Sevgi testi

 
Sevgi testi

Hər qadın və hər kişi maraqlanır "görəsən sevdiyi insan onu nə qədər sevir?". Kimi bunu öyrənmək üçün tərəddüd edir, kimi isə talehi ilə razılaşır… Bu sualı öyrənmək üçün mənim sizə bir testim var. Buyurun testi həll edin və sizi nə qədər sevdiyini öyrənin.


1- Yoldaşlarınız olan digər cütlüklərlə restorana gedəndə o daima…
a. Sizin onsuz da onun yeməyindən dadacağınızı düşünər, canı nə istəyirsə onu sifariş verər.
b. Köhnə günləri yad etmək üçün köhnə vaxtları xatırladacaq bir paltar geyinər. Nə də olsa gecə baş-başa qalacaqsınız.
c. Söhbətin bir yerində mütləq sözü sizə duyduğu sevgiyə gətirər və etdiyiniz fədakarlıqlar üçün təşəkkür edər.


2- Bu gün sizin ad gününüz. Hədiyyəsi…
a. Həqiqətən ehtiyyacınız olan üç ədəd yeni paltar.
b. Baş-başa yemək üçün xüsusi hazırlanmış bir süfrə.
c. İzləmək istədiyiniz konsert üçün iki bilet.

3- İkiniz də işdən yeni çıxdınız. O…
a. Gününüzün necə keçdiyini soruşar və cavabınızı dinləyər.
b. Sizə darıxdığını söyləyər.
c. Klassik bir "kef-hal" edər və təkrarlanan danışıqlara başlayarsınız.


4- Bütün günü stress və çətinlik dolu keçirdiniz. O…
a. Aromatik yağlarla sizi rahatlaşdıran masaj edər, sonra da isti bir duş hazırlayar.
b. Probleminizi dinləyər, təbii olaraq sizə haqq verər.
c. Mövzuya bağlı olaraq taktika inkişaf etdirməyinizin lazım olduğunu söyləyər və köməkçi olacaq təkliflər deyər.

5- Mübahisə etdiniz və haqsız olduğunu bilir. Uzun bir səssizlikdən sonra…
a. Güldürür, zarafatlarla gərginliyi azaltmağa çalışar.
b. Mövzunu dəyişdirər və birdən o gün başından keçən maraqlı bir hadisəni danışmağa başlayar.
c. Yanına gələr, üzr istəyər.

6- Çox əsəbisiniz.O…
a. Hər söylədiyinizə sakit və gülümsəyərək cavab verər.
b. Sizin söylədiyiniz hər şeyə qarşı reaksiya verər.
c. Sinirlərinizin gərgin olmasının onun günahı olmadığını söyləyər və bir müddətə sizinlə mübahisə etməməyə çalışar.


7- Ən sevdiyiniz əmi oğlunuz yaxın zamanda evlənir. Toyda geyəcəyiniz paltarı almaq üçün sevgilinizlə alış-verişə çıxırsınız.
a. "Bu alış-verişi birlikdə etmək məcburiyyətindəyikmi, sən həftə sonu rəfiqən ilə çıxardın kaş" deyər və günü sizə zəhər edəcəyinin ilk siqnallarını verər.
b. Girdiyiniz dördüncü mağazada sıxıldığını hiss etdirər və evə qayıtmaq istədiyini söyləyər.
c. Girmək istədiyiniz hər mağazaya girməyinizi və paltar tapmağınızı təmin edər, ancaq siz heç cür bəyənə bilməzsiniz.

Bal vermə

1 a. 1 b. 2 c. 3
2- a. 2 b. 3 c. 1
3- a. 2 b. 3 c. 1
4- a. 3 b. 1 c. 2
5- a. 2 b. 1 c. 3
6- a. 3 b. 1 c. 2
7- a. 1 b. 2 c. 3


1-lər çoxdursa,

Onun sevgisindən şübhə etməkdə haqlı olduğunuzu söyləmək olar. Bu qədər zamandır birlikdə olduğunuza görə sizi sevdiyi məlumdur, ancaq qəti olan bir məsələ də var, o da sevgisini sizin qədər göstərə bilmədiyi ya da sizin sevgi ehtiyacınızı kifayət qədər qarşılaya bilmədiyidir. Amma bu mövzuda tək günahkarın sevdiyiniz adam olduğunu düşünürsünüzsə, aldanırsınız. Ehtiyyaclarınızı ona kifayət qədər izah edə bilməsəniz, bu problemin qaynağı siz də ola bilərsiniz. Unutmayın, hər kəs duyğularını hər vaxt çox rahat göstərə bilmir.


2-lər çoxdursa,

Bəzən onun sevgisindən əmin ola bilmədiyiniz düzdür. Ancaq bu adamın sizi sevdiyini bilir və hiss edirsinizsə, sizi bəzən sevib, bəzən də sevmədiyini düşünməyiniz yersiz olar. Çünki sevgi bir dəfəlikdir, ya sevirsiniz ya da sevmirsiniz. Sizi bu gün sevirsə, əmin olun sabahısı gün də sevir. Bu vəziyyətdə sizi sevmədiyini ya da kifayət qədər diqqət göstərmədiyini düşündüyünüz zamanlarda, onun həyatında başqa bir problemin olub-olmadığını öyrənməyə çalışın.


3-lər çoxdursa,

Çox şanslı olduğunuzu söyləmək mümkündür, siz ehtiyacınız olan bütün sevgini ondan asanlıqla ala bilirsiniz. Bir kişinin hisslərini asanlıqla göstərən bir xüsusiyyətə sahib olması hər qadının axtarıb tapa bilmədiyi bir şeydir, sırf bu səbəbə ona təşəkkür edə bilərsiniz. Onun duyğularını bu qədər rahat və açıq göstərməsi sizə qarşı çox həssas və səbirli olduğu göstərir. Hər kişi bu qədər səbirli olmaz, onun qiymətini bilin.


Geri dön

Ulya

  • 24 oktyabr 2010 20:18
  • Məqalə: 1911
  • Şərh: 13813
  • Bal:
recourse recourse

Azeri_Gozeli

  • 24 oktyabr 2010 13:07
  • Məqalə: 91
  • Şərh: 2393
  • Bal:
{awards}
tesekkurler

--------------------
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 1
Qonaqlar: 31
Cəmi: 45

 

Top 10 Müəllif

♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 1
Cəmi: 1135
 
Awk bir hayal
Xəbərləri: 1
Cəmi: 137
 
Nergiz__Sirinova
Xəbərləri: 1
Cəmi: 327
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
Pıtırcık
Xəbərləri: 1
Cəmi: 385
 
 
{slinks}