500 Sual-cavab(3,4)

 
500 Sual-cavab(3,4)

Sual: 3. Şəkk-şübhələr qarşısında vəzifəmiz nədir?
Cavab: Bəzilərinin fikrincə, insan istənilən bir yaşda istənilən bir məlumatı qeyd-şərtsiz dinləyə bilər. Onlar belə bir ayəyə istinad edirlər: “Bəndələrimə müjdə ver; o kəslər ki, sözü dinləyər və onun ən gözəlinə tabe olarlar.” Hansı ki, bu şərif ayə gözəl sözü seçməyi bacaran alimlər və nəzər sahibləri haqqındadır. Adi bir insan istənilən bir yaşda, səthi məlumatla yaxşını pisdən seçə bilməz. Digər bir ayədə buyurulur: “Onlar Allahın hidayət etdiyi və düşüncə sahibi olan kəslərdir.”
Bu səbəbdən də etiqadını mötəbər mənbələrlə möhkənməndirməmiş, şübhələrə cavab vermək gücü olmayan insan bu meydana qədəm qoymamalıdır. İnsan dövrü tanımalı, bu günü və gələcəyi üçün proqram hazırlamalıdır. Bir yerdə oturub, yalnız sarsıdıcı şübhələr və zəhərli təbliğatlarla üzləşdikdə çarə ardınca qaçmaq düzgün deyil. Xəstəliyin qarşısını almaq üçün uşaq peyvənd edildiyi kimi, biz də şübhələri qabaqlayaraq, onlara cavab tapmalıyıq ki, müxaliflərlə üzləşdiyimiz vaxt özümüzü itirməyib yetərli cavab verə bilək.
İmam Sadiq (ə) buyurmuşdur: “Dövrü tanıyan kəsə şübhələr hücum çəkməyəcək.”
Həzrət Əli (ə) buyurmuşdur: “Öz dövrünü tanıyan insan hazırlığı yaddan çıxarmayacaq.”

Məhdəviyyət mövzusunun təsirləri
Sual: 4. Dövrümüzdə Məhdəviyyət mövzusunun hansı təsir və faydaları var?
Cavab: Bəziləri elə düşünürlər ki, Məhdəviyyət mövzusunun araşdırılması hazırkı dövr üçün faydasızdır. Onlar elə güman edirlər ki, hər dövrün öz aktual mövzuları var, Məhdəviyyət mövzusu isə gələcəyə aiddir və biz bugünkü vəzifələrimizə əməl etməliyik...
Məhdəviyyət mövzusunun bu günümüz üçün bir sıra faydaları var və həmin faydalardan bəzilərini nəzərdən keçiririk:
1. Həzrət Mehdinin (ə) qiyamı mövzusu böyük bir ictimai və İslami fəlsəfəyə malikdir. Bu mövzu ilhamverici ideya olmaqdan əlavə İslam ideallarının tanınmasında çox münasib bir vasitədir.
2. Bütün yer üzünü əhatə edəcək İslam hökumətinin qurulması vədi müxtəlif təsirlərə malikdir. Onlardan bəziləri fəlsəfi və dünyəvi, bəziləri islami, bəziləri mədəni və tərbiyəvi, bəziləri siyasi, bəziləri iqtisadi, bəziləri ictimai, bəziləri insani, bəziləri isə təbiidir. İnsan həzrət Mehdinin (ə) əhatəli proqramlarından faydalanmaqla İslamın gerçək ideallarına yaxınlaşa bilər.
3. Yer üzündə tarix boyu müxtəlif mədəni, siyasi, ictimai inqilablar baş vermişdir. Bu inqilabların əksəri ya ilk addımda məğlubiyyətə uğramış, ya da müxtəlif problemlərlə üzləşərək düşmənlərin öhdəsindən gəlməmişdir. Yalnız şiə məzhəbinin Məhdəviyyət mövzusuna baxışı cəmiyyətdə optimist ruhiyyə yaradır və xalqı ümidsizlikdən qurtarır. Şiə əqidəsinə əsasən, dövrün imamı həzrət Mehdi (ə) diridir, hazırdır və əməllərimizi görür. Həssas məqamlarda ondan kömək alınır. Psixologiya baxımından belə bir inanc şiələrin ruhiyyəsində dərin iz qoyur.
4. Əsrin imamının nə vaxt hökumət quracağı müəyyən olunmadığından bu zühur hər an gözlənilir. Buna görə də, Məhdəviyyət mövzusunu gündəmdə saxlamaq, zühur xüsusiyyətlərini və həmin dövrdəki vəzifələrimizi öyrənmək zəruridir.
5. Zühur dövründə ümumdünya tövhid hökumətinə nail olmaq üçün müəyyən şərtlər var. Bu şərtlərdən bəzisi bəşəriyyət tərəfindən həyata keçməlidir. Bəşəriyyətin hərcəhətli təkamülü, ali düşüncə səviyyəsinə çatması bu şərtlərdəndir. Zühur dövrünün amallarından xəbərdar olmalıyıq ki, onun yaxınlaşmasını istəyib həzrətin zühuru üçün zəmin yaradaq.
6. Məhdəviyyət mövzusu yalnız gələcəklə bağlı problemlərə aid mövzu deyil. Bu mövzu həmişəlik imamət mövzusudur. Allahın dəlilləri batil olmasın deyə, istər hazırda, istər qeybdə məsum imamın mövcudluğu zəruridir.
İslam peyğəmbərindən (s) nəql olunmuş rəvayətlərdə oxuyuruq: “Hər kəs öz dövrünün rəhbərini tanımadan ölsə, cahiliyyət dövründə ölmüş kimidir.”
Məhdəviyyət mövzusunda qeyb, qeyb fəlsəfəsi, qeybin təsirləri və bərəkəti, qeyb dövründə imamın mövcudluğu məsələlərindən danışılır.
Beləcə, Məhdəviyyət mövzusu qeyb əsrində şiələrin vəzifələrindəndir.


Geri dön

✿Victoria✿

  • 30 yanvar 2012 10:41
  • Məqalə: 257
  • Şərh: 3406
  • Bal:
TESEKKURLER

--------------------

test1

  • 30 yanvar 2012 01:18
  • Məqalə: 0
  • Şərh: 0
  • Bal:
{awards}
_GISELLA_,
BEATIFUL GIRL,
PASYOLKOVSKY,
APPLY,
Angel-Feride,
generation,
enigmatic_girl,-Qalan sualların da hamısı olcaq.İnşallah


_GISELLA_

  • 29 yanvar 2012 18:00
  • Məqalə: 17
  • Şərh: 337
  • Bal:
{awards}
tewekkurler...............

--------------------
Ağlıma belə gəlmirsən artıq...
O qədər ürəyimdəsən ki...

PASYOLKOVSKY

  • 29 yanvar 2012 17:48
  • Məqalə: 37
  • Şərh: 530
  • Bal:
{awards}
tewekkurler

--------------------

APPLY

  • 29 yanvar 2012 17:24
  • Məqalə: 30
  • Şərh: 516
  • Bal:
{awards}
allah razi olsun

--------------------
♥ ♥ ♥ ♥ ♥

Ìtirdim deyə düşündüklərin bəlkə də xilas olduqlarindir...!♥ ♥ ♥♥
.

Angel-Feride

  • 29 yanvar 2012 17:16
  • Məqalə: 54
  • Şərh: 1056
  • Bal:
{awards}
Tesekkurler,Allah sizden razi olsun

enigmatic_girl

  • 29 yanvar 2012 17:05
  • Məqalə: 2097
  • Şərh: 12943
  • Bal:
{awards}
winked Tesekkur... qalan suallari da gozleyirik...

--------------------

generation

  • 29 yanvar 2012 15:21
  • Məqalə: 77
  • Şərh: 5430
  • Bal:
{awards}
Allah razi lsun

--------------------
http://s53.radikal.ru/i139/1208/45/d3b34690d2c5.gif[center]
[center]♪♪ ((((|̲̅̅●̲̅̅|̲̅̅=̲̅̅|̲̅̅●̲̅̅|)))) Music is my life ♫ ► ▌▌ ♡
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 1
Qonaqlar: 23
Cəmi: 42

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 6
Cəmi: 386
 
Nergiz__Sirinova
Xəbərləri: 6
Cəmi: 331
 
Awk bir hayal
Xəbərləri: 4
Cəmi: 137
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1135
 
anar2012
Xəbərləri: 1
Cəmi: 26
 
TacsizKRalica
Xəbərləri: 1
Cəmi: 2
 
^^KuKuLKa^^
Xəbərləri: 1
Cəmi: 766
 
Mövlud Ağamməd
Xəbərləri: 1
Cəmi: 20
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
Demi Love
Xəbərləri: 1
Cəmi: 16
 
 
{slinks}