Yerli yumurtanı necə tanımaq olar?

 
Yerli yumurtanı necə tanımaq olar?

Quş əti istehsalı üçün Azərbaycana xarici ölklərdən damazlıq yumurta gətirilsə də, artıq ölkədə bu sahədə müsbət inkişaf var. Belə ki, quş əti istehsalı üçün yerli damazlıq yumurtadan daha çox istifadə olunur.

Azərbaycan Quşçuluq Cəmiyyətinin üzvləri olan quşçuluq müəssisələri və eləcə də bu sahə ilə məşğul olan digər sahibkarlar tərəfindən 2011-ci ildə quş əti istehsalı üçün 98,6 milyon ədəd damazlıq yumurta istifadə olunub. "Olaylar"ın məlumatına görə, bu barədə məlumat verən Azərbaycan Quşçuluq Cəmiyyətinin sədri Aydın Vəliyev bildirdi ki, quş əti üçün sərf olunan damazlıq yumurtanın çox hissəsi ölkədə istehsal olunub:

Xarici ölkələrdən quş əti istehsalı üçün 38,4 milyon ədəd damazlıq yumurta idxal olunub. Quş əti istehsalı üçün 60,2 milyon ədəd damazlıq yumurta isə daxildə istehsal olunub. Ümumillkdə 2011-ci ildə quş əti istehsalı üçün quşçuluq müəssisələri və digər sahibkarlar tərəfindən 98,6 milyon ədəd damazlıq yumurta istifadə olunub. 100 damazlıq yumurtadan 80 cücə əldə olunur. 2011-ci ildə quş əti istehsalı 78 min 880 ton olub”. Amma ölkə ərazisində quşçuluqla məşğul olan müəssisələrdə ümumillikdə 83 min 880 ton quş əti istehsal olunub.

A.Vəliyev bildirib ki, yumurta istehsalı ilə məşğul olan quşçuluq müəssisələri yumurtadan kəsilən toyuqları ətlik kimi istifadə edirlər. Ötən il bu yolla daha 5 min ton toyuq əti istehsal olunub və illik göstərici 83 min 880 tona yüksəlib. Bu isə o deməkdir ki, dövlət proqamında 2015-ci ilə qədər nəzərdə tutulan il ərzində 80 min ton quş əti istehsalına nail olunub. Artıq əhali yerli istehsal hesabına quş əti ilə tamamilə təmin olunur. A.Vəliyevin sözlərinə görə, 2015-ci ilə qədər bu göstəricinin daha da artacağı təqdirdə istehsalçılar xaricə də quş əti ixrac edə biləcəklər.

Qeyd edək ki, ötən il quş ətinin əksinə olaraq ölkədə yumurta istehsalı aşağı səviyyədə olub. Quşçuluq Cəmiyyətinin sədri bunu 2011-ci ilin əvvəllində quşlar arasında baş verən müəyyən xəstəliklər nəticəsində yumurta verən quşların sayının kəskin azalması və nəticədə istehsalın kəskin aşağı düşməsi ilə izah edib. Yaranan yumurta qıtlığı xaricdən yumurtanın gətirilməsi ilə nəticələndi. A.Vəliyevin sözlərinə görə, yumurtalıq quşların bərpası üçün 6 ay vaxt tələb olunur. Yumurtadan çıxan cücə yalnız 6-7 aydan sonra yumurta verə bilir. Bu səbəbdən də ötən il yumurta istehsalı 252 milyon ədəd olub. Bu rəqəm 2010-cu illə müqayisədə çox aşağıdır. Belə ki, 2010-cu ildə yumurta istehsalı 400 milyondan çox olmuşdu. Yumurta istehsalı sahəsində yaranan çətinliyin yoluna düşməsi ötən il iln sonlarına təsadüf etdi.

Belə ki, ilin sonunda yumurta istehsalında artıq sürətli artım müşahidə olunmağa başladı: “Ötən il quşçuluq fabrikləri və digər sahibkarlar tərəfindən yumurta istehsalı üçün 5 milyon ədəd damazlıq yumurta istifadə olunub. Eyni zamanda, yumurta istehsalı üçün 2 milyon ədəd damazlıq cücə xaricdən gətirilib”.

Cəmiyyət sədrinin sözlərinə görə, hazırda quşçuluqla məşğul olan müəssisələr, eləcə də xırda sahibkarlar tərəfindən bircə gün ərzində 2 milyon ədəd yumurta istehsal olunur. A.Vəliyev hələ ilin əvvəli olduğunu, yaxın gələcəkdə bu göstəricinin daha da artacağını bildirib: “Artıq bu gün müəssisələrin anbarlarında quş əti və yumurtanın qalıqları yavaş-yavaş artmağa başlayır. Buna səbəb isə xaricdən külli miqdarda dondurulmuş quş əti və əmtəəlik yumurtanın gətirilməsidir”.

Hazırda quş əti və yumurtanın qiymətlərində artım müşahidə olunmur. A.Vəliyev bildirib ki, yumurta 8-9 qəpikdir, hətta təsərrüfatlardan 7 qəpiyə çıxır. Quş əti 2 manat 20, 30-40 qəpik arasında dəyişir. A.Vəliyevin sözlərinə görə, dövlət proqramına əsasən 2015-ci ilədək il ərzində 1 milyard 300 milyon yumurta istehsal olunması nəzərdə tutulub. Əgər belə olarsa, əhalinin tələbatı tam olaraq yerli məhsulla ödənilə bilər.

Cəmiyyət sədri onu da bildirib ki, xaricdən gətirilən yumurta uzun yol gəldiyi üçün istər-istəməz keyfiyyətində dəyişiklik olur. Nəticədə mal aşağı keyfiyyətli olduğu üçün ucuz qiymətə satılır. Bu da bazara təsirini göstərir. Cəmiyyət sədri məlumatlı əhalinin belə yumurtanı almadığını bildirsə də, məlumdur ki, istehlakçılar hansı yumurtanın xaricdən gətirildiyini, hansının yerli istehsala məxsus olduğunu bilmir. Səbəb isə yumurtanın üzərində seçim etmək üçün heç bir möhürün, nişanənin olmamasıdır. Cəmiyyət sədrinin sözlərinə görə, bu məsələ doğrudan da problemdir. Onun sözlərinə görə, dəfələrlə ticarət obyektlərində yumurtanın ölkədə və ya xaricdə istehsal olunduğunun açıqlanmasını tələb etsələr də, nəticəsiz qalıb:

Hətta yerli yumurta da iri, orta və balacasına görə çeşidlənməlidir ki, bunların da hərəsinin öz qiyməti olur. Ticarət obyektlərində buna da əməl olunmur. Müəssisələrdən seçilərək çıxan yımurta mağazalarda qarışıq şəkildə iri yumurta qiymətinə satılır”. Yerli istehsala məxsus yumurtanın üzərinə möhür vurulması məsələsinə gəlincə isə, A.Vəliyev iri müəssisələrin bu prosesi apardığını bildirdi. Amma müəssisələrin hamısı bu işi yerinə yetirə bilmir. Səbəb isə möhürü vuran aparatların həddən artıq bahalı olması və xırda sahibkarların onları əldə etməkdə çətinlik çəkməsidir. Qeyd edək ki, möhür vurmaq üçün lazım olan avadanlıqlar hamısı xaricdən-Türkiyə, Ukrayna kimi ölkələrdən gətirilir. Quşçuluq fabriklərinin problemi yalnız yumurtanın möhürlənməsi məsələsi ilə bitmir. Hazırda müəssisələrdə quşçuluq üçün istifadə olunan quş yemlərinin yalnız 15 faizi, hətta ondan da azı yerli istehsala məxsusdur. Qalan yem növləri isə Ukrayna, Rusiya, Qazaxıstan, Baltikyanı ölkələrindən gətirillir. Hər ölkədən gələn məhsulun da öz qiyməti var. Cəmiyyət sədri qiymətlərin demək olar ki, hər gün dəyişdiyini də bildirib.


Geri dön

_NaZaN_

  • 9 fevral 2012 01:52
  • Məqalə: 0
  • Şərh: 223
  • Bal:
tewekkurler

J ♥ S

  • 4 fevral 2012 18:08
  • Məqalə: 445
  • Şərh: 3395
  • Bal:
{awards}
tewekkurler... yeqin ozu xeber verer wink

--------------------
J & S ∞♥....

enigmatic_girl

  • 4 fevral 2012 14:38
  • Məqalə: 2097
  • Şərh: 12715
  • Bal:
{awards}
ee sebrim catmadi oxumaga ne ferqi var ee yumurta yumurtadi da....

--------------------

nar_18

  • 4 fevral 2012 13:32
  • Məqalə: 0
  • Şərh: 3291
  • Bal:
{awards}
yumurtani men almadigima gore oxumadim ama yenede teshekkur ...

--------------------
Susmaq qorxmaq ve ya qebul etmek deyildir: Anlayana cavabdir...

Delya_91

  • 4 fevral 2012 10:14
  • Məqalə: 319
  • Şərh: 5162
  • Bal:
{awards}
esi yumurtani tanimaga vaxtim yoxdu)

--------------------
"Camaat nə deyər" ifadəsi qədər divarları hündür bir hebsxana yoxdur...

B_A_H_A_R

  • 4 fevral 2012 00:41
  • Məqalə: 12
  • Şərh: 2880
  • Bal:
{awards}
TESEKKUR EZIYYETE GORE l dont like it

--------------------
xosbextem cunki almagim gereken qisaslarini aldim)))) seni yandirdim yaaaa gerisi bosss

sun_rise98

  • 3 fevral 2012 23:36
  • Məqalə: 0
  • Şərh: 99
  • Bal:
{awards}
offffff.bunedi??? cox iyrencdi yumurta hele bu boyda metn olannan sonra am

--------------------
Dostlarınız azaldığı derecede ölüme biraz daha yaklaşmışsınızdır demektir.

elsen_ekberov

  • 3 fevral 2012 23:02
  • Məqalə: 0
  • Şərh: 47
  • Bal:
{awards}
twk winked

generation

  • 3 fevral 2012 22:19
  • Məqalə: 77
  • Şərh: 5363
  • Bal:
{awards}
melumata gore twk

--------------------
http://s53.radikal.ru/i139/1208/45/d3b34690d2c5.gif[center]
[center]♪♪ ((((|̲̅̅●̲̅̅|̲̅̅=̲̅̅|̲̅̅●̲̅̅|)))) Music is my life ♫ ► ▌▌ ♡

RoMaNTiK SerSeRi

  • 3 fevral 2012 21:04
  • Məqalə: 515
  • Şərh: 3322
  • Bal:
{awards}
oydaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaa bu nediyeeee kimdiye bunu ozuyannn..................

--------------------
`-Mutlu Olmak Icin Hic Kimseye Gerek Yok!
`-aL Telefonu Tak Kulakligi `Sabaha Kadar ^^

s_a_b_r_i_n_a

  • 3 fevral 2012 20:47
  • Məqalə: 25
  • Şərh: 997
  • Bal:
{awards}
FLY TIME,
razilawiram smile

--------------------

FLY TIME

  • 3 fevral 2012 20:45
  • Məqalə: 51
  • Şərh: 2087
  • Bal:
{awards}
aydaaaaaa oxumaga axot olmadiyeee ama twklar

Rocker_boY.

  • 3 fevral 2012 20:37
  • Məqalə: 0
  • Şərh: 121
  • Bal:
{awards}
sarisinan tanimaq olar ?
lol

--------------------
by_edi

Willow smith

  • 3 fevral 2012 20:36
  • Məqalə: 52
  • Şərh: 1018
  • Bal:
{awards}
tewekkurler

--------------------
Stəkanı yerə at, sonra ondan üzr istə.
Əslində onu qırmaq istəmədiyini və təkrar su içmək istədiyini söylə..
İşə yarasa, mən burdayam...
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 5
Qonaqlar: 16
Cəmi: 43

 

Top 10 Müəllif

NIGAR
Xəbərləri: 34
Cəmi: 579
 
♔Hе важно∞
Xəbərləri: 16
Cəmi: 108
 
Nergiz__Sirinova
Xəbərləri: 12
Cəmi: 421
 
Sol Meleyim
Xəbərləri: 10
Cəmi: 23
 
AyliN BunyaminovA
Xəbərləri: 9
Cəmi: 400
 
MiSS HaPPy)
Xəbərləri: 7
Cəmi: 17
 
คşк łคfтคɴ คɴłคмคz ❤
Xəbərləri: 4
Cəmi: 670
 
Gozellik_
Xəbərləri: 3
Cəmi: 3
 
Pəri
Xəbərləri: 2
Cəmi: 225
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1146
 
 
{slinks}