“Kurtlar Vadisi”ndə Abdülhey rolunu canlandıran Kənan Çoban toya xərclədiyi pulu arvadından geri istəyir. Söhbət 97 min 730 lirədən (55 min 200 dollar) gedir.
Aktyorun həyat yoldaşı Dilek Çobanın vəkili Haluk Degirmenci bununla bağlı açıqlama verib. O, əvvəlcə cütlüyün boşanması ilə bağlı xəbərləri təkzib edib. Vəkilin sözlərinə görə, Kənan Çobanın iddiası məhkəmədədir və cütlük rəsmən boşanmayıb. Boşanma iddiasının məhkəməyə sentyabrın 7-də verildiyini deyən müdafiəçi bildirib ki, tərəflər məhkəmənin qərarına hörmətlə yanaşacaqlar. Vəkil Kənan Çobanın toya xərclədiyi vəsaiti geri istəməsi faktını təsdiqləyib və onların da qarşılıqlı iddia ilə çıxış etdiklərini deyib.
Haluk Degirmenci onu da bildirib ki, Kənan Çoban artıq beş aydır ayrı yaşadığı həyat yoldaşına heç təzminat ödəməyib: “Nəinki təzminat, Kənan Çoban heç aliment tələblərini də qəbul etmir”.