Mənə sənin səsini eşitməyi qadağan elə

 
Mənə sənin səsini eşitməyi qadağan elə

Mənə sənin səsini eşitməyi qadağan elə.

O zaman mən hər yerdə onu eşitməyə başlayaram.Küçə ilə gedərkən yarpaqlar pıçıltı ilə sənin səsinlə danışacaq.Külək saçlarımla oynayaraq öz şübhələrini sənin səsinlə mənimlə bölüşəcək.Yağış göz yaşlarına dönüb gah üzümü isladacaq,gah damları döyəcləyəcək bu anlaşılmazlıqda çaşıb qalaraq...

o da sənin səsinlə.

Bəlkə onun damcıları qəlbimi işıqlı notlara qərq edərək gözlərimdə əks olunacaq?

Ürəyimin döyüntüləri sənin səsinlə sirlərini mənə çatdıracaq,gah həyəcanla vuraraq sinəmdən çıxmağa can atacaq,gah da sakitləşərək həzin-həzin döyünəcək.
Mənə gözlərinə baxmağı qadağan elə.

O zaman mən səmada ulduzları axtarmağa başlayaram.
Onları soyuq parıltısı məni ölmək arzusuna gətirənədək. Mən günəşə baxaram...Əllərimlə gözlərimi tutmadan, onun parlaq şüaları qəlbimə işləyə bilsin deyə.

Mən buludlarla baxışaram-ciddi-ciddi...İldırımın çaxmasına imkan vermədən hirsli halda bir yerə toplaşan buludlarla.Qəlbimin istiliyini onlarla bölüşərəm,bəlkə bu istilik onların qəzəbini əridə,şəffaf axın yarana,məni öz qoynuna alıb özü ilə apara.
Mənə sənə toxunmağı qadağan elə.

Mən də ocaq qalayıb onun oduna isinərəm
.Əllərimi onun alovlanan dillərinə yaxınlaşdıraram ki, buzlamış sənə həsrət barmaqlarımı yandırsın. Qoy mən kənara çəkilə bilməyim və yanım. Axı mən hələ yanmadan sevməyi öyrənməmişəm. Qoy alovun acı dilləri bunu mənə öyrətsin.
Səni itirməyə icazə ver mənə.
Mən qulaq asaram sənə.Düzdü ola bilər ki,mən yolumu itirim,qarışıqlıqda azım.

O zaman sən özün məni taparsan,qarşımda cığır açaraq yolu göstərərsən.
Sənin haqda susmağıma icazə ver mənə.

Mən yenə sənə qulaq asaram.

Amma onda sən özün məni danışdırmağa çalışarsan,ətrafımda səs küy yaradaraq.
Səni unutmağa icazə ver mənə.

Mən unudaram.O zaman sən yenidən özünü xatırlatmağa başlayarsan.

Payız yağışına dönüb pəncərəmə damlalardan naxışlar çəkərsən.

İcazə ver bilim ki,sənə lazım deyiləm.


Mən sənə inanaram.Mən yox olaram,günəş kimi bataram,yerimi gecələrə verərəm.

O zaman sən məni tutarsan,qaranlıqları ulduzlara qərq edərsən məni tapmaq üçün.

Sən məni inandırmağa çalış...

inandır ki,bu sondur.Hər şey geridə qalıb.Hər şey bitib.Ancaq xatirələrdi yaşayan.İnandır ki,sən daha mənə lazım deyilsən.Mən sənin haqda arzulamıram.Mən daha nağıllara inanmıram.Mən daha yuxularına gəlmirəm.İnandır ki....

Və mən sənə inanmaram.Mən bunlara heç vaxt inanmaram.

Bəs sən necə,inandıra bilərsənmi?


Geri dön

VIPTOZ

  • 3 fevral 2012 18:09
  • Məqalə: 1
  • Şərh: 4388
  • Bal:
xosuma geldi.maraqliydi.ezyete gore tsk. winked


sensizliyi daha yasamaga son qoymaq isteyirem

57GUN

--------------------
UNUTMA!SENE ISIQ TUTANLARA KUREYINI DONSEN,GORECEYIN TEK SEY OZ QARANLIGINDIR!!!

B_A_H_A_R

  • 1 fevral 2012 01:09
  • Məqalə: 12
  • Şərh: 2919
  • Bal:
{awards}
TESEKKUR EZIYYETE GORE

--------------------
xosbextem cunki almagim gereken qisaslarini aldim)))) seni yandirdim yaaaa gerisi bosss

angel gunay

  • 1 fevral 2012 00:06
  • Məqalə: 31
  • Şərh: 843
  • Bal:
{awards}
Sən məni inandırmağa çalış...

inandır ki,bu sondur.Hər şey geridə qalıb.Hər şey bitib.Ancaq xatirələrdi yaşayan.İnandır ki,sən daha mənə lazım deyilsən.Mən sənin haqda arzulamıram.Mən daha nağıllara inanmıram.Mən daha yuxularına gəlmirəm.İnandır ki....

--------------------
Mən heç vaxt mənə inanan insanı aldatmaram amma mənə inanmiyana da düzünü subut etdirmərəm

nar_18

  • 31 yanvar 2012 22:52
  • Məqalə: 0
  • Şərh: 3338
  • Bal:
{awards}
super teshekkur ...

--------------------
Susmaq qorxmaq ve ya qebul etmek deyildir: Anlayana cavabdir...

generation

  • 31 yanvar 2012 19:08
  • Məqalə: 77
  • Şərh: 5430
  • Bal:
{awards}
superdri tewekkuirlet

--------------------
http://s53.radikal.ru/i139/1208/45/d3b34690d2c5.gif[center]
[center]♪♪ ((((|̲̅̅●̲̅̅|̲̅̅=̲̅̅|̲̅̅●̲̅̅|)))) Music is my life ♫ ► ▌▌ ♡

wehrizad

  • 31 yanvar 2012 18:45
  • Məqalə: 0
  • Şərh: 431
  • Bal:
{awards}
.AXI NIYE BUTUN BUNLARI ISTEYIRSEN?

--------------------
............................

✿Victoria✿

  • 31 yanvar 2012 17:38
  • Məqalə: 257
  • Şərh: 3406
  • Bal:
{awards}
TESEKKURLER

--------------------

Angel-Feride

  • 31 yanvar 2012 17:31
  • Məqalə: 54
  • Şərh: 1056
  • Bal:
{awards}
Mən sənə inanaram.Mən yox olaram,günəş kimi bataram,yerimi gecələrə verərəm.

O zaman sən məni tutarsan,qaranlıqları ulduzlara qərq edərsən məni tapmaq üçün.


LikeTheMy...

  • 31 yanvar 2012 16:43
  • Məqalə: 1
  • Şərh: 10
  • Bal:
{awards}
tesekkurlerrrr

--------------------
/A\S\R\A\F/

★Miss Love★

  • 31 yanvar 2012 16:33
  • Məqalə: 77
  • Şərh: 10003
  • Bal:
{awards}
elaaaaaaaaa xeberdi hami sevginin qedrini bie kaw

s_a_b_r_i_n_a

  • 31 yanvar 2012 16:19
  • Məqalə: 25
  • Şərh: 1011
  • Bal:
{awards}
tewekkurler...superiydi smile

--------------------

NeMo19

  • 31 yanvar 2012 15:57
  • Məqalə: 0
  • Şərh: 385
  • Bal:
{awards}
supeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeer.kas bezi bitdi bawlar sevginin qedrini bile

--------------------
ona verdiyin deyeri seni vermiyenle dost olma MEHEMMED PEYGEMBER S.A.A.S.

enigmatic_girl

  • 31 yanvar 2012 15:56
  • Məqalə: 2097
  • Şərh: 12943
  • Bal:
{awards}
tesekkurler supper idi..... winked

--------------------

Sadece_ROmantik

  • 31 yanvar 2012 15:50
  • Məqalə: 0
  • Şərh: 18
  • Bal:
{awards}
maragli idi ,,, sagolun

BORAN

  • 31 yanvar 2012 15:43
  • Məqalə: 8
  • Şərh: 168
  • Bal:
{awards}
maraqlidi sagolun

Miss Lady

  • 31 yanvar 2012 15:27
  • Məqalə: 180
  • Şərh: 2255
  • Bal:
{awards}
supeeeeeeeeer.ela xeberdi.ellerine saglid AMANDA_O........

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 2
Qonaqlar: 44
Cəmi: 70

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 7
Cəmi: 455
 
♔Hе важно∞
Xəbərləri: 3
Cəmi: 33
 
 
{slinks}