Din və intihar

 
Din və intihar

Etiqad azadlığı və İslam

Azadlıq insanın insan kimi yaşamağı üçün hava, su, qida qədər möhtac olduğu ən böyük nemətdir. Azadlıq olmasa nə insan həqiqi mənada insan olar, nə də yaşadığımız həyat normal həyat olar.

Allah bütün insanlara inanmaq və ya inanmamaq azadlığı vermişdir. Qurani-Kərimin ayələrində bunu açıq - aşkar görürük. Və de: "Haqq Rəbbinizdəndir. Kim istəyir inansın, kim də istəyir inanmasın (kafir olsun)"
(əl- Kəhf, 29)

(Ya Peyğəmbər! Mənim bəndələrimə) öyüd-nəsihət ver. Sən ancaq öyüd-nəsihət verənsən!
(əl-Ğaşiyə, 21)

"Sizin öz dininiz var, mənim də öz dinim! (Elə isə sizin dininiz sizə, mənim dinim də mənə)!
(əl- Kəfirun, 6)"

Din və intihar

Əgər Rəbbin istəsəydi, yer üzündə olanların hamısı iman gətirərdi. İnsanları iman gətirməyə sənmi məcbur edəcəksən?! (Bu sənin işin deyildir. Sənin vəzifən ancaq islamı təbliğ etməkdir).(Yunus, 99). Bu ayələr İslamda həm vicdan azadlığının təminatı həm də sübutudur. İnsanların iradələrinə bu nöqtədə müdaxilə edilməməlidir. İslam hüququnda insanların İslam xaricində hər hansı bir dini qəbul etmələri cinayət sayılmır. İslam hər zaman din və vicdan azadlığını müdafiə etmiş və dində məcburiyyət yoxdur prinsipini həssaslıqla qorumuşdur. Başqa dinə mənsub uşaqların islamı qəbul etməkləri üçün məcbur edənlərin tənbeh edilmələri, məsciddə digər dinlərə mənsub olanların ibadətinə Həzrəti Peyğəmbərin icazə verməsi İslamda vicdan azadlığının dərəcəsini bizə göstərir. İbn Abbasdan gələn bir xəbərə görə Peyğəmbərlə olan müqaviləni pozan Nadiroğulları qəbiləsi sürgün edilərkən onların arasında mədinəli bəzi müsəlmanların övladları da vardı. Onlar: "Biz övladlarımızın getməyinə razı deyilik, onları məcbur müsəlman edəcəyik dedilər". Buna görə Allah Dində məcburiyyət (zorakılıq) yoxdur. Artıq doğruluq (iman) azğınlıqdan (küfrdən) ayırd edildi. Hər kəs Taqutu (Şeytanı və ya bütləri) inkar edib Allaha iman gətirsə, o, artıq (qırılmaq bilməyən) ən möhkəm bir ipdən (dəstəkdən) yapışmış olur. Allah (hər şeyi olduğu kimi) eşidəndir, biləndir! ( əl-Bəqərə, 256) ayəsini nazil elədi.

Həzrəti Peyğəmbərin dövründə Ərəbistan yarımadasında bir çox dindən, fərqli mədəniyyətlərdən ibarət qəbilələr vardı. Yəhudilər, xristiyanlar, sabilər, atəşpərəstlər bir yerdə yaşayırdılar. Bütün bunlarla yanaşı bir - birinə düşmən olan çox qəbilə vardı. Həzrəti Peyğəmbər onların heç birini islama girməyə məcbur etməmiş əksinə onlara səbir, sevgi və dini dözümlülük nümayiş etdirmişdir.

Məhəmməd Peyğəmbər (s) həyatı boyu Quranın göstərdiyi yol ilə hərəkət etmiş, İnsanları iman etməyə dəvət üçün göndərilməyinə baxmayaraq, heç kimə və heç zaman məcburiyyət göstərməmişdir.

Din və intihar

Peyğəmbərin yaşadığı dövrdəki hadisələrə nəzər saldıqda din azadlığının müxtəlif formalarını görürük. İnanmaq, inanc əsaslarını həyata keçirmək, bu dəyərləri gələcək nəsillərə çatdırmaq və müəyyən çərçivədə təşkilatlanmaq. Məsələn, Mədinə şəhər dövlətində yəhudilər heç bir təzyiqə məruz qalmadan öz dinlərinə inanmışlar. İslamı qəbul etmək üçün onlara heç bir təzyiq göstərilməmişdir. Sinaqoqlarda çox rahat ibadətlərini etmişlər, gündəlik həyatları da daxil olmaqla hər sahədə dini əsaslarını həyatlarına tətbiq etmişlər. Hətta Beytul Midras adlanan mərkəzlərində uşaqlarına təlim və tədris keçərək, öz dəyərlərini gələcək nəsillərinə rahatlıqla çatdırmışlar.

İnsanın cəmiyyətdə qəbul edilən əsas haqları vardır. Din, can, ağıl, namus, bu haqların ən öndə gələnləridir. Bu haqlar İslam hüquq doktrinasında xüsusi əhəmiyyət kəsb edir və bu haqlar toxunulmazdır. Din və vicdan azadlığı vətəndaşları istədikləri dini sərbəst halda seçmələri, seçdikləri dinin qaydalarını heç bir müdaxilə və məhdudiyyətə məruz qalmadan yaşamaq, təhsilini almaq, təbliğ etmək haqlarını ifadə edir. İslamda dini etiqad azadlığı bir zərurətdir. Bu zərurətin ayə və hədislərlə də dəstəkləndiyini görürük.

Dini etiqad azadlığı, vicdan azadlığı İslama son dərəcə uyğundur. Çünki İslam dini müsəlmanlığı qəbul edərkən ilk olaraq azad iradəni və vicdanla qəbul etməyi ilkin şərt qoymuşdur. İslamı qəbul etdikdən sonra da Qurani – Kərimdə əmr edilən ibadətləri yerinə yetirmək və qadağalardan uzaq durmaq tamamilə insanın öz azad iradəsi və vicdanı ilə olmalıdır.

İslam dinindən üz çevirənlərin öldürülməsi məsələsinə gəldikdə isə, Qurani – Kərimdə bu barədə dünyəvi heç bir cəza göstərilmir. Sadəcə olaraq axirətə aid cəza bildirilir.


Geri dön

_TUNAR_MAMEDOV_

  • 28 yanvar 2012 21:27
  • Məqalə: 671
  • Şərh: 4820
  • Bal:
ALLAH RAZI OLSUN DEYERLI YAZI UCUN

--------------------

✿Victoria✿

  • 28 yanvar 2012 18:26
  • Məqalə: 257
  • Şərh: 3406
  • Bal:
{awards}
TESEKKURLER

--------------------

faithful

  • 28 yanvar 2012 17:31
  • Məqalə: 56
  • Şərh: 1046
  • Bal:
{awards}
Allah razi olsun

ANGEL OF LOVE

  • 28 yanvar 2012 16:44
  • Məqalə: 7
  • Şərh: 946
  • Bal:
{awards}
AA EN BOYUK GUNAHLARDAN BIRIDI OLMAZ. NU NU NU !

★Miss Love★

  • 28 yanvar 2012 15:10
  • Məqalə: 77
  • Şərh: 10003
  • Bal:
{awards}
oxudum cox sagol,ALLAH razi olsun

Ku-ku

  • 28 yanvar 2012 14:48
  • Məqalə: 267
  • Şərh: 5318
  • Bal:
{awards}
Allah razi olsun

--------------------

enigmatic_girl

  • 28 yanvar 2012 14:07
  • Məqalə: 2097
  • Şərh: 12943
  • Bal:
{awards}
Beyendiyseniz sevindim... winked

--------------------

generation

  • 28 yanvar 2012 14:02
  • Məqalə: 77
  • Şərh: 5430
  • Bal:
{awards}
Allah razi olsun

--------------------
http://s53.radikal.ru/i139/1208/45/d3b34690d2c5.gif[center]
[center]♪♪ ((((|̲̅̅●̲̅̅|̲̅̅=̲̅̅|̲̅̅●̲̅̅|)))) Music is my life ♫ ► ▌▌ ♡
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 4
Qonaqlar: 47
Cəmi: 71

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 7
Cəmi: 386
 
Nergiz__Sirinova
Xəbərləri: 6
Cəmi: 332
 
Awk bir hayal
Xəbərləri: 4
Cəmi: 137
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1135
 
anar2012
Xəbərləri: 1
Cəmi: 26
 
TacsizKRalica
Xəbərləri: 1
Cəmi: 2
 
^^KuKuLKa^^
Xəbərləri: 1
Cəmi: 766
 
Mövlud Ağamməd
Xəbərləri: 1
Cəmi: 20
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
Demi Love
Xəbərləri: 1
Cəmi: 16
 
 
{slinks}