Saleh bir şəxs vardı. Çox comərd idi. Əlində-ovucundakıları möhtaclara payladığı kimi, kömək istəyən kasıblar olsa, onlara bildirmədən, başqalarından öz adına borc alar, kasıblara hədiyyə edərdi. Bu şəxs bir gün xəstələnir, yatağa düşür. Xəstəliyi getdikcə artır. Bunu eşidən borc verənlər, onun ölüm döşəyində olduğunu düşünərək başına yığışırlar. Saleh şəxs bundan son dərəcə utanmış, narahat olmuşdu. Bir şeylər söyləmək istədi.Ancaq, bizə pul gərək, nəsihət deyil, deyə susduruldu. Bu sırada çöldən halva satan bir uşağın səsi eşidildi. Saleh şəxs, bir adamına səslənərək halvaları satın alıb ziyarətçilərə ikram etməsini istədi. Həmin adam, uşağın nimçəsindəki bütün halvaları götürdü. Ziyarətçilərə ikram etdi. Hər kəs xoş çöhrə ilə halvaları yedi. Uşaq gəlib halvaların pulunu istədi. Saleh şəxs:
- Oğlum, bunları mənə borc olaraq yazarsanmı?Uşaq bir söz söyləmədən çölə çıxdı, 50-100 metr irəlidə bir ağacın altına oturub səssizcə ağlamaya başladı.
Oradan keçməkdə olan şəhərin qubernatoru onu gördü, yanına gəlib başını oxşadı, niyə ağladığını soruşdu. Uşaq olub bitəni izah etdi, o şəxsə "ədəbimdən bir şey deyə bilmədim amma,mən bunları onsuz da borc olaraq götürmüşdüm, necə ödəyəcəyəm, evimə necə pul aparacağam?" deyə ağlayıram dedi. Qubernator, xəstə yatan saleh şəxsi yaxından tanıyırdı. Uşağın pulunu ödədi.
Uşağa içi qızıl dolu yeddi-səkkiz kisə qızıl verərək gedib o saleh şəxsə verməsini söylədi. Qızıllar evə gəlincə borc verənlərin sevinci yerinə gəldi. Hər kəs götürəcəyini dəqiqləşdirdi. Ancaq belə birdən-birə pulun gəlməsinə də bir məna verə bilmədilər. Saleh şəxs bu cavabı verdi: "Mən çətinlik içindəydim. Siz də çətinlik içində idiniz. Buna bir də uşağın kədəri əlavə olundu. Uşağın ədəbi, bir söz demədən getməsi, işi həll etdi. Allahu təala o günahsızın ixlası, ədəbi hörmətinə çətinlikləri yox etdi. İmtahanı qazanan o günahsız oldu!
Borc verənlər utanıb pulları təkrar vermək istədilər. Ancaq o,qəbul etmədi.
"İnsan bir yaxşılıq etdiyində səmimiyyətinin müəyyən olması üçün arxa-arxaya imtahanlardan keçirilər.. Hətta yaxşılıq etdiklərindən küfranı nemət görər. Əgər səbr etsə yaxşılığının qarşılığını qat-qat alar. Sizlər bir yaxşılıq etdiniz. Amma səbr edə bilmədiniz. Həqiqəti görüldükdən sonra peşman oldunuz." dedi.

Əfsanə olmaq istəyən bizimlədi ...
Sənin musiqi zövqün ...
Fikrini bizimlə paylaş ...
Söhbətə qoşul, yeni dostlar tap ...
Mobil əyləncə dünyan ...
Description