Sevmək nədir – bilirsənmi?
Bilmirsən, bilirəm...
Gecələri yuxusuz qaldığın olubmu?
Sabahları oyandığında da, gecələr gözlərini yumduğunda da, yemək yeyərkən də, söhbət edərkən də... mən yadına düşmüşəmmi?
Məni xatırladığında qeyri-ixtiyari gülümsünmüsənmi?
Sevdamıza tələsərkən ürəyin həsrətlə döyünnübmü?
Hər gün bir kəlmə şirin söz deməyə, səsimi eşitməyə, adımı qarşındakı ağ kağıza yazmağa ehtiyacın olubmu?
Olmayıb, bilirəm...
Gözəl evin, işin ola bilər...
Həyatından ləzzət ala bilərsən...
Dostlarının, tanışlarının sevimlisi ola bilərsən...
Hər şey əladı, düşünə bilərsən.
Bəs bunları bir anda göz qırpmadan belə mənim üçün itirə bilərsənmi?
Bilməzsən, bilirəm...
Bax... Qoru məni bütün dərdlərdən, bəlalardan...
Uzat qalan günləri..
Qaytar itirdiklərimi...
Qışımı bahara çevir, boranlı bir gündə mənə bir qucaq bənövşə dər.
Bir ovuc sevinclə qəlbimi şad eləmək keç bütün yolları...
Bacararsanmı?
Bacarmazsan, bilirəm...
Məni itirsən darıxarsan, qəmlənərsən...
Bəlkə məndən bir nişanə axtarıb kövrələrsən ...
Azdı... Bu azdı... bunu ki, bilirsən?
Hələ ki burdayam.. sənin olan... mən..
Sənsə... sən... sən...

Əfsanə olmaq istəyən bizimlədi ...
Sənin musiqi zövqün ...
Fikrini bizimlə paylaş ...
Söhbətə qoşul, yeni dostlar tap ...
Mobil əyləncə dünyan ...
Description