Saatlarla ona baxmaqdan doymuram

 
Saatlarla ona baxmaqdan doymuram

Saatlarla ona baxmaqdan doymuram. O, çox gözəldir. Füsunkardır, valehedicidir, sakitləşdiricidir. Ona baxdıqca mənə elə gəlir ki, sanki o, ucsuz-bucaqsızdır, sonsuzdur. O, canlılara həm həyat verir, həm də ölüm bəxş edə bilir. O, dərdləri dinləyir. Ən yaxın sirdaş kimi milyonların qəlbindəkiləri bilir. Hələ də açılmayan sirləri bilir.

Saatlarla ona baxmaqdan doymuram

O, minlərlə sevginin, ehtirasın, əhd-peymanın şahidi olub. O, aşiqlərin görüş məskəni olub. Fırtınalı, soyuq günlərdə coşub-daşıb. Həddindən artıq yüklüymüş kimi, sanki hər şeydən yorulmuş, bezmiş kimi fəryad edib. Bəzən isə inanılmaz sakitliyi olub. Bu sakitlik həm vahiməli, həm də ürəkaçıcı olub. O, çox şeylərin şahidi olub. Yaşı bilinməyən bu varlıq, mənə sadəcə hüzur verir.

Saatlarla ona baxmaqdan doymuram

Hər kəs ən pis anında ona qaçır. Çox maraqlıdır – ölümü seçəndə belə insanlar ona üz tuturlar. O, hamıya vəfalı dost və sadiq yoldaşdır. Bir çoxları onun görüşünə gəlir. Bəzilərini bəlkə də çox sevdiyindən o öz ağuşuna alaraq sonsuza qədər içində saxlayır, buraxmır. Çoxları ondan qorxur, hürkür, çəkinir.

Budur, indi mən onun hüzurundayam .Diqqətlə, ona baxıram. Məni özünə tərəf səsləyir, mən isə tərəddüd edərək, sadəcə ətrafı seyr edirəm. O, kimisinə xoşbəxtlik, kimisinə bədbəxtlik bəxş edib. Minlərlə insanın doğmasını özündən ayırıb. O günahkardırmı?! Qatildirmi?! Əsla yox…!

Saatlarla ona baxmaqdan doymuram

O, sevdiklərini özü ilə saxlayır. Öz içində milyardlarla canlıya həyat verir. Lakin, hər gün minlərlə insan onu zəhərləyərək damla-damla öldürür, məhv edir. Ona baxdıqca hər damlasında göz yaşı, etiraflar, pıçıltı ilə deyilmiş sevgi sözləri və təəssüf ki, yorğunluq hiss edirəm. Bəli, yorğunluq. O, artıq ağır-ağır addımlayır. Hər gün dünyadakı haqsızlıqları, günahları görür, məzlumların ahını eşidib, özünü sərt qayalara çırpır. Şüşə parçası kimi çiliklənən damlalar, ətrafa səpələnir. Bu isə öz doğmalarından və sevdiklərindən ayrı düşmüş insanlara bənzəyir.

Saatlarla ona baxmaqdan doymuram

O da, insanlar kimi bəzən gizlənməyə çalışır. Bəzən bəlkə də gizlicə, biz onu görməyəndə ağlayır. Lakin göz yaşlarını içinə axıdır, damlalara qarışır.
Dili yoxdur fərz edirik, lakin hər gün görüşünə gələn hər kəslə danışır, dərdləşir, söhbətləşir. O bəşəriyyətin möcüzəsidir. ALLAHın bizə verdiyi bir lütfüdür. Gəlin onu qoruyaq…!!!


Geri dön

konul123

  • 28 yanvar 2012 02:24
  • Məqalə: 0
  • Şərh: 1458
  • Bal:
tewekurler

✿Victoria✿

  • 27 yanvar 2012 17:19
  • Məqalə: 257
  • Şərh: 3406
  • Bal:
{awards}
TESEKKURLER

--------------------

_TUNAR_MAMEDOV_

  • 27 yanvar 2012 17:06
  • Məqalə: 673
  • Şərh: 4820
  • Bal:
{awards}
eziyyete gore twkler...

--------------------

..:MeleK kiz:..

  • 27 yanvar 2012 13:32
  • Məqalə: 150
  • Şərh: 8828
  • Bal:
{awards}
sagol PIAH fellow

cezZza

  • 27 yanvar 2012 10:52
  • Məqalə: 0
  • Şərh: 296
  • Bal:
{awards}
elaaaaaaaaaa

--------------------
Sen = Görmesende Ben = Yaşıyorum Sen = Bilmesende Ben = Özlüyorum Sen = Duymasanda Ben = Söylüyorum SENİ SEVİYORUM....♥♥

susan test

  • 27 yanvar 2012 10:31
  • Məqalə: 3
  • Şərh: 453
  • Bal:
{awards}
4 -dun cusu coxxxxxx ayib dir laughing

--------------------
dostlarimm

angel gunay

  • 27 yanvar 2012 10:21
  • Məqalə: 31
  • Şərh: 843
  • Bal:
{awards}
AHHH bu sevgiii love

--------------------
Mən heç vaxt mənə inanan insanı aldatmaram amma mənə inanmiyana da düzünü subut etdirmərəm

_ROCK_STAR_

  • 27 yanvar 2012 10:02
  • Məqalə: 19
  • Şərh: 776
  • Bal:
{awards}
super alinib tesekkur edirem

seadet iwigi

  • 27 yanvar 2012 09:28
  • Məqalə: 4
  • Şərh: 636
  • Bal:
{awards}
tewekkur, ALLAH t.t lutfunu uzerinden cekmesin,inwaALLAH

--------------------
XANIM FATIMEYI ZEHRA selamullahi eleyha buyurur;,,PEYQEMBER s. ELIYE e. baxib buyurdu; Bu wexs ve onun wieleri cennet ehlidir''
,,Ihqaqul heqq''cild7,seh 307.

Deniz

  • 27 yanvar 2012 00:31
  • Məqalə: 338
  • Şərh: 3908
  • Bal:
{awards}
ay superrrrr tesekkurler yaaa, cok guzel love

leylacan

  • 26 yanvar 2012 22:48
  • Məqalə: 0
  • Şərh: 158
  • Bal:
{awards}
tesekkurler

Angel-Feride

  • 26 yanvar 2012 22:45
  • Məqalə: 54
  • Şərh: 1056
  • Bal:
{awards}
He gozel yazidir love

brunetka

  • 26 yanvar 2012 22:27
  • Məqalə: 0
  • Şərh: 352
  • Bal:
{awards}
gozel idi tesekkur

Mervecik

  • 26 yanvar 2012 22:23
  • Məqalə: 15
  • Şərh: 653
  • Bal:
{awards}
Maraqli yazidi ellerinize sagliq

sabir43

  • 26 yanvar 2012 22:13
  • Məqalə: 10
  • Şərh: 533
  • Bal:
{awards}
coox marali idi smile

--------------------
(¯`v´¯)
`•.¸.•´
HeCkImI SeVmIrEm ! SeVgI YaLaNdI !

Мой Мир

  • 26 yanvar 2012 21:58
  • Məqalə: 722
  • Şərh: 5996
  • Bal:
{awards}
O da, insanlar kimi bəzən gizlənməyə çalışır. Bəzən bəlkə də gizlicə, biz onu görməyəndə ağlayır. Lakin göz yaşlarını içinə axıdır, damlalara qarışır.
Dili yoxdur fərz edirik, lakin hər gün görüşünə gələn hər kəslə danışır, dərdləşir, söhbətləşir. O bəşəriyyətin möcüzəsidir. ALLAHın bizə verdiyi bir lütfüdür. Gəlin onu qoruyaq…!!!
Qoruyaqda ne deyirem superdir beyendim ask dolu satirlar resmen ay bir qarip oldum love

--------------------
∞♥

generation

  • 26 yanvar 2012 21:56
  • Məqalə: 77
  • Şərh: 5430
  • Bal:
{awards}
tewekkurlerrr

--------------------
http://s53.radikal.ru/i139/1208/45/d3b34690d2c5.gif[center]
[center]♪♪ ((((|̲̅̅●̲̅̅|̲̅̅=̲̅̅|̲̅̅●̲̅̅|)))) Music is my life ♫ ► ▌▌ ♡

ay seven ulduz

  • 26 yanvar 2012 21:49
  • Məqalə: 3
  • Şərh: 1318
  • Bal:
{awards}
tewekkurlerrrrrrrrrrrr

nar_18

  • 26 yanvar 2012 21:27
  • Məqalə: 0
  • Şərh: 3338
  • Bal:
{awards}
teshekkur ...

--------------------
Susmaq qorxmaq ve ya qebul etmek deyildir: Anlayana cavabdir...

awik

  • 26 yanvar 2012 21:20
  • Məqalə: 0
  • Şərh: 34
  • Bal:
{awards}
tewekkurlerrrrrrr love

tek dileyim

  • 26 yanvar 2012 21:13
  • Məqalə: 36
  • Şərh: 516
  • Bal:
{awards}
Hər kəs ən pis anında ona qaçır. Çox maraqlıdır – ölümü seçəndə belə insanlar ona üz tuturlar. O, hamıya vəfalı dost və sadiq yoldaşdır. Bir çoxları onun görüşünə gəlir. Bəzilərini bəlkə də çox sevdiyindən o öz ağuşuna alaraq sonsuza qədər içində saxlayır, buraxmır. Çoxları ondan qorxur, hürkür, çəkinir.


--------------------
.♥De: O Allah birdir
Allah möhtac deyildir!
O, nə doğmuş, nə də doğulmuşdur!
Onun heç bir tayı-bərabəri də yoxdur...♥
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 2
Qonaqlar: 81
Cəmi: 105

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 25
Cəmi: 505
 
Nergiz__Sirinova
Xəbərləri: 18
Cəmi: 394
 
♔Hе важно∞
Xəbərləri: 17
Cəmi: 63
 
Sol Meleyim
Xəbərləri: 2
Cəmi: 2
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 1
Cəmi: 1142
 
^^KuKuLKa^^
Xəbərləri: 1
Cəmi: 772
 
AyliN BunyaminovA
Xəbərləri: 1
Cəmi: 386
 
 
{slinks}