Vəkillik əlaqə vasitəsi kimi

 
Vəkillik əlaqə vasitəsi kimi

Vəkillik əlaqə vasitəsi kimi

Şiə İmamlarının Abbasi xəlifələri dövründə üzləşdiyi böhranlı vəziyyət onları şiələrlə əlaqə saxlamaq üçün başqa bir vasitə axtarmağa məcbur etdi. Bu da İmamların şiələrlə əlaqə vasitəsi təşkil edib müxtəlif şəhər və kəndlərdə vəkillər və nümayəndələr tə’yin etməsindən ibarət olmuşdur. Bu hərəkətdən əsas məqsəd vəkillər vasitəsilə müxtəlif yerlərdən xüms, zəkat, nəzir, hədiyyə və bu kimi şeylərin yığılaraq İmama çatdırılması, həmçinin, şiələrin fiqhi və əqidəvi suallarına İmam tərəfindən cavab verilməsi və vəkillərin bu çətinlikləri siyasi nöqteyi-nəzərdən hazırkı vəziyyətlə uyuğunlaşdırması olmuşdur. İmamların fəaliyyətində bu hərəkətin böyük rolu olmuşdur. Samirra şəhərində ciddi nəzarət altına alınmış İmam Əliyyən-Nəqi (əleyhissəlam) atası İmam Cavad əleyhissəlamın icra etdiyi vəkil və nümayəndə tə’yinetmə işini davam etdirərək müxtəlif şəhər və kəndlərə vəkil və nümayəndələr tə’yin edirdi. Doğru yola yönəlmiş bu vəkillər yuxarıda qeyd olunmuş məqsədləri tam şəkildə tə’yin edirdilər.

Vəkillik əlaqə vasitəsi kimi

İmam Əliyyən-Nəqi (əleyhissəlam) ilə şiələr arasında bilavasitə əlaqənin olmaması vəkillərin məzhəbi və siyasi rolunu gücləndirdi, belə ki, onların, işləri səliqə-səhmana salmaqda məs’suliyyətləri daha da artdı. Vəkillər get-gedə şiələrin işini idarə etməkdə dəyərli təcrübələr əldə edirdilər. Bir çox tarixi faktlar göstərir ki, vəkillər müxtəlif məntəqələrə əsasən, şiələri aşağıdakı dörd qrupa bölmüşdülər:

Bağdad, Mədain və Kufə (İraq) məntəqəsi;
Bəsrə və Əhvaz məntəqəsi;
Qum və Həmədan məntəqəsi;
Hicaz, Yəmən və Misir məntəqəsi.


Vəkillik əlaqə vasitəsi kimi

Bu məntəqələrin hər biri üçün xüsusi vəkil tə’yin edilir, onlar da özlərinə yerli əhalidən işçilər seçirdilər. Bu nümayəndəliyin fəaliyyətini İmam Əliyyən-Nəqi əleyhissəlamın nümayəndələrə verdiyi göstərişlərdə müşahidə etmək olar. Rəvayət olunmuşdur ki, İmam Əliyyən-Nəqi (əleyhissəlam) hicrətin iki yüz otuz ikinci ilində öz məntəqə (Bağdad) vəkili Əli ibn Bilala yazmışdır: “...Mən Əbu Əli ibn Raşidi Əli ibn Hüseyn ibn Əbdürrəbbihin yerinə vəkil tə’yin edirəm. Bu məs’uliyyəti ona görə onun öhdəsinə qoyuram ki, o, bu iş üçün lazımi səlahiyyətə kifayət qədər malikdir. Belə ki, bu işdə heç kəs ondan üstün ola bilməz. Bilirəm ki, o məntəqənin böyüyü sənsən, buna görə də, səni bu işdən xəbərdar etmək istədim. Eyni zamanda sən də ona tabe olmalı və toplanmış şər’i vergiləri ona göndərməlisən. Bütün şiələri bu işdən xəbərdar et və o, öz vəzifəsini layiqincə yerinə yetirsin deyə, onları da ona tabe olmağa və ona kömək etməyə də’vət et...”

Həmçinin, İmam Əliyyən-Nəqi (əleyhissəlam) öz vəkillərindən biri olan Əyyub ibn Nuha yazmışdı: “Ey Əyyub ibn Nuh! Mənim göstərişim sənə çatdıqdan dərhal sonra Əbu Əli ilə müxalifətçilikdən əl çək. Hər ikiniz öz məntəqənizdə öhdənizə düşən vəzifəni yerinə yetirməlisiniz. Belə olduğu halda, öz vəzifənizi mənimlə məsləhətləşmədən də yerinə yetirə bilərsiniz. Ey Əyyub, mənim göstərişimə əsasən, bundan sonra Bağdad və Mədain camaatından heç bir şeyi (şər’i vergini) qəbul etmə və onlardan heç birinə mənimlə görüşməyə icazə vermə! Əgər sənin öz məs’uliyyət çərçivəndən kənar olan bir şəxs sənə şər’i vergi versə, ona de ki, aparıb öz məntəqə vəkilinə versin.

Vəkillik əlaqə vasitəsi kimi

Ey Əbu Əli! Sənə də göstəriş verirəm ki, eynilə Əyyuba verdiyim göstərişi yerinə yetirəsən.”
İmam Əliyyən-Nəqi (əleyhissəlam) Əbu Əli ibn Raşidin vasitəsilə Bağdad, Mədain və Kufədəki şiələrinə də bir məktub göndərir. Məktubda deyilir: “...Mən Əbu Əli ibn Raşidi Hüseyn ibn Əbdürrəbbih və digər keçmiş vəkillərimin yerinə vəkil tə’yin edirəm. O, mənim yanımda artıq Hüseyn ibn Əbdürrəbbih vəzifəsini daşıyır. Şər’i vergilərin toplanması baxımından digər vəkillərin də ixtiyarını ona verərək, bu işə layiq olduğuna görə onu sizin işlərinizi idarə etmək üçün tə’yin edirəm. Siz şər’i vergilərinizi ona verin. Öz əlaqənizi əsla onunla pozmayın və ona qarşı çıxmaq fikrini başınızdan çıxarın. Allaha itaət etməyə, əmlakınızı təmizləməyə tələsin, bir-birinizin qanını tökməyin, xeyir işlərdə, təqvada bir-birinizə əl tutun. Allah rəhmətinə nail olmaq istəyirsinizsə, təqvalı olun! Hamılıqla Allahın ipindən (dinindən) yapışın və müsəlman halında ölün. Ondan (Əbu Əlidən) itaət etmək mənə itaət etmək, onun sözündən çıxmaq mənim sözümdən çıxmaq deməkdir. İşinizi elə bu cür davam etdirin, Allah da sizə xeyir verər və Öz mərhəməti sayəsində vəziyyətinizi yaxşılaşdırar. O, (Allah) həddən artıq səxavətli, bəndələrinə münasibətdə isə həddən artıq mehribandır. Biz və siz Onun himayəsi altındayıq. Bu məktubu öz xəttimlə yazıram. Sonsuz şükr və həmd təkcə Allaha məxsusdur.”

Vəkillik əlaqə vasitəsi kimi

Bağdad ətrafındakı Hamiya kəndinin sakini Əli ibn Cə’fər də İmam Əliyyən-Nəqi əleyhissəlamın vəkillərindən biri idi. Onun fəaliyyəti barədə Mütəvəkkilə xəbər çatmış, Mütəvəkkil onu tutaraq həbs etmişdi. Uzun müddət həbsdə qaldıqdan sonra azad olmuş, sonra da İmam Əliyyən-Nəqi əleyhissəlamın sifarişi ilə Məkkəyə gedib orada yaşamağa başlamışdır.

İmam Əliyyən-Nəqi əleyhissəlamın nümayəndələri arasında İbrahim ibn Məhəmməd Həmədaninin də adını qeyd etmək lazımdır. İmamın ona yazdığı məktubda deyilir: “Göndərdiyin şər’i vergilər gəlib çatdı. Allah səndən qəbul etsin, şiələrimizdən də razı qalsın və onları dünya və Axirətdə bizimlə bir yerdə qərar versin...”

Bu məktubdan açıq-aşkar mə’lum olur ki, İmam, İbrahimi nümayəndə tə’yin etmiş və (ola bilsin ki, öz vəzifəsindən əlavə) şiələrdən toplanmış şər’i vergiləri də, o Həzrətə çatdırırmış. İmam Əliyyən-Nəqi (əleyhissəlam) onun bu fəaliyyətini təqdirəlayiq bilib mövqeyini möhkəmlətmək üçün ona yazır: “Nəzr ibn Məhəmməd Həmədaniyə bir məktub yazıb tapşırdım ki, həm sənə e’tiraz etməsin, həm də sənə qarşı çıxmasın. Sənin mənim yanımda olan mövqeyini ona bildirdim. Əyyub ibn Nuh Fərraca da eynilə bu tapşırığı tapşırdım. Həmçinin, Həmədandakı şiələrimizə məktub yazıb onlara tapşırdım ki, sənə itaət etsinlər. Həm də onlara bildirdim ki, mənim o məntəqədə səndən başqa nümayəndəm yoxdur.”

Vəkillik əlaqə vasitəsi kimi

Bir sözlə, nümayəndələrin apardığı fəaliyyət, xüsusən də, Mütəvəkkilin hakimiyyəti dövründəki fəaliyyətləri göz qabağındadır. Mütəvəkkil Ələvilərlə düşmənçiliyi olan şəxsləri özünə tərəf cəlb edərək onları, Ələvilərin gizli şəkildə apardığı fəaliyyətini dayandırmağa sövq edirdi. O, şiələri tutub həbs etmək məqsədilə bir sıra nizami hərəkətə əl atır və özü də bu hərəkətini çox ciddiyyətlə həyata keçirirdi. Onun bu hərəkəti İmamın Bağdad, Mədain və Kufədəki bə’zi vəkillərinin ölümünə, bə’zilərinin isə həbs edilməsinə gətirib çıxarır. Mütəvəkkilin bu hərəkəti vəkillik əlaqəsinə ciddi sarsıntılar varid etsə də, İmam Əliyyən-Nəqi (əleyhissəlam) öz gözəl təcrübələri nəticəsində bu əlaqəni daima fəal saxlayırdı.


Geri dön

.♣.Chrysalis.♣.

  • 7 fevral 2012 03:12
  • Məqalə: 784
  • Şərh: 6329
  • Bal:
Allah razi olsun

--------------------
"Kimsəni yorğanın altında gözyaşlarınızı pijamanızın qoluyla siləcək qədər çox sevməyin"

Repery

  • 4 fevral 2012 22:06
  • Məqalə: 196
  • Şərh: 1555
  • Bal:
{awards}
Allah razi olsun

--------------------

enigmatic_girl

  • 3 fevral 2012 13:37
  • Məqalə: 2097
  • Şərh: 12943
  • Bal:
{awards}
tesekkurler....

--------------------

Sevgisiz_Dunya

  • 3 fevral 2012 09:08
  • Məqalə: 0
  • Şərh: 29
  • Bal:
{awards}
eziyyete gore coooox sagolun winked

APPLY

  • 2 fevral 2012 18:09
  • Məqalə: 30
  • Şərh: 516
  • Bal:
{awards}
Allah razı olsun

Allah razı olsun

--------------------
♥ ♥ ♥ ♥ ♥

Ìtirdim deyə düşündüklərin bəlkə də xilas olduqlarindir...!♥ ♥ ♥♥
.

faithful

  • 2 fevral 2012 16:23
  • Məqalə: 56
  • Şərh: 1046
  • Bal:
{awards}
teshekkur :))))

nar_18

  • 2 fevral 2012 14:10
  • Məqalə: 0
  • Şərh: 3338
  • Bal:
{awards}
teshekkur xebere gore ...

--------------------
Susmaq qorxmaq ve ya qebul etmek deyildir: Anlayana cavabdir...

ASMIYA

  • 2 fevral 2012 13:51
  • Məqalə: 107
  • Şərh: 1534
  • Bal:
{awards}
EZIYYETINIZ UCUN COX SAGOLUN

--------------------


✿Victoria✿

  • 2 fevral 2012 13:24
  • Məqalə: 257
  • Şərh: 3406
  • Bal:
{awards}
THANK YOU SO MUCH

--------------------

generation

  • 2 fevral 2012 13:07
  • Məqalə: 77
  • Şərh: 5430
  • Bal:
{awards}
Allah razi olsun

--------------------
http://s53.radikal.ru/i139/1208/45/d3b34690d2c5.gif[center]
[center]♪♪ ((((|̲̅̅●̲̅̅|̲̅̅=̲̅̅|̲̅̅●̲̅̅|)))) Music is my life ♫ ► ▌▌ ♡
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 1
Qonaqlar: 29
Cəmi: 44

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 32
Cəmi: 447
 
Nergiz__Sirinova
Xəbərləri: 22
Cəmi: 372
 
♔Hе важно∞
Xəbərləri: 13
Cəmi: 31
 
Mövlud Ağamməd
Xəbərləri: 4
Cəmi: 24
 
_TUNAR_MAMEDOV_
Xəbərləri: 2
Cəmi: 673
 
Ufuk Kazimi
Xəbərləri: 1
Cəmi: 2
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 1
Cəmi: 1139
 
TacsizKRalica
Xəbərləri: 1
Cəmi: 2
 
m_aynur97
Xəbərləri: 1
Cəmi: 1
 
FullFidawka
Xəbərləri: 1
Cəmi: 2
 
 
{slinks}