500 Sual-Cavab (11,12)

 
500 Sual-Cavab (11,12)

Sual: 11. Bəşəriyyәtin qeybi yardımlara ehtiyacı varmı?
Cavab: Bəziləri elə düşünürlər ki, bu gün elmi-texniki tərəqqiyə nail olmuş bəşəriyyətin qeybi yardımlara ehtiyacı yoxdur.
Amma bilməliyik ki, bəşəriyyətin büdrəmələrinin mənşəyi təkcə nadanlıq deyil. Əgər problemləri doğuran təkcə nadanlıq olsaydı, elm və texnika köməyə gəlib bəşəriyyəti xilas edə bilərdi. Amma mövcud çətinliklərin məlumatsızlıqdan əlavə də amilləri var. Zaman ötdükcə problemlərin artımı uyğun yardımlara ehtiyacdan danışır. Bəşəriyyətə problem yaradan digər amilləri nəzərdən keçirək: cilovlanmamış nəfs istəkləri , şəhvət və qəzəb, tamahkarlıq, vəzifəpərəstlik, komfort istəyi, bir sözlə, bugünkü bəşəriyyəti yolundan azdıran mənafepərəstlik! Bu gün elm bəşəriyyətin ən böyük düşməninə çevrilmişdir. Elm öz-özlüyündə işıq olsa da, bu işıqdan hansı yolda istifadə olunması mühümdür. Elm hədəfi müəyyənləşdirmir. O, məqsədə çatmaq üçün, sadəcə, bir vasitədir.

500 Sual-Cavab (11,12)

Vil Dorant deyir: “Biz texnika baxımından güclənmiş, məqsəd baxımından yoxsullaşmışıq.” Elm və texnologiya dövrünün insanı şəhvət və qəzəb baxımından qədim insanlardan fərqlənmir. Elm nəfs azğınlıqlarının qarşısını ala bilməmişdir. Elmi inkişaf faşizmin mahiyyətini dəyişə bilməmiş, əksinə, primitiv qılıncdan atom bombasına çevrilərək çirkin məqsədlərin həyata keçməsi üçün vasitə olmuşdur.

Rassel deyir: “Hazırkı dövr elə bir dövrdür ki, heyrət hissi zəifliklə birlikdə hamını bürümüşdür. Elə bir savaşa doğru hərəkətdəyik ki, təqribən, kimsə onu istəmir. Elə bir savaş ki, bəşər növünün böyük bir hissəsini yoxluq aləminə göndərəcək...”
İnsan maddi və zahiri amillər əsasında mühakimə aparsa, bu bədbinliklərə haqq qazandırar. Bu bədbinlikləri aradan qaldırmaq üçün isə qeybi yardımlara iman zəruridir. Belə bir inam bədbinliyi nikbinliklə əvəz edir və insan inanır ki, bəşəriyyətin səadəti, rifah və kamilliyi, əmin-amanlığı gələcəkdədir və bəşəriyyətin yolunu gözləyir.

Bəli, ilahi məktəbdə tərbiyə almış şəxs belə deyir: Ola bilməz ki, dünya bir neçə dəlinin əli ilə viran qoyulsun. Dünya təhlükə qarşısındadırsa da, Allah keçmişdə möcüzə göstərib bəşəriyyətə yardım etdiyi kimi indiki şəraitdə də ağılları heyran qoyacaq iş görməklə öz xilaskarını göndərəcək...
Şəhid Mütəhhəri buyurur: “Bu düşüncə hər şeydən öncə təbiət aləmindəki gedişata, tarixi təkamülə, gələcəyə inamdan, bəşəriyyətin xoş gələcəyinə nikbinlikdən doğur...

500 Sual-Cavab (11,12)

Sual: 12. Nə üçün peyğəmbərlərin dövründə ümumdünya ədalət hökuməti qurulmayıb?
Cavab: Bu sual başqa şəkildə də verilə bilər: nə üçün ümumdünya ədalət hökuməti bəşər tarixinin sonunda gerçəkləşəcək? Görən bu iş təsadüfidir, yoxsa nəyəsə əsaslanır? Deyə bilərik ki, fərdin təkamülü və nəticədə ədalətli hökumətin qurulması üçün iki əsas amil gerçəkləşməlidir:

1. Xarici amil: Cəmiyyətin hər bir üzvü yaranış məqsədi olan ədalət və kamalın mənasını anlamalıdır. Eləcə də, bu məqsədə aparan yol tapılmalıdır. Nə qədər ki, bəşər düşüncəsi bu həqiqətləri anlamır, düzgün məqsədə çatmaq üçün peyğəmbərlərə möhtacdır.

2. Daxili amil: Bu böyük məsuliyyət və hədəfi dərk edəcək düşüncə. Belə bir məqsədə çatmaq üçün insan vücudunda şüur yetkinləşməlidir. Şüurun yetkinləşməsi üçün isə növbəti şərtlər ödənməlidir:

a) Ağıl, Allaha itaətin, Allaha münasibətdə xüzu və xüşunun (mütiliyin) əhəmiyyətini dərk etməlidir;
b) Allaha itaət fərdin, cəmiyyətin ədalətə çatması, cəmiyyətdə mütləq ədalətin yaranması üçün zamindir;
v) İnsan ədalət və onun təsirlərini bilməlidir.

500 Sual-Cavab (11,12)

Bu daxili amil bir neçə yolla ödənə bilər:

1) Uyğun iman və ixlas cəmiyyətdəki fərdlərdə möcüzə şəklində yaranmalıdır.
Belə bir ehtimal möcüzə qanunu ilə uyğun gəlmir. Çünki möcüzənin əhatəsi məhduddur. Hansı ki, məqsədə çatmaq üçün möcüzədən başqa digər yollar var. Uyğun tələb insan tərəfindən azad, ixtiyari şəkildə ödənməlidir. İnsanın kamilliyi onun ixtiyari şəkildə gördüyü işdən asılıdır. Möcüzə isə deyilənlərə ziddir.

2) Bəşəriyyət heç bir məcburiyyət olmadan ali düşüncəyə çatmalıdır ki,
Allahın rəhbərliyi altında uyğun ali məqsədi həyata keçirə bilsin.
Bəşəriyyətin mövcud xüsusiyyətlərini araşdırdıqdan sonra belə bir nəticəyə gəlirik ki, hələ ki insan nəzərdə tutulan kamil məqsədi dərk edəcək düşüncəyə çatmamışdır. Çünki o yarandığı gündən kamil ədalətin tətbiqi üçün zəruri olan iki şərtə malik deyil: Kamil formada ədaləti tanımaq; həqiqəti tanıdıqdan sonra onun həyata keçirilməsi üçün fədakarlıq hazırlığı.

Hətta bəşəriyyət kamil ədaləti tanısa da, hələ ki, bu məqsədə çatmaq üçün praktiki hazırlığa malik deyil. Çünki ən üstün dövrlərdən olan peyğəmbər dövründə də İslam yolunda fədakarlıq məsələsində səhabələrlə problemlər olmuşdur.
Allah-təala səhabələrdən bəzilərinə etirazla buyurmuşdur: “Ey iman gətirənlər! Nə üçün sizə “Allah yolunda cihada doğru hərəkət edin” deyildikdə ağırlaşırsınız?!

Yoxsa axirət əvəzinə dünya həyatı ilə razılaşmısınız?! Hansı ki, dünya həyatı matahı axirətlə müqayisədə cüzidir.”
Belə bir nəticəyə gəlirik ki, hələ ki, bəşəriyyət ümumdünyəvi bir hökumətin təşkilinə hazır deyil və xilaskarın zühuru üçün şərait yaranmamışdır.

500 Sual-Cavab (11,12)

Seyyid Rza Sədr deyir: “Bir gün gələcək ki, bəşəriyyət güclü və agah rəhbərliyin hakimiyyəti altında yaşamaq qabiliyyəti əldə edəcək. Belə bir qabiliyyət onun təkamülündən ibarətdir. Kamilləşməmiş bəşəriyyətin ədalətli hakimiyyət altında yaşamaq ləyaqəti yoxdur. Əslində belə bir toplum ədalətli hakimiyyəti qəbul etmir. Uyğun hakimiyyətin zorla qəbul etdirilməsi yetərsizdir. Zülm-sitəm ədalət üçün nərdivan ola bilməz. Zülmlə qurulan hakimiyyət ədalətli deyil. Onun yalnız adı ədalətli ola bilər. Naqis bəşəriyyət ədalətli hakimiyyəti qəbul etmir. O, belə bir hakimiyyətdən uzaq olmaq istəyir.

Həzrət Əli (ə) buyurmuşdur: “Bu xalq məndən yorulub, mən isə bu xalqdan”. Sonra həzrət ədalətdən qaçan xalqa nifrin edərək buyurmuşdur: “Pərvərdigara, məni onlardan al.” Ədalətli hakimiyyət xalqın razılığı ilə qurulmalıdır. Xalq belə bir hakimiyyətin sorağınca gəzməlidir. Ədalətli hakimiyyət istəyən insanlarda heyvani sifətlər insani sifətlərin kölgəsində qalır.” Rəvayətlərdə isə digər bir nöqtəyə işarə olunmuşdur

İmam Baqir (ə) buyurur: “Bizim dövlət və hakimiyyətimiz sonuncu dövlət və hakimiyyətdir. Hakimiyyət heç bir ailə üçün əbədi deyil. Yalnız bizdən öncə hakimiyyətə çatıb onu başa çatdıranlar istisnadır. Əgər hakimiyyətdə bizim yolumuzu müşahidə etsələr, deməsinlər ki, əgər biz də hakimiyyətə çatsaydıq, bu sayaq rəhbərlik edərdik. Allah-təalanın “Аqibət pəhrizkarlar üçündür” buyuruğuna işarə olunur.”


Geri dön

nar_18

  • 31 yanvar 2012 22:58
  • Məqalə: 0
  • Şərh: 3338
  • Bal:
teshekkur deyerli xebere gore ...

--------------------
Susmaq qorxmaq ve ya qebul etmek deyildir: Anlayana cavabdir...

✿Victoria✿

  • 31 yanvar 2012 17:45
  • Məqalə: 257
  • Şərh: 3406
  • Bal:
{awards}
TESEKKURLER

--------------------

Prank girl

  • 31 yanvar 2012 15:47
  • Məqalə: 106
  • Şərh: 10213
  • Bal:
{awards}
tsk edirem xebere gore

--------------------
Oglanlar dostluq atmasin qebul etmeyecem!!

BORAN

  • 31 yanvar 2012 15:43
  • Məqalə: 8
  • Şərh: 168
  • Bal:
{awards}
sagolun maralidi

Miss Lady

  • 31 yanvar 2012 15:23
  • Məqalə: 180
  • Şərh: 2255
  • Bal:
{awards}
twk.hemiwe bele duzlu xeberlerin olsun ...........

enigmatic_girl

  • 31 yanvar 2012 14:45
  • Məqalə: 2097
  • Şərh: 12943
  • Bal:
{awards}
Bu düşüncə hər şeydən öncə təbiət aləmindəki gedişata, tarixi təkamülə, gələcəyə inamdan, bəşəriyyətin xoş gələcəyinə nikbinlikdən doğur...”

Tesekkur....ardini gozleyecem...

--------------------

J ♥ S

  • 31 yanvar 2012 14:03
  • Məqalə: 445
  • Şərh: 3537
  • Bal:
{awards}
ALLAH RAZI OLSUN TEWEKKURLER winked

--------------------
J & S ∞♥....

generation

  • 31 yanvar 2012 13:56
  • Məqalə: 77
  • Şərh: 5430
  • Bal:
{awards}
Allah razi olsun

--------------------
http://s53.radikal.ru/i139/1208/45/d3b34690d2c5.gif[center]
[center]♪♪ ((((|̲̅̅●̲̅̅|̲̅̅=̲̅̅|̲̅̅●̲̅̅|)))) Music is my life ♫ ► ▌▌ ♡
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 6
Qonaqlar: 42
Cəmi: 67

 

Top 10 Müəllif

Nergiz__Sirinova
Xəbərləri: 2
Cəmi: 327
 
Pıtırcık
Xəbərləri: 2
Cəmi: 385
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1135
 
anar2012
Xəbərləri: 1
Cəmi: 26
 
Awk bir hayal
Xəbərləri: 1
Cəmi: 137
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
Demi Love
Xəbərləri: 1
Cəmi: 16
 
 
{slinks}