Müharibəyə az qaldı!

 
Müharibəyə az qaldı!

ABC-yə istinadən bildirir ki, dünyanın ən nüfuzlu qəzetlərindən biri "New York Times"ın əlavəsi olan "New York Times Magazine" jurnalında tanınmış israilli jurnalist Ronen Berqmanın "İsrail İrana hücum edəcək?" ("Will Israel Attack Iran?") araşdırma yazısı dərc olunub.

İsrailin hakimiyyət dairələri, silahlı qüvvələri və kəşfiyyatının üst düzəydəki mənsubları ilə görüşən yazarın qənaəti budur ki, 2012-ci ilin sonunadək İsrail İrandakı nüvə obyektlərinə raket-bomba zərbələri endirəcək.

Müəllif yazır: "İranın nüvə potensialı və araşdırmalarının dinc məqsədlərə xidmət etdiyinə İsrail əsla inanmır. Tam əksinə, İranın nüvə silahı əldə etməyə çalışdığına şübhə etməyən İsrail Tehranın cəhd və niyyətlərini bütün dünyaya təhlükə sayır. İsrailin müdafiə naziri Ehud Barak İrana hücumla bağlı qərar verməzdən əvvəl üç məsələyə aydınlıq gətirməyə çalışır.

Həmin məsələlər aşağıdakılardır:

1. İsrailin raket-bomba zərbələri İranın nüvə obyektlərinə ciddi zərər verərək Tehranın proqramını ləngidə və ya dayandıra biləcəkmi? Belə müharibəyə İsrail xalqı və ordusu davam gətirəcək?

2. İrana zərbələr endirmək üçün İsrail ABŞ-ın aşkar və gizli dəstəyinə malikdirmi?

3. İranın nüvə proqramının yaratdığı təhlükənin qarşısını almaq üçün İsrail bütün alternativ imkanları tükədib? Əgər situasiya geriyə dönüş olmadığı nöqtəyə çatıbsa, indiki durum İranın nüvə proqramını dayandırmaq üçün son şans sayıla bilərmi?"

Berqmana görə, indi İsrail və ABŞ arasındakı müzakirələrin məğzi də elə "geriyə dönşün olmadığı nöqtə" situasiyası ilə bağlıdır. Ehud Barak hesab edir ki, İran bundan sonrakı 9 ay ərzində nüvə silahı əldə etmək imkanına yiyələnəcək və nüvə bombası üçün gərəkli miqdarda plutonium hazırlayacaq.

ABŞ isə hesab edir ki, İranın nüvə başlıqları hazırlayaraq onları İsraili vura biləcək "Sahab 3" ballistik raketlərinə yerləşdirməsi ən azı 15 ay çəkəcək.

"ABŞ-da İsrailə olan inam artıq çox deyil və bu səbəbdən də israillilər amerikalıları hərəkətə gətirmək üçün ən pis ssenaridən istifadə edə bilərlər. Bununla yanaşı, ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsi və Qərb ölkələrinin kəşfiyyat strukturları İsrailin haqlı olduğunu anlayır, İsrailin mövqelərinə yaxınlaşırlar", - Berqman yazıb.


Geri dön

Online

İstifadəçilər: 0



Qonaqlar: 45
Cəmi: 65

 

Top 10 Müəllif

♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 1
Cəmi: 1135
 
Awk bir hayal
Xəbərləri: 1
Cəmi: 137
 
Nergiz__Sirinova
Xəbərləri: 1
Cəmi: 327
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
Pıtırcık
Xəbərləri: 1
Cəmi: 385
 
 
{slinks}