Ana bağışla

 
Ana bağışla

Anamdan həmişə nifrət edərdim. Allahıma hər gün üsyan edərdim. Mənə belə bir ana niyə verdin deyə. Dostum Gunayin anasını nə çox sevərdim.Gül kimi iy verərdi, yeməklər, kökələr bişirərdi bizə. Mənsə anamın üzünü belə görə bilməzdim. Axşam evə yorğun gəlir ,qalan vaxtını da mətbəxdə keçirərdi. Hər gün eyni yeməyi bişirərdi. Şorba, makaron, arada bir də yumurta qırardı . Hələ ibtidai məktəbə başlayarkən əlimdən tutub məktəbə aparmasını heç istəməmişdim. Günayin anası aparar demişdim. Yolda anamın yanından qaçaraq gedirdim. Soruşanlara da o mənim anam deyil baxıcımız demişdim. Ondan utanırdım çox çirkin idi. Atamın onu buraxıb getməsinə haqq verirdim, bir yandan da sanki başqa qadın yox idimi deyirdim, mənə ana olacaq. Nə zaman bir yığıncaq olsa ona xəbər verməzdim. Onun üzündən yoldaşlarımı nə evimizə çağıra bildim nə də onu tanış edə bildim. Ondan UTANIRDIM.
Universitetdə bir sevgilim oldu. Onunla evlənməyə qərar verdik. Amma mən anama heç göstərə bilmədim onu... Evləndikdən sonra da ona heç getmədim. Bir gün qapıya gəldi, ona gəlməməsini söylədim. Mən arada gələrəm, sən gəlmə dedim. Oğlum qorxur səndən dedim. Bir müddət sonra xarici ölkədən təqaüd aldım. Ailəmlə birlikdə getdim və çox müvəffəqiyyətli biri olaraq akademik karier etdim. Mənə bir mükafat mərasiminə dəvətnamə gəldi. Doğulduğum şəhərdə bir mükafat alacaqdim. Qısa müddətə də olsa dönmək məcburiyyətindəydim.
O gün şəhərdə böyük oteldən evimizin olduğu o səmtə doğru ilişdi gözlərim. İçimdən bir səs məni oraya çağırırdı. Günayin anasından otru darıxmışdım bəlkə, bəlkə də Günaydan otru... Məhləmizə çatdığımda evimizə.son bir dəfə baxım nə olacaq dedim. Qapını bir qadın açdı: �Sən gözlədiyim adamsan bu məktubu anan buraxdı, götür!" dedi. Əslində çox sevinmişdim o küpəgirən qarının üzün görmədim deyə. Ohh xilas oldum. Bu kirayəçi qadın ona gəldiyimi söyləyər necəsə dedim. Məktubu cibimə atıb qaçar kimi uzaqlaşdım oradan. Axşam həmin toplantıda olmalı idim və mükafatı təqdim edəcəkdilər mənə.
Dəvətdə əlimi cibimə atdığımda zibil sanıb atmağa yer tapa bilmədiyim o məktubu əlimdə büzüb dayanarkən ,oxuyum dedim.


�Əziz balam! Bilirsən, mən oxuya bilmədim, evləndim. Kəndin ən gözəl qızıydım, atan qaçırmasaydı, oxuyacaqdım. Bu məktubu qonşu qızı Günaya yazdırıram. Səni bəlkə onun anası qədər bəsləyə bilmədim. Makaronla böyütdüm. Amma sənin məktəb xərclərini qarşılamaq üçün, tualet təmizlədim, parklarda çiçək satdım. Səni oxuda bilmək üçün. Əvvəl saçlarımı satdım, atanın qumar borcu üzündən. Sonra birinə o məni satmağa qalxınca araq və qumar süfrələrində olmamaq üçün atanı tərk etdim. Çünki ona sərmayə olmayınca, əvvəl ayağımı, sonra qolumu qırmışdı. Əgər bıçaqlayıb öldürsəydi səni də oxuda bilməyəcəkdim. Çünki səni küçədə diləndirmək üçün qıçını kəsməyi düşünürdü. Sənə bunları izah etməyi heç istəməzdim ki... Amma sənin də bir oğulun var. Sən soruşmasan da bəlkə o öyrənərdi bir gün. Sən öyrən ki, o bilməsin. Bəli bu şəhərdən getməklə yaxşı etdin .Heç dönmə balam.


Bilirəm. Məndən nifrət edirsən çox haqlısan. Çünki sənə mən həmişə yalan söylədim. Təqaüd qazandın deyə, bankdan pul göndərdim. Toy xərclərin üçün oturduğumuz evi sənə kirayəçimiz deyə tanıtdığım qadına satdım. Nə qədər dərnək varsa səfərbər etdim. Çünki çox qürurlu idin qəbul etməzdin. Bu mükafat mərasimi əslində illər əvvəl sənin üçün gözümün birini və böyrəyimin birini iki qiymətli iş adamına verərək səni oxutmamın qarşılığında mənə təşkil edilmişdi. Qadınlar günündə əhvalatım izah ediləcəkdi. Xahiş etdim. Bilirəm, bu günündə olmamı nə qədər istəməyəcəyini. Və məndə bu günündə olmağı nə qədər istəmədim bilə bilməzsən. Səni bu vəziyyətdə görməyi əsla istəməzdim. Bu an gözlərindən axan yaşları əsla görmək istəməzdim balam. Bu üzdən ağlama. İndi get və səni qeyd edənlərə təşəkkür et balam. Bu sənin insanlığa atdığın ilk addımın gecəsi. Mənə gəlmək istəyirsən bu an bilirəm. Sənə indi mənə gəlmə deyirəm. Gəlmə balam . Gəlmə... Çünki mən artıq qəbirdəyəm�.


Geri dön

::..ONSLAUGHT::..

  • 2 aprel 2011 16:18
  • Məqalə: 197
  • Şərh: 11490
  • Bal:
MARAQLIDIR TWK

--------------------
.....(¯`v´¯)
..... ·.¸.·´
...¸.·´
.. (

_RONALDO_

  • 18 mart 2011 19:36
  • Məqalə: 303
  • Şərh: 10753
  • Bal:
{awards}
MARAQLIDIR TWK

--------------------

sevgi yalandir

  • 13 dekabr 2010 15:06
  • Məqalə: 538
  • Şərh: 7367
  • Bal:
{awards}
Ucube_cocuk,
Emo_girl_98,
Yusif,
RASHAD_008,
TWKK

--------------------
Bəzən gülərsən xoşbəxtmiş kimi .. Bəzən sevərsən ilk kezmiş kimi .. Hər səfərində gedənin arxasından ağlarsın sanki değermiş kimi .. Bəzən susayar son kezmiş kimi .. Bəzi şeylərə inanarsan doğruymuş kimi .. Sonra oyanar gerçəkmiş kimi .. Təsirində qalarsan oradan qovulmuş kimi .. Ən sonuna anlarsan yanılmış .. HƏR ZAMAN OLDUĞU KİMİ .. Və mən hələ bir ümidlə gözləyirəm sanki geri dönecekmiş kimi.........

Ucube_cocuk

  • 12 noyabr 2010 13:29
  • Məqalə: 19
  • Şərh: 508
  • Bal:
{awards}
YAX.;YDI wink

--------------------
ALLAH insana “onun istədiyini” deyil, “ona lazım olanı verir”. Buna görə də “niyə görə” deyə soruşmayın, “nəyə görə” barəsində düşünün...

Yusif

  • 9 noyabr 2010 16:45
  • Məqalə: 444
  • Şərh: 3324
  • Bal:
{awards}
tesekkurler biraz sonra oxuyacam

sevgi yalandir

  • 9 noyabr 2010 15:47
  • Məqalə: 538
  • Şərh: 7367
  • Bal:
{awards}
buyurun)))))))))))))))))))

--------------------
Bəzən gülərsən xoşbəxtmiş kimi .. Bəzən sevərsən ilk kezmiş kimi .. Hər səfərində gedənin arxasından ağlarsın sanki değermiş kimi .. Bəzən susayar son kezmiş kimi .. Bəzi şeylərə inanarsan doğruymuş kimi .. Sonra oyanar gerçəkmiş kimi .. Təsirində qalarsan oradan qovulmuş kimi .. Ən sonuna anlarsan yanılmış .. HƏR ZAMAN OLDUĞU KİMİ .. Və mən hələ bir ümidlə gözləyirəm sanki geri dönecekmiş kimi.........
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 1
Qonaqlar: 29
Cəmi: 49

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 6
Cəmi: 386
 
Nergiz__Sirinova
Xəbərləri: 6
Cəmi: 331
 
Awk bir hayal
Xəbərləri: 4
Cəmi: 137
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1135
 
anar2012
Xəbərləri: 1
Cəmi: 26
 
TacsizKRalica
Xəbərləri: 1
Cəmi: 2
 
^^KuKuLKa^^
Xəbərləri: 1
Cəmi: 766
 
Mövlud Ağamməd
Xəbərləri: 1
Cəmi: 20
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
Demi Love
Xəbərləri: 1
Cəmi: 16
 
 
{slinks}