Siqaret çəkmə!

 
Siqaret çəkmə!

Sual: İslam dinində siqaret çəkməyin hökmü nədir?

Cavab: İslam dinində insan orqanizminə, onun ağıl və malına, eləcə də cəmiyyət və dinə zərərli olan hər şey qadağandır. Siqaretdə bu kimi xüsusiyyətlərin hamısı olduğuna görə onu çəkmək halal deyil.


Gəlin, məsələni müxtəlif cəhətlərdən qiymətləndirməyə çalışaq:

1- Siqaret çəkmək hər şeydən əvvəl bədənə zərərlidir. Bədən isə Allahın insana verdiyi bir əmanətdir. Onu yaxşıca qoruyub, sahibinə istədiyi kimi qaytarmaq lazımdır. Misal üçün, bir şəxsin əlini, ayağını və sairə kimi bədən üzvlərini: "Əşi, bunlar mənim özümündür, özüm bilərəm", — deyib kəsməyi halal olmadığı kimi siqaret çəkməklə özünə zərər vurmağı da halal deyil.

Siqaret çəkməyin orqanizmə zərərli olması tibb mütəxəssisləri tərəfindən sübuta yetirilmiş və bu bütün bəşəriyyətə bildirilmişdir. Hətta elmi araşdırmalar vasitəsilə sübut edilmişdir ki, xərçəng xəstəliklərinin 90 faizindən çoxu siqaret çəkmək nəticəsində baş verir.

2 — Siqaret çəkmək mal-dövlətə, necə deyərlər, cibə də ziyan vurur. Çünki siqaret çəkən şəxs onu müəyyən bir məbləğ müqabilində satın alır və beləliklə, siqaret almaq üçün xərclənən pul zərərli bir işə sərf edilir. Bunu hamı bilir. Üstəlik də siqaretə pul verən insan o pulu öz ailəsinin gündəlik dolanışığı üçün nəzərdə tutulmuş puldan götürüb xərcləyir.

Əslində hər gün siqaretə sərf edilən pul yığılsa, gələcəkdə o pulla yaxşı işlər görmək mümkün olar. Məsələn, siqaret üçün xərclənən pul yuxarıda qeyd edildiyi kimi yığılsa, yığılan məbləğlə bir neçə ildən sonra Həccə getmək də olar. Misal üçün, siqaret almağa hər gün 2 manat xərcləyən bir şəxsi götürək. Bu şəxsin aylıq xərci 60 manat (30 x 2), illik xərci isə 720 manatdır (12 x 60). Belə çıxır ki, 2 ildə siqaret almağa sərf edilən pul miqdarı 1440 manat təşkil edir. Bu isə o deməkdir ki, hər hansı bir şəxs 1440 manat müqabilində böyük bir rahatlıqla Həcc ziyarətinə gedə bilər!

3 — Siqaret cəmiyyətə ziyan vurur. Siqaret tüstüsü atmosferi korladığına görə siqaret çəkən şəxs başda öz ailəsi olmaqla ətrafındakı insanlara, daxil olduğu cəmiyyətə və nəhayət, bütün dünyaya zərər verir. Bundan əlavə, həkimlər bildirirlər ki, özü siqaret çəkməyən və siqaret çəkən bir şəxslə 4 saat eyni evdə və mühitdə qalan bir insan 10 ədəd siqaret çəkibmiş kimi zəhərlənir.

Su və hava həyat üçün çox vacib amillərdir. Suyu korlamaq qadağan olduğu kimi havanı korlamaq da qadağandır. Deməli, bir hovuzun suyuna bir kürək ağzı gübrə töküb o suyu çirkli və zərərli su vəziyyətinə gətirməklə siqaret çəkib tüstüsünü havaya qarışdırmaq eyni şeydir.

Siqaret çəkməklə əlaqədar olaraq aşağıdakı ayə və hədisləri göstərmək mümkündür:

«Yanlarındakı Tövrat və İncildə yazılı gördükləri ümmi peyğəmbərə tabe olanlar… O, onlara yaxşı işlər görməyi buyurub pis işləri qadağan edər. Onlara təmiz şeyləri halal, pis şeyləri haram qılar. Onların üzərindəki ağır yükləri qaldırıb boyunlarındakı dəmir halqaları açar. Əsl nicat tapanlar (qurtuluşa qovuşanlar) o peyğəmbərə inanıb hörmət bəsləyən, ona kömək edən və onunla birlikdə göndərilən Nura (Qurana) tabe olanlardır».

Təmiz şeylər halal, pis şeylər haram olduğuna görə siqaret təmiz deyil və zərərlidir.

"Öz yaxınlarına, miskinlərə və yol üstündə olana haqqını ver! Əlindəkiləri səpib səpələmə (mal-dövlətini hədər yerə xərcləmə)! Həqiqətən də, səpib səpələyənlər şeytanın qardaşıdırlar. Şeytan isə Rəbbinə qarşı çox nankordur".

Siqaret çəkmək mal-dövləti (insanın əlində olan az, yaxud da çox pulu) səpib səpələmək və israfdan ibarətdir.

Bir hədisdə belə deyilir:

«Zərər çəkmək də yoxdur (olmaz), zərər vermək də».

Yaxşı məlumdur ki, siqaret çəkənlər həm özlərinə, həm də başqalarına zərər verirlər.

Digər bir hədisdə peyğəmbərimiz (s. a. v.) belə buyurur:

«Kim Allaha və axirət gününə inanırsa, öz yan-yörəsinə əziyyət çəkdirməsin (ziyan verib narahat etməsin)».

Hamı bilir ki, siqaret çəkənlər öz ailəsi və uşaqlarına, ətrafındakı insanlara və məsciddə namaz qılarkən yanında duranlara əziyyət verir.

Muhəmməd peyğəmbərdən nəql olunan bir hədisdə belə deyilir:

«Bəndə Qiyamət günü dörd şeyin haqq-hesabını verməmiş ayaqları yerindən tərpənməyəcək (heç yerə gedən deyil). Həmin şeylər bunlardır: Bəndə öz ömrünü nəyə sərf edib? Elmindən hansı işlərdə istifadə edib? Mal-dövlətini nəyə xərcləyib? Bədənini hansı işdə korlayıb?».


Geri dön

girl is Montina

  • 31 yanvar 2012 00:36
  • Məqalə: 0
  • Şərh: 45
  • Bal:
maraqli ve ibretamiz sozlercun twk.teki bunlar sadece meslehet olmasin,menim de siqaret iyinden zehlem gedir.sukur olsun evde cekenimizde yoxdu atam cekenlerede eve cekmeye qoymur,amma hec kimi demirem savadli uwaqlar cekende eseblewirem deeeeeee

--------------------
Icmerem men o çayı
Sokalati olmasa
Neye lazimdir Baki
Bu Montini olmasa

✿Victoria✿

  • 27 yanvar 2012 17:19
  • Məqalə: 257
  • Şərh: 3406
  • Bal:
{awards}
TESEKKURLER

--------------------

_TUNAR_MAMEDOV_

  • 27 yanvar 2012 17:06
  • Məqalə: 671
  • Şərh: 4820
  • Bal:
{awards}
ALLAH RAZI OLSUN DEYERLI YAZI UCUN

--------------------

cezZza

  • 27 yanvar 2012 10:53
  • Məqalə: 0
  • Şərh: 296
  • Bal:
{awards}
elaaaaaaaaaa

--------------------
Sen = Görmesende Ben = Yaşıyorum Sen = Bilmesende Ben = Özlüyorum Sen = Duymasanda Ben = Söylüyorum SENİ SEVİYORUM....♥♥

susan test

  • 27 yanvar 2012 10:36
  • Məqalə: 3
  • Şərh: 453
  • Bal:
{awards}
sigeret cek mek olm az sad

--------------------
dostlarimm

_ROCK_STAR_

  • 27 yanvar 2012 10:02
  • Məqalə: 19
  • Şərh: 776
  • Bal:
{awards}
Allah razi olsun

azad salehi

  • 27 yanvar 2012 09:15
  • Məqalə: 0
  • Şərh: 78
  • Bal:
{awards}
SAGOL YAXSIDI

--------------------
MEN GOZEL VUCUDU OLAN MUHAMMED (S.A.V) PEYGEMBERIN UMMETINDENEM


MEN ALLAHIN ASLANI OLAN HEZRET ELI (e)-in ASHIQIYEM

MEN ZEHRA (s.e) BALASI OLAN HEZRET HUSEYIN EZADARIYAM

MEN AGAMIZ OLAN IMAM MEHDI SAHIBEZZAMANIN NOKERIYEM

lovely boy

  • 27 yanvar 2012 01:26
  • Məqalə: 16
  • Şərh: 389
  • Bal:
{awards}
Agillisan? Siqaret cekme !!! ALLAH SENE BU CANI VERIB ONU KORLAMA GUNAHDIR !!!!

--------------------

aduvancik

  • 26 yanvar 2012 22:56
  • Məqalə: 0
  • Şərh: 66
  • Bal:
{awards}
Siqaretden zehlem gedir,cunki hem ziyandir,hem de allergiyam var.Terslikden qardasim da,sevdiyim oglan da cekirler.Bu da meni deli edir.Menim yanimda ceke bilmirler,cunki halim pislesir,men de bundan onlara qarsi istifade etmeye calisiram. angry

brunetka

  • 26 yanvar 2012 22:32
  • Məqalə: 0
  • Şərh: 352
  • Bal:
{awards}
siqaret cox ziyandi,kas ele mehsul hec olmazdi xebere gore tesekkur

sabir43

  • 26 yanvar 2012 22:14
  • Məqalə: 10
  • Şərh: 533
  • Bal:
{awards}
maraqli idi

--------------------
(¯`v´¯)
`•.¸.•´
HeCkImI SeVmIrEm ! SeVgI YaLaNdI !

... Deryam ...

  • 26 yanvar 2012 22:09
  • Məqalə: 272
  • Şərh: 4680
  • Bal:
{awards}
Həəə kaş bütün siqaret və digər zərərli vərdişlərdən istifadə edənlər , əsasda gənclər belə yazıları oxuyub anlaya bilərdilər.
Həm cana, həm də cibə ziyandı .

--------------------

ay seven ulduz

  • 26 yanvar 2012 21:58
  • Məqalə: 3
  • Şərh: 1318
  • Bal:
{awards}
men cekmirem vallah sende cekme yaxwi qara eqreb ozun yazmisanki ziyandir smile winked

generation

  • 26 yanvar 2012 21:56
  • Məqalə: 77
  • Şərh: 5430
  • Bal:
{awards}
tewekkurlerrr

--------------------
http://s53.radikal.ru/i139/1208/45/d3b34690d2c5.gif[center]
[center]♪♪ ((((|̲̅̅●̲̅̅|̲̅̅=̲̅̅|̲̅̅●̲̅̅|)))) Music is my life ♫ ► ▌▌ ♡

((( TONI )))

  • 26 yanvar 2012 21:29
  • Məqalə: 0
  • Şərh: 22
  • Bal:
{awards}
cekme deyirsen cekme de ver dayin ceksin ziyan di

Deniz

  • 26 yanvar 2012 21:08
  • Məqalə: 338
  • Şərh: 3908
  • Bal:
{awards}
Ay Allah men papama tergitdire bilmirem de, o qeder sey eleyirem ki yeni-yeni usullar ama gelen hefte, gelen ay deye-deye.....ozumun de genis melumatim var deye, her gun danis, danis kime danisirsan? wink winked

Ay Allah men papama tergitdire bilmirem de, o qeder sey eleyirem ki yeni-yeni usullar ama gelen hefte, gelen ay deye-deye.....ozumun de genis melumatim var deye, her gun danis, danis kime danisirsan? wink winked

J ♥ S

  • 26 yanvar 2012 21:06
  • Məqalə: 445
  • Şərh: 3537
  • Bal:
{awards}
ay bu oglanlara aiddir ay oglanlar siqaret cekmeyin... smile

--------------------
J & S ∞♥....

tek dileyim

  • 26 yanvar 2012 21:05
  • Məqalə: 36
  • Şərh: 516
  • Bal:
{awards}
menim qaqasimda siqaret cekir.ne qeder eliyir tergide bilmir

--------------------
.♥De: O Allah birdir
Allah möhtac deyildir!
O, nə doğmuş, nə də doğulmuşdur!
Onun heç bir tayı-bərabəri də yoxdur...♥
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 1
Qonaqlar: 49
Cəmi: 64

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 7
Cəmi: 386
 
Nergiz__Sirinova
Xəbərləri: 6
Cəmi: 332
 
Awk bir hayal
Xəbərləri: 4
Cəmi: 137
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1135
 
anar2012
Xəbərləri: 1
Cəmi: 26
 
TacsizKRalica
Xəbərləri: 1
Cəmi: 2
 
^^KuKuLKa^^
Xəbərləri: 1
Cəmi: 766
 
Mövlud Ağamməd
Xəbərləri: 1
Cəmi: 20
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
Demi Love
Xəbərləri: 1
Cəmi: 16
 
 
{slinks}