səs vermə sırası isə belədir:

İtaliya (birinci yarım final)
Birləşmiş Krallıq (ikinci yarım final)
Azərbaycan (birinci yarım final)
France (ikinci yarım final)
İspaniya (birinci yarım final)
Almaniya (ikinci yarım final)

Sloqan:

Light your fire! - Lap qədimdə insanlar alovun ətrafına yığışaraq bir-birlərinə hekayələr danışmış, manılar oxumuş və rəqs etmişlər, "Eurovision Mahnı Müsabiqəsi" də məhz insanları musiqi və rəqs vasitəsiylə bir araya toplayır.


Geri dön

kuku1999

  • 29 yanvar 2012 21:31
  • Məqalə: 19
  • Şərh: 411
  • Bal:
xebere gore twk

--------------------
http://imgs.su/tmp/2012-02-05/1328436632-319.jpg

keven

  • 26 yanvar 2012 19:33
  • Məqalə: 43
  • Şərh: 1181
  • Bal:
{awards}
lap yaxsi wink

--------------------

MaN_uNiTeD

  • 26 yanvar 2012 19:04
  • Məqalə: 36
  • Şərh: 635
  • Bal:
{awards}
cox sagolun melumata gore

564

  • 26 yanvar 2012 17:32
  • Məqalə: 0
  • Şərh: 0
  • Bal:
{awards}
Maraqlidir tewekkurler

spice girl

  • 26 yanvar 2012 16:53
  • Məqalə: 0
  • Şərh: 150
  • Bal:
{awards}
hmmmmmmmmmm maraqlidi twk

✿Victoria✿

  • 26 yanvar 2012 16:41
  • Məqalə: 257
  • Şərh: 3371
  • Bal:
{awards}
TESEKKURLER

--------------------

Ku-ku

  • 26 yanvar 2012 16:36
  • Məqalə: 267
  • Şərh: 5252
  • Bal:
{awards}
hm lap yaxwi

--------------------

enigmatic_girl

  • 26 yanvar 2012 15:41
  • Məqalə: 2097
  • Şərh: 12715
  • Bal:
{awards}
Hmmm tesekkurler.... wink

--------------------
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 2
Qonaqlar: 57
Cəmi: 85

 

Top 10 Müəllif

The Shield
Xəbərləri: 57
Cəmi: 232
 
NIGAR
Xəbərləri: 51
Cəmi: 871
 
Limon qoxusu
Xəbərləri: 50
Cəmi: 72
 
Nergiz__Sirinova
Xəbərləri: 26
Cəmi: 546
 
aytc.sza
Xəbərləri: 21
Cəmi: 21
 
♔Hе важно∞
Xəbərləri: 21
Cəmi: 278
 
Lmzade
Xəbərləri: 19
Cəmi: 19
 
_Qismet_
Xəbərləri: 6
Cəmi: 805
 
..::Kitty::..
Xəbərləri: 4
Cəmi: 16
 
AyliN BunyaminovA
Xəbərləri: 3
Cəmi: 482
 
 
{slinks}