Maşın bazarı şokdadır

 
Maşın bazarı şokdadır

Ölkədə fəaliyyət göstərən taksilərin bənövşəyi və ya ağ rəngdə olması tələbi maşın bazarında bu rəng avtomobillərə tələbatı artırıb. Badamdar qəsəbəsində, “Qurd Qapısı” yaxınlığında yerləşən bazarda da bu səbəbdən adıçəkilən rəng avtomobillərin qiymətində artım baş verdiyini söylədilər. Sovet maşınlarının qiyməti isə əksinə, ucuzlaşıb.

Alıcı Rəhman Xaçınovla söhbət zamanı öyrəndik ki, bu avtomobil satışı bazarının yerləşdiyi ərazi kimi, burada satılan maşınların qiyməti də alıcıların cibindən çox uzaqdır: “Vallah bir az qarşıda rastlaşsaydıq, sizə məsləhət görərdim ki, o qədər məsafə qət edib özünüzü yormayın. Çünki bazarda nə seçim etmək imkanı var, nə də ki, avtomobillərin qiymətləri münasibdir. Mən də televizorda reklamını görüb gəldim ki, bəlkə cibimə, zövqümə uyğun bir maşın tapam. Onların da ki, qiymətləri od bahasına. Amma daha gəlmisiniz, gedin bəlkə ürəyinizə yatan bir maşın tapa bildiniz”.


VAZ-ların qiyməti “ölüb”

Alıcı ilə xudahafizləşib yollandıq avtomobillərin düzüldüyü satış meydanına. Əvvəlcə “VAZ” markalı avtomobillərin düzüldüyü tərəfə yön alıb satıcı ilə həmsöhbət oldum. Elşən adlı satıcı bildirdi ki, bazarda satılan Rusiya maşınlarının əksəriyyəti təzədir. Burada əsasən xarici avtomobillərin işlənmişləri satılır: “Gördüyünüz kimi, “VAZ” markalı avtomobillərin hamısı təzədir. Bizdə əsasən “VAZ-2107″ avtomobilləri satılır. Qiyməti də 6700 manatdır. Amma VAZ maşınlarının qiyməti ucuzlaşıb. Səbəb bu maşınlarla taksi etməyin yasaqlanmasıdır. Satıcı 1 həftədə 1 sovet maşınının satıldığını bildirdi. Alıcıların azlığından gileylənən Elşən bankların kredit verilişini dayandırmasını onların alverini daha da zəiflətdiyini bildirdi: “Biz əvvəl Ziya Bünyadov prospektində yerləşən maşın bazarında işləyirdik. Orada obyektimizi sökəndən sonra məcbur olub buraya gəldik. Bu bazarda da ki, alver yoxdur. 3 günə 1 maşın ancaq satırıq. Belə də qəti sərf etmir. İndi hələ ki, birtəhər dolanırıq. Bu alverlə, deyəsən, heç yer haqqını çıxara bilməyəcəyik. Banklar kredit verilişini dayandırandan sonra işimiz daha da pisləşib. Alıcıların çoxu maşını kreditlə almaq istəyir. Banklar da ki, krediti hələ gələn ayın sonundan verəcəklər”.

Nəqliyyat Nazirliyinin qərarı alveri dayandırıb

Həmsöhbət olduğumuz digər satıcılar da bazardakı vəziyyətdən şikayətləndilər. Rahib Əliyev adlı satıcı bildirdi ki, hazırda VAZ markalı avtomobillərin qiyməti ucuzlaşsa da, alver zəifdir: “Özünüz də görürsünüz ki, bazarda 10-15 alıcı fırlanır. Belə yerdə nə alver olacaq. 2-3 gündən bir 1 maşın ya satırıq, ya da ki, yox. Alıcıların çoxu sovet maşınları alırdı ki, Nəqliyyat Nazirliyinin yeni qaydası bu alverimizi də “öldürdü”.

R.Əliyev hazırda “VAZ-2107″ markalı avtomobilləri 6500 manata, “VAZ-21118″ markalı maşınları isə 8500 manata satdıqlarını söylədi. Satıcı bu gün ikinci maşının daha çox bəyənildiyini söylədi. Onun sözlərinə görə, “VAZ-21118 calina” markalı avtomobilin kondisioneri, hidrovlik rulu var. Avtomobil bu üstün cəhətlərinə görə, digər sovet maşınlarından daha çox alınır. Amma R.Əliyev gənclərin əksəriyyətinin bu gün də “VAZ-2107″-ə marağının qaldığını söylədi. Satıcı “Niva” markalı avtomobilin qiymətinin isə 10 min manat olduğunu bildirdi. Bazarda apardığımız müşahidə zamanı biz də işlənmiş, bir qədər köhnə avtomobillərin satıldığına rast gəlmədik. Bazardakı satıcılar bunun səbəbini alıcıların az olması ilə izah etdilər. Onların dediklərinə görə, maşın alanların çoxu bu gün Sumqayıt yolundakı maşın bazarına üz tutur. İşlənmiş avtomobilləri buraya gətirənlər müştəri olmadığını görüb, adıçəkilən bazara yollanırlar. Bu bazarda alıcıların söylədikləri kimi, avtomobil çeşidi də az idi. Bazarda əsasən “jiquli” avtomobilləri və bir neçə markada xarici maşınlar düzülmüşdü. Satıcılar bunun səbəbini də alverin zəif olması ilə izah etdilər. Onların dediklərinə görə, bazarda alver olmadığından, avtomobil satışı ilə məşğul olan firmalar gətirdikləri maşınların hamısını bazarda satışa çıxarmırlar.

”İnomarka”ların qiyməti ceyranın belində

Bazarda ən baha yerlər avtosalonların qiymətidir. Burada 500 kv.m sahəsi olan avtosalonun aylıq icarə haqqı 5 min manatdır. Bu salonlarda ancaq xarici avtomobil şirkətlərinin rəsmi nümayəndəlikləri yer ala biliblər. Bu gün “Avtomobil Satışı Bazarı”nda “Toyoto”, “Lexus”, “BYD Auto” kimi tanınan avtomobil şirkətlərinin maşınları satılır. Amma bazarda satılan xarici avtomobillərin mütləq əksəriyyəti işlənmiş maşınlar idi. Məsələn, bazarda “BYD Auto-F6 21″ markalı avtomobil 21 min manata, “BYD Auto-F3″ və “BYD Auto-F3R” 126500 manata satılır. Təzə “Merjedes S jlass 3500″ isə 48 min ABŞ dollarına təklif olunur. “Toyotajorolla” isə 23 min ABŞ dollarına satılır. Bazarda 2007-ji ilin buraxılışı olan “Toyotajamry” 32 min dollara satışa qoyulub. Bu il istehsal edilən,5000 km yol qət edən, “PRADO” jipləri isə 44500-ə satılır. Digər avtomobil salonlarında da bu maşınların qiymətində cüzi fərqlər vardır.


Ağ və bənövşəyi maşınlar bahalaşıb

Bazarda xarici avtomobillərin qiymətlərinin bahalığından alıcılar da şikayətlənirdilər. Amma satıcılar xarici maşınlara son günlər tələbatın artdığını bildirdilər. Bunun səbəbi də, xarici maşınlarla taksi xidmətinin göstərilməsinə icazənin verilməsidir. Kamil Dadaşov adlı alıcı bizimlə söhbətində bildirdi ki, bazarda Rusiyanın istehsalı olan avtomobillər ucuz olsa da, xarici maşınların qiyməti ceyranın belindədir: “8-ci km yerləşən maşın bazarında 1999-ju ilin “Mercedes”i 11 min ABŞ dollarına satılır. Burada isə həmin ildən olan eyni markalı avtomobillər 12 min dollara satılır”.


Alıcı “Mitsubishi” markalı avtomobilin də şəhərdə salonlarda 25 min dollara, burada isə 27 min ABŞ valyutasına təklif olunduğunu bildirdi.
Elə bu səbəbdən də o, burada alıcıların az olduğunu söylədi. K.Dadaşovun sözlərinə görə, bazarda qiyməti görən alıcılar ikinci dəfə başqa avtomobil satışı bazarlarına üz tuturlar. Amma bazarda ağ və bənövşəyi rəng maşınlarla digər rəng avtomobillərin qiymətində də fərq yaranmışdı. Satıcılar bu tələbata uyğun olaraq yaxın günlərdə bazarda ağ və bənövşəyi rəngdə xarici maşınların gətiriləcəyini bildirdilər. Hələ ki, satıcılar alverin o qədər də ürəkaçan olmadığını fəslin də bu məsələdə rol oynadığını bildirdilər. Müşahidələrimizdən də alverin azlığının bazarın ab havasına, satıcıların əhvali-ruhiyyəsinə təsir etdiyini gördük. Bunu bir neçə hektar sahəni əhatə edən maşın bazarında alış-veriş məkanlarına xas olan gurluqdan, səs-küydən əsər-əlamətin olmaması da təsdiqləyirdi. Sükuta qərq olan bu maşın bazarında satıcıların bekarçılıqdan mürgü döyən gözləri müştəri yolunda idi. Bizsə öz yolumuza davam etdik.


Geri dön

1heyat_1desen

  • 9 fevral 2012 03:05
  • Məqalə: 143
  • Şərh: 727
  • Bal:
teshekkur xebere gore ..

Aga-102

  • 30 yanvar 2012 18:11
  • Məqalə: 0
  • Şərh: 31
  • Bal:
{awards}
Xebere Gore Tewekkurler smile

BORAN

  • 30 yanvar 2012 13:04
  • Məqalə: 8
  • Şərh: 168
  • Bal:
{awards}
masinlardan xosum gelmir bice porshe eladii

Dalga

  • 29 yanvar 2012 23:48
  • Məqalə: 201
  • Şərh: 5401
  • Bal:
{awards}
Melumat ucun cox sag ol

--------------------

L115A1

  • 29 yanvar 2012 20:06
  • Məqalə: 12
  • Şərh: 1134
  • Bal:
{awards}
hmm tewkkurler maraqli idi

--------------------

NeMo19

  • 29 yanvar 2012 15:23
  • Məqalə: 0
  • Şərh: 385
  • Bal:
{awards}
MASINA EHTIYACIM YOXDU AYAQLARIMA QUZU KESEREM BIRDE KI PRAVASI OLMUYAN MARSURUT SOFERLERINE

--------------------
ona verdiyin deyeri seni vermiyenle dost olma MEHEMMED PEYGEMBER S.A.A.S.

enigmatic_girl

  • 29 yanvar 2012 15:21
  • Məqalə: 2097
  • Şərh: 12944
  • Bal:
{awards}
Hmmm hec bir fikrim yoxdur... belay

--------------------

generation

  • 29 yanvar 2012 15:07
  • Məqalə: 77
  • Şərh: 5431
  • Bal:
{awards}
no comment

--------------------
http://s53.radikal.ru/i139/1208/45/d3b34690d2c5.gif[center]
[center]♪♪ ((((|̲̅̅●̲̅̅|̲̅̅=̲̅̅|̲̅̅●̲̅̅|)))) Music is my life ♫ ► ▌▌ ♡

maqsud99

  • 29 yanvar 2012 15:00
  • Məqalə: 1
  • Şərh: 85
  • Bal:
{awards}
xebere gore tewekkurler

--------------------
awik oglan

Elshad.

  • 29 yanvar 2012 14:29
  • Məqalə: 0
  • Şərh: 96
  • Bal:
{awards}
maskin saterem alen var mi 18000 dolara ha necedi sekilini avtomibil.az tapa bilersiniz mersedes bens
sprinter

--------------------
¯̿ ̿|̿ ̿ы |̶ ̶ ̶ ̶| |̶͇̿ ̶͇̿ ͇̿_Сможешь                    Сделать         ™              себе                 такой статус?✔

SevgiHeyatdi

  • 29 yanvar 2012 14:25
  • Məqalə: 6
  • Şərh: 303
  • Bal:
{awards}
tewekkurler

--------------------
Wkalatimin Balasiiiiiiiiiiii............

C.I

  • 29 yanvar 2012 14:19
  • Məqalə: 481
  • Şərh: 4976
  • Bal:
{awards}
twk................

--------------------
Eziz LeGenD.aZ Ailem sizlerle SaĞ ollaşmaqin Vaxtı Gəldi :( Dərslərlə Əlaqədər 1 il Müddetliyinə Ayriliceyem Sizlərdən.Mənçün Dua Edin InshALLAH Qebul Olaram Unversitete.Sizlerçün Çoxxx Darıxcam >_< Unutmayin Məni ha :p Hər Birivizii Çoxxxx Istəyirəm.Hadii Allaha ƏmanəT laughing

GoZ_yAsLaRiM

  • 29 yanvar 2012 14:06
  • Məqalə: 159
  • Şərh: 3235
  • Bal:
{awards}
xebere gore tewekkurler...

--------------------
Çox yorqunam həm də ki, susqun,
yorqunluq susturur susqunluq yorur. recourse

_favorit_arkadas

  • 29 yanvar 2012 13:42
  • Məqalə: 492
  • Şərh: 8032
  • Bal:
{awards}
recourse

--------------------

nar_18

  • 29 yanvar 2012 13:31
  • Məqalə: 0
  • Şərh: 3339
  • Bal:
{awards}
teshekkur xebere gore ...

--------------------
Susmaq qorxmaq ve ya qebul etmek deyildir: Anlayana cavabdir...

HosT_AllianCe

  • 29 yanvar 2012 13:12
  • Məqalə: 0
  • Şərh: 24
  • Bal:
{awards}
BELE XEBERDI DE NORMALNIYE

--------------------
"""""____HosT_AllianCe____"""""
H-hava
O-ot
S-su
T-torpaq

ceko_1990

  • 29 yanvar 2012 13:11
  • Məqalə: 0
  • Şərh: 222
  • Bal:
{awards}
men de wokdayam feel

--------------------
♥●•٠·˙˙♔♥♥Dost uğrunda ölmək asandır, lakin uğrunda ölünəcək dostu tapmaq çətindir.♥●•٠·˙♔♥♥˙۩۞۩ ۩۞۩ ۩۞۩ ۩۞۩

tek dileyim

  • 29 yanvar 2012 13:07
  • Məqalə: 36
  • Şərh: 517
  • Bal:
{awards}
twk winked

--------------------
.♥De: O Allah birdir
Allah möhtac deyildir!
O, nə doğmuş, nə də doğulmuşdur!
Onun heç bir tayı-bərabəri də yoxdur...♥

V_I_P

  • 29 yanvar 2012 13:00
  • Məqalə: 3
  • Şərh: 1964
  • Bal:
{awards}
zorrrrrrrrrrr...mawini tezelemek olarrrrrr... wink

--------------------
sen sen olki sene hormet qoyan cox olsun

cezZza

  • 29 yanvar 2012 12:54
  • Məqalə: 0
  • Şərh: 296
  • Bal:
{awards}
superrrrrrrrrrrrrrrrrrrrrrrrrrr

--------------------
Sen = Görmesende Ben = Yaşıyorum Sen = Bilmesende Ben = Özlüyorum Sen = Duymasanda Ben = Söylüyorum SENİ SEVİYORUM....♥♥

DEMET_AKALIN

  • 29 yanvar 2012 12:48
  • Məqalə: 0
  • Şərh: 630
  • Bal:
{awards}
twk feel

--------------------
Duygusal mahni dinlədiyinizdə aglınıza gələn insan;
Həyatinizi məhv edən insandir.!!!

✿Victoria✿

  • 29 yanvar 2012 12:40
  • Məqalə: 257
  • Şərh: 3407
  • Bal:
{awards}
TESEKKURLER

--------------------

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 29
Qonaqlar: 116
Cəmi: 164

 

Top 10 Müəllif

azer_
Xəbərləri: 36
Cəmi: 534
 
·٠• Sevgi Nağılı •٠·
Xəbərləri: 35
Cəmi: 292
 
SiYiNeMe
Xəbərləri: 34
Cəmi: 909
 
Sαmmyyy_✰
Xəbərləri: 30
Cəmi: 351
 
Islam_awki
Xəbərləri: 28
Cəmi: 106
 
EsKeR_BaLaM
Xəbərləri: 27
Cəmi: 68
 
♣LeGEnd of Kİng♣
Xəbərləri: 26
Cəmi: 227
 
ヅKapriznaya Dəlişkaヅ
Xəbərləri: 23
Cəmi: 222
 
Light_Of_God
Xəbərləri: 22
Cəmi: 76
 
★Glamurka AnGeL★
Xəbərləri: 20
Cəmi: 72