500 Sual-cavab(5,6)

 
500 Sual-cavab(5,6)

Ümumdünya ədalət hökumətinin fəlsəfəsi
Sual: 5. Ümumdünya ədalət hökumətinin zəruriliyi fitrət yolu ilə necə sübuta yetir?
Cavab: Bəşəriyyətin xilaskarının zühururuna inam bütün insanlarda mövcuddur. Belə bir düşüncə əsl insani xarakterdən qaynaqlanır. Çünki bəşəriyyət fitrətən əhatəli kamilliyə çatmaq istəyindədir. O bilir ki, belə bir kamal yalnız tövhidi ədalət hökumətinin sayəsində gerçəkləşə bilər.
Şəhid Sədr buyurur: “Mehdiyə etiqad təkcə dini çalarlı İslami bir inanc deyil. Bu inanc müxtəlif dinlərdən, firqələrdən olan insanların arzu-istəklərinə cavab verir. Bu inam xalqın fitri ilhamının təcəllasıdır. İnsanlar aralarındakı əqidə və məzhəb ixtilaflarına baxmayaraq inanırlar ki, yer üzündə vəd olunmuş gün çatacaq və səmavi risalətlərin (missiyaların) son məqsədi həyata keçəcək...”
Dəlillər fitrəti müxtəlif bəyanlarla məlumatlandıra bilər:
Birinci bəyan: a) İnsan öz daxilində ümumdünya tövhidi ədalət hökumətinə ehtiyac duyur; b) Bu hökumət mövcud olmalıdır. Bu həqiqətə olan meyl təyindirsə, şübhəsiz ki, təyin olunan da olmalıdır; v) Bu həqiqətin kamil nümunəsi həzrət Mehdinin (ə) hökumətidir.
Nəticə: Ümumdünya ədalət hökuməti zərurətdir.
İkinci bəyan: a) İnsan dünyanın bugünkü vəziyyətindən məyus olub üstün bir hökumət ümidi ilə yaşayır; b) Belə bir ümid uyğun hədəfin gerçəkləşməsi üçün dəlildir.
Nəticə: Ümumdünya ədalət hökuməti zərurətdir.
Üçüncü bəyan: a) İnsan fitrətən zülmə nifrət edir; b) İnsan nifrət etdiyi şeyin məhvindən şadlanır; v) Bəşər təklikdə bu işin öhdəsindən gələ bilməz.
Nəticə: Proqram və işində zülmdən əsər-əlamət olmayan hökumətin bərpası zəruridir.

Sual: 6. Ədalət istəyi fitrətdəndirmi?
Cavab: Nəzər sahibləri arasında belə bir suala cavab axtarılır ki, şəxsi mənafelərdən uzaq ədalət istəyi fitri olaraq insanın daxilində mövcuddurmu?
İslamın nəzərincə, insanın daxilində ədalət istəyi mövcuddur. Hətta mənafelər təmin olunmasa da, bu istək yerində qalır. Əgər insan düzgün tərbiyə olunsa, o, özü ədalət sorağında olar. Bu müddəanın sübutu üçün varlığını ədalət yolunda qurban vermiş insanları göstərmək olar. Ədalət onların şəxsi mənafelərinə zidd olduqda belə, uyğun yoldan çəkinməmişlər.
Əksinə, əksər qərb filosofları belə düşünürlər ki, insanın batinində belə bir istək yoxdur. Elə bu fikirlə də dünyanı müharibə alovuna qərq etmişlər. Onlar bildirirlər ki, ədalət zəif kişilərin uydurmasıdır. Guya zəif kişilər güclü kişilərlə baş-başa gəldikdə çarəsiz qaldıqlarından ədalət sözünü ortaya atıb canlarını qurtarmaq istəyirlər. Onlar öz fikirlərinə belə bir dəlil göstərirlər ki, hətta ədalət tərəfdarı olan şəxs qüdrət əldə etsə, o da başqaları kimi hərəkət edəcək.
Məşhur alman filosofu Nitsşe yazır: “Çox olub ki, zəiflərin haqq-ədalətdən dəm vurduğunu görüb gülmüşəm. Baxıb görürəm ki, onlar yalnız pəncələri olmadığı üçün ədalətdən danışırlar. Deyirəm: Ey çarəsiz! Əgər sənin pəncən olsaydı, heç vaxt belə sözlər danışmazdın.”
Bu zümrə özü də iki hissəyə ayrılır: Onların bir dəstəsi deyir ki, ədalət bir arzu olaraq soraqlanmamalı, insan güc-qüvvə axtarışında olmalıdır. Digər bir qrup isə belə düşünür ki, yalnız fərdi mənafeni qorumaq xatirinə ədalətə üz tutmaq lazımdır. Guya ədalət fitri istək deyil. Bertrand Rassel bu zümrəyə məxsus alimlərdəndir.
Amma bütün bu sözləri bir kənara qoyub fitrətimizə müraciət etsək, görərik ki, ədalət bəşər fitrətindən doğan mövzulardandır.
Ədalət istəyinin fitri olmasını bir neçə yolla sübut etmək olar:
1. Batinə diqqət və psixoloji durumların araşdırılması; Çünki fitri meyllər insanın ruhundan qaynaqlanır, ruha aid olan hadisədir.
2. Psixoloji fəaliyyətlər və bu fəaliyyətlərlə bağlı rəftarların araşdırılması ilə məşğul olan psixoloqların mülahizələrinə müraciət etməklə.


Geri dön

Mehri_94

  • 30 yanvar 2012 15:52
  • Məqalə: 15
  • Şərh: 1235
  • Bal:
tesekkurler allah razi olsun

--------------------
R :love: M

BORAN

  • 30 yanvar 2012 12:52
  • Məqalə: 8
  • Şərh: 167
  • Bal:
{awards}
oxumadim yegin maraqli olar

adnan ziyagil

  • 30 yanvar 2012 11:12
  • Məqalə: 0
  • Şərh: 15
  • Bal:
{awards}
cox gozel.tewekkurler

seadet iwigi

  • 30 yanvar 2012 10:56
  • Məqalə: 4
  • Şərh: 622
  • Bal:
{awards}
Tewekkur,eziz bacim,ALLAH t.t ecrini versin,inwaALLAH...

--------------------
XANIM FATIMEYI ZEHRA selamullahi eleyha buyurur;,,PEYQEMBER s. ELIYE e. baxib buyurdu; Bu wexs ve onun wieleri cennet ehlidir''
,,Ihqaqul heqq''cild7,seh 307.

✿Victoria✿

  • 30 yanvar 2012 10:37
  • Məqalə: 257
  • Şərh: 3371
  • Bal:
{awards}
TESEKKURLER

--------------------

azad salehi

  • 30 yanvar 2012 09:55
  • Məqalə: 0
  • Şərh: 76
  • Bal:
{awards}
COX GOZELDI

--------------------
MEN GOZEL VUCUDU OLAN MUHAMMED (S.A.V) PEYGEMBERIN UMMETINDENEM


MEN ALLAHIN ASLANI OLAN HEZRET ELI (e)-in ASHIQIYEM

MEN ZEHRA (s.e) BALASI OLAN HEZRET HUSEYIN EZADARIYAM

MEN AGAMIZ OLAN IMAM MEHDI SAHIBEZZAMANIN NOKERIYEM

generation

  • 29 yanvar 2012 19:27
  • Məqalə: 77
  • Şərh: 5363
  • Bal:
{awards}
Allah razi olsun

--------------------
http://s53.radikal.ru/i139/1208/45/d3b34690d2c5.gif[center]
[center]♪♪ ((((|̲̅̅●̲̅̅|̲̅̅=̲̅̅|̲̅̅●̲̅̅|)))) Music is my life ♫ ► ▌▌ ♡

enigmatic_girl

  • 29 yanvar 2012 18:55
  • Məqalə: 2097
  • Şərh: 12715
  • Bal:
{awards}
hmmmm ardini bekliyom.... winked

--------------------
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 4
Qonaqlar: 51
Cəmi: 74

 

Top 10 Müəllif

Limon qoxusu
Xəbərləri: 43
Cəmi: 149
 
The Shield
Xəbərləri: 41
Cəmi: 302
 
Darling
Xəbərləri: 39
Cəmi: 924
 
aytc.sza
Xəbərləri: 28
Cəmi: 79
 
Nergiz__Sirinova
Xəbərləri: 21
Cəmi: 580
 
Jesicca
Xəbərləri: 16
Cəmi: 58
 
❤Queen❤
Xəbərləri: 15
Cəmi: 74
 
Elya Alieva
Xəbərləri: 13
Cəmi: 115
 
♔Hе важно∞
Xəbərləri: 12
Cəmi: 302
 
AyliN BunyaminovA
Xəbərləri: 6
Cəmi: 488
 
 
{slinks}