Molla Nəsrəddin lətifələri (2)

 
Molla Nəsrəddin lətifələri (2)

Bir mәclisdә tazıdan söhbәt düşür. Mollanın tanıdığı xәsislәrdәn biri deyir:
— Mәnim dә tazıya çox hәvәsim var, ancaq, yaxşısını tapa bilmirәm.
Bunu eşidәn Molla deyir:
— Sabah sizә yaxşı bir tazı gәtirmәk mәnim boynuma.
Xәsis Mollanın bu vәdindәn razı qalıb sabahın açılmasını sәbirsizliklә gözlәyir.
Sabahı, Molla böyük bir qoyun iti tapıb xәsisin evinә aparır. Bunu görәn xәsis üzünü Mollaya tutub soruşur:
— Ay Molla, bu qoyun itidir, tazı ki, deyil.
— Dostum, heç narahat olma! Bu it ki, bu boydadır, bircә ay qapında qalsa sәnin xәsisliyinin sayәsindә arıqlayıb tazıya dönәr.

* * *

Günlərin birində Teymur Ləng böyük bir qonaqlıq verir.Molla da bu qonaqlıqda iştirak edir.Teymur görür ki Molla bir nəfərlə çox şirin söhbətlə məşğuldur.Onu utandirmaq üçün yanına gələrək deyir.
-Yenə kim bilir yalandan nə basıb -bağlayirsan
Molla hec özünü sındırmadan baş əyib deyir.
-Nı eləyim qibleyi aləm sağ olsun.Yalansız keçirmək olmur.Sizin ədalətinizdən danışıram.

* * *

Teymurləng Molla Nəsrəddinə əmr eləyir ki:
- Şəhər dolub dilənçi ilə. Özləri də elə üzlü, eıə həyasız olublar ki, tutduqlarını buraxmırlar. Kağız qələm götürüb o həyasızların siyahısını tutarsan, şəhərdən sürgün eləyəcəyəm.
Molla kağız qələm götürüb, Teymurun öz adını birinci yazır, özünə verir. Teymur kağıza baxan kimi dəli olur. Molla deyir:
- Niyə hirslənirsən, qibleyi aləm! Özün dedin ki, lap həyasız dilənçilərin adını yazıb sənə verim. Mən də yazdım də. . .
Teymur deyir:
- A kişi, mən boyda Teymurləng dilənçiyəm? Özü də lap həyasızı?
- Niyə hirslənirsən, qibleyi aləm!? Çidanı çuvalda gizlətmək olmaz. Dilənçisən, özü də lap həyasızından.
- Demək, sənin fikrincə gərək mən şəhərdən sürgün olunam?
- Bəli, qibleyi – aləm! O biri dilənçilər sənin kimi qorxulu deyillər. Onlar camaatdan yalvarıb yaxarıb alırlar. Amma sən döyə - döyə alırsan.

* * *

Teymurləngə xəbər verirlər ki, Molla Nəsrəddin bir məclisdə onun zülmkarlığından danışırmış. Teymur hirslənib Mollanı hüzuruna çağırır ki:
- Bu nədir? Yoxsa başın bədəninə ağırlıq eləyir? Deyirlər məclislərdə mənim zülmkarlığımdan danışırsan.
- Qibleyi aləm sağ olsun! Sən özün bilirsən ki, mən həmişə elə söz deyirəm ki, qəribə olsun, təzə olsun, heç kəsin eşitmədiyi, bilmədiyi, danışmadığı olsun. Xoruz səsi eşitməmiş olsun. Sənin zülmkarlığın hamının bildiyi, danışdığı köhnə şeydir. Burada nə qəribəlik var ki, mən də danışam? Sənə yalan deyiblər.

* * *

Molla Nəsrəddinin Teymurlənglə ilk görüşünü belə danışırlar:
Teymur Mollanı saraya çağırtdırır. Molla içəri girib görür ki, otaq adamla doludur. Amma hamı dövrə vurub yerdə oturub, təkcə Teymur əyləşib uca bir taxtın üstündə. Tez baş əyib deyir:
- Salam əleyküm, ya Allah!
Teymur deyir:
- Mən Allah deyiləm ay kişi! Mən...
Molla onun sözünü ağzında qoyub deyir:
- Qurban olum sənə, ya cənab Cəbrayıl!
Teymur deyir:
- A kişi, nə danışırsan? Mən niyə Cəbrayıl oluram?
Molla deyir:
- Başa düşmürəm. İndi ki nə Allahsan, nə də mələk, düş, adam kimi otur adamların içində də, daha niyə göyə dırmaşmışsan?

* * *

Bir gün Molla Nəsrəddin yolda gedərkən bir yekəpər gəlir ona arxadan bir sillə vurur başına.Molla əsəbi halda üzünü çevirir və deyir:
- Neynirsən? Zarafat edirsən?
Yekəpər:
- Yox zarafat eləmirəm!
Molla:
- Ay sağol mənim də belə zarafatlardan xoşum gəlmir.

* * *

Mollanın birinci arvadı öləndən sonra gedib bir dul arvad alır. Əvvəl- əvvəl bir neçə vaxt yaxşı dolanırlar. Yavaş- yavaş Molla başlayır ölmüş arvadını hərdən bir tərifləməyə. Mollanın bu hərəkəti arvada xoş gəlmir. O da acığa düşüb başlayır öz keçmiş ərini tərifləməyə.
Bir gün yenə soyunub yerlərinə girəndən sonra Molla başlayır. Molla başlayan kimi arvad da başlayır. O deyir, bu deyir… axırda Molla durub bir yorğana bürünüb qıraqda yatır.
Arvad soruşur:
- Molla, nə oldu? Ora niyə getdin? Molla deyir:
- Istidir, dörd adam bir yerdə çox darısqal olur. Arvad soruşur:
- Molla dörd adam kimdir? Molla deyir:
- Sən, sənin keçmiş ərin, mən, mənim keçmiş arvadım. Yaxşısı budur iki-iki yataq.

* * *
Gecə Mollanın uşağı ağlayır. Arvad Mollanı yuxudan oyadır ki:
- Molla, axı biz bu uşağa şərikik. Yarısı sənindir, yarısı mənim. Nə olar, dur bir dəfə də sən onu ovut!
Molla yorğanı başına çəkib deyir:
- Sən öz payını ovut, işin yoxdur, qoy mənim payımı ağlasın.

* * *

Biri qaça-qaça gəlib Mollaya xəbər verir ki:
- Molla, tez ol gəl, evinizə od düşüb yanır. Qapınızı nə qədər döydümsə, heç kəs açmadı. Yəqin evdə adam yoxdur.
Molla oturduğu yerdən heç tərpənməyib çox sakit deyir:
- Balam, biz arvadla işi bölüşmüşük. Çöl işi mənimdi, ev işi onun. Zəhmət olmasa, get onu tap, de ki, gedib söndürsün. Mən onun işinə qarışa bilmərəm.
Molla arvadı ilə gölə paltar- palaz yumağa gedir. Bunların başı qarışır, bir qarğa sabunu götürüb uçur. Arvad görüb qışqırır:
- A kişi, qoyma! Qarğa sabunu apardı. Molla deyir:
- Görmürsən yazığın üst- başı qapqaradır. Niyə qoymuyum? Lazım olmasa aparmaz ki…


Geri dön

Dalga

  • 27 yanvar 2012 19:27
  • Məqalə: 201
  • Şərh: 5400
  • Bal:
Oxudum cox gulmelidir tewekkurler

--------------------

brunetka

  • 27 yanvar 2012 17:50
  • Məqalə: 0
  • Şərh: 352
  • Bal:
{awards}
ellerine saglik thanks

_TUNAR_MAMEDOV_

  • 27 yanvar 2012 16:59
  • Məqalə: 673
  • Şərh: 4820
  • Bal:
{awards}
maraqli idi...twkler...

--------------------

BAYACASKA

  • 27 yanvar 2012 16:20
  • Məqalə: 0
  • Şərh: 137
  • Bal:
{awards}
cox uzun idi oxuyaceydim ama qorxdum ki olerem.yenede twk...

--------------------
SON

tek dileyim

  • 27 yanvar 2012 15:05
  • Məqalə: 36
  • Şərh: 516
  • Bal:
{awards}
Biri qaça-qaça gəlib Mollaya xəbər verir ki:
- Molla, tez ol gəl, evinizə od düşüb yanır. Qapınızı nə qədər döydümsə, heç kəs açmadı. Yəqin evdə adam yoxdur.
Molla oturduğu yerdən heç tərpənməyib çox sakit deyir:
- Balam, biz arvadla işi bölüşmüşük. Çöl işi mənimdi, ev işi onun. Zəhmət olmasa, get onu tap, de ki, gedib söndürsün. Mən onun işinə qarışa bilmərəm.
Molla arvadı ilə gölə paltar- palaz yumağa gedir. Bunların başı qarışır, bir qarğa sabunu götürüb uçur. Arvad görüb qışqırır:
- A kişi, qoyma! Qarğa sabunu apardı. Molla deyir:
- Görmürsən yazığın üst- başı qapqaradır. Niyə qoymuyum? Lazım olmasa

--------------------
.♥De: O Allah birdir
Allah möhtac deyildir!
O, nə doğmuş, nə də doğulmuşdur!
Onun heç bir tayı-bərabəri də yoxdur...♥

J ♥ S

  • 27 yanvar 2012 15:04
  • Məqalə: 445
  • Şərh: 3537
  • Bal:
{awards}
TEWEKKURLER.......

--------------------
J & S ∞♥....

generation

  • 27 yanvar 2012 14:16
  • Məqalə: 77
  • Şərh: 5430
  • Bal:
{awards}
super gulmeli letiflerdir amisni oxuya bilmedim

--------------------
http://s53.radikal.ru/i139/1208/45/d3b34690d2c5.gif[center]
[center]♪♪ ((((|̲̅̅●̲̅̅|̲̅̅=̲̅̅|̲̅̅●̲̅̅|)))) Music is my life ♫ ► ▌▌ ♡

enigmatic_girl

  • 27 yanvar 2012 13:36
  • Məqalə: 2097
  • Şərh: 12943
  • Bal:
{awards}
hmmmmm maraqli idi... wink

--------------------

sensiz_seni

  • 27 yanvar 2012 13:24
  • Məqalə: 11
  • Şərh: 421
  • Bal:
{awards}
twk

--------------------
Menim 1 inndiqim var 1 sevdiyim. inndiqim ALLAH sevdiyim sensen.Meni 1 yaradan var 1 de yawadan yardan ALLAH yawadan sen

✿Victoria✿

  • 27 yanvar 2012 13:23
  • Məqalə: 257
  • Şərh: 3406
  • Bal:
{awards}
TESEKKURLER

--------------------

Deniz

  • 27 yanvar 2012 13:04
  • Məqalə: 338
  • Şərh: 3908
  • Bal:
{awards}
Gulmeli, maraqlidi idiler, cox sag olun....

..:MeleK kiz:..

  • 27 yanvar 2012 12:41
  • Məqalə: 150
  • Şərh: 8828
  • Bal:
{awards}
o qederde beyenmedim

nar_18

  • 27 yanvar 2012 12:40
  • Məqalə: 0
  • Şərh: 3338
  • Bal:
{awards}
cox beyendim teshekkur ...

--------------------
Susmaq qorxmaq ve ya qebul etmek deyildir: Anlayana cavabdir...

Dinar Mamedova

  • 27 yanvar 2012 12:21
  • Məqalə: 772
  • Şərh: 1863
  • Bal:
{awards}
Mollanın birinci arvadı öləndən sonra gedib bir dul arvad alır. Əvvəl- əvvəl bir neçə vaxt yaxşı dolanırlar. Yavaş- yavaş Molla başlayır ölmüş arvadını hərdən bir tərifləməyə. Mollanın bu hərəkəti arvada xoş gəlmir. O da acığa düşüb başlayır öz keçmiş ərini tərifləməyə.
Bir gün yenə soyunub yerlərinə girəndən sonra Molla başlayır. Molla başlayan kimi arvad da başlayır. O deyir, bu deyir… axırda Molla durub bir yorğana bürünüb qıraqda yatır.
Arvad soruşur:
- Molla, nə oldu? Ora niyə getdin? Molla deyir:
- Istidir, dörd adam bir yerdə çox darısqal olur. Arvad soruşur:
- Molla dörd adam kimdir? Molla deyir:
- Sən, sənin keçmiş ərin, mən, mənim keçmiş arvadım. Yaxşısı budur iki-iki yataq.

* * *
Gecə Mollanın uşağı ağlayır. Arvad Mollanı yuxudan oyadır ki:
- Molla, axı biz bu uşağa şərikik. Yarısı sənindir, yarısı mənim. Nə olar, dur bir dəfə də sən onu ovut!
Molla yorğanı başına çəkib deyir:
- Sən öz payını ovut, işin yoxdur, qoy mənim payımı ağlasın.

* * *

Biri qaça-qaça gəlib Mollaya xəbər verir ki:
- Molla, tez ol gəl, evinizə od düşüb yanır. Qapınızı nə qədər döydümsə, heç kəs açmadı. Yəqin evdə adam yoxdur.
Molla oturduğu yerdən heç tərpənməyib çox sakit deyir:
- Balam, biz arvadla işi bölüşmüşük. Çöl işi mənimdi, ev işi onun. Zəhmət olmasa, get onu tap, de ki, gedib söndürsün. Mən onun işinə qarışa bilmərəm.
Molla arvadı ilə gölə paltar- palaz yumağa gedir. Bunların başı qarışır, bir qarğa sabunu götürüb uçur. Arvad görüb qışqırır:
- A kişi, qoyma! Qarğa sabunu apardı. Molla deyir:
- Görmürsən yazığın üst- başı qapqaradır. Niyə qoymuyum? Lazım olmasa aparmaz ki…

wink wink

--------------------

Ku-ku

  • 27 yanvar 2012 12:14
  • Məqalə: 267
  • Şərh: 5318
  • Bal:
{awards}
Günlərin birində Teymur Ləng böyük bir qonaqlıq verir.Molla da bu qonaqlıqda iştirak edir.Teymur görür ki Molla bir nəfərlə çox şirin söhbətlə məşğuldur.Onu utandirmaq üçün yanına gələrək deyir.
-Yenə kim bilir yalandan nə basıb -bağlayirsan
Molla hec özünü sındırmadan baş əyib deyir.
-Nı eləyim qibleyi aləm sağ olsun.Yalansız keçirmək olmur.Sizin ədalətinizdən danışıram.

--------------------

Inciciceyi

  • 27 yanvar 2012 11:53
  • Məqalə: 0
  • Şərh: 8287
  • Bal:
{awards}
Bir sozle super wink

--------------------
♥......Zenn etme ki, gozlerim sene baxdiqca yorulacaq, olsem de
ruhum seninle qalacaq. Senden evvel elvida desem de heyata. Son
sozum seni sevirem olacaq.....♥

cezZza

  • 27 yanvar 2012 11:23
  • Məqalə: 0
  • Şərh: 296
  • Bal:
{awards}
elaaaaaaaaaa

--------------------
Sen = Görmesende Ben = Yaşıyorum Sen = Bilmesende Ben = Özlüyorum Sen = Duymasanda Ben = Söylüyorum SENİ SEVİYORUM....♥♥

GlamouR_

  • 27 yanvar 2012 11:21
  • Məqalə: 189
  • Şərh: 3315
  • Bal:
{awards}
ecə Mollanın uşağı ağlayır. Arvad Mollanı yuxudan oyadır ki:
- Molla, axı biz bu uşağa şərikik. Yarısı sənindir, yarısı mənim. Nə olar, dur bir dəfə də sən onu ovut!
Molla yorğanı başına çəkib deyir:
- Sən öz payını ovut, işin yoxdur, qoy mənim payımı ağlasın xexexe :))))))))

--------------------
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 2
Qonaqlar: 35
Cəmi: 51

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 26
Cəmi: 479
 
♔Hе важно∞
Xəbərləri: 11
Cəmi: 43
 
Nergiz__Sirinova
Xəbərləri: 4
Cəmi: 376
 
.::şirin_qız::.
Xəbərləri: 3
Cəmi: 28
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1141
 
SweeTy_
Xəbərləri: 2
Cəmi: 579
 
^^KuKuLKa^^
Xəbərləri: 1
Cəmi: 773
 
 
{slinks}