Anam öldümü?

 
Anam öldümü?

Anam öldümü?

Nə tez əllərini üzdün dünyadan,
Balani tək qoyub hara getdin sən?
Nece yox olurmuş bir anda insan,
Elə bil dünyada heç yox imişsən.


Günəş qürub etdi…otaq qaraldı,
Bir anda yox oldun sən xəyal kimi.
İndi düşünürəm : Səndan nə qaldı,
Könlümdə xatirən qara xal kimi.

Məni boya-başa yetirdin,ana
Bizə borclu bildik hər zaman səni,
Sən məni dünyaya gətirdin, ana,
Mənsə yola saldım dünyadan səni.


Sən mənə beşikdə laylay çalmısan
Bu gün laylay çalım sənə məndəmi?
Sənin şirin-şir laylalarını
Mən sənə qaytarım cənazəndəmi?

“Yuxun şirin olsun”-deyərdin mənə,
“Yuxun şirin olsun”- deyimmi sənə?
Gərək mən başına dönəm-dolanım,
Məni həyat üçün yatıran anam,
Söylə ölümçün
Necə yatırım
Səni mən bu gün?


Bu necə dünyadır, anlamıram mən,
Cilvəsi cürbəcür, rəngi cürbəcür
Dünən nəfəsiylə səni isidən
Bu gün buza dönüb, daşa dönübdür.

Bu necə dünyadir,
İnsan oğlunun
Xəyali göydədir, özü yerdədir.
Sağ ikən çiynində həyatın yükü,
Öləndə cəsədi çiyinlərdədir…
Bu necə dünyadır, bu necə dünya,
Ölümü həqiqət, həyatı röya.


Dərdimim, qəmimin səndin ortağı,
Niyə üz döndərdin, bəs niyə məndən?
“Dərdin mənə gəlsin”- deyərdin axı,
Niyə dərd caladın dərdimə bəs sən?_

Anam, heç kəsi incitməmişdir,
Mən səni,
mən səni incidən qədər.
İndi kimə açım dərdimi bir-bir,
Kim mənim dərdimə yanar sən qədər?


Evin hər küncündə görünür yerin.
Gözüm axtarcıdir,ana, ay ana,
“Nənəm hanı”-deyir körpə Azərin,
Mən nə cavab verim, ona, ay ana?
Bilmirəm, bəlmirəm ölüm nədir,
Həyat var ikən?
Nəfəsin, ay anam, hələ evdədir,
Özün yer altında daşa dönmüsən.

Bu gün yeddin oldu…
anam yeddi gün,
Bizimlə bərabər ağlar otaqlar.
Sənə,
yalniz sənə,
Sənə deməkçün
Könlümdə nə qədər mənim sözüm var.


“Kimləri çağiraq bu gün yeddiyə” ?
Xalalar, bacılar soruşur məndən,
Anamdan soruşaq, o bilər deyə,
Sənin otağına üz tuturam mən.

Anam, tapşırıldın ana toprağa,
Bu ölüm, sinəmə çəkdi dağ mənim,
Sən məni arxamda bənzərdin dağa,
Elə bil arxamdan dağ uçdu mənim.


Qızımın adıdır sənin öz adın.
Bu da göz dağıdır mənə bu
gün də.
Son dəfə sən mənə baxıb ağladın,
Surətim məzara getdi gözündə…

Ömrü başa vurdun altmış yaşında.
Altmışın üstündə durub yaşın da.
Artıq sənin üçün dayanan zaman
Mənimçün dolanır…
Gün olur axşam.
VAxt keçir, sən məndən uzaqlaşırsan,
Mən sənə günbəgün yaxınlaşıram


Həyatda olan analara Allahdan can sağlığı, uzun ömür,
həyatda olmayanlara isə Allahdan Rəhmət diləyirəm!

Anam öldümü?


Geri dön

nar_18

  • 31 yanvar 2012 22:36
  • Məqalə: 0
  • Şərh: 3338
  • Bal:
Allah butun analara can sagligi uzun omur qismet elesin. Onlari bashimizdan eksik etmesin amin. teshekkur xebere gore cox kovreldim ...

--------------------
Susmaq qorxmaq ve ya qebul etmek deyildir: Anlayana cavabdir...

generation

  • 31 yanvar 2012 19:27
  • Məqalə: 77
  • Şərh: 5430
  • Bal:
{awards}
cox kovreltdin meni

--------------------
http://s53.radikal.ru/i139/1208/45/d3b34690d2c5.gif[center]
[center]♪♪ ((((|̲̅̅●̲̅̅|̲̅̅=̲̅̅|̲̅̅●̲̅̅|)))) Music is my life ♫ ► ▌▌ ♡

wehrizad

  • 31 yanvar 2012 18:23
  • Məqalə: 0
  • Şərh: 431
  • Bal:
{awards}
.........COX SAGOLUN.........AGLATDIZ MENI..........OZUME GELE BILMIREM.........ALLAH ANAMI MENDEN ALMASIN........ALLAH BUTUN ANALARIN CANINI SAG,,,OMRUNU UZUN ELESIN.........AMIN...........ANASIZ HEYAT HECNEDI..............ALLAH BU DUNYADA OLMAYAN ANALARA REHMET ELESIN..............

--------------------
............................

BORAN

  • 31 yanvar 2012 18:07
  • Məqalə: 8
  • Şərh: 168
  • Bal:
{awards}
maraqli xebere gore sagolunn kederlendirdiniz bizi

✿Victoria✿

  • 31 yanvar 2012 17:26
  • Məqalə: 257
  • Şərh: 3406
  • Bal:
{awards}
TESEKKURLER

--------------------

LikeTheMy...

  • 31 yanvar 2012 16:37
  • Məqalə: 1
  • Şərh: 10
  • Bal:
{awards}
tesekkurler

--------------------
/A\S\R\A\F/

Aygun22

  • 31 yanvar 2012 16:32
  • Məqalə: 0
  • Şərh: 110
  • Bal:
{awards}
anama qurban olum
analar hec vaxt olmesin

★Miss Love★

  • 31 yanvar 2012 16:18
  • Məqalə: 77
  • Şərh: 10003
  • Bal:
{awards}
lap aglamaq isdedim menali weire gore sagol sad

enigmatic_girl

  • 31 yanvar 2012 16:15
  • Məqalə: 2097
  • Şərh: 12943
  • Bal:
{awards}
sad sad kovreldim sad


Allah analari basimizdan eksik etmesin...AMIN feel

--------------------

s_a_b_r_i_n_a

  • 31 yanvar 2012 16:00
  • Məqalə: 25
  • Şərh: 1011
  • Bal:
{awards}
AMIN...coox tesirlendim...Allah hec bir anani ovlad acisina ducar etmesin..bizim de analarimizi bawimizin ustunden eksik etmesin..ananin ovlada mehebbeti tebii, ovladin anaya mehebbeti ise iradidir(n.tusi).....twk smile

--------------------

Niguliya

  • 31 yanvar 2012 15:55
  • Məqalə: 0
  • Şərh: 36
  • Bal:
{awards}
recourse

Miss Lady

  • 31 yanvar 2012 15:55
  • Məqalə: 180
  • Şərh: 2255
  • Bal:
{awards}
oooooooooooooooy.aglatdin meni. no

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 6
Qonaqlar: 30
Cəmi: 49

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 10
Cəmi: 453
 
♔Hе важно∞
Xəbərləri: 3
Cəmi: 31
 
 
{slinks}