Səhv etməyə öyrəşməyin!

 
Səhv etməyə öyrəşməyin!

İnsan səhv edir. Bu təbiidir.
Öz səhvinə bəraət qazandırmaq istəyir. Bu da təbiidir.
Amma bu hal vərdişə keçməyənə kimi təbiidir.


Səhvlərin sayının artması və hər birinə bəraət qazandırılması insanın səhv etməyə öyrəşməsinə və ən nəhayət uçuruma gedib çıxmasına səbəb ola bilər.
Filankəs naxələf çıxdı, filankəs pis idi, filankəs məni aldatdı və s...
Bu kimi bəraətlər özünü tənqid hissini öldürür.
İnsan ətrafı olduğu kimi deyil, öz prizmasından görməyə başlayır.


Biz çox vaxt öz arzularının gerçəkliklə üst-üstə düşdüyünə inanırıq, amma həyat zərbələr vurduqca, maneələr artdıqca yanıldığımızı anlayır, anladıqca, özümüzü sındırmayaraq təsəlli verməyə çalışırıq.
Hadisələrlə planlarımız tutarkən özümüzü xoşbəxt və şanslı bilirik.
Elə ki, hadisələr istədiyimiz axarda getmir, o zaman məyusluq, depressiya və əsəbiliklər başlayır.
Əslində bizi üzən yanılmalarımızdır, və əslində hər şey filankəsin pis olmasından irəli gəlmir.


Bəzi insanlar tərslik qanununa inanırlar.
Bəziləri özlərini qismətsiz hesab edib, özlərindən əllərini üzürlər.
Bu sonuncu vəziyyət psixoloji pozğunluqlara gətirib çıxara bilir.


Konfusinin bir kəlamı var:
"Hər atılan ox hədəfə dəymir, çünki insanların gücü eyni deyil".
Bəlkə əslində məsələ gücdə deyil, hədəfdədir?
Hədəf düzgün seçilməyəndə oxlar tamam başqa istiqamətdə uçur bəlkə?
Səhvlər təkrar-təkrar meydan oxuyur insana?


Hər nə isə, amma həyatda səhvlərə oyrəşmək olmaz.
Hər dəfə eyni səhvləri təkrarlamaqsa heç olmaz.
Düzdür, hər şeylə barışıb yaşamaq və yalnız sadə işlərdən yapışmaq maraqsızdır.
Amma hər dəfə və tez-tez gücünüzdən artıq sınaqlara düşməyin!
Şansınızı zorlamayın!
Bu sizi məyusluqlara gətirib çıxara bilər.
Və unutmayın ki, sizinlə birlikdə sizi sevənlər də məyus olurlar.
Onlara qıymayın!


Geri dön

Ulya

  • 24 oktyabr 2010 20:16
  • Məqalə: 1910
  • Şərh: 13796
  • Bal:
maraqli yaziya gore twk

--------------------

Azeri_Gozeli

  • 24 oktyabr 2010 12:17
  • Məqalə: 72
  • Şərh: 2331
  • Bal:
{awards}
tesekkurler

R_O_M_A

  • 24 oktyabr 2010 12:11
  • Məqalə: 463
  • Şərh: 1137
  • Bal:
{awards}
Bəzi insanlar tərslik qanununa inanırlar.
Bəziləri özlərini qismətsiz hesab edib, özlərindən əllərini üzürlər.
Bu sonuncu vəziyyət psixoloji pozğunluqlara gətirib çıxara bilir.

--------------------

OK

  • 24 oktyabr 2010 12:06
  • Məqalə: 174
  • Şərh: 1857
  • Bal:
{awards}
tsk

--------------------


Bu dünyada Sevgi YOXDUR !!!

♥Princess♥

  • 24 oktyabr 2010 12:05
  • Məqalə: 2188
  • Şərh: 7015
  • Bal:
{awards}
cox gozel movzudu tewekkurler

--------------------
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 



      Sorğu [?]

      LeGenD.Az Yeni Görünüşü ?

      Əla
      Yaxşı
      Normal
      Belədə
      Pis

      ToP 10 Şərhçi

      Online

      İstifadəçilər: 4
      Qonaqlar: 34
      Cəmi: 62

       

      Top 10 Müəllif

      enigmatic_girl
      Xəbərləri: 67
      Cəmi: 287
       
      _XADA_
      Xəbərləri: 65
      Cəmi: 426
       
      Love World
      Xəbərləri: 61
      Cəmi: 160
       
      MEGAN FOX
      Xəbərləri: 54
      Cəmi: 233
       
      Musique Sage
      Xəbərləri: 51
      Cəmi: 387
       
      dj_okush717
      Xəbərləri: 51
      Cəmi: 302
       
      green_15
      Xəbərləri: 49
      Cəmi: 206
       
      GüN_GüN
      Xəbərləri: 47
      Cəmi: 254
       
      _NICE_GIRL_
      Xəbərləri: 40
      Cəmi: 296
       
      Ay Prensesi
      Xəbərləri: 39
      Cəmi: 537