Yaponiya adətləri

 
Yaponiya adətləri

Bir Yaponun sizi evinə dəvət etməsi çox böyük bir hadisədir, ümumiyyətlə bizdəki kimi qonaqçılıq yoxdur, görüşmək istəyən ailələr çöldə bir restoranda görüşər. Nadir olaraq bir Yaponun evinə dəvət edildinizsə bu sizin üçün böyük bir qürurdur, amma ayaqqabılarınızla içəri girməyin.

Yaponiyada evə kimsə başmaqla girməz, onsuz da qapıdan girincə önünüzdə çin səddi kimi bir başmaq ordusu ilə qarşılaşarsınız.

Ev sahibi sizə çay verərsə, bu artıq getmə vaxtınızın gəldiyini göstərər, çayı içib dərhal qalxmanız lazımdır.

Ümumiyyətlə gənc qızlar evlənər evlənməz evinin xanımı olar. Yalnız evin kişisinin qazancı ailənin dolanışığı üçün kifayətdir. Xanımlar, uşaqları və ev işləri ilə maraqlanar, ailənin bütün pulu xanımdadır, bütün xərcləmələri xanımlar edər, restoranlarda belə xanımlar ödənişi ödəyər.

Xanımlar boş zamanlarında idman edər, yoldaşları ilə çöldə görüşər, mağazaları gəzər. Gündüz saatlarında kafelərdə, restoranlarda 65-70 yaş arasında kişi görmək qeyri-mümkündür, çünki kişilər gündüz saatlarında işdədir.

Yaponiyada kimsə kimsəyə qarışmaz, istəsəniz ən qeyri-adi bir paltarı geyin və ortada gəzin. Yalnız bir dəfə baxarlar və başlarını çevirərlər.

Gözünü tikib baxmaq çox ayıbdır, bu səbəblə qatarlarda uyğunlaşmayasalar belə hər kəs gözünü bağlayar, yatmış kimi davranar. Ən izdiham qatarda belə kimsə sizi narahat etməz, oğurluq hadisəsi yoxdur.

Bir xanım gecə çox gec saatda belə tək başına gəzə bilər, içki içməyə və ya yemək yeməyə bir yerə gedə bilər kimsə narahat etməz.

Velosipedinizə buraxdığınız bir çanta axsama qədər kimsə əl vurmadan eyni yerində dayanar.

Yaponlar külək sörfü edənlər xaric dənizə girməyi çox sevməz amma alpinizm onlar üçün ən böyük zövq qaynağıdır. Volkanik dağlar çox olduğu üçün, az qala hər yerdə alpinistlər vardır.

Yaponlar tək duş almazlar, hər gecə evdə bizdəkilərdən daha dərin olan xüsusi ləyənləri su ilə doldurular və bütün ailə tək-tək bu suya girib kef edərlər.

Qışda bizdəki kimi evlərdə bütün otaqlar isidilməz, evlər kiçik olduğu və çox bahalı olmadığı halda bunu israf sayarlar, tək oturduqları otağı istilədərlər.

İş yeri evin kişisi və ailə üçün hər şeydir, kişinin işdən gec gəlməsi heç bir zaman problem edilməz.

Ər arvad arasındakı ən böyük döyüş bəlkə qapını bir az qüvvətli bağlamaq üstündə olar. Sözlə döyüş yoxdur. Cəmiyyət həyatında sözdən çox, baxışlarla hirslilik izah edilər.Çox danışılmaz amma hərəkət və baxışlar hər şeyi ifadə edər.İş yerində bir yığıncaqda danışanlar ümumiyyətlə gənclərdir, yüksək rütbəlilər yalnızca dinləyərlər və sonunda qərar verərlər.

Yaşı və təcrübəsi üstün olan irəlidədir həmişə.
Qucaqlaşma, sarılma, öpüşmə yoxdur. Yüngülcə əyilərək salam verərlər. Əl təması yoxdur. Bir uşağın belə başını tumarlasanız sizə çox hirslənər, bu onu alçaltmaq deməkdir.

Qadınlar maddi olaraq çox qüvvətli olduqları halda yoldaşlarına qarşı çox hörmətlidir.

Qadının və kişinin yoldaşları fərqli ola bilər, bizdəki kimi ər-arvad birlikdə yığıncaqlara gedəcək deyə bir hadisə yoxdur, çünki birinin sevib digərinin sevmədiyi bir insanla, ikisinin də görüşməsinə səbəb yoxdur.

Yoldaşlar arasında azadlıq olduqca çoxdur. Evin qadını gecə yoldaşları ilə görüşməyə yoldaşı olmadan gedib, istədiyi saatda dönə bilər.

Hörmət hər şeydir, evdə, işdə, cəmiyyətdə hər kəs bir-birinə hörmətlidir, ölkəsinə hörmətlidir. Paltarlarından qopan bir ip parçasını belə yerə atmazlar, başqalarının haqqları, öz haqqlarından əvvəl gəlir.

Qrup psixologiyası ilə yaşayarlar, buna görə heç tək deyildirlər.


Geri dön

RIHANNA 1

  • 12 fevral 2012 12:31
  • Məqalə: 1
  • Şərh: 67
  • Bal:
tesekkurler

Taylor Swift

  • 30 yanvar 2012 11:47
  • Məqalə: 0
  • Şərh: 123
  • Bal:
{awards}
TESEKKURLER

Mary

  • 30 yanvar 2012 11:16
  • Məqalə: 4
  • Şərh: 268
  • Bal:
{awards}
TESEKKURLER

✿Victoria✿

  • 30 yanvar 2012 11:10
  • Məqalə: 257
  • Şərh: 3406
  • Bal:
{awards}
serhleriniz ucun TESEKKURLER

--------------------

★Adriana★

  • 30 yanvar 2012 10:09
  • Məqalə: 238
  • Şərh: 2981
  • Bal:
{awards}
TESEKKURLER

--------------------

nar_18

  • 29 yanvar 2012 19:39
  • Məqalə: 0
  • Şərh: 3338
  • Bal:
{awards}
maraqli idi teshekkur ...

--------------------
Susmaq qorxmaq ve ya qebul etmek deyildir: Anlayana cavabdir...

..:MeleK kiz:..

  • 29 yanvar 2012 18:26
  • Məqalə: 150
  • Şərh: 8828
  • Bal:
{awards}
ne maraqli

ne maraqli

kis masali

  • 29 yanvar 2012 17:18
  • Məqalə: 9
  • Şərh: 1291
  • Bal:
{awards}
bezi adetleri yaxsidi amma en maraqli geleni cay vermek artiq getmek lazim olgunu bildirir biz ise qonaq gelen kimi cay verik

--------------------
<3

enigmatic_girl

  • 29 yanvar 2012 16:57
  • Məqalə: 2097
  • Şərh: 12943
  • Bal:
{awards}
Hmmm maraqlidir.... Azerbaycanda da bele olsa yaxsi olar wink

--------------------

wehrizad

  • 29 yanvar 2012 15:45
  • Məqalə: 0
  • Şərh: 431
  • Bal:
{awards}
...........MEN YAPON QIZLARINI COOOX XOWLAYIRAM........CUNKI COOOX GOZEL OLURLAR........

--------------------
............................

Deniz

  • 29 yanvar 2012 15:44
  • Məqalə: 338
  • Şərh: 3908
  • Bal:
{awards}
aa beyenmirdik bunlari, bezi adetleri bizden yaxsiymis wink

kuku1999

  • 29 yanvar 2012 15:27
  • Məqalə: 19
  • Şərh: 417
  • Bal:
{awards}
xebere gore twk))) wink

--------------------
http://imgs.su/tmp/2012-02-05/1328436632-319.jpg

edvart

  • 29 yanvar 2012 15:18
  • Məqalə: 1
  • Şərh: 219
  • Bal:
{awards}
xebere gore saq olun gozel adetleri var

NeMo19

  • 29 yanvar 2012 15:10
  • Məqalə: 0
  • Şərh: 385
  • Bal:
{awards}
ADETLERIVIZE QUZU KESEREM SIZIN wink

--------------------
ona verdiyin deyeri seni vermiyenle dost olma MEHEMMED PEYGEMBER S.A.A.S.

generation

  • 29 yanvar 2012 15:09
  • Məqalə: 77
  • Şərh: 5430
  • Bal:
{awards}
cox maraqli adetleri var

--------------------
http://s53.radikal.ru/i139/1208/45/d3b34690d2c5.gif[center]
[center]♪♪ ((((|̲̅̅●̲̅̅|̲̅̅=̲̅̅|̲̅̅●̲̅̅|)))) Music is my life ♫ ► ▌▌ ♡
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 4
Qonaqlar: 54
Cəmi: 68

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 32
Cəmi: 448
 
Nergiz__Sirinova
Xəbərləri: 22
Cəmi: 372
 
♔Hе важно∞
Xəbərləri: 13
Cəmi: 31
 
Mövlud Ağamməd
Xəbərləri: 4
Cəmi: 24
 
_TUNAR_MAMEDOV_
Xəbərləri: 2
Cəmi: 673
 
Ufuk Kazimi
Xəbərləri: 1
Cəmi: 2
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 1
Cəmi: 1139
 
TacsizKRalica
Xəbərləri: 1
Cəmi: 2
 
m_aynur97
Xəbərləri: 1
Cəmi: 1
 
FullFidawka
Xəbərləri: 1
Cəmi: 2
 
 
{slinks}