Həzrət Rəsuli-Əkrəmdən (s) hikmətli kəlamlar

 
Həzrət Rəsuli-Əkrəmdən (s) hikmətli kəlamlar

Hər kəs sükut etsə nicat tapar. (O yerdə ki, danışmaq nəticə verməz.) Hər kəs Allaha görə təvazökarlıq etsə Allah onu ucaldar. Hər kəs təkəbbür etsə Allah onu xar edər.

Hər kəs başqalarının xətalarından keçsə, Allah da onun günahlarından keçər. Hər kəs başqalarını bağışlasa, Allah da onu əfv edər. Hər kəs müsibətə səbr etsə Allah onu (müsibəti) əvəz edər. Hər kəs öz qəzəbini udsa, Allah ona əcr verər. Hər kəs dolanışığında əndazə saxlasa Allah onun ruzisini verər. Hər kəs bədxərclik etsə Allah onun ruzisini kəsər. Hər kəs hökmdarların qapısına yaxınlaşsa əziyyət görər. Hər kəs öz malının müdafiəsi zamanı öldürülsə şəhid hökmündədir. (Bir şərtlə ki, özünü dünya malından ötrü bilərəkdən ölümə atmasın.)

Hər kəs öz ailəsini müdafiə edən zaman ölsə şəhid hesab olunar. Hər kəs öz dinini müdafiə edən zaman öldürülsə şəhid hökmündədir. Allah hər kəsi istəsə ona xeyir verər və ona dini bilik inayət edər. Hər kəs behiştin arzusundadırsa gərək xeyirli işlərə tələssin. Hər kəs atəşdən qorxur gərək şəhvətlərdən özünü qorusun.

Hər kəs ölüm intizarındadırsa gərək ləzzətlərə göz yumsun. Hər kəs dünyaya rəğbətsiz olsa müsibətlər ona asan gələr. Hər kəs öz əlaltılarının qollarının gücü hesabına izzət ələ gətirmək istəsə Allah onu zəlil edər. Hər kəs qarşı saxtakar və yalançı olsa bizdən deyil. Hər kəs bizim din işlərində özündən bidət (dində olmayan şeyi dinə aid etmək) icad etsə dindən çıxıb (müsəlman deyil).

Hər kəs aramla iş görsə öz məqsədinə yetişər və ya ona yaxınlaşar, amma hər kəs tələshik iş görsə ya xəta edər, ya da xətaya yaxınlaşar. Hər kəs xeyir əksə rəğbət və xoşluq biçər, hər kəs şər əksə peşmançılıq biçər. Hər kəs bilsə ki, Allah əvəz verir, səxavətlə bəxşiş verər. Hər kəs istəyir ən hörmətli şəxs olsun Allahdan qorxsun. Hər kəs istəyir ən ehtiyacsız şəxs olsun gərək öz əlində olandan daha çox Allahın əlində olana ümidvar olsun.

Hər kəs günah etməyə çalışsa, sonra məqsədindən dönsə onun üçün savab yazılar. Hər kəsə ki, Allah xeyir verib gərək həmin xeyrin əlaməti onda görsənsin. Hər kəsin danışığı çox olsa xətası da çox olar, hər kəsin xətası çox olsa günahı da çox olar, hər kəsin günahı çox olsa onun üçün atəş yaxşıdır. Hər kəs ruzi yolu tapsa əlindən buraxmasın, hər kəs ne`mət tapsa şükr etsin.

Hər kəs azdan ötrü şükr etməsə çoxdan ötrü də şükr etməz. Hər kəs müsibət üz verən adama təskinlik versə onun qədər savab əldə edər. Hər kəs mənim ümmətimlə xoş davransa Allah da onunla xoş davranar. Hər kəs xəstəyə baş çəksə behiştlik iş görüb. Hər kəs zalımla yol getsə günahkardır. (Bir şərtlə ki, ona zülm etməkdə kömək etsin və ya onun əlaltılarından hesab olunsun.)

Hər kəs müəyyən bir dəstəyə oxşasa onlardandır. (Yəni, öz əqidə və rəftarında hər hansı bir millətə oxşayan şəxs cəza və mükafatda da onlarladır.) Hər kəs elm tələbində olsa Allah onun ruzisinə zamindir. Hər kəsin elmi ona fayda verməsə, cəhaləti ona ziyan verər. Əməli onu geri aparan şəxsi nəsli irəli apara bilməz. Hər kəs qazi (qəzavət edən, mühakimə edən) olsa, başı bıçaqsız kəsilib.

Hər kəs öz malını əlində daşısa təkəbbürdən uzaqdır. Hər kəs şəfaəti inkar etsə ondan binəsib olar. Hər kəs yaxşı işdən xoşhal, pis işdən narahat olur mö`mindir. Hər kəs Allahdan qorxursa (cavanlıq və qüdrətli vaxtında) Ona itaət etməyə çalışsın və hər kəs çalışsa mənzilə yetişər. Hər kəs axirət izzət və şərəfini istəyir gərək dünya zinətlərindən əl çəksin.

Hər kəs gecə çox namaz qılsa, gündüz üzü nurani olar. Hər kəs dünyanı sevsə öz axirətinə ziyan vurur və hər kəs qəlbini axirətə bağlasa dünyaya zərər vurar. Hər kəs Allahın qüdrətini yüngül tutsa Allah onu xar edər və hər kəs Allahın qüdrətinə ehtiram etsə Allah onu əziz tutar. Hər kəs hansı işi sevsə - xeyir və ya şər - onu yerinə yetirən kimidir. Hər kəs Allahın adı ilə sizi sığınsa ona sığınacaq verin və hər kəs sizə Allaha and versə və nəsə istəsə, istədiyini ona verin.

Hər kəs sizi bir yerə dəvət etsə, dəvətini qəbul edin. Hər kəs sizə bir yaxşılıq etsə siz də onun əvəzini qaytarın. Əgər bacarmasınız həmin yaxşılıq ona çatana qədər onun üçün dua edin. Sizdən hər biriniz çox istədiyiniz (tamahınız çəkdiyiniz) bir şeyin ardınca gedəndə aramla gedin. Allah hər kəsə altmış il ömür versə (ömür cəhətdən) onun üçün heç bir üzr qoymayıb. Hər kəs gecəni səhər etsə və bir kəsə zülm etmək fikrində olmasa Allah onun günahlarını bağışlayar.

Hər kəs həya pərdələrini yırtsa, qeybəti yoxdur. (Onun barəsində edilən qeybət qeybət deyil.) Hər kəs öz pis əməlinə görə narahat olarsa istiğfar etməsə də Allah onu bağışlayar. Hər kəs Allahla görüşməyi sevirsə, Allah da onunla görüşməyi sevir, hər kəs ki, Allahla görüşməyi sevmir, Allah da onunla görüşməyi sevmir. Ondan elmi sual soruşularkən cavab verməyən alimin ağzına atəşdən yüyən vurular. Hər kəsin üzünə bir xeyir qapısı açılsa onu qənimət bilsin, hətta nə vaxt bağlanacağını bilməsə də.

Hər kəs öz qəzəbini işlədə bilsə və (Allaha xatir) onu sakitləşdirsə Allah onun qəlbini iman və əmniyyətlə doldurar. Hər kəs imanın ləzzətini dadmaq istəyirsə gərək saleh insanları sırf Allaha görə sevsin. Hər kəs qeyri-şər`i yolla pul ələ gətirsə onu çətin və xoşagəlməz işlərə xərcləməli olar. Hər kəs yoldaşlıq və mehribanlıqdan öz payını götürsə, dünya və axirətdən öz payını aparıb. Hər kəs Allaha olan məhəbbəti insanlara olan sevgidən üstün tutsa (Allahın məhəbbətini üstün tutsa) Allah onu camaatın şərindən qoruyar.

Hər kəs özünə behiştin ortasında məskən seçmək istəyirsə gərək xalqdan (yə`ni, müsəlmanların dini e’tiqad və göstərişlərindən ayrılmasın. Hər kəs peşman olduğu bey`əti pozsa, qiyamət günü Allah onun xatalarından keçər. Hər kəs ana və övladı arasında ayrılıq salsa, qiyamət günü Allah onunla dostları arasında ayrılıq salar. Hər kəs yoxsula əl tutsa Allah onun dünya və axirət işlərini asanlaşdırar. Hər kəs ona borclu olub borcunu qaytarmağa imkanı olmayan şəxsə möhlət versə və ya borcun müəyyən hissəsini ona bağışlasa qiyamət günündə (ilahi kölgədən olmayan bir zamanda başqa kölgə) Allah ona ərşin kölgəsində yer verər.


Geri dön

music_angel

  • 1 sentyabr 2011 13:47
  • Məqalə: 212
  • Şərh: 7767
  • Bal:
Allah razi olsun

--------------------

Ulya

  • 24 oktyabr 2010 20:01
  • Məqalə: 1911
  • Şərh: 13813
  • Bal:
{awards}
Allah razi olsun

Azeri_Gozeli

  • 23 oktyabr 2010 22:42
  • Məqalə: 91
  • Şərh: 2393
  • Bal:
{awards}
Allah razi olsun

--------------------
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 1
Qonaqlar: 21
Cəmi: 53

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 7
Cəmi: 455
 
♔Hе важно∞
Xəbərləri: 3
Cəmi: 33
 
 
{slinks}