Əhli Beyt (ə.s.) » İmam Əli (ə) (İkinci xəlifənin onunla siyasi məsləhətləri)

 
Əhli Beyt (ə.s.) » İmam Əli (ə) (İkinci xəlifənin onunla siyasi məsləhətləri)

Əli (əleyhissəlam) və İkinci xəlifənin onunla siyasi məsləhətləri

Əli (əleyhissəlam) ikinci xəlifənin dövründə də siyasi, elmi, ictimai bir məsləhətçi idi.
İndi ikinci xəlifənin Əli əleyhissəlamla siyasi məsləhətlərindən bir nümunəni sizin nəzərinizə çatdırırıq:
Hicrətin on dördüncü ili müsəlmanlarla Sasani imperiyası (iranlılar) arasında Qadisiyyə adlı məntəqədə çox çətin bir döyüş baş verdi. Gərgin gedən bu döyüşdə müsəlmanlar qalib gəldilər. Bu döyüşdə Sasanilərin ordu başçısı Rüstəm Fərruxzad çoxlu sayda döyüşçüsü ilə qətlə yetirildi. Bu qələbə nəticəsində İraq bütünlüklə İslamın nəzarəti altına keçdi və Sasani imperiyasının paytaxtı Mədain şəhəri müsəlmanların əlinə düşdü. İran döyüşçüləri canlarını qurtarmaq üçün ölkənin içərisinə tərəf geri çəkildilər. Sasanilər qorxurdular ki, İslam ordusu yavaş-yavaş irəliləyib bütün ölkəni ələ keçirə bilərlər. Bu təhlükənin qarşısını almaq məqsədilə Sasani imperatoru Yəzdigərd, Firuzanın başçılığı altında yüz əlli minlik bir ordu təşkil etdi. Firuzana tapşırdı ki, müsəlmanların ehtimal verilən hücumunun qarşısını alsın və vəziyyət yaxşı olarsa, hücuma da əl atsın.

Müsəlmanların ordu başçısı Sə’d ibn Vəqqas (bir ehtimala görə isə Kufə hökmdarı Əmmar Yasir) xəlifə Ömərə məktub yazaraq onu düşmənin hərəkətindən xəbərdar edib bildirdi ki, Kufə ordusu (o vaxtlar İslamın əsas nizami bazası Kufə şəhərində yerləşirdi) döyüşə başlamağa hazırdır. Düşmən hücuma keçməzdən qabaq yaxşı olar ki, biz onları qorxutmaq üçün hücuma başlayaq.

Əhli Beyt (ə.s.) » İmam Əli (ə) (İkinci xəlifənin onunla siyasi məsləhətləri)

Xəlifə məscidə gəlib səhabə başçılarını toplayaraq onları öz məqsədindən xəbərdar etdi. Xəlifə bildirdi ki, özü, Mədinədən Bəsrə ilə Kufə arasında olan bir yerə gedib oradan orduya başçılıq etmək istəyir. Bu zaman Təlhə qalxıb xəlifənin fikrini bəyəndiyini bildirdi. Təlhənin sözlərindən xəlifəyə yaltaqlanması açıq-aşkar hiss olunurdu.
Ondan sonra Osman qalxıb nəinki xəlifənin Mədinədən çıxmaq istəmək fikrini bəyəndiyini bildirdi, hətta ona belə bir məsləhət verdi: “Şam və Yəmən ordusuna da məktub yaz ki, öz yerlərini tərk edib xəlifəyə qoşulsunlar. Beləliklə, böyük bir ordu ilə düşmənlə qarşı-qarşıya çıxa bilərsən”.

Bu zaman Əli (əleyhissəlam) ayağa qalxaraq buyurdu: «Bu işin (İslamın) qalib gəlib-gəlməməsi ordunun az ya çox olmasına bağlı deyil. Bu, Allahın dinidir və O Özü onu qalib edər. O, ordusunu Özü hazırlayır və onlara da kömək edir. Allah-taala lazım olduğu yerə qədər İslamı gətirib çıxartdı, hara yayılmalı idisə, ora yaydı. Allah-taala bizə qalib gələcəyimizi və’d edib. Biz də bilirik ki, Allah Öz və’dəsinə əməl edib Öz ordusuna kömək edəcək.

Xəlifənin mövqeyi zəncir halqalarına bənzəyir, xəlifə bu zəncirləri bir-birinə bağlamalıdır. Əgər zəncirlər bir-birindən qırılarsa, dağılıb parça-parça olacaq, daha onu bir yerə yığmaq da mümkün olmayacaq.
Bu gün ərəb ordusu sayca az olsa da, İslam qüvvəsi sayəsində çoxdur və birlik, vəhdət sayəsində isə əziz və qüdrətlidir.

Buna görə sən (xəlifə) bir dəyirman daşının mərkəzi kimi müsəlmanları hərəkətə gətir və onların köməyilə döyüşə başla. Əgər sən şəxsən Mədinədən çıxıb Kufəyə tərəf getsən, ordu künc-bucaqdan dağılaraq sənin ətrafına toplaşacaqdır. Belə olduqda da, arxada qalanlar qarşıdakılardan mühüm olacaqdır.
Əgər sabah qeyri-ərəbin gözü sənə sataşsa, deyəcəklər ki, bu, ərəblərin rəhbəridir. Əgər onu aradan götürsək, rahat olacağıq. Bu fikir onları səninlə mübarizədə daha da həvəsləndirəcək və düşmənin daha ciddi hərəkətinə səbəb olacaq. Deyirsən, bundan narahatsan, bil ki, Allah bu işdə səndən də çox narahatdır və Onun bəyənmədiyi işi dəyişdirməyə qüdrəti çatır.

Əhli Beyt (ə.s.) » İmam Əli (ə) (İkinci xəlifənin onunla siyasi məsləhətləri)

Ancaq o ki, deyirsən düşmənin ordusunun sayı bizdən çoxdur, (unutma ki) biz keçmiş döyüşlərimizdə ordumuzun sayına deyil, Allah-taalanın köməyinə arxalanıb qalib gəlmişik!»
(Nəhcül-bəlağə (Sübhi Saleh), Xütbə 146)

Ömər Əli əleyhissəlamın sözlərini bəyənib Kufəyə tərəf tək getmək fikrindən daşındı.
(İbn Əsir, Əl-Kamilu fit-tarix, c.3, səh.8)

Bu cür çıxılmaz məsələləri həll etməyinə görə Ömər deyərdi: «Bir çətinlik üz verərkən bunun həlli üçün Əbül Həsənin (Əli əleyhissəlamın) tapılmamasından Allaha pənah aparıram.
»(Əl-İstiabu fi mə’rifətil-əshab, c.3, səh.39.

Xəlifələrin müxtəlif zamanlarda müsəlmanların çətinliklərinin həlli üçün Əli (ə) ilə müşavirə etmələri barədə geniş mə`lumat üçün Əsgər Qaidanın “Əli ibn Əbu Talibin siyasi mövqelərinin təhlili” kitabına müraciət edə bilərsiniz)


Geri dön

Repery

  • 4 fevral 2012 22:15
  • Məqalə: 196
  • Şərh: 1506
  • Bal:
Allah razi olsun

--------------------

enigmatic_girl

  • 27 yanvar 2012 20:14
  • Məqalə: 2097
  • Şərh: 12715
  • Bal:
{awards}
Eline saglik cok guzel olmus... love

--------------------

APPLY

  • 27 yanvar 2012 19:10
  • Məqalə: 30
  • Şərh: 503
  • Bal:
{awards}
Allah razı olsun.

--------------------
♥ ♥ ♥ ♥ ♥

Ìtirdim deyə düşündüklərin bəlkə də xilas olduqlarindir...!♥ ♥ ♥♥
.

J ♥ S

  • 27 yanvar 2012 15:03
  • Məqalə: 445
  • Şərh: 3395
  • Bal:
{awards}
ALLAH RAZI OLSUN TEWEKKURLER.....

--------------------
J & S ∞♥....

generation

  • 27 yanvar 2012 14:16
  • Məqalə: 77
  • Şərh: 5363
  • Bal:
{awards}
Allah razi olsun

--------------------
http://s53.radikal.ru/i139/1208/45/d3b34690d2c5.gif[center]
[center]♪♪ ((((|̲̅̅●̲̅̅|̲̅̅=̲̅̅|̲̅̅●̲̅̅|)))) Music is my life ♫ ► ▌▌ ♡

sensiz_seni

  • 27 yanvar 2012 13:23
  • Məqalə: 11
  • Şərh: 417
  • Bal:
{awards}
twk

--------------------
Menim 1 inndiqim var 1 sevdiyim. inndiqim ALLAH sevdiyim sensen.Meni 1 yaradan var 1 de yawadan yardan ALLAH yawadan sen

✿Victoria✿

  • 27 yanvar 2012 13:23
  • Məqalə: 257
  • Şərh: 3371
  • Bal:
{awards}
TESEKKURLER

--------------------

Dinar Mamedova

  • 27 yanvar 2012 12:20
  • Məqalə: 772
  • Şərh: 1825
  • Bal:
{awards}
Allah razi olsun

--------------------

Ku-ku

  • 27 yanvar 2012 12:14
  • Məqalə: 267
  • Şərh: 5252
  • Bal:
{awards}
Allah razi olsun

--------------------

cezZza

  • 27 yanvar 2012 11:22
  • Məqalə: 0
  • Şərh: 294
  • Bal:
{awards}
elaaaaaaaaaa

--------------------
Sen = Görmesende Ben = Yaşıyorum Sen = Bilmesende Ben = Özlüyorum Sen = Duymasanda Ben = Söylüyorum SENİ SEVİYORUM....♥♥
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 9
Qonaqlar: 48
Cəmi: 73

 

Top 10 Müəllif

NIGAR
Xəbərləri: 40
Cəmi: 627
 
MiSS HaPPy)
Xəbərləri: 35
Cəmi: 66
 
ஐ Payiz ஐ
Xəbərləri: 31
Cəmi: 45
 
Arzu_zadeh
Xəbərləri: 28
Cəmi: 166
 
♔Hе важно∞
Xəbərləri: 25
Cəmi: 140
 
Pəri
Xəbərləri: 12
Cəmi: 238
 
melek432
Xəbərləri: 10
Cəmi: 10
 
คşк łคfтคɴ คɴłคмคz ❤
Xəbərləri: 8
Cəmi: 683
 
Sol Meleyim
Xəbərləri: 7
Cəmi: 30
 
nevroz
Xəbərləri: 6
Cəmi: 181
 
 
{slinks}