Həzrət Məhdi (əleyhissəlam) ilə görüş

 
Həzrət Məhdi (əleyhissəlam) ilə görüş

İmam Həsən Əskəri əleyhissəlamın həyatından danışarkən geniş mə’lumat verdiyimiz kimi, zalım Abbasi hökuməti o Həzrətin (İmam Əskəri əleyhissəlamın) oğlunu ələ keçirib öldürmək məqsədilə İmam Əskəri əleyhissəlamın evini ciddi nəzarət altında saxladığından, İmam Məhdi əleyhissəlamın anadan olması İmam Həsən Əskəri əleyhissəlamın qabaqcadan hazırladığı dəqiq və ölçülmüş plan əsasında çox gizli şəkildə və camaatın (hətta şiələrin) gözündən uzaq bir şəraitdə baş vermişdir. Bu barədə ən mö’təbər xəbəri o Həzrətin anadan olmasının yaxından şahidi olmuş İmam Həsən Əskəri əleyhissəlamın bibisi Həkimə xanım vermişdir.

Qeyd etmək lazımdır ki, o Həzrətin gizli şəkildə anadan olması bu demək deyil ki, sonralar, yə’ni, İmam Həsən Əskəri əleyhissəlamın sağ olduğu müddətdə Həzrət Məhdi əleyhissəlamı beş-altı yaşına qədər heç kəs görməmişdir. Xeyr, şiələrdən xüsusi adamlar müxtəlif vaxtlarda və müxtəlif münasibətlərlə o Həzrəti görməyə nail olmuş, beləliklə də, onun anadan olmasına yəqinlik taparaq, lazım gəldikdə başqa şiələrə də bu haqda mə’lumat verirdilər. (Necə ki, bu görüşlərdən birini İmam Həsən Əskəri əleyhissəlamın həyatından danışarkən qeyd etmişdik.) Alimlər bu görüşlər barədə geniş şəkildə açıqlamalar vermiş, lakin bunların içərisində ən əsası çox güman ki, İmam Həsən Əskəri əleyhissəlamın qırx səhabəsinin o Həzrətlə görüşü olmuşdur. Bu görüş aşağıdakı şəkildə baş vermişdir.

Həsən ibn Əyyub ibn Nuh deyir: “İmam Həsən Əskəri əleyhissəlamdan sonrakı İmamın kim olacağı barədə soruşmaq üçün o Həzrətin yanına getdik. Biz qırx nəfər idik. (Sonradan İmam Məhdi əleyhissəlamın xüsusi vəkillərindən biri olmuş) Osman ibn Səid Əmri ayağa qalxıb dedi: “Sizin məndən daha yaxşı bildiyiniz bir məsələ barədə soruşmaq istəyirəm.” İmam Həsən Əskəri (əleyhissəlam) Osmana “Əyləşin” - deyə cavab verdi. Osman narahat halda məclisdən çıxmaq istədi. İmam buyurdu: “Heç kim durub getməsin.” Buna görə də, kimsə qırağa çıxmadı. Bir qədər keçdikdən sonra İmam Əskəri (əleyhissəlam) Osmanı dilləndirdi. O ayağa qalxdı. İmam ona buyurdu: “İstəyirsiniz, bura nə üçün gəldiyinizi deyim?” Hamı “Buyurun!” -deyə cavab verdi. İmam buyurdu: “Bura məndən sonra kimin İmam olacağı barədə soruşmaq üçün gəlmisiniz.” Hamı “Bəli” dedi. Bu vaxt ay kimi işıqlı (nurani), İmam Həsən əleyhissəlama oxşayan bir oğlan (uşağı) içəri daxil oldu. İmam Həsən Əskəri (əleyhissəlam) ona işarə edərək buyurdu: “Bu, məndən sonra sizin İmamınız, mənim sizin aranızdakı canişinimdir. Onun əmrinə tabe olun və məndən sonra ixtilaf yaratmayın. Yoxsa özünüz həlak, dininiz isə məhv olub gedər...”


Geri dön

enigmatic_girl

  • 3 fevral 2012 14:39
  • Məqalə: 2097
  • Şərh: 12715
  • Bal:
tesekkurler...winked

--------------------

generation

  • 2 fevral 2012 22:14
  • Məqalə: 77
  • Şərh: 5363
  • Bal:
{awards}
Allah razi olsun

--------------------
http://s53.radikal.ru/i139/1208/45/d3b34690d2c5.gif[center]
[center]♪♪ ((((|̲̅̅●̲̅̅|̲̅̅=̲̅̅|̲̅̅●̲̅̅|)))) Music is my life ♫ ► ▌▌ ♡

_TUNAR_MAMEDOV_

  • 2 fevral 2012 21:52
  • Məqalə: 673
  • Şərh: 4779
  • Bal:
{awards}
ALLAH RAZI OLSUN deyerli yazi ucun

--------------------

nar_18

  • 2 fevral 2012 19:13
  • Məqalə: 0
  • Şərh: 3291
  • Bal:
{awards}
teshekkur edirem xebere gore ...

--------------------
Susmaq qorxmaq ve ya qebul etmek deyildir: Anlayana cavabdir...

RoMaNTiK SerSeRi

  • 2 fevral 2012 18:35
  • Məqalə: 515
  • Şərh: 3322
  • Bal:
{awards}
Allah razi olsunn

--------------------
`-Mutlu Olmak Icin Hic Kimseye Gerek Yok!
`-aL Telefonu Tak Kulakligi `Sabaha Kadar ^^

APPLY

  • 2 fevral 2012 18:02
  • Məqalə: 30
  • Şərh: 503
  • Bal:
{awards}
allah razi olsunnnnnnnnnnnn

--------------------
♥ ♥ ♥ ♥ ♥

Ìtirdim deyə düşündüklərin bəlkə də xilas olduqlarindir...!♥ ♥ ♥♥
.
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 6
Qonaqlar: 47
Cəmi: 72

 

Top 10 Müəllif

NIGAR
Xəbərləri: 34
Cəmi: 581
 
♔Hе важно∞
Xəbərləri: 16
Cəmi: 108
 
Nergiz__Sirinova
Xəbərləri: 12
Cəmi: 421
 
Sol Meleyim
Xəbərləri: 10
Cəmi: 23
 
AyliN BunyaminovA
Xəbərləri: 9
Cəmi: 400
 
MiSS HaPPy)
Xəbərləri: 7
Cəmi: 17
 
คşк łคfтคɴ คɴłคмคz ❤
Xəbərləri: 4
Cəmi: 670
 
Gozellik_
Xəbərləri: 3
Cəmi: 3
 
Pəri
Xəbərləri: 2
Cəmi: 225
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1146
 
 
{slinks}