Əhli Beyt (ə.s.) » İmam Əli (ə) (Əbu Bəkrlə Beyətin Müxalifləri)

 
Əhli Beyt (ə.s.) » İmam Əli (ə)  (Əbu Bəkrlə Beyətin Müxalifləri)

Əbu Bəkrlə Beyətin Müxalifləri


Sünnü alimləri iddia edirlər ki, Əbu Bəkrlə beyət “icma” şəklində olmuş (yəni hamı yekdil nəzərdə olmuş) və müsəlmanlardan bir kimsə buna müxalif olmamışdır.
Halbuki, əvvəldə qeyd etdiyimiz kimi, müsəlmanlar səqifədə bir neçə dəstəyə bölünmüşdü və hər dəstənin də xilafət üçün öz namizədi vardı. Onların bir dəstəsi Səd ibni Übadənin, ikinci dəstə isə Əbu Bəkrin tərəfdarı idi. Üçüncü dəstə də, səqifədə iştirak etməyib Peyğəmbərin (s) pak cənazəsinin qüsl və kəfən işlərinə məşğul olanlar idi ki, onlar da Əli (ə)-ın tərəf-darları idilər.
Əbu Bəkrin dəstəsi xilafəti ələ keçirmək uğrunda aparılan mübarizədə qalib gəldi, Səd ibni Übadənin dəstəsi isə tamamilə məğlub oldu. Lakin Əli (ə)-ın tərəfdarları Əbu Bəkrlə, başqa sözlə, dövrün hakimiyyəti ilə müxalifət edib, ənsarların rə”ylərini özlərinə cəlb etməyə çalışırdılar.
Yəqubi yazır: “Ənsar və mühacirlərdən bir dəstəsi Əbu Bəkrlə beyət etməkdən imtina edib, Əli (ə)-la beyət etməyə meyl göstərdilər. Abbas ibni Əbdül Müttəlib, Fəzl ibni Abbas, Zübeyr ibni Əvam, Salman Farsi, Əbuzər Ğəffari, Əmmar Yasir, Bərra ibni Azib və Übeyy ibni Kə”b Əli (ə)-ın tərəfdarlarından idilər.” (“Tarixi-Yəqubi”, 2-ci cild, səh.124)

Əhli Beyt (ə.s.) » İmam Əli (ə)  (Əbu Bəkrlə Beyətin Müxalifləri)

Cövhəri yazır: “Bunlar gecə ikən bir yığıncaq təşkil edib bu iş barəsində ənsar və mühacirlərlə məşvərət etməyi qərara aldılar. Bundan sonra Əbu Bəkr Öməri, Əbu Übeydəni və Müğeyrət ibni Şöbəni öz yanına çağırıb onlardan soruşdu: Bu haqda sizin fikriniz nədir?
Onların üçü də bir ağızdan dedilər: Abbas ibni Əbdül Müttəlibi öz yanına çağırıb, xilafətin bəzi vəzifələrinin ona və övlad-larına çatacağını vəd etməlisən. Əgər Abbas bu təklifi qəbul etsə Əlinin tərəfindən xatircəm olacaqsan. Abbasın sizə qoşulması Əlinin ziyanına tamam olacaq. (“Şərhi-Nəhcül-bəlağə”, 2-ci cild, səh.52)
Əbu Bəkr bu təklifi bəyəndi. Gecə ikən Ömər, Əbu Übeydə və Müğeyrə ilə birlikdə Abbasın evinə getdilər. Əbu Bəkr dedi: “Həqiqətən Allah Mühəmmədi (s) Öz sözünü camaata çatdırıb, möminlərə başçı olmaq üçün göndərmişdir. Peyğəmbər (s) dünyadan köçəndə camaatı tam ixtiyar sahibi etdi ki, öz məsləhətlərini tam ixlasla ayırd etsinlər. Onlar da məni özlərinə hakim, işlərinə keşikçi seçdilər. Mən də bu işi qəbul etdim. Allahın köməkliyi ilə bu işdən heç bir qorxum yoxdur. Mənə xəbər çatıb ki, bəziləri sizə arxalanıb bəzi-bəzi sözlər deyir və məni tənqid edirlər. Onlar yalnız sinin ictima-iyyətdə böyük şəxsiyyət olduğunu əsas tutub bu işi görürlər. Elə buna görə də siz ya camaata qoşulun, ya da onları bu kimi xam xəyallardan daşındırın. İndi biz sənin yanına gəlmişik ki, hökumətdən sənin və övladlarının payına düşən bəzi vəzifələri verək. Çünki, sən Peyğəmbərin əmisisən. Camaat sənin və dostunun məqamını bildikləri halda, sizdən üz döndəriblər. Ey Bəni Haşim! Eşidin və bilin, Peyğəmbər həm sizə, həm də bizə aiddir. Onun qohumu təkcə siz deyilsiniz!”
Ömər ibni Xəttab əlavə edərək dedi: “Bizim sənin köməyinə möhtac olduğumuz üçün bura gəldiyimizi fikirləşmə. Xeyr! Heç də belə deyil. Əksinə, müsəlmanların fikir birliyində olduqları bir işdə sənin müxalifətçi olduğunu görmək istəmədiyimiz üçün bura gəlmişik. Çünki, bu işin ziyanı həm sənə, həm də onlara dəyəcəkdir. Buna görə də öz xeyriniz üçün fikirləşin!”

Əhli Beyt (ə.s.) » İmam Əli (ə)  (Əbu Bəkrlə Beyətin Müxalifləri)

Abbas Allaha həmd səna etdikdən sonra belə dedi: “Sən də dediyin kimi, Allah Mühəmmədi (s) öz ardıcıllarına və möminlərə köməkçi olmaq üçün peyğəmbər seçmişdi. Nəhayət, onu Öz yanına çağırdı. O, müsəlmanları öz ixtiyarla-rına buraxdı ki, haqqı tapıb onu özləri üçün seçsinlər, nəinki yollarını azıb haqdan başqa tərəfə yönəlsinlər!
Sən, qəsb etdiyin bu haqqı Peyğəmbərin öz adından almısansa, bilməlisən ki, bu bizim haqqımızdır və sən onu qəsb etmisən. Əgər Peyğəmbərin (s) tərəfdarlarının adından bu haqqa nail olmusansa, bil ki, elə biz də onun ardıcıllarıyıq və sənin işinə müdaxilə etmə-mişik.
Ancaq bil ki, biz bu işdən tam narazıyıq. Əgər bu iş (xəlifəlik) möminlərin tərəfin-dən sənə verilibsə, biz bu işə razı olmadığımız üçün bu sənin haqqın olmayacaqdır. Bu nə sözdür?! Bir tərəfdən deyirsən ki, mənə etiraz edirlər, digər tərəfdən də iddia edirsən ki, məni xəlifə seçiblər. (Bu iki söz isə bir-birinə ziddir.) Bir tərəfdən özünü Peyğəmbərin xəlifəsi sayırsan, digər tərəfdən də deyirsən ki, Peyğəmbər camaatı öz ixtiyarlarına buraxıb ki, bir nəfəri xəlifə seçsinlər, onlar da səni xəlifə və başçı seçiblər! Mənə verəcəyin vəzifəyə gəldikdə isə, bilməlisən ki, əgər o, möminlərin haqqıdırsa və sən onu mənə vermək istəyirsənsə, bil ki, sənin bu işi görməyə ixtiyarın yoxdur. (Başqa bir rəvayətə görə belə dedi: “Əgər o pay sənin öz qanuni haqqındırsa, bizim ona ehtiyacımız yoxdur.) Yox, əgər bizim öz haqqımızdırsa, onda onun hamısını verməlisən, yarısını verib, o biri yarısını özündə saxlamağına razı deyiləm. İndi isə, heç narahat olma! Peyğəmbər bir ağacdan idi, biz isə onun budaqlarıyıq, siz isə onun kölgəsində oturanlarsınız. Amma, ey Ömər! Sən camaatı bizdən qorxudursan. Bu sənin ilk işin deyil, sən elə əvvəllər də belə edirdin. Biz Allahdan kömək istəyirik.” (“Şərhi-Nəhcül-bəlağə”, 1-ci cild, səh.220-221)

Əhli Beyt (ə.s.) » İmam Əli (ə)  (Əbu Bəkrlə Beyətin Müxalifləri)

Onların Abbasla müzakirəsi heç bir müsbət nəticə vermədikdən sonra evdən çıxıb getdilər. Əbu Bəkr və Ömər müxaliflərin qiyam edəcə-yindən qorxduqları üçün etiraza səbəb olan hər hansı bir sözü deyə bilmirdilər. Bu iş hətta Əbu Bəkrin ölümündən sonra belə, Öməri çox narahat edirdi. Belə ki, Ömər öz hakimiyyəti dövründə özündən sonrakı xəlifə haqda söz-söhbət edən hər kəsə kobudcasına cavab verirdi.
Təbəri, ibni Abbasdan nəql edir ki, o belə deyirmiş: “Əbdürrəhman ibni Ovfla Quran oxuyurduq. Elə bu zaman Ömər həcc səfərinə hazırlaşırdı. Biz də hazırlaşıb onunla getdik. Əbdürrəhman ibni Ovf Minada dedi: Ömərlə birlikdə idim, bir nəfər gəlib ona dedi: O filan şəxs (yəni Əmmar Yasir) deyir ki, əgər Ömər ölsə filankəslə (yəni Əli (ə)-la) beyət edəcəyik.
Ömər əsəbiləşib dedi: Elə bu gecə onların cavabını verəcəyəm!
Mən dedim: Ey əmir! İndi həcc mövsümüdür, bu sözlərin yeri deyil. Bir az səbr et, Mədinəyə çataq. Mədinə hicrət və sünnət diyarıdır. Peyğəmbərin səhabələri də oradadılar. Onlarla məsləhətləşib sözünü deyərsən.
Ömər Mədinəyə çatan vaxtda kimi səbr etdi. Mədinədə birinci cümə namazında minbərə çıxıb dedi: Sizlərdən biri (yəni Əmmar Yasir) deyib ki, əgər Ömər ölsə filankəslə (yəni Əli (ə))-la beyət edəcəyəm. Bu məsələ heç kəsi aldatmasın və Əbu Bəkrlə beyətin gözlənilməz və tələm-tələsik olduğunu deməyin. Baxmayaraq ki, həqiqət belə idi, amma Allah bizi onun şərrindən saxladı. İndi sizin aranızda elə bir şəxs yoxdur ki, siz ona qeydsiz-şərtsiz itaət edəsiniz.


Geri dön

Repery

  • 4 fevral 2012 22:14
  • Məqalə: 196
  • Şərh: 1555
  • Bal:
Allah razi olsun

--------------------

kuku1999

  • 29 yanvar 2012 12:49
  • Məqalə: 19
  • Şərh: 417
  • Bal:
{awards}
Allah razi olsun

--------------------
http://imgs.su/tmp/2012-02-05/1328436632-319.jpg

.♣.Chrysalis.♣.

  • 27 yanvar 2012 23:24
  • Məqalə: 784
  • Şərh: 6329
  • Bal:
{awards}
Allah razi olsun

--------------------
"Kimsəni yorğanın altında gözyaşlarınızı pijamanızın qoluyla siləcək qədər çox sevməyin"

APPLY

  • 27 yanvar 2012 19:07
  • Məqalə: 30
  • Şərh: 516
  • Bal:
{awards}
Allah razi olsun

--------------------
♥ ♥ ♥ ♥ ♥

Ìtirdim deyə düşündüklərin bəlkə də xilas olduqlarindir...!♥ ♥ ♥♥
.

nilayka

  • 27 yanvar 2012 18:38
  • Məqalə: 206
  • Şərh: 7698
  • Bal:
{awards}
deyerli xeber ucun twkler

--------------------

sensiz_seni

  • 27 yanvar 2012 17:44
  • Məqalə: 11
  • Şərh: 421
  • Bal:
{awards}
twk

--------------------
Menim 1 inndiqim var 1 sevdiyim. inndiqim ALLAH sevdiyim sensen.Meni 1 yaradan var 1 de yawadan yardan ALLAH yawadan sen

sabir43

  • 27 yanvar 2012 17:32
  • Məqalə: 10
  • Şərh: 533
  • Bal:
{awards}
Allah razi olsun

--------------------
(¯`v´¯)
`•.¸.•´
HeCkImI SeVmIrEm ! SeVgI YaLaNdI !

brunetka

  • 27 yanvar 2012 17:14
  • Məqalə: 0
  • Şərh: 352
  • Bal:
{awards}
ALLAH RAZİ OLSUN TESEKKURLERRRRRRRR

✿Victoria✿

  • 27 yanvar 2012 17:01
  • Məqalə: 257
  • Şərh: 3406
  • Bal:
{awards}
TESEKKURLER

--------------------

★Adriana★

  • 27 yanvar 2012 16:51
  • Məqalə: 238
  • Şərh: 2981
  • Bal:
{awards}
ALLAH RAZI OLSUN

--------------------

kuku1999

  • 27 yanvar 2012 16:41
  • Məqalə: 19
  • Şərh: 417
  • Bal:
{awards}
Allah razi olsun

--------------------
http://imgs.su/tmp/2012-02-05/1328436632-319.jpg

generation

  • 27 yanvar 2012 16:20
  • Məqalə: 77
  • Şərh: 5430
  • Bal:
{awards}
Allah razi olsun

--------------------
http://s53.radikal.ru/i139/1208/45/d3b34690d2c5.gif[center]
[center]♪♪ ((((|̲̅̅●̲̅̅|̲̅̅=̲̅̅|̲̅̅●̲̅̅|)))) Music is my life ♫ ► ▌▌ ♡

cezZza

  • 27 yanvar 2012 16:04
  • Məqalə: 0
  • Şərh: 296
  • Bal:
{awards}
elaaaaaaaaaa

--------------------
Sen = Görmesende Ben = Yaşıyorum Sen = Bilmesende Ben = Özlüyorum Sen = Duymasanda Ben = Söylüyorum SENİ SEVİYORUM....♥♥

Ku-ku

  • 27 yanvar 2012 15:43
  • Məqalə: 267
  • Şərh: 5318
  • Bal:
{awards}
Allah razi olsun

--------------------
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 0



Qonaqlar: 34
Cəmi: 45

 

Top 10 Müəllif

♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 1
Cəmi: 1135
 
Awk bir hayal
Xəbərləri: 1
Cəmi: 137
 
Nergiz__Sirinova
Xəbərləri: 1
Cəmi: 327
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
Pıtırcık
Xəbərləri: 1
Cəmi: 385
 
 
{slinks}