İmam Əliyyən-Nəqi əleyhissəlamın Mədinədən Samirraya gəlməsi

 
İmam Əliyyən-Nəqi əleyhissəlamın Mədinədən Samirraya gəlməsi

İmam Əliyyən-Nəqi əleyhissəlamın Mədinədən Samirraya gəlməsi

Mütəvəkkil İmam Əliyyən-Nəqi əleyhissəlamı öz nəzarəti altına almaq üçün ata-babalarının yolunu davam etdirir, nəyin bahasına olursa olsun, fikrini o Həzrət barədə rahat etmək istəyirdi. Bundan qabaq Mə’munun İmam əleyhissəlamın fəaliyyətini nəzarət altına almaqda işlətdiyi metodu müşahidə etdik. Onun İmam Cavad (əleyhissəlam) ilə qohumluq əlaqəsi yaratmasına baxmayaraq, o hətta Həzrətin evinin daxilində belə, onu nəzarət altında saxlaya bilmir. İmam Cavad (əleyhissəlam) şəhid olduqdan və İmam Əliyyən-Nəqi (əleyhissəlam) İmamət məqamına yetişdikdən sonra da bu planı həyata keçirməyin nə qədər lazım olduğunu həmin dövrün xəlifəsi çox yaxşı başa düşürdü. Çünki İmam Mədinədə qalıb xəlifənin nəzarətindən uzaq olsaydı, onda bu zalım hökumət üçün çox ciddi təhlükə yarada bilərdi. Buna görə də, xəlifə (Mütəvəkkil) bu təhlükə ehtimalının qarşısını almaq məqsədilə öz palnını həyata keçirməli idi. Belə ki, Mədinə hakiminin xəlifəyə verdiyi mə’lumat onu həddən artıq nigaran edir və nəticədə Mütəvəkkil o Həzrəti Mədinədən Samirayya gətizdirir.

İmam Əliyyən-Nəqi əleyhissəlamın Mədinədən Samirraya gəlməsi

Mədinə hakimi Abdullah ibn Məhəmməd Haşimi xəlifəyə göndərdiyi məktubda İmam Əliyyən-Nəqi əleyhissəlamın Mədinədə topladığı sosial baza haqqında mə’lumat verərək onu bərk qorxuya salır. Ancaq İmam Əliyyən-Nəqi (əleyhissəlam) Mütəvəkkilə bir məktub yazaraq Abdullahın dediklərinin yalan olduğunu bildirərək ondan xəlifəyə şikayət etdi. Mütəvəkkil də bir çox siyasətçilər kimi ikibaşlı bir işə əl ataraq bir tərəfdən Abdullah ibn Məhəmmədi işdən çıxarır, digər tərəfdən də öz katibinə tapşırır ki, İmam Əliyyən-Nəqi əleyhissəlama bir məktub yazsın. O, öz məktubu ilə zahirdə İmama olan əlaqəsini göstərmək istəyir, həqiqətdə isə məqsədi İmamı öz nəzarəti altına almaq idi. Az sonra Mütəvəkkilin İmama göstərdiyi təzyiqlər və onun üçün yaratdığı müşkülat barədə söhbət edəcəyik. Mütəvəkkilin İmama yazdığı məktub aşağıdakı məzmunda olmuşdur: “Allahın adı ilə! Şükürlər olsun Allaha ki, xəlifə səni yaxşı tanıyır, sizin şəxsiyyət və Peyğəmbərə (səlləllahu əleyhi və alih) olan qohumluğunuzu nəzər alır. Onun yeganə məqsədi Allahın və sizin razılığınızı cəlb etməkdir. O əmr verdi ki, sizin istəyinizə əsasən, sizə qarşı hörmətsizlik etmiş şəhərimizin ordu başçısı və İmam cüməsi Abdullah ibn Məhəmməd işdən çıxarılıb onun yerinə Məhəmməd ibn Fəzl işə tə’yin edilsin. Ona tapşırılmışdır ki, Allaha, Peyğəmbərə (səlləllahu əleyhi və alih) və Əmirəl-mö’mininə (Mütəvəkkilə) yaxın olmaq istəyirsə, sizə itaət edib sizə qarşı hörmətlə yanaşsın. Xəlifə (Mütəvəkkil) sizinlə əhdini təzələmək üçün sizi görmək arzusundadır. Əgər xəlifəni görmək istəyirsinizsə, öz ailə və dostlarınızla birlikdə onun yanına gələ bilərsiniz. Səfər ixtiyarı sizin öz əlinizdədir. Yolda istədiyiniz yerdə dayana bilərsiniz. İstəsəniz xəlifənin xadimi Yəhya ibn Hərsəmə sizin karvanı bura gətirib sizə qulluqçu olması ilə fəxr edər. Çünki siz bizim yanımızda böyük hörmətə maliksiziniz. Biz də öz növbəmizdə sizə böyük ehtiramla yanaşarıq. Vəs-səlamu əleykum və rəhmətullahi və bərəkatuh.”

İmam Əliyyən-Nəqi əleyhissəlamın Mədinədən Samirraya gəlməsi

Şübhəsiz ki, İmam Əliyyən-Nəqi (əleyhissəlam) Mütəvəkkilin fikrindəki pis məqsəddən xəbərdar idi. Ancaq Samirraya getməkdən başqa çarəsi yox idi. Çünki Mütəvəkkilin də’vətini qəbul etməmək o Həzrətdən şikayət edənlər üçün qəti bir sübut ola bilər, eyni zamanda Mütəvəkkili daha da qəzəbləndirib o Həzrətə daha artıq təzyiqlər göstərməsi üçün bir bəhanə ola bilərdi. İmam Əliyyən-Nəqi əleyhissəlamın sonralar Samirrada buyurduğu “Məni Mədinədən güclə Samirraya gətirdilər” cümləsi o Həzrətin Mütəvəkkilin məqsədindən xəbərdar olduğuna və məcburiyyət qarşısında qalaraq bu səfərə çıxdığına bir sübutdur. Bir sözlə, İmam Əliyyən-Nəqi (əleyhissəlam) Mütəvəkkilin o Həzrəti Samirraya də’vət etməsi məktubunu aldıqdan sonra Yəhya ibn Hərsəmə ilə Samirraya getməli olur.


Geri dön

Repery

  • 4 fevral 2012 22:09
  • Məqalə: 196
  • Şərh: 1506
  • Bal:
Allah razi olsun

--------------------

B_A_H_A_R

  • 31 yanvar 2012 23:34
  • Məqalə: 12
  • Şərh: 2880
  • Bal:
{awards}
ALLAH RAZI OLSUN TESEKKUR

--------------------
xosbextem cunki almagim gereken qisaslarini aldim)))) seni yandirdim yaaaa gerisi bosss

★Adriana★

  • 31 yanvar 2012 22:19
  • Məqalə: 238
  • Şərh: 2958
  • Bal:
{awards}
tesekkurler

--------------------

Angel-Feride

  • 31 yanvar 2012 21:54
  • Məqalə: 54
  • Şərh: 1027
  • Bal:
{awards}
Allah razi olsun.

nar_18

  • 31 yanvar 2012 21:34
  • Məqalə: 0
  • Şərh: 3291
  • Bal:
{awards}
teshekkur deyerli xebere gore ...

--------------------
Susmaq qorxmaq ve ya qebul etmek deyildir: Anlayana cavabdir...

Nurlan 98

  • 31 yanvar 2012 21:10
  • Məqalə: 0
  • Şərh: 216
  • Bal:
{awards}
ALLAH RAZI OLSUN

--------------------
Gördüyünü hər kəs sevər, sən onda heç kimin görmədiyini tapacaqsan. Əgər əsl sevgi istəyirsənsə; bədənə deyil, ürəyə toxun.

enigmatic_girl

  • 31 yanvar 2012 20:57
  • Məqalə: 2097
  • Şərh: 12715
  • Bal:
{awards}
tesekkur super idi... winked

--------------------

generation

  • 31 yanvar 2012 20:46
  • Məqalə: 77
  • Şərh: 5363
  • Bal:
{awards}
Allah razi olsun

--------------------
http://s53.radikal.ru/i139/1208/45/d3b34690d2c5.gif[center]
[center]♪♪ ((((|̲̅̅●̲̅̅|̲̅̅=̲̅̅|̲̅̅●̲̅̅|)))) Music is my life ♫ ► ▌▌ ♡

✿Victoria✿

  • 31 yanvar 2012 20:30
  • Məqalə: 257
  • Şərh: 3371
  • Bal:
{awards}
TESEKKURLER

--------------------

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 3
Qonaqlar: 41
Cəmi: 72

 

Top 10 Müəllif

The Shield
Xəbərləri: 64
Cəmi: 239
 
NIGAR
Xəbərləri: 64
Cəmi: 878
 
Limon qoxusu
Xəbərləri: 59
Cəmi: 80
 
Nergiz__Sirinova
Xəbərləri: 30
Cəmi: 552
 
aytc.sza
Xəbərləri: 28
Cəmi: 30
 
♔Hе важно∞
Xəbərləri: 27
Cəmi: 283
 
Lmzade
Xəbərləri: 27
Cəmi: 28
 
_Qismet_
Xəbərləri: 6
Cəmi: 805
 
..::Kitty::..
Xəbərləri: 5
Cəmi: 18
 
Yagmur_Gözlum
Xəbərləri: 4
Cəmi: 6
 
 
{slinks}