Uşaqların qorxu hisləri

 
Uşaqların qorxu hisləri

Uşaqların qorxu hissini dəf etməsi üçün bəzi tövsiyələr

Mütəxəssislər deyirlər ki, insanın yaşı artıb qabiliyyətləri inkişaf etdikcə
qorxuların səbəb və məzmunu da dəyişir. Əvvəl ancaq xəyali şeylərdən
qorxan uşaq, daha sonra xəstəlik, ölüm, sevdiyi insanları itirmək və s.
hallardan qorxmağa başlayır. Lakin ailədə uşaqlara düzgün yanaşılarsa,
müəyyən müddətdən sonra bu qorxuluq yox olar.

Uşaqlar hansı yaş dövründə nələrdən qorxurlar?

0-6 ay: Ani səs-küy;

7-12 ay: Tanış olmayan insanlar, qəfildən eşitdikləri yüksək səslər,
anadan ayrılma;

1-3 yaş: Tanış olmayan insanlar, yaxınlarından ayrılmaq, qaranlıq;

4-7 yaş: Qaranlıq, ruhlar, yaralanma, heyvanlar, fırtına, göy gurultusu,
valideynlərin ayrılması;

8-12 yaş: Qeyri-real varlıqlar ( qulyabanı, cin və s. ), xəstəliklər, atılmaq
, qəza, ölüm, tibbi əməliyyatlar, diş həkimi, fırtına, göy gurultusu,
məktəb problemləri, ətraf mühit tərəfindən qəbul edilməmək;

13 yaş və yuxarı: Məktəbdə cəzalandırılmaq qorxusu, mühit tərəfindən
qəbul edilməmək, ondan gözlənilənlərin öhdəsindən gələ bilməmək,
bədən quruluşundakı problemlər, cinsi qorxular.

Hər yaş dövrü üçün spesifik olan qorxular uşağın fiziki və mənəvi
inkişafı ilə bağlıdır. Mütəxəssislər əmindirlər ki, hər yaş dövrü üçün
normal sayılan bu qorxular uşağın fiziki və mənəvi inkişafı ilə bilavasitə
əlaqəlidir. Bəzən valideynlər uşaqlarını bir şeydən çəkindirmək üçün onları
qorxduqları şeylərlə hədələyirlər. Amma bu düzgün hal deyil, hədə qısa
müddətə valideynlərin işinə yarasa da, uşağın psixologiyasına mənfi
təsir göstərir: " Qorxduqları şeylərlə hədələndikdə onlar bu qorxunun
təsirindən qurtula bilmirlər. Həmin səbəbdən də normal fizioloji qorxuların
getdikcə fobiyaya çevrilməsi təhlükəsi artır ".

Uşaqlıq qorxuları:

İşığı söndürmə! Ana, mənimlə yat!

Xüsusilə, üç-beş yaş arasındakı uşaqlar heyvanlardan, qaranlıqdan,
qarabasmalardan, nağıllardakı qeyri-adi varlıqlardan qorxurlar. Bu qorxular
həmin yaş dövrü üçün normal hisslərdir. Uşaq ilk dəfə xəyalında canlanan
hər hansı təhlükədən, yaxud, qaranlıqdan narahat olduqda bunu
valideynlərinə deyə bilər. Qorxu hissinin dəf olması üçün valideyn müəyyən
təlqinlər etməli, bir müddət uşağı tək qoymayıb onunla söhbət etməli və
yuxuya gedənədək gözləməlidir.

Birdən ata-anama nəsə olar

Beş yaşından etibarən ölümün mahiyyətini anlamağa başlayan uşaqlarda
xəstəlik və valideynlərini itirmək qorxusu yarana bilər. Adətən, bu vaxt
uşağı bağrına basaraq ona ölümün təbiətin qanunu olduğunu və gec-tez hər
kəsin öləcəyini başa salmaq kifayət edir. Ola bilər ki, qorxu bu cür
təlqindən sonra da bir müddət davam etsin, amma uşaq əvvəlki kimi
ciddi narahatlıq hiss etməyəcək və içindəki qorxuyla bərabər, normal
yaşamağa alışacaq. Sevdiklərinin başına bir hadisə gələcəyindən qorxmaq
hər bir normal insana xasdır, bununla belə, özünə təsəlli verməyi də
bacarmaq lazımdır.

Dərsimi bilməsəm, müəllim hirslənib məni danlayar

Uşaqlar məktəb həyatına başladığı ilk vaxtlarda müəllimin ona
hirslənəcəyindən, dərslərini yaxşı bilməyəcəklərindən qorxa bilərlər.
Ümumilikdə, belə qorxular müvəqqəti hiss olduğundan, uşağın həyat
ritmini poza biləcək qədər güclü faktor deyil. Uşaq böyüdükcə təmkini də
artır və hadisələrə normal yanaşmağa başlayır. Demək istəyirik ki, bu qəbil
fikirlər uşağın inkişaf prosesində öz-özünə aradan qalxdığından,
valideynlərin ciddi narahatlıq keçirməsinə lüzum yoxdur.

Tərk edilmək qorxusu

Tanış olmayan mühitdə özünü narahat hiss etmək yarım yaşla üç
yaş arasındakı bütün uşaqlar üçün normal hal hesab olunur. Lakin bu
cəhət bəzi uşaqlarda daha qabarıq şəkildə müşahidə olunur. Belə uşaqlar
yeni vəziyyətlərə və yeni mühitə alışmaqda çox çətinlik çəkir, anadan
uzaqlaşmaq, necə deyərlər, onun yaxasından qopmaq istəmir və daim tərk
edilmək qorxusu yaşayırlar. Bunun səbəbi isə uşağın öz təbiəti ilə yanaşı,
valideynlərin və digər yaxınların problemə düzgün yanaşmaması ola bilər.

Birdən əlimi dişləyər

Uşaqların qorxduqları şeylərdən biri də heyvanlardır. Qorxuya üstün gəlmək
üçün öncə uşaqlar heyvanları uzaqdan izləməli, sonra isə valideynlərinin onlardan
çəkinmədiklərini görməlidirlər. Əgər ana və ya ata özü heyvandan qorxursa,
ona örnək olmadığından uşağın qorxusunu dəf etmək çox çətin olacaq.

Nəyi etmək olmaz?

Uşaqlara, sadəcə, " qorxma, qorxulu bir şey yoxdur " demək, qorxduqları
üçün onlara gülüb ələ salmaq və ya qorxmamağa məcbur etməklə
problemi həll etmək olmaz. Əksinə, ailənin məsələyə bu cür yanaşması
uşağın narahatlığını daha da artırır və o, özünü zəif, cəsarətsiz
hiss edərək qorxmasından utanmır.

Bu cür uşaqlar ətrafda baş verən xoşagəlməz hadisələrin onların da başına
gələcəyindən narahatlıq keçirirlər. Məsələn, sinifdə müəllim başqa uşaqlara
hirslənəndə həmin uşaq düşünür ki, indi müəllim onu da danlayacaq və
beləliklə, onda müəllimdən qorxu hissi yaranır. Yaxud da, televizorda kimisə
quduz it dişləməsi xəbərini eşidəndə o da sövq- təbii hər hansı itdən qorxmağa başlayır.

Uşaqlar onlara pis təsir bağışlayan hadisələrin özlərinin başına gələ biləcəyindən narahat olurlar.

Nə etməli?

Uşaq qorxduğunu dilə gətirəndə bunun normal bir hiss olduğunu və
hər kəsin bir qorxu yaşadığını ona başa salmaq lazımdır. O, bu vəziyyətin
normallığını anlayandan sonra isə qorxunu necə dəf etmək yolları haqqında
düşünmək olar. Bu cür mərhələli yanaşma uşağın qorxu hissinə üstün
gəlməsi üçün çox vacibdir.

Uşaqlar özlərini qorxmadıqlarına inandıra bilsələr, bu problem
daha tez həll olunar.

Mən qorxmuram!

Uşaqlar çox vaxt özlərinə ürək-dirək verərək qorxuya üstün gəlməyin
yollarını axtarırlar. Məsələn, çəkinə-çəkinə də olsa qorxduqları heyvana
yaxınlaşmaqla və yaxud, qaranlıq otaqda qalmaqla özlərini qorxmalı
bir şey olmadığına inandırmağa çalışırlar. Bir çox hallrda belə özünü
təlqinlər müvəffəqiyyətlə nəticələnir. Lakin bu mümkün olmadıqda,
ətrafda baş verən hər şey — evdəki gərginlik, qəfil baş verən xəstəlik
və ölüm hadisəsi, qonşunun evinə oğru girməsi və s. uşaqda qorxu hissini
daha da artırır. Belə hallarda öz razılığı ilə onu uşaq psixoloqunun
yanına aparmaq məsləhətdir


Geri dön

..:MeleK kiz:..

  • 1 fevral 2012 17:58
  • Məqalə: 150
  • Şərh: 8828
  • Bal:
menim usaqlarim menden qorxmuyacaq

Avril_lavigne

  • 1 fevral 2012 11:39
  • Məqalə: 58
  • Şərh: 2603
  • Bal:
{awards}
cooooooooooooolll

--------------------
Terk edilmemis bir tek AYRILIK kaldi...

ILKIN97

  • 1 fevral 2012 00:30
  • Məqalə: 0
  • Şərh: 36
  • Bal:
{awards}
usaq vaxti ozum qaydasizlardan qorxurdum ama men indi....qaydasiz olmusam

Dalga

  • 31 yanvar 2012 23:10
  • Məqalə: 201
  • Şərh: 5400
  • Bal:
{awards}
Tewekkurler maraqlidir

--------------------

★Adriana★

  • 31 yanvar 2012 22:23
  • Məqalə: 238
  • Şərh: 2981
  • Bal:
{awards}
tesekkurler

--------------------

nar_18

  • 31 yanvar 2012 21:55
  • Məqalə: 0
  • Şərh: 3338
  • Bal:
{awards}
maraqli xebere gore teshekkur ...

--------------------
Susmaq qorxmaq ve ya qebul etmek deyildir: Anlayana cavabdir...

enigmatic_girl

  • 31 yanvar 2012 20:07
  • Məqalə: 2097
  • Şərh: 12943
  • Bal:
{awards}
Tərk edilmək qorxusu
sad

--------------------

generation

  • 31 yanvar 2012 19:50
  • Məqalə: 77
  • Şərh: 5430
  • Bal:
{awards}
maraqli xenere gore twk

--------------------
http://s53.radikal.ru/i139/1208/45/d3b34690d2c5.gif[center]
[center]♪♪ ((((|̲̅̅●̲̅̅|̲̅̅=̲̅̅|̲̅̅●̲̅̅|)))) Music is my life ♫ ► ▌▌ ♡

lamiye19

  • 31 yanvar 2012 19:16
  • Məqalə: 0
  • Şərh: 734
  • Bal:
{awards}
maraqli xeberdir twk wink

--------------------
ozunden bawqa hec kese inanma
cunki inandigin insan gun gelecek
sene arxadan zerbe vuracaq.......................

Taylor Swift

  • 31 yanvar 2012 19:11
  • Məqalə: 0
  • Şərh: 123
  • Bal:
{awards}
TESEKKURLER

TESEKKURLER

BORAN

  • 31 yanvar 2012 18:45
  • Məqalə: 8
  • Şərh: 168
  • Bal:
{awards}
sagolunnn :)

Mary

  • 31 yanvar 2012 18:40
  • Məqalə: 4
  • Şərh: 268
  • Bal:
{awards}
TESEKKURLER

★Miss Love★

  • 31 yanvar 2012 18:37
  • Məqalə: 77
  • Şərh: 10003
  • Bal:
{awards}
maraqli xeberdi sagol wink

✿Victoria✿

  • 31 yanvar 2012 18:28
  • Məqalə: 257
  • Şərh: 3406
  • Bal:
{awards}
TESEKKURLER MARAQLIDI

--------------------

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 0



Qonaqlar: 40
Cəmi: 50

 

Top 10 Müəllif

Nergiz__Sirinova
Xəbərləri: 2
Cəmi: 327
 
Pıtırcık
Xəbərləri: 2
Cəmi: 385
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1135
 
anar2012
Xəbərləri: 1
Cəmi: 26
 
Awk bir hayal
Xəbərləri: 1
Cəmi: 137
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
Demi Love
Xəbərləri: 1
Cəmi: 16
 
 
{slinks}