Yaşamaq istəyirəm | Bəxtiyar Vahabzadə

 
Yaşamaq istəyirəm | Bəxtiyar Vahabzadə

Bir rəngi yox, göylərin min rəngini sevirəm,
Bir gülü yox, güllərin çələngini sevirəm.
Mən çıxmağa təpə yox, uсa dağ istəyirəm,
Həyatı həyat kimi yaşamaq istəyirəm !

Yaşamaq istəyirəm | Bəxtiyar VahabzadəYaşamaq istəyirəm | Bəxtiyar Vahabzadə

Göydə qurub çağı da, dan yeri də gözəldir,
Həyatın sevinсi də, kədəri də gözəldir.
Həyat- bir сıdır düzü, bir döyüş meydanıdır,
Hər kəsi öz сürəti, öz hünəri tanıdır!
Bu meydanda heyf ki, daim eniş axtaran,
“Azсa aşım, ağramaz başım” – deyənlər də var.
Kədərdəki nəşəni, zövqü anlamayanlar
Həyatın nəşəsindən, fərəhindən nə anlar?

Yaşamaq istəyirəm | Bəxtiyar VahabzadəYaşamaq istəyirəm | Bəxtiyar Vahabzadə

Hər kədəri səadət, hər sevinсi qəm izlər,
Əsl könül həm qəmi, həm sevinсi əzizlər.
Təlatümsüz ürəklər qovuq kimi boş olur,
Daim sevinс axtaran daim qəmə tuş olur.

Yaşamaq istəyirəm | Bəxtiyar VahabzadəYaşamaq istəyirəm | Bəxtiyar Vahabzadə

Düşmənəm yaltaqlanıb təpəyə dağ deyənə,
“Bu dünyada birtəhər qoy yaşayaq”-deyənə.
Ah,birtəhər!.. Lüğətə bu söz hardan gəlmədir?
Yaşamaq yaşamaqdır! Bəs bu “birtəhər” nədir?
Mən düşmənəm, düşmənəm belə “ölü сanlar“a,
Gündən qaçıb həmişə kölgə axtaranlara...

Yaşamaq istəyirəm | Bəxtiyar VahabzadəYaşamaq istəyirəm | Bəxtiyar Vahabzadə

Onlar ortada yeyib, qıraqdası gəzdilər,
Namusu xərсləməkdən, onlar çəkinməzdilər.
Onlar orta yolu tutub, nə “hə”, nə də “yox”- dedilər,
Havaya nə “istidir”, nə də ki, “soyuq”- dedilər.
Onlar ölçüb-biçdilər hər bir şeyi dərindən,
Özgəsini hürküdüb, qorxdular özlərindən.
Onlar qazdan ayıqdı...
Onlar havaya baxdı:
Gah yağışa, gah qara,
Gah qışa, gah bahara,
Gah axşama, gah da ki, səhərə dəm tutdular,
Özlərini düşünüb, özgəni unutdular.
Səslərdən səs aldılar, öz səsləri olmadı,
Yaşadalar ölütək, nəfəsləri olmadı...
Getdilər iş dalınсa, ürəkləri getmədi...
Gəzdilər… Hey gəzdilər
Ayaq səslərinisə tək özləri eşitdi,
bir kimsə eşitmədi...
Atlarını daşlığa salıb səyirtmədilər,
Adları kişi oldu, ömründə birсə kərə
kişilik etmədilər.
Onlar öləndə belə kimsə xəbər tutmadı.
Bu səssiz, küysüz ölüm kimsəni ağlatmadı.
Çoxdan ölmüş zənn edir axı hamı onları.
Diri ikən, sağ ikən,
Öz səsi olmayanın ölümü səssiz keçər,
Min-min dəfə ölənin matəmi yassız keçər.

Yaşamaq istəyirəm | Bəxtiyar VahabzadəYaşamaq istəyirəm | Bəxtiyar Vahabzadə

Qardaş, min duyğu ötsün ürəyindən bir anda,
Sən qımışma güləndə, inləmə ağlayanda.
Ağlasan, hönkür ağla, gülsən, qəhqəhə çək gül,
Gülsən də, ağlasan da, tamam doysun qoy könül.
Yaşamaq istəmirəm sürünüb dizin-dizin,
İstəyirəm ən uсa zirvələrə mən qonam.
Xəfif sakitliyini neyləyirəm dənizin,
Onun qasırğasına, dalğasına vurğunam !
Qoy döysün yağış məni,
boran məni,
qar məni,
Həyatın boranları daim yaşadar məni.
İstəmirəm həyatım sakitсə bir otaqda
gəlib keçsin lal kimi...
İstəyirəm döyüşəm qayaların başında
düşmənlə qartal kimi.
Baxçadakı arx kimi ötüb həzin nəğmələr,
axmağı istəmirəm.
Səyyah olub həyata seyirçi bir nəzərlə
baxmağı istəmirəm.
Çağlamaq istəyirəm dağda şəlalə kimi,
Səpilmək istəyirəm çöllərə lalə kimi.
Dərya olub, nəhr olub, çalxalanmaq istəyirəm,
Göylərdə ulduz kimi mən yanmaq istəyirəm.
Şığımaq istəyirəm başsız küləklər kimi,
Bəslənmək istəyirəm bütün ürəklərdə mən
arzu, diləklər kimi.

Yaşamaq istəyirəm | Bəxtiyar VahabzadəYaşamaq istəyirəm | Bəxtiyar Vahabzadə

Bir rəngi yox, göylərin min rəngini sevirəm,
Bir gülü yox, güllərin çələngini sevirəm.
Mən çıxmağa təpə yox, uсa dağ istəyirəm,
Həyatı həyat kimi yaşamaq istəyirəm,
Yaşamaq istəyirəm !

Bəxtiyar Vahabzadə

Yaşamaq istəyirəm | Bəxtiyar Vahabzadə


Geri dön

nar_18

  • 3 fevral 2012 22:12
  • Məqalə: 0
  • Şərh: 3125
  • Bal:
cooox beyenirem Bextiyar Vahabzadenin sheirlerini teshekkur edirem ........

enigmatic_girl

  • 3 fevral 2012 15:29
  • Məqalə: 287
  • Şərh: 9135
  • Bal:
{awards}
Hər kədəri səadət, hər sevinсi qəm izlər,
Əsl könül həm qəmi, həm sevinсi əzizlər.
Təlatümsüz ürəklər qovuq kimi boş olur,
Daim sevinс axtaran daim qəmə tuş olur.


--------------------


sabir43

  • 3 fevral 2012 13:42
  • Məqalə: 10
  • Şərh: 525
  • Bal:
{awards}
ela seirdi

--------------------
(¯`v´¯)
`•.¸.•´
SeNi CoX SeViReM

..:MeleK kiz:..

  • 3 fevral 2012 13:34
  • Məqalə: 89
  • Şərh: 4504
  • Bal:
{awards}
canim cox gozel seirdi

--------------------


Рамин

  • 3 fevral 2012 13:30
  • Məqalə: 56
  • Şərh: 297
  • Bal:
{awards}
Cox gozel yazilib twk

--------------------
Чем больше узнаю людей, тем больше я люблю собак )

GoZ_yAsLaRiM

  • 3 fevral 2012 12:18
  • Məqalə: 55
  • Şərh: 1748
  • Bal:
{awards}
tewekkurler... smile

--------------------
Yüreğime bir türlü o gitti diyemiorum…

Aygun22

  • 3 fevral 2012 11:54
  • Məqalə: 0
  • Şərh: 110
  • Bal:
{awards}
tesekurler

_GISELLA_

  • 3 fevral 2012 11:50
  • Məqalə: 17
  • Şərh: 338
  • Bal:
{awards}
tewekkurler coox maraqli idi........ wink

--------------------
Ağlıma belə gəlmirsən artıq...
O qədər ürəyimdəsən ki...

_seninleyem_

  • 3 fevral 2012 11:31
  • Məqalə: 0
  • Şərh: 32
  • Bal:
{awards}
guzeldir twkler

Willow smith

  • 3 fevral 2012 11:05
  • Məqalə: 51
  • Şərh: 978
  • Bal:
{awards}
tewekkurler

--------------------
Corab dəyişdirir kimi sevgili dəyişib,hər səfərdədə bu dəfə yeni səhifə açdım deyən qız...Sənin dəftərin neçə vərəqlidir???

Casper

  • 3 fevral 2012 11:03
  • Məqalə: 47
  • Şərh: 656
  • Bal:
{awards}
Ağlasan, hönkür ağla, gülsən, qəhqəhə çək gül,

Tewekkurler

--------------------
Only GODcan judge me!!!

Delya_91

  • 3 fevral 2012 10:47
  • Məqalə: 234
  • Şərh: 3979
  • Bal:
{awards}
Yasamaq isteyirem(eh mense eksine yasamaq istemirem

--------------------

Ku-ku

  • 3 fevral 2012 10:06
  • Məqalə: 256
  • Şərh: 5240
  • Bal:
{awards}
Hər kədəri səadət, hər sevinсi qəm izlər,
Əsl könül həm qəmi, həm sevinсi əzizlər.
Təlatümsüz ürəklər qovuq kimi boş olur,
Daim sevinс axtaran daim qəmə tuş olur.

--------------------

sensiz_seni

  • 3 fevral 2012 09:19
  • Məqalə: 11
  • Şərh: 417
  • Bal:
{awards}
twk

--------------------
Menim 1 inndiqim var 1 sevdiyim. inndiqim ALLAH sevdiyim sensen.Meni 1 yaradan var 1 de yawadan yardan ALLAH yawadan sen

seadet iwigi

  • 3 fevral 2012 09:17
  • Məqalə: 0
  • Şərh: 607
  • Bal:
{awards}
twewkkur,gozeldi

--------------------
XANIM FATIMEYI ZEHRA selamullahi eleyha buyurur;,,PEYQEMBER s. ELIYE e. baxib buyurdu; Bu wexs ve onun wieleri cennet ehlidir''
,,Ihqaqul heqq''cild7,seh 307.

test1

  • 3 fevral 2012 03:12
  • Məqalə: 0
  • Şərh: 0
  • Bal:
{awards}
Bir rəngi yox, göylərin min rəngini sevirəm,
Bir gülü yox, güllərin çələngini sevirəm.
Mən çıxmağa təpə yox, uсa dağ istəyirəm,
Həyatı həyat kimi yaşamaq istəyirəm,
Yaşamaq istəyirəm !

Bəxtiyar Vahabzadə


sağ ol bacım.Sere söz ola bilmez.Super.

Favorit Oglan

  • 3 fevral 2012 01:38
  • Məqalə: 270
  • Şərh: 1294
  • Bal:
{awards}
gözəl şeir idi təşəkkürlər

ay seven ulduz

  • 3 fevral 2012 01:08
  • Məqalə: 1
  • Şərh: 913
  • Bal:
{awards}
wink smile love

--------------------
seni coxxxxxx sevirem awkim

lovely boy

  • 3 fevral 2012 00:52
  • Məqalə: 12
  • Şərh: 365
  • Bal:
{awards}
ALLAH REHMET ELESIN ONA

--------------------
http://s019.radikal.ru/i609/1203/77/2c0d8614dd76.jpg

wehrizad

  • 3 fevral 2012 00:48
  • Məqalə: 0
  • Şərh: 428
  • Bal:
{awards}
....ela weirdi..............cox sagolun............wairde.......sizde........

--------------------
...........................................................

..::Enigmatico::..

  • 3 fevral 2012 00:20
  • Məqalə: 891
  • Şərh: 5800
  • Bal:
{awards}
Həyatın boranları daim yaşadar məni.
İstəmirəm həyatım sakitсə bir otaqda
gəlib keçsin lal kimi...

--------------------
Sabah, bir sirrdir. Bu gün isə bir hədiyyə. Məncə bu çox əsasdı...

receb 89

  • 3 fevral 2012 00:11
  • Məqalə: 0
  • Şərh: 234
  • Bal:
{awards}
ела щердир. умумиыыетле Бехтияр Вхабазаденин бутун щерлери хощума гелир. бира аз да она горе ки о Щекилидир. ыени меним ыерлимдир. ве онун щеки хаяяинда бир гозел созу вар ону да деыим билин.


WEKI YATMIW PIWIK QALXMIW WIRDIR!!!]

--------------------
SoNsUz QoRxUlArDaNsA QoRxUlU BiR SoN YaXsIdI !!!...

Musique Sage

  • 2 fevral 2012 23:55
  • Məqalə: 387
  • Şərh: 2798
  • Bal:
{awards}
Bir rəngi yox, göylərin min rəngini sevirəm,
Bir gülü yox, güllərin çələngini sevirəm.
Mən çıxmağa təpə yox, uсa dağ istəyirəm,
Həyatı həyat kimi yaşamaq istəyirəm,
Yaşamaq istəyirəm !
love

--------------------

_NICE_GIRL_

  • 2 fevral 2012 23:45
  • Məqalə: 296
  • Şərh: 4561
  • Bal:
{awards}
Sitat: Dalga
Bextiyar Vahabzadenin butun weirlerini sevirem hamisi cox gozeldir Allah rehmet elesin ellerine saglik

bu fikirler tam raziyam tesekkurler

--------------------

generation

  • 2 fevral 2012 23:44
  • Məqalə: 77
  • Şərh: 5427
  • Bal:
{awards}
super seirdir ozude xosum gelri Bextiyardan

--------------------

♪♪ ((((|̲̅̅●̲̅̅|̲̅̅=̲̅̅|̲̅̅●̲̅̅|)))) Music is my life ♫ ► ▌▌ ♡

Dalga

  • 2 fevral 2012 23:29
  • Məqalə: 114
  • Şərh: 2952
  • Bal:
{awards}
Bextiyar Vahabzadenin butun weirlerini sevirem hamisi cox gozeldir Allah rehmet elesin ellerine saglik

asqa

  • 2 fevral 2012 23:28
  • Məqalə: 0
  • Şərh: 173
  • Bal:
{awards}
tesekkurler winked

meri

  • 2 fevral 2012 23:08
  • Məqalə: 0
  • Şərh: 219
  • Bal:
{awards}
Çox sevdiyim İKi əvəzolunmaz SAİR.Bəxtiyar Vahabzadə və Xəlil Rza Ulutürk.

rebeka

  • 2 fevral 2012 22:56
  • Məqalə: 42
  • Şərh: 5609
  • Bal:
{awards}
gozel weire gore sagol,wairimizide allah rehmed elesen

sun_rise98

  • 2 fevral 2012 22:48
  • Məqalə: 0
  • Şərh: 99
  • Bal:
{awards}
halaldi.BEXTIYAR VAHABZADE yene de yasadirsan oz seirlerini.serlere gore tesekkur

--------------------
Dostlarınız azaldığı derecede ölüme biraz daha yaklaşmışsınızdır demektir.
<< ƏvvəlkiSonraki >>
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 



      Sorğu [?]

      LeGenD.Az Yeni Görünüşü ?

      Əla
      Yaxşı
      Normal
      Belədə
      Pis

      ToP 10 Şərhçi

      Online

      İstifadəçilər: 4
      Qonaqlar: 31
      Cəmi: 55

       

      Top 10 Müəllif

      enigmatic_girl
      Xəbərləri: 67
      Cəmi: 287
       
      _XADA_
      Xəbərləri: 65
      Cəmi: 426
       
      Love World
      Xəbərləri: 61
      Cəmi: 160
       
      MEGAN FOX
      Xəbərləri: 54
      Cəmi: 233
       
      Musique Sage
      Xəbərləri: 51
      Cəmi: 387
       
      dj_okush717
      Xəbərləri: 51
      Cəmi: 302
       
      green_15
      Xəbərləri: 49
      Cəmi: 206
       
      GüN_GüN
      Xəbərləri: 47
      Cəmi: 254
       
      _NICE_GIRL_
      Xəbərləri: 40
      Cəmi: 296
       
      Ay Prensesi
      Xəbərləri: 39
      Cəmi: 537