İşgüzar adamlar üçün Britaniya ulduz falı

 
İşgüzar adamlar üçün Britaniya ulduz falı

QOÇLARI yaxın günlərdə bir sıra görüşlər gözləyir. Bu görüşlər çoxdan planlaşdırdığınız layihənin icrası istiqamətini müəyyən edəcəkdir. Sizə getdikcə daha dərin nüfuz etməkdə olan Ay intuisiyanızı gücləndirəcək, habelə rəqiblərinizdən üstün olmaq üçün hansı məlumatları açıqlamağın, hansılarını isə sonraya saxlamağın lazım gəldiyini göstərəcəkdir.

BUĞALAR üzərlərinə götürdükləri öhdəlikləri şərəflə yerinə yetirəcəklərini bu həftə sübuta yetirməli, doğru yolda olduqlarına şübhə ilə yanaşanları inandırmalıdırlar. Ayın və vəziyyəti dərindən hiss edən Neptunun təsirinin güclənməsi mühüm bir layihənin həyata keçirilməsini son aylar əngəlləyən müşkül məsələnin həllində əhəmiyyətli sıçrayış ola bilər. Faydalı ola biləcəyinə çoxdan bəri sizi inandırmağa çalışan tərəfdaşla imzaladığınız sövdələşmə böyük kömək göstərəcəkdir.

ƏKİZLƏR bu həftə uğur cığırına qədəm qoyurlar. Bu günlər həm təcrübə qazanmaq, həm də peşə vərdişlərini cilalamaq üçün əlverişli şərait yaranacaqdır. Astroloqlar məsləhət verib bildirirlər ki, təcrübəli insanların köməyinə bel bağlayın. Doğrudur, bu kömək təmənnasız olmayacaqdır, sizdən böyük güzəştlər tələb olunacaqdır. Lakin işin qazancı güzəştə getməyinizin məqsədəuyğun olduğunu göstərir.

XƏRÇƏNGLƏR bu həftə ardı-arası kəsilməyən uğursuzluqlarla qarşılaşacaqlar. Qanınızı qaraltmayın. Sövdələşmələrin və görüşlərin təxirə salınması biznesiniz üçün daha sərfəli olacaqdır. Addımlarınızı ölçüb-biçmək, potensial müştəri və tərəfdaşlarla görüşlərə daha yaxşı hazırlaşmaq üçün planetlər sizə əlavə şans verəcəkdir. Vəziyyəti dərindən təhlil etdikdə görəcəksiniz ki, məqsədə aparan yollar sandığınızdan daha çoxdur və bəziləri bir neçə gün əvvəl seçdiyinizdən daha cəlbedicidir.

ŞİRLƏR Ay və Neptunun hazırladığı sürprizlərlə qarşılaşacaqlar. Biliyinizi zənginləşdirmək, yeni vərdişlərə yiyələnmək imkanı cəlbedici görünəcəkdir. Yadda saxlayın ki, oxumaq və öyrənmək heç vaxt gec deyil. Mütəxəssis kimi yetişməyiniz üçün kəşməkəşli özünütəkmilləşdirmə yolundan keçməyiniz şərtdir. Evdəkilərlə dil tapmaq üçün yeni yollara baş vurmalısınız. Axı, doğmalarınız nəvaziş və qayğınızın həsrətini çəkirlər.

QIZLAR bu həftə bir neçə sərfəli müqavilə imzalayacaqlar. Uduzmamaq üçün riskə getməkdən çəkinməyin. Hazırda yolunuzdakı yeganə maneə qətiyyətsizliyinizdir. Ağlın səsini tədbirli olmaqla dolaşıq salmayın. Mübahisəyə getməkdən, sözünüzün ağası olmaqdan çəkinməyin. Bu həftə əsas təsir vasitəniz mövqeyinizdən geri çəkilməmək, xarizmanız və özünə möhkəm inam hissi olacaqdır.

TƏRƏZİLƏR şanslarını əldən verməmək üçün məqsədyönlü olmalı, sayıqlıqlarını itirməməlidirlər. taleyin sizə bəxş etdiyi imkanlardan rəqibləriniz də istifadə etmək istəyəcəklər. Perspektivlərinə şək etməyin. Ola bilsin, onlar gizli niyyətləri olan və sizin uğur qazanmağınızı istəməyən insanlardan asılıdır.

ƏQRƏBLƏR mürəkkəb bir layihə üzərində çalışacaqlar. Bu layihə bütün vaxtınızı əlinizdən alacaq, yaxınlarınızın haqlı narazılığına səbəb olacaqdır. Onlar sizdən diqqət və qayğı tələb edəcəklər. Əlbəttə, indi bütün işlərinizi bir kənara qoyub şəxsi məsələlərlə məşğul olmaq imkanınız yoxdur. Buna baxmayaraq əzizlərinizlə aranızda soyuqluğun yaranmasına imkan verməmək üçün əlinizdən gələni etməlisiniz.

OXATANLAR bu həftə səhhətlərinə ciddi diqqət yetirməli, idman və fitneslə məşğul olmalıdırlar. Yolunuzu kəsən tənbəlliyiniz və köhnə vərdişlərin əsirinə çevrilməyinizdir. Yeni həyata başlamaq üçün tənbəlliyin daşını atmalısınız. Unutmayın ki, sağlam ruh məhz sağlam bədəndə olur. Yuxarıdakı məsləhətlərə qulaq assanız, özünüzü gümrah və yaraşıqlı hiss edəcəksiniz.

OĞLAQLAR az qala havada dolaşan informasiyaya diqqət kəsilməlidirlər. Fəallığınız sayəsində bu həftəni müsbət ab-havada keçirəcəksiniz. Sizi ruhdan salan insanlara və işlərə qarşı biganə olun. İdeya və planlarınız tərəfdaşlarınızın təsəvvürləri ilə ziddiyyət təşkil edirsə, qətiyyət göstərin və heç bir maneənin qarşınızı kəsməsinə imkan verməyin.

DOLÇALAR bu həftə çox rahat olacaqlar. Vaxtilə vaxt qıtlığı səbəbindən bir kənara qoyduğunuz işlərlə məşğul olmaq imkanı yaranacaqdır. İşdə də uğurlar qazanacaqsınız. Tənqid hədəfi olmaqdan hələ ki çox uzaqsınız. Zehninizin aydınlaşması sayəsində atacağınız addımların aqibətini aşkar hiss edəcək, geri çəkilmək məqamını aydın görəcəksiniz.

BALIQLARA Ay natamam işlərdən və perspektivsiz layihələrdən qurtulmaq imkanı verəcəkdir. Bu həftə uğurlu təşəbbüslərlə əlamətdar olacaqdır. Sizdən yalnız hisslərinizə güvənmək, maliyyə məsələlərində və şəxsi münasibətlərdə səmimi olmaq tələb olunur. Pul kisənizin içindəkiləri qənaətlə xərcləməyə çalışın. Xoşagəlməz hallarla qarşılaşmamaq üçün ehtiyatı əldən verməyin.


Geri dön

Mehri_94

  • 30 yanvar 2012 15:45
  • Məqalə: 15
  • Şərh: 1257
  • Bal:
tesekkurler

--------------------
R :love: M

BORAN

  • 30 yanvar 2012 12:47
  • Məqalə: 8
  • Şərh: 168
  • Bal:
{awards}
oxatanlar himmmm

Ku-ku

  • 30 yanvar 2012 10:54
  • Məqalə: 267
  • Şərh: 5318
  • Bal:
{awards}
BALIQLARA Ay natamam işlərdən və perspektivsiz layihələrdən qurtulmaq imkanı verəcəkdir. Bu həftə uğurlu təşəbbüslərlə əlamətdar olacaqdır. Sizdən yalnız hisslərinizə güvənmək, maliyyə məsələlərində və şəxsi münasibətlərdə səmimi olmaq tələb olunur. Pul kisənizin içindəkiləri qənaətlə xərcləməyə çalışın. Xoşagəlməz hallarla qarşılaşmamaq üçün ehtiyatı əldən verməyin.

--------------------

✿Victoria✿

  • 30 yanvar 2012 10:33
  • Məqalə: 257
  • Şərh: 3406
  • Bal:
{awards}
TESEKKURLER

--------------------

★Adriana★

  • 30 yanvar 2012 09:58
  • Məqalə: 238
  • Şərh: 2981
  • Bal:
{awards}
TESEKKURLER

--------------------

MaN_uNiTeD

  • 30 yanvar 2012 08:49
  • Məqalə: 36
  • Şərh: 648
  • Bal:
{awards}
ŞİRLƏR Ay və Neptunun hazırladığı sürprizlərlə qarşılaşacaqlar. Biliyinizi zənginləşdirmək, yeni vərdişlərə yiyələnmək imkanı cəlbedici görünəcəkdir. Yadda saxlayın ki, oxumaq və öyrənmək heç vaxt gec deyil. Mütəxəssis kimi yetişməyiniz üçün kəşməkəşli özünütəkmilləşdirmə yolundan keçməyiniz şərtdir. Evdəkilərlə dil tapmaq üçün yeni yollara baş vurmalısınız. Axı, doğmalarınız nəvaziş və qayğınızın həsrətini çəkirlər.

SaMaXiNeC

  • 29 yanvar 2012 23:47
  • Məqalə: 0
  • Şərh: 23
  • Bal:
{awards}
cox sagol xebere gore


cox sagol xebere gore

--------------------
......:::::::SaMaXiNeC::::::......

sensiz_seni

  • 29 yanvar 2012 21:58
  • Məqalə: 11
  • Şərh: 421
  • Bal:
{awards}
twk

--------------------
Menim 1 inndiqim var 1 sevdiyim. inndiqim ALLAH sevdiyim sensen.Meni 1 yaradan var 1 de yawadan yardan ALLAH yawadan sen

Deniz

  • 29 yanvar 2012 20:59
  • Məqalə: 338
  • Şərh: 3908
  • Bal:
{awards}
Cox sag ol tatlim, eqrebimi oxudum.... wink

Prank girl

  • 29 yanvar 2012 20:31
  • Məqalə: 106
  • Şərh: 10213
  • Bal:
{awards}
ƏKİZLƏR bu həftə uğur cığırına qədəm qoyurlar. Bu günlər həm təcrübə qazanmaq, həm də peşə vərdişlərini cilalamaq üçün əlverişli şərait yaranacaqdır. Astroloqlar məsləhət verib bildirirlər ki, təcrübəli insanların köməyinə bel bağlayın. Doğrudur, bu kömək təmənnasız olmayacaqdır, sizdən böyük güzəştlər tələb olunacaqdır. Lakin işin qazancı güzəştə getməyinizin məqsədəuyğun olduğunu göstərir.

--------------------
Oglanlar dostluq atmasin qebul etmeyecem!!

generation

  • 29 yanvar 2012 19:30
  • Məqalə: 77
  • Şərh: 5430
  • Bal:
{awards}
QIZLAR bu həftə bir neçə sərfəli müqavilə imzalayacaqlar. Uduzmamaq üçün riskə getməkdən çəkinməyin. Hazırda yolunuzdakı yeganə maneə qətiyyətsizliyinizdir. Ağlın səsini tədbirli olmaqla dolaşıq salmayın. Mübahisəyə getməkdən, sözünüzün ağası olmaqdan çəkinməyin. Bu həftə əsas təsir vasitəniz mövqeyinizdən geri çəkilməmək, xarizmanız və özünə möhkəm inam hissi olacaqdır.

--------------------
http://s53.radikal.ru/i139/1208/45/d3b34690d2c5.gif[center]
[center]♪♪ ((((|̲̅̅●̲̅̅|̲̅̅=̲̅̅|̲̅̅●̲̅̅|)))) Music is my life ♫ ► ▌▌ ♡

nar_18

  • 29 yanvar 2012 19:09
  • Məqalə: 0
  • Şərh: 3338
  • Bal:
{awards}
teshekkur wink ...

--------------------
Susmaq qorxmaq ve ya qebul etmek deyildir: Anlayana cavabdir...

enigmatic_girl

  • 29 yanvar 2012 19:07
  • Məqalə: 2097
  • Şərh: 12943
  • Bal:
{awards}
ƏKİZLƏR bu həftə uğur cığırına qədəm qoyurlar. Bu günlər həm təcrübə qazanmaq, həm də peşə vərdişlərini cilalamaq üçün əlverişli şərait yaranacaqdır. Astroloqlar məsləhət verib bildirirlər ki, təcrübəli insanların köməyinə bel bağlayın. Doğrudur, bu kömək təmənnasız olmayacaqdır, sizdən böyük güzəştlər tələb olunacaqdır. Lakin işin qazancı güzəştə getməyinizin məqsədəuyğun olduğunu göstərir. wink


--------------------
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 0



Qonaqlar: 19
Cəmi: 38

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 7
Cəmi: 389
 
Nergiz__Sirinova
Xəbərləri: 6
Cəmi: 333
 
Awk bir hayal
Xəbərləri: 4
Cəmi: 137
 
^^KuKuLKa^^
Xəbərləri: 2
Cəmi: 767
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1135
 
TacsizKRalica
Xəbərləri: 1
Cəmi: 1
 
evli.mutlu.cocuklu
Xəbərləri: 1
Cəmi: 1
 
anar2012
Xəbərləri: 1
Cəmi: 26
 
Mövlud Ağamməd
Xəbərləri: 1
Cəmi: 20
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
 
{slinks}