500 Sual-Cavab (9,10)

 
500 Sual-Cavab (9,10)

Sual: 9. Ümumdünya ədalət hökumətinin zəruriliyini əqli dəlillərlə sübuta yetirmək olarmı?
Cavab: Ayə və rəvayətlərə əsasən, insan əbəs yaradılmamışdır.
Onun yaranışında xüsusi bir məqsəd izlənilmişdir. Bu məqsəd insanın kamilliyə çatması,
yəni ilahi görüşə nail olmasıdır. Belə bir məqam isə hərtərəfli yəqinlik və bəndəliklə əldə olunur.
Kəlam elmində sübuta yetirilmişdir ki, Allahın lütfü bir zərurətdir. Lütf prinsipinə əsasən,
Allah-təala yaranış məqsədindən yayındıran işləri aradan götürməli, ali məqsədə doğru yol açmalıdır.
Keçmiş tarixə müraciət etməklə öyrənirik ki, belə bir məqsəd bütün bəşər cəmiyyətləri üçün külli şəkildə gerçəkləşməmişdir.
Nəticə alırıq ki, yaranış məqsədini gerçəkləşdirmək üçün Allah zəmin yaratmalıdır.
Bu zəmin isə bütün yer üzünü bürüyəcək ədalət hökumətinin təşkilidir.
Həmin hökumət ali məqsədə çatmaqda bəşəriyyətə yardım göstərəsidir.

500 Sual-Cavab (9,10)

Sual: 10. Ümumdünya ədalət hökumətinin zəruriliyini tarixi hadisələrə istinad etməklə sübuta yetirmək olarmı?
Cavab: Keçmiş və müasir tarixə müraciət etdikdə məlum olur ki, bəşəriyyət tarix boyu müxtəlif
zülm-sitəmlərə, qətl-qarətlərə düçar olmuşdur. Xüsusi ilə də müvəhhid (təkallahçı) insanlar
həqiqətin müdafiəsində suçlanaraq müxtəlif şəkillərdə incidilmişlər.
Qurani-Kərim «Uxdud əshabı» haqqında söz açır. Bildirilir ki, müxaliflər böyük bir xəndək
qazıb onda yetərincə əzəmətli bir tonqal qaladılar. Onların məqsədi möminləri və müvəhhidləri diri-diri bu odda yandırmaq idi.
Tarixdə oxuyuruq ki, Misir fironu yalnız yuxusuna əsaslanaraq neçə böyük cinayətlərə əl atdı.
Yuxusundan əndişələnən bu kəs öz vücudunu qorumaq üçün misilsiz cinayətlər törətdi.

Tarixin digər bir səhifəsində Həccac ibn Yusif Səqəfi haqqında danışılır. O, İraqda 20 illik hakimiyyəti dövründə dəhşətli cinayətlər törətdi.
1-ci dünya müharibəsində günahsız insanlar amansızlığa düçar oldu. Rəsmi statistikaya görə bu
müharibədə öldürülənlərin sayı 22 milyona çatmışdır. Çox keçməmiş ikinci dünya müharibəsi başladı.
Bu müharibə 70 milyon insanın həyatına son qoydu.
Əlcəzairin işğalı zamanı fransalılar 2 milyondan artıq müsəlmanı qətlə yetirdilər.
Vyetnam müharibəsində yüz minlərlə günahsız insan amerikalılar tərəfindən öldürüldü.

500 Sual-Cavab (9,10)

Ötən 50 ildə İsrail qəsbkarlarının çəkmələri altında yüz minlərlə fələstinli öldürüldü, yaralandı və ev-eşiyindən didərgin düşdü.
Bəşəriyyətin gələcəyini, müxtəlif millətlər arasındakı düşmənçilikləri bir qədər araşdırsaq,
bəşəriyyəti necə böyük bir təhlükə gözlədiyinə şahid olarıq.
Bu gün bir çox ölkələr bir-birlərini məhv etmək üçün kütləvi qırğın silahları hazırlayır.
Bu silahlar yer kürəsini bir neçə dəfə məhv etmək üçün bəsdir.
Samuyel Hantiqton kimi Amerika ideoloqlarının hazırladığı mədəniyyətlərin savaşı proqramı
Amerika siyasətçiləri üçün başlıca plan olmuşdur. Bütün bunları nəzərə aldıqda bəşəriyyət
hansı gələcəyə ümid edə bilər? Uyğun problemlərin həll yolu nədir?
Görəsәn bəşəriyyət öz gücü ilə bütün dünyanı səadətə çatdıracaq proqram hazırlayıb onu həyata keçirə bilərmi?
Şübhəsiz, bu mümkünsüzdür. Çünki bu vaxtadək həmin iş görülməmişdir.
Bundan sonra da insan Allah-təalanın göstərişləri, qeybi məlumatlar olmadan bir şey bacarmayacaq.
Nəzərdə tutulan xoşbəxtliyə çatmaq üçün Allah tərəfindən qeybi bir xilaskarın gəlişi, bəşəriyyəti
mövcud bəlalardan xilas etməsi zəruridir. Bu şəxs zühuru vəd olunmuş həzrət Mehdidir (ə).


Geri dön

Ahli-Shia313

  • 31 yanvar 2012 02:38
  • Məqalə: 43
  • Şərh: 178
  • Bal:

Bu şəxs zühuru vəd olunmuş həzrət Mehdidir (ə).
Ya Rəbbim Onun zühurunda təcil elə!!!

Çoxsağol bacım ALLAH razı olsun,oxuyacam inşəALLAH!

--------------------
Каждый день Ашура, Вся земля Кербела!

generation

  • 30 yanvar 2012 23:15
  • Məqalə: 77
  • Şərh: 5430
  • Bal:
{awards}
Allah razi olsun

--------------------
http://s53.radikal.ru/i139/1208/45/d3b34690d2c5.gif[center]
[center]♪♪ ((((|̲̅̅●̲̅̅|̲̅̅=̲̅̅|̲̅̅●̲̅̅|)))) Music is my life ♫ ► ▌▌ ♡

✿Victoria✿

  • 30 yanvar 2012 21:53
  • Məqalə: 257
  • Şərh: 3406
  • Bal:
{awards}
TESEKKURLER

--------------------

azad salehi

  • 30 yanvar 2012 21:24
  • Məqalə: 0
  • Şərh: 78
  • Bal:
{awards}
QESENGDI ALLAH KOMEYIN OLSUN

--------------------
MEN GOZEL VUCUDU OLAN MUHAMMED (S.A.V) PEYGEMBERIN UMMETINDENEM


MEN ALLAHIN ASLANI OLAN HEZRET ELI (e)-in ASHIQIYEM

MEN ZEHRA (s.e) BALASI OLAN HEZRET HUSEYIN EZADARIYAM

MEN AGAMIZ OLAN IMAM MEHDI SAHIBEZZAMANIN NOKERIYEM

enigmatic_girl

  • 30 yanvar 2012 21:13
  • Məqalə: 2097
  • Şərh: 12943
  • Bal:
{awards}
tesekkur...
davamini gozleyecem... smile

--------------------

_GISELLA_

  • 30 yanvar 2012 20:59
  • Məqalə: 17
  • Şərh: 337
  • Bal:
{awards}
tewekkurler

--------------------
Ağlıma belə gəlmirsən artıq...
O qədər ürəyimdəsən ki...

APPLY

  • 30 yanvar 2012 20:56
  • Məqalə: 30
  • Şərh: 516
  • Bal:
{awards}
Allah razı olsun

--------------------
♥ ♥ ♥ ♥ ♥

Ìtirdim deyə düşündüklərin bəlkə də xilas olduqlarindir...!♥ ♥ ♥♥
.
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 2
Qonaqlar: 22
Cəmi: 37

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 7
Cəmi: 388
 
Nergiz__Sirinova
Xəbərləri: 6
Cəmi: 333
 
Awk bir hayal
Xəbərləri: 4
Cəmi: 137
 
^^KuKuLKa^^
Xəbərləri: 2
Cəmi: 767
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1135
 
TacsizKRalica
Xəbərləri: 1
Cəmi: 1
 
evli.mutlu.cocuklu
Xəbərləri: 1
Cəmi: 1
 
anar2012
Xəbərləri: 1
Cəmi: 26
 
Mövlud Ağamməd
Xəbərləri: 1
Cəmi: 20
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
 
{slinks}